Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   80   81   82   83   84   85   86   87   ...   147

95 
 
Şəbəran düzənlikdə, onun adını daşıyan çayın sol sahilində, indiki Dəvəçi rayonunun Şahnəzərli 
kəndinin yerində olmuşdur. Hələ 1254-cü ildə Zaqafqaziya yolu ilə Monqolustandan qayıdarkən  Şəbəranda 
olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını göstərmişdir. Görünür bunlar yəhudi tatlar (dağ 
cuhudları) olmuşdur. Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla  Şamaxı arasındakı dağ qalalarında 
məskən salmışdılar.
37
 Şəbəranın adı Teymurun yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa 
yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət  Şirvanşah  Şeyx  İbrahim bu şəhərdə onun şərəfinə ziyafət 
vermişdi. 
Həmdullah Qəzvini Muğanın  əsas  şəhəri olan, lakin 1340-ci ilədək xaraba qalmış,  əhalisi çox olan 
kəndə çevrilmiş Bacərvan  şəhərinin 
 
adını  çəkir; Bacərvanın havası çox istidir, şəhər su ilə  mənbəyini 
ətrafındakı dağlardan götürən çaydan təmin olunurdu. Burada yalnız  dənli bitkilər becərilirdi. Mahmudabad 
Xəzər dənizinin yaxınlığındakı Qəvbəri düzündə yerləşir
*
. Onu Qazan xan saldırmışdır və beşinci iqlimdədir.
39
 
Mahmudabad şəhərini islamı qəbul etmiş monqol hökmdarı sultan Mahmud Qazan xan (1295-1304-cü illər) Kür 
çayının iki yolu arasında, dəniz sahilində saldırmışdı. Onun bir adı da Şil idi. Qazan xan Hülaku xanın dağıtdığı 
Güştəsbi vilayəti və  şəhərin  əhalisini buraya köçürmüşdü.
40
  Xəzər dənizinin sahilində, Randovan burnundan 
aşağıda quruda və suda aparılan arxeoloji qazıntılar zamanı su altında qalmış şəhər yeri qalıqları, çoxlu şirli və 
şirsiz saxsı və seladon qab, XIII əsr Şirvanşahlarının sikkələri, külli miqdarda iri və xırda buynuzlu mal-qara, 
quş və balıq sümüyü yığını aşkar edilmişdir. Bir neçə məntəqədə çaydaşı, çapıq daş və bişmiş kərpicdən tikilmiş 
bina qalıqları qeydə alınmışdır. Ehtimal ki, bu, dənizin altında qalmış Güştəsbi, yaxud Mahmudabad 
şəhərlərindən birinin qalıqlarıdır.
41
 
Həmdullah Qəzvini  Şirvan vilayətinin Xəzər dənizi sahilində yerləşən  əsası Löhrasbın (İranın  əsatiri 
şahı) oğlu Güştəsb
**
  tərəfindən qoyulmuş Güştəsbi nahiyəsini qeyd edir. Güştəsb Kür və Araz çaylarından 
onların sahilində yerləşən çoxlu kəndləri su ilə  təchiz edən bir neçə kanal çəkdirməklə  həmin yerləri 
münbitləşdirmişdir. Orada buğda və  çəltik, az miqdarda pambıq və meyvə yetişdirilirdi; "onun əhalisi 
ağsifətlidir, onlar şahın məzhəbinə etiqad edirlər, dilləri Pəhləvi ləhcəsinin qarışığıdır. Gəliri keçmiş 
zamanlarda, monqol basqınına qədər, bugünkü məzənnə ilə bir milyon dinara çatır. "ilayətin müxtəlif yerlərində 
çoxlu iqta torpaqları var". Həmdullah Qəzvini  Şirvan və Güştəsbi torpaqlarından bəhs edilən fəsildə yazır: 
Şirvan ölkəsi Kür çayının sahilindən Dərbəndə - qapılar qapısınadək uzanır.  Şirvan xanları  (Şirvanşahlar – 
S. A. ) vaxtında oranın  bugünkü (1340-cı il – S. A. ) məzənnə ilə bir milyon dinara çatırdı, lakin hal-hazırda 
bütün dəftərlərdə yazılanlar 113.000 dinar təşkıl edir. Bundan əlavə, iqta 
[176 - 177]
 torpaqlarına gəlincə ölkənin 
müxtəlif yerlərində belə torpaqlar çoxdur.
42  
Abdullah ibn Məhəmməd ibn Kiya əl-Mazandaraninin XIV-XV 
əsrlərdə Yaxın  Şərq və Zaqafqaziya ölkələrinin dövlət və maliyyə idarəçiliyinə dair geniş material toplanmış 
"Risaleyi
 
fələkiyyə"  əsərinin 8-ci fəslinin h.751 (1350)-ci ildə Elxanilər divanının xəzinəsinə bir sıra 
vilayətlərdən daxil olmuş varidatın  qeyd  olunduğu "Yekun haqq-hesabına dair dəftər nümunəsi" bölməsində
 
yazılmışdır:" Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuya şəhərləri, yaxud neft mənbələri ilə birlikdə) və 
Şirvan Dəmirqapıya qədər müqatiəyə (vergi toplama hüququ – S. A. )  görə Hüca Fəsihi  Şirvaninin 
cavabdehliyində olan mədaxili sənəd üzrə 89 tümən – 820.000 dinardır". Sənəddə göstərilir ki, "Həmin məbləğ 
adları  çəkilən yerlərdən daxil olur".
43
 Divanın gəlirinə dair Həmdullah Qəzvininin  əl-Mazandaraninin 
məlumatlarından on il əvvəl - 1340-cı ildə  gətirdiyi rəqəmləri tutuşdurduqda aşağıdakı  mənzərə alınır (dinar 
hesabı ilə): 
Xəzinənin Şirvanşahlar dövründə  Xəzinənin 1340-cı İldəki mədaxili: 
(yəni monqollara qədər - Səlcuqilər və Atabəylər dövründə) mədaxili: Kür çayından Dərbəndə qədər Şirvan – 
1.000 000 Güstəsbi – 1.000.000 Arran və Muğan – 3.000.000-dan çox 
Cəmi-5.000.000 
Xəzinənin 1340-cı ildəki mədaxili: 
113.000 118.500 303.000 
53-4500
44
 
Divanın gəlirinə dair əl-Mazandaraninin göstərdiyi məbləğin Həmdulla Qəzvininin gətirdiyi təqribən 
eyni ərazidən toplanan gəlirin məbləği ilə müqayisə gostərir ki, əl-Mazandaraninin göstərdiyi məbləğ 820.000 
dinar - Həmdullah Qəzvininin on il əvvəl gətirdiyi rəqəmdən – 534.000 cüzi və ehtimal ki, Bakının neft 
mənbələrindən alınan vergi hesabına artmışdır. Monqollara qədərki dövrlə müqayisədə isə  Həmdullah 
Qəzvininin rəqəmləri, az qala 10 dəfə,  əl-Mazandaraninin rəqəmləri, demək olar ki, 6 dəfə coxdur.Əl-
Mazandaraninin məlumatları XIV əsrin ikinci yarısında Şirvanda və Arranda vergilərin müqatiə (vergi toplama 
üsulu ilə toplandığını göstərir ki, bu da Şirvan və Arranın vergi verən  əhalisinin vəziyyətinə  mənfı  təsir 
göstərirdi. 
                                                 
*
 R. Məmmədov və V. Kvaçidze Mahmudabadı Salyanın yaxınlığındakı Qırxçıraq yerdə lokallaşdırırlar ("Elm və həyat", 1979, № 4). 
**
Yuxarıda göstərdiyimiz kimi, Güştəsbi XIII əsrin  əvvəllərində  Şirvanşah Gərşəsb Fərruxzad tərəfındən salınmış, yaxud 
abadlaşdırılmışdır.
 


96 
 
Xəzinə  gəlirinin göstərilən məbləği bundan əvvəlki (monqola qədərki) dövrlə müqayisədə Elxanilər 
zamanında xəzinəyə  mədaxilinin kəskin surətdə azaldığına dəlalət edir. Bu rəqəmlər ölkənin iqtisadi 
vəziyyətinin XII-XIII əsrin  əvvəlləri ilə müqayisədə  nəzərə çarpacaq qədər ağırlaşdığı Elxanilər dövründə 
Şirvanşahlar dövlətinin və Şirvan şəhərinin əhvalı haqqında fikir yürütməyə imkan verir. Monqolların şəhər və 
kəndləri dağıtması,  əhalini qırması, böyük vergiləri toplama üsulu, feodal ara müharibələri və digər amillər 
bütövlükdə ölkənin iqtisadi tənəzzülünə  gətirib çıxartdı. Görünür, Şirvanda geniş yayılmış iqta sistemi də 
vəzinənin gəlirinin vəziyyətinə təsir göstərirdi. XIII-XIV əsrlərdə Şirvan şəhərlərinin vəziyyətinə dair gətirilən 
dəlillər aşağıdakı  nəticəyə  gəlməyə imkan verir: Beyləqan,  Şəbəran, Bacərvan, Güştəsbi və digər bu kimi 
mühüm iqtisadi və  mədəni mərkəzlər güclü dağıntıya məruz qalaraq öz əhəmiyyətlərini itirdilər və  nəhayət, 
süquta uğradılar. Beynəlxalq ticarət yollarının üstündəki Dərbənd, Şamaxı, Bakı və digər şəhərlər 
[177 - 178]
 
monqol talanlarından sonra, XIII əsrin son rübündə  tədriclə  bərpa edilməyə  və ticarət mübadiləsinə  cəlb 
olunmağa başladı. Lakin mənbələrin məlumatına görə onlar, hətta, XIV əsrdə belə bu şəhərlərin Şirvanşahların 
XII-XIII  əsrlərdəki hakimiyyəti dövründə mövcud olan iqtisadi və  mədəni inkişaf səviyyəsinə çata 
bilməmişdilər. 
 
§4. XI-XIV əsrlərdə Şirvanın sosial strukturu və şəhər quruluşu 
 
XI-XIV  əsrlərdə  Şirvanşahlar dövlətində sosial münasibətlər, sinfı mübarizələri və  şəhər quruluşunu 
öyrənmək baxımından yazılı  mənbələrin verdiyi məlumatlar dağınıq və cüzidir. Bu boşluğu,  əsasən Bakı  və 
Abşeronda, Şamaxıda, Dərbənddə və Şirvanın digər və yaşayış yerlərindəki çoxlu memarlıq abidələrindəki daş, 
habelə həmin dövr Şirvan hakimlərinə məxsus numizmatika doldurur. XI-XIV əsrlərə aid narrativ mənbələrdə, 
XII şairlərinin (Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani və b.) əsərlərində müxtəlif sosial terminlərin, epiqrafık 
abidələrdə  və sikkə legendalarında  Şirvanşah,  əmir, xaqan, xan, sultan, məlik, vəzir, hacib, sədr, sipahsalar, 
şeyx, qazi, əl-quzat, rəis, amid, amil və s. titul və rütbələrin xatırlanması göstərir ki, həmin dövrdə  Şirvanın 
şəhərlərində inkişaf etmiş feodal cəmiyyətinə məxsus mürəkkəb struktur mövcud olmuşdur. Bu cəmiyyətin əsas 
sinifləri feodallar, kəndlilər və  sənətkarlar idi. Böyük şəhərlərin  əhalisi dəqiq bir tərəfdən  əyanlara və iri 
tacirlərə, digər tərəfdən isə  xırda alverçilərə  və  sənətkarlara bölünürdü. Hakim feodal təbəqəsinin başında 
Şirvanşahlar dövlətinin başçısı - Şirvanın paytaxtı  Şamaxıda,  şəhər zəlzələdən dağıldıqdan sonra isə 1192-ci 
ildən Bakıda yaşayan
 
Şirvanşah dururdu. Şirvanşahın adı dəbdəbəli titullarla müşayiət olunurdu. Köhnə Bakının 
şimal  şəhər divarındakı yarımbürclərdən birinin uçması  nəticəsində  aşkar olunmuş böyük daşdakı üçsətirlik 
natamam kitabədə şəhər divarının Şirvanşah III Mənuçöhr tərəfindən h.514-555 (1120-1160)-ci illərdə tikildiyi 
xəbər verilir: 
«1. [Bu] şəhər divarını tikməyi əl-məlik əl-müəzzəm el-alim əl-adil əl-müzəffər əl-Mənsur 
2. Əl-mücahid Fəxr əd-Din və-d Dövlə İmad əl-islam və-1-müslimin 
3. Xaqan əl-əkbər Şirvanşah əl-kəbir Əbü-I-hüca Mənuçöhr ibn... əmr etdi».
1
 
Əbül-üla Gəncəvinin qəsidəsinə və Fələki Şirvaninin mədhiyyələrinə əsasən III Mənuçöhrün tam adı və 
künyəsi Əbü-I-Hüca Fəxr əd-Din əl-Məlik III Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan əl-kəbir (yaxud əkbər) 
olmuşdur.
2
 
Şəhər divarının XII əsrin ikinci rübündə III Mənuçöhrün tikdirməsinə dair mənbədə verilən məlumat 
Şirvan dövlətinin güclənməsilə əlaqədar böyük fortifikasiya işləri aparıldığını göstərır. Nizaminin 1188-ci ildə 
tamamlanmış "Leyli və Məcnun" poemasında Şirvanşah 1 Axsitanın tam titul və ləqəbləri göstərilmişdir: böyük 
xaqan (xaqan-i kəbir, yaxud əkbər), məlik-e müəzzəm,  Şirvanşah Cəlal  əd-Dövlə  və-d-Din  Əbü-1-müzəffər 
Axsitan ibn Menuçöhr Şirvanşahın adının dəbdəbəli ləqəblərlə müşayiət olunması Qafqazda iri feodal 
dövlətinin məşhur hökmdarlarından biri müstəqilliyini göstərir. Abidlərin kitabələrindəki dəbdəbəli heç də 
həmişə  Şirvanşahların müstəqilliyinə  dəlalət etməsə sikkələrin legendaları  Şirvan hökmdarlarının real 
vəziyyətini də  dəqiq  əks etdirir. Şirvanşahlar bu və ya digər hökmdardan vassal asılılığına düşdükdə, adətən 
sikkədə süzerenin adı göstərilirdi. XI əsrdən başlayaraq Səlcuqilər sülaləsinin qüdrətinin ən yüksək  səviyyəyə 
çatdığı  Məlik  şah (1072-1092-ci illər) zamanında  Şirvanşahların etdikləri sikkələrdə  xəlifə ilə yanaşı  səlcuq 
sultanının da adı, cəkilirdi. 1 Fəribürz (XI əsrin sonu) dövründə kəsilmiş sikkədə yazılmışdır: 
Üz tərəf Əks tərəf 
La ilahə illəllah 
Məhəmmədin rəsulillah! 
 
Əl-Müqtədi bi əmr Allah 
Əs-Sultan Məlik şah  
Əks tərəf 
Fəribürz 
Xəlifə əl-Müqtədi (h.467-487-ci illər) və Məlik şahın (h.465-485-ci illər) adlarına əsasən demək olar ki, 
bu sikkə h.467-485 (I075-1092)-ci illər arasında zərb olunmuşdur. Fəribürzün adının yanında nə ləqəb, nə titul


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə