Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   75   76   77   78   79   80   81   82   ...   147

90 
 
emalatxanaları üçün səciyyəvidir.
33
  Şamaxı  şəhəristanında yaxşı yonulmuş daşdan XII əsrə aid böyük ictimai 
bina aşkar edilmişdir. O, beş otaqdan və böyük zaldan ibarətdir. Həmin böyük ictimai bina monqol hücumu 
zamanı dağıdılmış, XIV əsrin ortalarında bərpa edilmişdir. XII əsr təbəqəsində şirsiz və şirli keramika, habelə, 
Rey, Kaşan tipli zərnaxışlı saxsı  və  şüşə qab qırıqları tapılmışdır.
34
  Şamaxının  Şimal ucqarındakı sahədə 
aparılan qazıntılar zamanı beş bina qalığı üzə 
[166 - 167]
  çıxarılmışdır. Onlarda böyük təsərrüfat küpləri, 
səhənglər, sferokonus qırıqları  və digər məişət  əşyaları, habelə XII-XIII əsrlərə aid çoxlu sikkə tapılmışdır.
35
 
Şamaxı  şəhərindən  şimal-qərbdə  sıldırım dağın zirvəsində Gülüstan qalası ucalırdı. O, XII-XIII əsrlərdə 
Şirvanın Şamaxını müdafiə edən ən əlçatmaz və əzəmətli qalalarından olmuşdur.
36
 Şamaxıda aşkara çıxarılmış 
XI-XIII əsrlərə aid arxeoloji və numizmatik materiallar, burada zərb edilmiş çoxlu miqdarda sikkələr, bir sıra 
memarlıq abidələri, keramika qalıqları - bütün bunlar inkişaf etmiş orta əsr feodal şəhərində, Şirvanın ipəkçilik 
sənayesinin mərkəzində intensiv həyat getdiyini, müxtəlif sənət sahələrinin inkişaf etdiyini, həmin dövrdə 
Şamaxının iqtisadi və mədəni yüksəliş keçirdiyini göstərir. 
Şamaxıdan şimalda, dəniz sahilinin yaxınlığında Şirvanın qədim şəhərlərindən biri - Şəbran yerləşirdi. 
"Əcaib əd-Dünya"da Şirvanla Tiflis arasındakı "bol nemətli" məskun Şəbəran vilayətindən bəhs edilir: "Onun 
malları böyük miqdarda ipəkdir".
37
  Məlum olduğu kimi, daha erkən mənbələrdə xatırlanan  Şəbəran  Şirvanın 
başlıca  şəhərlərindən biri, onun qəsəbəsi, X əsrdə  Şirvanı  təşkil edən üç əsas nahiyədən biri olan Xursan 
ərazisinin inzibati mərkəzi idi.
38 
X əsrin sonunda Şirvanşah Məhəmməd ibn Əhməd Şəbəran şəhərinin ətrafına 
divar çəkdirmişdi. Bu dövrdə vilayət və Şəbəran şəhəri mənbələrdə varlı, inkişaf etmiş yerlər kimi göstərilir. XI 
əsrdə  Şirvanşahların ailə  məqbərəsi burada idi.
39
  Şəhər XV əsrin başlanğıcında süquta uğramışdır. Qədim 
Şəbəran  şəhəri yerinin 1935-ci ildə  Y. A. Paxomovun  S. B. Aşurbəyli ilə birgə  aşkar və  tədqiq etdikləri 
xarabalıqları  Dəvəçi rayonun Şahnəzərli kəndinin yaxınlığında imış. Burada 5-6 m dərinlikdə su quyuları, 
hamam, bişmiş  kərpicdən tikilmiş binaların qalıqları, kərpic su kəməri, lağımlar və tikililər, eləcə  də, çoxlu 
məişət əşyaları - şüşə bilərziklər, külli miqdarda adi, şirli saxsı və zərnaxışlı qablar, mavi və tünd-qəhvəyi rəngli 
şirli kərpiclər, kürə, habelə, XIII əsrə aid Şirvanşah sikkələri dəfinəsi tapılmışdır. Bütün bunlar XI-XIII əsrin 
əvvəllərində orta əsrlər şəhərinin təsərrüfat həyatının inkişaf etdiyini göstərir. 
Qab qırıqları arasında eynilə Bakıdakı  Şirvanşahlar sarayında aparılan qazıntı zamanı tapılmış qab 
dibindəki fiqurlu möhürün basıldığı qab dibi aşkar olunmuşdur. Ehtimal ki, Şəbəran iri saxsı qab istehsalı 
mərkəzlərindən olub, ölkənin başqa  şəhərlərini öz məhsulları ilə  təchiz edirdi. "Bütün tapıntılar cəm halında 
möhtəşəm maddi mədəniyyətə malik böyük və zəngin orta əsrlərdə ən iri səhərlərdən biri olmuşdur".
40
 Ehtimal 
ki, Şəbəran Sasanilər dövründə Şirvanşahların paytaxtı olmuşdur. 
"Əcaib  əd-Dünya"da Abxazın
*
 da adı  çəkilir: "Sərt, çətinliklə gedilə bilən yerdir, dağ  şəhərin 
hüdudundadır; möhkəm qaladır. Qədimdə orada müəyyən miqdarda xristianlar 
[167 - 168] 
yaşayırdı. Malları: zərif 
parçalar (came), yaylıqlar (dəstərçə), yaxşı örtüklər, zili
**
, yaxşı corablardır".
41
 Yuxarıda göstərdiyimiz kimi, 
Abxaz  şəhəri və qalası müasir Quba rayonunun ərazisində lokallaşdırılır. Abxaz adı, ehtimal ki, bu ərazidə 
yaşamış  qədim abasqların, yaxud massagetlərin adından götürülmüşdür. Burada indi də yaxşı xalçalar və 
corablar istehsal olunur. 
Həmin mənbədə Xızır haqqında əfsanə ilə bağlı Bacərvan şəhərinin də adı çəkilir. Bacərvan adlanan iki 
şəhərdən biri indiki Xızı rayonunda, Beşbarmaq dağının yaxalığında, digəri isə Muğanın  şimal hissəsində 
yerləşirdi. Sonuncu haqqında deyilir: "...o, Azərbaycanda firavan yerdir; orada məscid var, söyləyirlər ki, Xızır 
tikdirib, Allah onun köməyi olsun, şəhərin camaatı qonaqpərvərdir".
42 
Göründüyü kitni, müəllif Xızırla əlaqədar 
Beşbarmaq dağının yanında yerləşmiş  və indi mövcud olmayan birinci Bacərvana aid əfsanəni səhvən 
muğandakı şəhərlə bağlayır. Muğandakı Bacərvan İmişli rayonunda kənddir. 
Şirvanın bəhs olunan şəhərləri XI-XIII əsrin  əvvəllərində möhkəmləndirilmiş, divarla və  xəndəklə 
dövrələnmiş qala adətən, iç qaladan (narınqala),  şəhəristan və  şəhərkənarı  sənətkarlıq-ticarət yerindən (rabad) 
ibarət idi.  Şirvan hökmdarları - Şirvanşahlar paytaxtda, Şamaxıda, ehtimal ki, Gülüstan qalasında yaşayırdılar. 
1192-ci ildə Şamaxı dağıldıqdan sonra onlar iqamətgahlarını Bakı şəhərinə köçürmüşdülər. 
"Tarix-i əl-Bab" əsərində XI əsrdə Dərbənddə şəhər əyanlarının əmir qarşısında and içdikləri "hökumət 
evi"nin adı  çəkilir.  Şəhər rəislərinin və  əyanlarının yığıncaqları da orada keçirilirdi.
43
 XII əsrdə  Şamaxı 
şəhristanında açılmış ictimai bina da ehtimal ki, Şirvanşahın öz məclisinin (hökumətinin) iclaslarını keçirdiyi 
hökumət evi olmuşdur. Belə ki, XII əsr mənbəyində  -  Məsud ibn Namdarın  əsərində  Fəxr  əd-Din I Fəribürz 
hökumətinin  "Məclis-i  əl-Fəxri"nin adı  çəkilir.
44
 Böyük şəhərlərdə  əyanların,  şəhər zadəgan və kübarlarının 
yaşadıqları çoxlu iri binalar, qəsrlər və köşklər tikilmişdi. Mənbələrdə "bol nemətlərdən və çoxlu bazar 
yerlərindən"
45
 bəhs edilmişdir. XII-XIII əsrin əvvəllərində Şirvanın şəhərlərində çoxlu bazar var idi. Burada hər 
cür bol məhsullar, meyvələr, Şirvan sənətkarlarının məmulatları satılırdı. 
                                                 
*
 Mətndə N. D. Mikluxo-Maklayın 6-cı haşiyədə doğru olaraq qeyd etdiyi kimi, səhvən Əncan getmişdir. Səhv, nöqtələrin düzgün 
qoyulmaması üzündən.getmişdir. Əncan əvəzinə, Abxaz oxunmalıdır. 
**
 Zili - xovsuz xalçanın xüsusi növü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə