Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   83   84   85   86   87   88   89   90   ...   147

99 
 
olmuşdur.
29
 
[182 - 183]
 Sultan Məhəmməd Ölcaytunun (1304-1316) yarlığının mətnindən ibarət olan bu kitabədə 
Bakıdakı divan xatırlanır.
30
 
XI  əsrin sonlarında  Şirvanda divanın sahibi (mülki və maliyyə  işləri idarəsinin rəisi) və  vəzirin naibi 
(müavini) Beyləqandakı hadisələrə  qədər  Şirvanşahların feodal divarında xidmət edən Məsud ibn Namdar 
olmuşdur. Məsud ibn Namdar xidmət etdiyi divanda görülən işləri sadalayaraq yazır: "...(biz) qalalara və 
kəndlərə göndərilən sərəncamları, ölkə və vilayət hakimlərinin təyin olunmasını təsdiqləyən sənədləri imzalayır, 
sahildə  və çayda vergilərin yığılmasına (əl-istifa - müstövfılik xidməti), Bakının və  əl-Kürr (vilayətinin) el- 
Yəzidiyyə  və  əl-Cəbəl vilayətlərinin,  əl-Ləkz ölkəsinin, Suvaq Mükalinin, ta çaya qədər Qəbələ mahalının, 
dənizboyu yerlərlə birlikdə Şəbəran vilayətinin gəliri haqqında hesabatlara (mühasibat) dair işlərə əncam verir, 
xəzinə  və mülk işləri ilə, saysız-hesabsız qoşunlara, amillərin vergi qalıqlarına,  əsgərlərin təmin olunmasına 
(fəvadil), kürdlərin saxlanmasına görə  əl-Deyləmə muzdunun ödənilməsinə  nəzarətlə (arid xidməti) məşğul 
olurduq". Onun əsas gəlir yeri şəhər və ya mahaldan yığılan vergi və töycülərdən daimi olaraq və irsən təyin 
olunan pul ödənci - idrar idi. İdrarı  təyin etmək hüququ da vəzirə  məxsus idi. Lakin XV əsrdə  vəzirlərin 
hakimiyyətini sıxışdıraraq nüfuz qazanmış müstövfılər maliyyə-mühasibat idarəsinin yüksək mənsəbli 
məmurları idrarın verilməsini saxlatdıra bilərdilər. Vergi məbləği divana müntəzəm olmadığından idrarın 
alınması tez-tez çətinləşirdi.  İdrardan başqa təsviq (məvacib), müşahəra (aylıq haqq) kimi pul ödəncləri də 
mövcud idi.
31
 Divanın gəliri, əsasən pul rentası şəklində daxil olan vergi və töycülərdən, habelə hərbi qənimət 
və xəracdan ibarət idi. Şəhərlərdə sənətkarlığın və əmtəə istehsalının inkişafı Şirvan dövlətinin iqtisadiyyatında 
ticarətin və əmtəə-pul münasibətlərinin inkişafını stimullaşdırırdı. 
Şəhər idarəsində məmurlar mühüm vəzifə tuturdular. Məsud ibn Namdar Şirvanda müstövfı - vergilərin 
mədaxil və  məxaricinin uçotunu aparan, şəhərin mədaxil və  məxaric dəftərini tərtib edən maliyyə-ınühasibat 
idarəsinin məsul məmuru vəzifəsində  işləmişdir. 0, həmçinin, özünün müşrif- nəzarət məmuru vəzifəsinin də 
adını  çəkir. Onun məktubları arasında Beyləqanın müşrifı  vəzifəsinə  təyin olunmaq barədə  ərizəsi var. Bu 
məmurun vəzifəsi əhalinin gəliri haqqında məlumat toplamaq idi.
32
 
Şəhərlərdə vergi və rüsumları amillər yığırdılar.
33
 Feodalların mənimsədikləri bir neçə yüz min dinardan 
ibarət icarə  gəliri və onun vəhşicəsinə  yığılma üsulu həmin vilayətlərin  əhalisini dilənçiliyə  və  səfalətə düçar 
edirdi.
34
 Nazirin - kiçik nəzarət məmurunun vəzifəsi kənd mülkləri və istehsal sahələrindən Bakı və Abşeronun 
duz mədənlərindən, neft quyularından götürülən gəliri hesablamaq idi. 
Qoşunların uçotu və onların məvacibinin ödənilməsi ilə məşğul olan məmur arid adlanırdı.
35
 
Amidin və  şəhər rəisinin yanında katib vəzifəsi də var idi. Məsud ibn Namdar Gəncə hakimi 
Şirvanşahın oğlu  əmir  əl-Ədudun yanında katib və müxtəlif tapşırıqları icra edən məmur vəzifəsində 
çalışmışdır. Məsud "əsl" katibin bilik və bacarıqlarını sadalayaraq, fiqh və 
[183 - 184]
 şəriətə, qrammatikanın 
incəliklərinə bələd olmağı, Quranı Dilməyi və s. xatırladır. Beyləqanda amidin on beş katibi var idi.
36 
Feodal  şəhər inzibati idarəsinin mühüm simalarından biri şəhər bazarlarına, ticarət-sənətkarlıq 
məhəllələrinə, məhsulların keyfiyyətinə, təmizliyə və qayda-qanuna, ölçü və çəki vasitələrindən düzgün istifadə 
olunmasına nəzarət edən mühtəsib idi. O, polis funksiyasını da - şəhərdə ictimai asayişin qorunması, cinayət 
isinin və cinayətkarlığın tədqiqi, sərxoşların və iğtişaşçıların cəzalandırılması - icra edirdi. Mühtəsib, həmçinin, 
şəhər sakinlərinin göstərişlərinə və islam dini ayinlərinə riayət etmələrini nəzarətdə saxlayırdı.
37
 
Şəhnə XI-XII əsrlərdə sultanın hərbi canişin idi. Məsud ibn Namdar Gəncə divanının hərbi canişin kimi 
göndərdiyi  Əbd  əl Cabbarın Beyləqanın müstəqilliyinin tamamilə  ləğv edilmə demək olar hərbi dəstələrlə 
buraya gəldiyini xəbər verir.
38
 
Şəhərdə tikinti işlərinə memar başçılıq edirdi. Bu adı daşıyan sənətkar binanın tikilməsində iştirak edən 
inşaatçı-sənətkarlar - bənna, mühəndis, sərkar, həkkak və başqaları arasında məsul şəxs olduğundan kitabələrdə 
də yalnız onun adı  çəkilir. Memar Əbdülməcid ibn Məsudun adı Abşeronun Mərdəkan kəndindəki XIII əsrə 
(1204-cü il) aid dairəvi qalanın divarındakı daşda həkk olunmuşdur.
39 
Mirab şəhərin su ilə təchiz olunması və 
onun şəhər sakinləri arasında bölüşdürülməsi ilə  məşğul olur, suvarma kanallarının saz olmasına, bulaq və su 
quyularının təmizliyinə nəzarət edirdi. 
Feodal sinfinin digər mühüm qrupunu ali ruhanilər- şeyxülislam, qazı və qazı əl-quzzat, yəni vilayətin 
əsas şəhərinin qazısı təşkil edirdi. Onlar mülkiyyət hüququnu ləğv edə bilir, şəriət qanunları əsasında məhkəmə 
icraatını  həyata keçirirdilər. Onlar, həmçinin, mirası bölüşdürür, kəbin kəsir və digər müxtəlif mülki işlərlə 
məşğul olurdular.
40
 Qazı əl-quzzat feodal hakimiyyət pilləkənində sultandan və Şirvanşahdan sonra ən mühüm 
simalardan biri idi. Ruhani feodallar dövlət idarəçiliyində tez-tez yüksək vəzifələr tuturdular. 
Şəhər idarəsində feodal hakimiyyət sisteminin mühüm vəzifəli
 
şəxslərindən biri sədr idi. O, vəqf 
məsələlərinə baxan yüksək mənsəb sahibi, Şirvanşah tərəfindən təyin olunan nazir idi. Bakı qalasındakı Gilək 
məscidindəki kitabədə h.708 (1308/9)-ci ildə məscidi təmir etməyi əmr etmiş sədr Əmin əd-Din ibn Əbubəkrin 
adı  çəkilir. XIV əsrdə burada kitabəsində onu tikdirmiş  sədr Nasir əd-Din Gərşəsb ibn Həsən Hacibin adı 
xatırlanan başqa bir məscid də vardır.
41
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə