Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   78   79   80   81   82   83   84   85   ...   147

93 
 
ölümündən sonra varisi Ölcaytu xanın (1304-1316-cı illər) zamanında Qazan xanın fərmanları  tədricən öz 
gücünü itirməyə başladı ki, bu da Şirvanın təsərrüfat həyatının yenidən tənəzzülünə səbəb oldu. 
Bunu köhnə Bakı qalasındakı (İçərişəhər) Cümə  məscidinin minarəsinin divarında Sultan Məhəmməd 
Ölcaytunun Bakı  şəhəri və vilayəti rəiyyətinin bir sıra vergilərdən azad edilməsinə dair yarlığının mətnindən 
ibarət olan kitabə  də  təsdiqləyir.
19
 Çox. Güman ki, yarlıqdan məqsəd mühüm ticarət və iqtisadi əhəmiyyətə 
malik olan Bakı  şəhəri və vilayətinin rifahını  bərpa etmək və yüksəltmək artıq XIII əsrin sonlarında  Şirvan 
şəhərlərinin və bütünlüklə Azərbaycanın təsərrüfat həyatı  bərpa olunmağa başladı. Bakı, Dərbənd və digər 
şəhərlərin ərazisindən tapılmış şirli keramika parçaları da bunu göstərir. 
XIII əsrdə Rusiyadan Çinədək olan torpaqların monqolların hakimiyyəti altına düşdüyü, monqol feodal 
imperiyası yarandığı vaxtdan Azərbaycan, o cümlədən Şirvan, demək olar ki, iki əsr ərzində monqol Elxanilər 
dövlətinin tərkibinə daxil olmuş, Çinlə
 
intensiv iqtisadi, siyasi və  mədəni  əlaqələr saxlamışdır. Elxanilər 
dövründə  Şirvan və Uzaq Şərq arasında ticarət  əlaqələri xeyli genişləndi. Məsələn,  əl-Öməri Bakı  və  Dəmir 
qapıdan (Dərbənddən Qızıl Orda ərazisindən keçərək Çinə gedən ticarət karvan yolundan xəbər verir.
20
 O 
göstərir ki, karvanın yolu beş aydır. Ehtimal ki, Şirvandan keçən bu yoldan İrandan keçən cənub yolu ilə yanaşı 
istifadə olunmuşdur. Əks-təqdirdə Bakı, Dərbənd, Salyan və digər şəhərlərin ərazisində tez-tez Cuci sikkələrinin 
tapılmasını izah etmək çətindir.
21
 Lakin Çindən başlayaraq, Orta Asiyadan keçərək İrana və Azərbaycana gələn 
qədim cənub magistral yol öz əhəmiyyətini itirməmişdi. Çin malları Şirvana bu yolla gəlməkdə davam edirdi. 
Şirvanın Çin və Hindistan kimi uzaq ölkələrlə ticarət  əlaqələri saxladığını  mənbələr və arxeoloji qazıntı 
materialları da təsdiq edir. Bu dövrdə də Çindən gətirilən materiallar içərisində az qala qızıl qiymətinə gedən 
ipək parçalar xüsusilə böyük əhəmiyyətə malik idi. Həmin dövrdə Bizansın və Yaxın  Şərq ölkələrinin, o 
cümlədən  Şirvanın özünün ipək sənayesinin inkişaf 
[172 - 173]
 etməsinə baxmayaraq, Çin ipəyinə  tələbat 
azalmırdı.
22
 Çin ipək parçaları Şirvanda və Azərbaycanda XII-XIV əsrlərdə xüsusilə geniş yayılmışdı. "Əcaib 
əd-Dünya"da göstərilən ölkələrdə yaxşı satılan mallar sırasında "qızılla tikilmiş Çin parçasının (diba-i-xitai) adı 
çəkilir.
23
 Çin ipəyi XII əsr şairləri Nizami, Fələki, Xaqani və başqalarının poetik əsərlərində də xatırlanır. 
Şirvana gətirilən digər Çin malları içərisində bahalı farfor (çini) qablar mühüm yer tuturdu. Şirvanın 
müxtəlif  şəhər yerlərində - Qəbələdə, Örənqalada (Beyləqanda), Bakıda və s. aparılan arxeoloji qazıntılar 
zamanı çoxlu Çin farfor qabları tapılmışdır. Farfora bənzər kütlədən hazırlanıb, yaşıla çalan, şirlə örtülmüş Çin 
seladon qablarının tapılması xüsusi maraq doğurur.  Şərqdə "mərtəbanı adlandırılan belə qablar çox yüksək 
qiymətləndirilirdi. Belə ki, onun zəhəri aşkar etmək xassəsinə malik olduğu güman edilirdi. XIII əsrə aid olması 
ehtimal edilən seladon boşqab qırıqları Örənqalada və başqa yerlərdə tapılmışdır. 
Seladon və farfor tapıntılarına Şamaxı rayonundakı Gülüstan və Buğrut qalalarının xarabalıqlarında da 
rast gəlinmişdir.
24
 Arxeoloji qazıntılar zamanı tapılmış daha sonrakı dövrlərə aid məmulatlarda Çin nişanələri 
olmuşdur. Bakıdakı Sirvanşahlar sarayında aparılan qazıntı zamanı da Çində hazırlanmış çoxlu farfor qab 
parçaları tapılmışdır. 
Sirvanda böyük tələbat olan bahalı Çin qablarından əyanlar istifadə edirdilər. Çin qablarının naxışları 
yerli keramikaya təsir göstərmişdir. XIII əsrdən başlayaraq, bütün Şərqdə olduğu kimi, Şirvanda Hanəbati 
naxışlarl bəzədilmiş gözəl saxsı qablar yayılmışdı. Onların üzərində  rəsmlər açıq-aşkar Çin keramikası 
naxışlarının təsiri altında işlənmişdir.
25
 Maraqlıdır ki, bu qablar "çini", yəni Çin qabı adlanır. Həmin termin bir 
çox  Şərq dillərində, o cümlədən Azərbaycan dilində möhkəm yer tutmuşdur. Çin motivləri Pirsaatçay 
xanəgahındakı (XII əsr) Pirhüseyn türbəsinin kaşılarında da nəzərə çarpır. Ermitajda saxlanılan kaşılardan 
birinin üzərində "Çin buludları" arasında hacıleylək təsvir olunmuşdur. Bu şəkil Tan dövrü vazalarındakı 
rəsmlərin, demək olar ki, təkrarıdır.
26
 
XIII  əsrin sonu və XIV əsrin  əvvəllərində  İran və Azərbaycanın Uzaq Şərqlə  və digər ölkələrlə 
beynəlxalq ticarəti xeyli genişlənir. Köhnə Bakı qalasında - İçərişəhərdə XIV əsrə aid edilən köhnə Buxara 
karvansarası vardır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət  əlaqələri saxladığını  təsdiqləyir.  Şirvanşahlar 
sarayı  ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması Dağıstan və  İranla 
ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir.
27
 Xəzər dənizi vasitəsilə dəniz ticarəti böyük vüsət alır. Gəmiləri 
Qara dənizdə üzən Genuya və Venesiya tacirlərinin sahillərində faktoriyalar təşkil etdikləri Xəzər dənizində də 
donanmaları olmasına dair məlumatlar vardır. 1293-cü ildə  İranda və  Cənubi Azərbaycanda olmuş Venesiya 
səyyahı Marko Polo Gürcüstanın və  Şirvanın  şəhərlərini təsvir edir. O məlumat verir ki, genuyalılar Xəzər 
dənizində bir az əvvəl üzməyə, Gelli (Gilan) ipəyi adlanan ipək gətirməyə başlamışlar. "Burada şəhərlər və 
qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur; belə gözəl parçaları dünyanın 
heç bir yerində görməzsən".
2S
 Ehtimal ki, burada söhbət  Şamaxıdan, orada istehsal olunan ipəkdən və ipək 
parçadan gedir. 
[173 - 174]
 
Beləliklə, XIII əsrin sonlarından etibarən Şirvan və Xəzər dəniz sahilləri ipək almaq üçün bazar axtara-
axtara bu yerlərə gələn avropalıların diqqətini cəlb etməyə başlamışdır Gilan və Şamaxı ipəyi beynəlxalq ticarət 
malına çevrilir. Bununla əlaqədar Bakının Xəzər dənizində Şamaxı ilə tranzit ticarəti sayəsində böyüyən rahat 
liman kimi əhəmiyyəti qeyd edilmişdir. Həmin xəritədə  Xəzər dənizinin sahilində, ticarət yolunun üstündəki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə