Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   72   73   74   75   76   77   78   79   ...   147

87 
 
Bakının XII-XIII əsrlərə aid bir neçə  təsərrüfat tikilisindən və kiçik həyətin daş divarlarından ibarət yaşayış 
evinin qalıqları üzə  çıxarılmışdır. Həyətdə  təndirlər,  ətrafında daş döşənmiş quyular, bir neçə saxsı borudan 
ibarət novdan aşkar edilmişdir. Mədəni təbəqədə şirsiz və şirli keramika, saxsı qab qırıqlarına, taxta darvazaları 
bəzəyən, yastı mis çax-çax parçalarına, mavi saxsı muncuqlara şahların kəsdirdiyi mis sikkə  dəfınələrinə rast 
gəlinir. Bundan Şirvanşahlar sarayının  şərq tərəfində 16x8 m sahədə  də arxeoloji
 
qazıntılar aparılmışdır. 
Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su, təsərrüfat və zibil quyuları, təndirlər və s. aşkar 
edilmişdir. Çoxlu miqdarda şirli və  şirsiz qablar və onların qırıltıları, mis və  dəmir  əşyalar,  şüşə  və saxsı 
məmulatlar tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla bəzədilmiş polixrom qablar 
üstünlük təşkil edir. Kasaların bəzilərinin dibinə qabarıq  möhürlər vurulmuşdur. Çoxlu dəyirman daşı, habelə 
Şirvanşahların kəsdirdiyi mis pullar tapılmışdır.
14
 1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında 168 m
2
 
sahədə qazıntı işlərinə başlanılmışdı. Aşkara çıxarılmış yaşayış evlərinin qalıqları qazıntı sahəsinin cənub-şərq 
tərəfindədir. Divar bünövrələrinin alt hissəsi azacıq yonulmuş daşdan hörülmüş, arası isə çapıq daşlarla 
doldurulmuşdur. XI-XIII əsrlərə aid təbəqələrdə  təsərrüfat və su quyuları, təndirlər, ocaqlar və s. aşkar 
edilmişdir. Tapıntıların  əksəriyyəti keramika məmulatlarından, fayans, metal, şüşə  əşyalardan və mis 
sikkələrdən ibarət idi. Gil məmulatlar küplər, qulplu səhənglər, boşqablar, kasalar, çıraqlar və müxtəlif tipli 
qazanlarla təmsil olunmuşdur. Sarı gildən qabarıq basma nəbati və həndəsi naxışlı işlənmiş, heyvan rəsmləri ilə 
[161 - 162]
 qablar xüsusilə seçilir. XI-XII əsrlərə  məxsus  şirli qablar polixrom olub, oyma naxışlarla 
bəzədilmişdir.  Şirli kasaların bəzilərinin dibində dulusçu ustanın qabarıq möhürü olmuşdur. Tapılmış mis, 
dəmir, bürünc və şüşə məmulatları orta əsrlər Bakısında metal emalı, şüşəüfürmə, zərgərlik və digər sənətlərin 
inkişaf etdiyini göstərir.  Şirvanşahlara, Eldəgizlərə  və  Cəlairilərə  məxsus mis sikkələrin tapılması Bakının, 
Azərbaycanın digər şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri saxladığını təsdiq edir.
15
 
1973-cü ildə qazıntı  işləri qala hissəsinin  şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının 
yaxınlığında aparılmışdır. Həmin  ərazidə aparılan tədqiqatlar göstərdi ki, orta əsrlər Bakısında sənətkarlıq 
emalatxanalarının  əksəriyyəti  şəhərin bu hissəsində yerləşmişdi. XI-XIII əsrlərə aid təbəqədə oyma nəbati və 
həndəsi  naxışla işlənmiş. heyvan rəsmləri ilə bəzədilmiş polixrom keramika qırıqları həmçinin bir neçə saxsı 
qab parçası naxışı o cümlədən şirüstü naxışla bəzədilmiş göy rəngli dairəvi kasa dibi tapılmışdır.
16 
Şimal-şərq 
tərəfdən demək olar ki, Şirvanşahlar sarayına bitişik sahədə qazıntı  işləri binaların və bir-birinə çox yaxın 
tikildiyini göstərir. Bu, İçərişəhər  ərazisinin sıx məskunlaşdığını  və XI-XIII əsrin  əvvəllərində Bakıda  şəhər 
həyatının intensivliyini təsdiq edir. Bu sahədən  əldə edilmiş tapıntılar içərisində dairəvi altlıqlı iki saxsı kasa 
maraq doğurur. Onlardan biri açıq mavi şirlə örtülmüşdür. Üzərində ərəb əlifbası ilə qabarıq kitabə vardır. Digər 
kasanın dibində isə nəbati naxışlar və quş təsvir olunmuşdur. 24 mis sikkə də tapılmışdır.
17
 
Qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 sahədə aparılan qazıntılar zamanı XI-
XIII əsrlərə aid təbəqədə təsərrüfat və zibil quyuları, müxtəlif diametrli doqquz təndir aşgar edilmişdir. Müxtəlif 
keramika məmulatı, saxsı şlakı, şüşə və saxs qab qırıqları, dəmir əşyalar tapılmışdır.
18
 
1976-cı ildə Bakı yüksəkliyinin orta əsrlər Bakısının qələbəlik və  əhalisi sıx olan rayonlarından olan 
cənub yamaclarında qazıntı  işləri aparılmışdır. 64 m
2
 sahədə irihəcmli, yonulmuş daşdan hörülmüş bina 
divarlarının bünövrələri aşkar olunmuşdur. İçərisində das altlıq üstündə qoyulmuş beş iri təsərrüfat küpü olan 
böyük anbar binası üzə çıxarılmışdır. Adi və şirli keramika məmulatı, Rey və Kaşan tipli saxsı qablar, şüşə qab 
və dəmir əşya qırıqları tapılmışdır.
19
 Aşkar edilmiş obyektlərin sıxlığı və çoxlu miqdarda şüşə, keramika, dəmir 
və mis məmulatlar XI-XIII əsrin  əvvəllərində  şəhərin intensiv həyatından, burada sənətkarlıq və ticarətin 
inkişafından xəbər verir. Xeyli sikkə tapılması əmtəə-pul münasibətlərinin inkişaf etdiyini göstərir. Bu dövrdə 
Bakı Şirvanın mühüm iqtisadi və inzibati mərkəzlərindən biri və Xəzər dənizində iri liman idi. 
Bu dövr mənbələrində Bakıdan başqa Şirvanın digər mühüm şəhərləri də qeyd edilir. Ərəb müəllifi əl-
İdrisi h.548 (1154)-ci ildə yazdığı "Coğrafiya" əsərində və xəritədə Arran və Şirvanın mühüm şəhərləri arasında 
Beyləqan,  Əş-Şəmaxiyyə, Şirvan, Bab əl-Əbvab,  əl-Abxaz,
*
 Cardiban (Girdiman – S. A. )  qalası,  Əş-Şəbəran, 
Qəbələ  və  Şəkinin adlarını  çəkir. 
[162 - 163]
 O, Muğanı Azərbaycana aid edir. Əl-İdrisı ticarət yollarından 
danışaraq yazır: "Bərdə şəhərindən Bab əl-Əbvaba şimal ilə şərq arasında olan yol: Bərdə şəhərindən Bərzənc 
şəhərinə olan yol 54 mil, Bərzəncdən Əş-Şəmaxiyyə şəhərinədək 42 mil, Əş-Şəmaxiyyədən Şərvan şəhərinədək 
3 gün; Şərvandan əI-Abxaz şəhərinədək 2 gün, əl-Abxazdan Samur körpüsünədək 36 mil, oradan da əl-Baba 60 
mildir. Cəmisi 300 mil". Məlumdur kı, bir mil 2 kilometrə, gün isə təqribən 19 kilometrə bərabərdir. Beləliklə, 
Bərdə ilə Babəl-Əbvab (Dərbənd) arasındakı  məsafə 600 kilometrə  bərabər idi. Əl-İdrisi  əl-İstəxridən və  İbn 
Havqəldən iqtibasla Bab əl-Əbvab liman-şəhərini belə  təsvir edir: "Bab əl-ahvab Xəzər dənizi sahilində çox 
böyük  şəhərdir.  Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən 
qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə  zəncir çəkilmisdir və limanın sahibinin icazəsi olmadan 
buraya heç kəs nə girə, də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic
 
və gildən tikilmışdır". 
Sonra o, bu şəhərin əhəmiyyətindən, onun çoxlu bağlarından, lakin onların az bar verməsindən, buraya başqa 
                                                 
*
 Nöqtələrin düzgün qoyulmarnası üzündən mətndə əl-Abxaz əvəzinə səhvən Əycan getmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə