Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   82   83   84   85   86   87   88   89   ...   147

98 
 
Şirvanın hərbi əyanları, yerlərdə bütün hərbi və inzibati, hakimiyyəti əllərində toplamış hərbi rəislər - 
əmirlər idi. Əmirlər  Şirvanın vilayət,  şəhər və  kəndlərində hakimilik edir, istehkamlarının tikilməsi işlərinə 
baxırdılar. XI əsrdə onların hakimiyyəti zəiflədi və onlar vilayət və əyalətlərin hakimlərindən şəhər hakimlərinə  
çevrildilər. Məsud ibn Namdar XI əsrin son Gəncənin və bütün Arranın hakimi Şirvanşah 1 Fəribürzün oğlu əl-
Ədudun
*
 adını çəkir. XI əsrdə Dərbənddə Haşimi əmirləri hakimiyyət sürürdü. XI-XV əsrlərdə Şirvan dövləti 
Şirvanşahın hakimiyyəti altında olan bir qrup vassal mülklərindən ibarət idi. Əmirlərin adları Bakı qalasında, 
Abşeronda və Şirvanın digər yerlərində tikilmiş külli miqdarda müdafiə qalalarının, məscid və türbələri olan iri 
qəsrlərin kitabələrində  çəkilir. XI əsrdə daş üzərində kufı  xətlə  həkk olunmuş  və Bakı qalasındakı Cümə 
məscidinin minarəsinin özülünə qoyulmuş dördsətirlik kitabədə yazılmışdır: 
«1. Əzəmətli əmir-sipəhsalar- şücaətli hərbi rəis 
2. Hüsaməddövlə (vəd-Din) - dövlətin xoşbəxtliyi 
3. İslamın dayağı və qoşıun başçısı, cəmiyyətin baş tacı 
4. Kübarların itirilmiş Əbu Yəqub Yusifı». 
Hüsam  əd-Dinə verilən ləqəblər və  Şirvanın iki böyük şairinin - Xaqani Şivani və  Fələki  Şirvaninin 
məlumatları göstərir ki, o, III Mənuçöhrün vaxtında təqribən h.530-532 (1135/36-li37/38)-ci illərdə Şirvanşahlar 
dövləti qoşunlarının baş  sərkərdəsi olmuş  və  hərbi  əməliyyatlar zamanı Arran torpaqlarının bir hissəsini zəbt 
etmişdi.
17
 XI əsrin sonu - XII əsrin əvvəllərində Arranda xidmət edən qoşun başçıları arasında sipəhsalar Əbü-I-
üla Cənzəvının adı çəkilir.
18
 Nisbəsi onun əslən Gəncədən olduğunu göstərir. XI-XII əsrin əvvəllərində qoşun 
rəisinə, sərkərdəyə sahib əl-cəys (ərəbcə) də deyilirdi. XII əsrdə  Şamaxıda  əmir-sipəhsalar Mübarız  əd-Din 
olmuşdur.
19
 Şirvanşah Gərşəsb ibn Fərruxzad zamanın Mərdəkan kəndində tikilmiş dairəvi qalanın h.600-cü ilin 
mordad
**
 ayına (avqust, 1204-cü il) aid kitabəsində qalanın sahibi "dünyanın böyük sipəhsaları, güclü, ehtiramlı, 
dinin və dövlətin 
[181 - 182] 
ulduzu ibn Kakuya..."nın
20
 adı çəkilir. Sipəhsalar - hərbi rəis, baş sərkərdə rütbəsi 
XIII əsrin əvvəllərində də ən yüksək hərbi rütbə amirlərinin adlarına XIV əsr kitabələrində təsadüf edilir. Bakı 
qalasında Cümə  məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər 
verilir. "məlik əl- imarara və 1-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Smud ibn Fəxr əd-Dinin adı 
çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir.
21
  Əmirəcan kəndindəki məscidin qapısı üstündəki  ərəbcə 
kitabədə məscidi tikdirən böyük məlik Fəxr əd-Dinin oğlu  əmir Nizam əd-Din əmir Həccin adı çəkilir və h.730 
(1329/30)-cu il tarixi göstərilir.
22
 Bu kitabələrdən aydın olur ki, Fəxr əd-Din adları çəkilən bu iki şəxsin atasıdır 
və "böyük malik" epitetindən göründüyü kimi görkəmli mövqe tutmuş, iri feodal olmuşdur. Onun oğlanlarından 
biri - Bakı qalasındakı məscidi bərpa etdirmiş əmir Şərəf əd-Din Mahmud, ehtimal ki, şəhərdə yaşamış, ikinci 
oğlu isə, titulundan göründüyü kimi, iri feodal, şərəfinə adlandırılan Əmirəcan (Əmir Heccan) kəndinin sahibi 
olmuşdur. "Əmir Həcc" rütbəsi fəxri vəzifə olub, Məkkə  və  Mədinəyə ziyarətə gedən karvanın başçısına 
verilirdi. Adları  çəkilən  şəxslər feodal sinfinin nümayəndələri və  Şirvanşahın vassalları idi. Şirvanşaha vassal 
tabeliyində olan ləkzlər onun yanında xidmət etmək üçün dəstələr göndərməli idi.
23
  Şirvanşah və  əmirlərin 
yanında onların  şəxsi mühafızəsi vəzifəsini daşıyan qulamlar olurdu. Onlar Şirvanşahın tapşırığı ilə onun 
qohumlarını öldürüb, qan intiqamını alır və digər qorxulu tapşırıqları yerinə yetirirdilər. "Tarix-i əl-Bab"da 
xidmətçilər arasında qulamlardan başqa, görünür, daha yüksək mövqe tutan xadimlərin də adı  çəkilir. 
Şirvanşahlar dövlətində nizami qoşunlardan (əsgər, cünd), növbətçi dəstələrindən başqa türk və türkmənlərdən 
təşkil olunan muzdlu dəstələr də var idi. Şəhərlərin əhalini şəhəri yadelli işğalçılardan müdafiə etməkdə birliyə 
çağıran sakinlərdən ibarət hərbi təşkilatı da var idi. Şəhər icması  "əl-cəmaət"
24
 adlanırdı. XIII əsrdə Bayıl 
buxtasındakı qala divarının daşlarında "cəmaəti-i şəhr-i Şəmaxi" sözləri qeyd olunur.
25
 Ehtimal burada Şamaxı 
şəhər icmasından söhbət gedir. 
Şirvanşahdan sonra dövləti idarə edən ikinci şəxs  ən yüksək mənsəbli  əyanlardan olan vəzir idi. 
Şirvanşah sarayında vəzir vəzifəsini üç nəsil ərzində mənşəcə məşhur Deyləmi hökmdar sülaləsi qolundan olan 
və artıq o vaxtlar Səlcuqilərlə qohumlaşmış Kakuyilər ailəsi tutmuşdur.
26 
Şirvanın vəziri Bəha  əd-Din 
Məhəmməd əl-Hüseyn əl-Kakuyi vəzifəsi irsən keçən vəzirlərin oğlu və nəvəsi idi.
27
 İshaq ibn Kakuyinin adı 
Mərdəkandakı dairəvi 1204-cü il tarixli kitabəsində cəkilir.
28
 Görünür, bu ailənin üzvləri XI  əsrdən sonra və 
daha sonrakı əsrlərdə Şirvan dövlətinin idarə edilməsində mühüm rol oynamışlar. 
Şirvanın vəziri - Şirvanşahın iltifatı ilə olsa da, dövlətin tam səlahiyyətli hakimi idi. Vəzirlərin 
hakimiyyəti, ilk növbədə, məmur təbəqəsinin nümayəndələri üçün bəxşiş mənbəyi idi. Şirvanın vəziri əl-Kakuyi 
mükafat və  bəxşiş verməkdə  səxavəti ilə  məşhurlaşmışdı.  Əhəlidən vergi yığmaq icazəsini (daman) vəzir 
verirdi. Bakı qalasındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı farsca kitabəyə görə Şirvanda, ehtimal 
ki, XI-XII əsrlərdə  Şamaxıda XIII-XIV əsrlərdə isə Bakıda vəzirlər divanı (divan əl-vüzəra) mövcud 
                                                 
*
 
əl-Ədud, yəqin ki, Şirvanşahın adı yox, ləqəbidir.
16
 
**
 Kitabədə “mordad” ay adı III Yəzdigərd təqviminə əcacən verilmişdir. Ehtimal ki, bu ad Abşeronda ənənəvi qaydada saxlanmışdır. 
Ə. Ə. Ələsğərzadənin “Ka-k-li” kimi oxuduğu adı biz Kakuyi kimi oxuyuruq.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə