Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   76   77   78   79   80   81   82   83   ...   147

91 
 
Şirvan şəhərləri spesifık mallar istehsalı ilə şöhrət qazanmışdı. Məsələn, Beyləqan öz şirniyyatı və saxsı 
qabları, Bakı nefti və duzu, Şamaxı xamnası və ipək parçaları, Dərbənd zəfəranı və kətan paltarları ilə məşhur 
idi. Şirvan şəhərləri daxili ticarətlə yanaşı, xarici bazara neft, duz, qırmız (boyaqotu), zəfəran, xam ipək və ipək 
parçalar, pambıq və kətan paltar, xalça və xalça məmulatı, saxsı, şüşə, mis və ağac qablar, silah, bəzək şeyləri, 
kənd təsərrüfatı məhsulları, meyvə çıxarırdı. Dənizin yaxın olması və Kür çayı balıq ovunun inkişafına əlverişli 
imkan yaradırdı. Müxtəlif balıq növləri ölkədən çox-çox uzaqlara ixrac olunurdu. Sərmahi, yaxud şahmahi - 
şamayi balığı xüsusilə  şöhrət qazanmışdı
46
 Beynəlxalq ticarət yollarınin üstündə yerləşən  Şirvan  şəhərləri bu 
ticarətdə fəal iştirak 
[168 - 169] 
edirdilər. Cənubi Rusiya, Kiçik və Orta Asiya, Çin, Hindistan, Misir, İran, İraq, 
Suriya və digər ölkələrdən gələn tacirlər burada öz mallarıni- qiymətli xəz, qılınc, Çin ipəyi, hind tirməsi, 
mirvari, cevahirat, şüşə  məmulatı, müxtəlif  ədviyyat və s. sataraq, karvanlara neft, duz, kənd təsərrüfatı 
məhsulları, pambıq, xam ipək və Şirvan sənətkarlarının əsərlərini alıb aparırdılar. Şərq və Qərb ölkələri arasında 
beynəlxalq karvan ticarəti yolları  Şirvandan keçirdi. İran və Hindistan malları  həm dəniz, həm də quru yolu 
vasitəsilə  Şirvana gətirilir, buradan isə yunan dünyasına göndərilirdi.  Şirvanın qonşu ölkələrlə, Azərbaycan, 
Gürcüstan, Ermənistan və Dağıstanla iqtisadi və mədəni əlaqələri var idi. 
Şirvan şəhərlərində aşkara çıxarılmış çoxlıı miqdarda sikkə və sikkə dəfınələri, mənbələrin və arxeoloji 
qazıntıların verdiyi məlunıatlar XII-XIII əsrin  əvvəllərində  Şirvan  şəhərlərində  əmtəə-pul münasibətlərini, 
iqtisadiyyat və mədəniyyətin yüksək inkişaf səviyyəsinə çatdığını göstərir. 
 
§3. Şirvan şəhərləri monqol hökmranlığı dövründə (XIII-XIV əsrlər) 
 
XII  əsrdə-XIII  əsrin birinci rübündə
 
xarici siyasi şərait və yadellilərin hücum təhlükəsi ilə  əlaqəli 
Şirvanın şəhər və digər yerlərində müdafiə xarakterli iri qurğuların, qala bürclərinin və istehkamlarının, şəhər 
divarlarının, habelə bir sıra digər binaların - saray, məscid və karvansaraların tikildiyi nəzərə çarpır. Həmin 
tikililərdəki kitabələrdə Şirvanşahların adları bütün dəbdəbəli titulları ilə çəkilirdi ki, bu da həmin hökmdarların 
və iri feodalların müstəqil və dövlətli olmasına dəlalət edir.  Şirvan şəhərlərinin mənbələrdə göstərilən iqtisadi 
inkişafını və çiçəklənməsini XIII əsrin 20-ci illərində Azərbaycanı od və qılıncdan keçirən sonradan bəzilərinin 
bir daha daha dirçələ bilməyərək süquta uğrayan, tam bir sıra şəhərlərini viran qoyan monqollar dayandırdılar.. 
V. V. Bartold monqol dağıntılarının nəticələrinin çox da ağır olmadığını hesab etsə də, əslində, Şirvan və Arran 
elə güclü dağıntıya məruz qalmışdı ki, Gəncə, Bərdə, Beyləqan, Şəbəran və iri mərkəzlər xarabalığa çevrilərək 
öz  əvvəlki  əhəmiyyətlərini tapırlar. Bakı  işğalçıların gəldikləri böyük yoldan kənarda olduğundan,  görünür, 
başqa  şəhərlərə nisbətən az zərər çəkmişdir. Bununla belə,  ərəb müəllifləri monqollar şəhəri tutarkən 
istehkamlardan birinin üst hissəsinin dağıldıdığını  xəbər verirlər.  Əhali Bakı  şəhərini qəhrəmanlıqla müdafiə 
edirdi. Bakuvi nəql edir ki, monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı ala bilmirdilər və yalnız
 
1239-cu ildə bütün ölkə istila edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. Monqolların Qafqaz 
ölkələrinə hücumlarında baş verən hadisələrin müasiri olan Yaqut Beyləqanın işğalı haqqında aşağıdakılar 
yazır: “Tatarlar h.617 (1220/l)-ci ildə  şəhərə girdilər  əllərinə keçən adamların hamısını  qırdılar,  şəhəri talan 
etdilər, sonra isə yandırdılar. Lakin onlar çıxıb gedən kimi əhalinin qaçmış hissəsi yenidən şəhərə qayıtdı; bir 
azdan başqaları da onlara qoşuldu, belə ki hazırda (yəni, 1227-ci ildə - S. A. ) şəhər yenidən məskunlaşmışdır”

İbn  əl-Əsir, Zəkəriyyə  Qəzvini və digər müəlliflər də h.618 (1221)-ci ilin ramazan ayında monqol 
[169 - 170]
 
istilaçılarının Beyləqanı tutaraq qarət etdiklərini, şəhərin evlərini, divar və darvazalarını, əhalisini qırdıqlarını, 
“...qılıncı sıyırıb nə cavanları, nə qocalan, nə də qadınları sağ buraxmadıqlarını” xəbər verirlər. 
Zəkəriyyə  əl-Qəzvini monqolların Beyləqanı mühasirəyə almasını belə  təsvir edir: “Beyləqan Arran 
ölkəsində tanınmış böyük bir şəhərdir. Hündür divarları var. Onu Qubad şah saldırmışdır. Nəql edirlər ki, nə 
onun özün də, nə  də  həndəvərində bir dənə  də olsun daş yoxdur. Beyləqana yaxınlaşan tatarlar şəhərin uca 
divarmı görüb onu mancanaqla dağıtmaq istədilər, lakin bir dənə də daş tapa bilmədilər ki, mancanağa qoyub 
atsınlar. Bu zaman onlar uca çinarları gördülər, onları mişarla doğradılar, kötüklərini mancanağa qoyaraq 
divarlar uçurdulana qədər atdılar. Monqollar şəhəri talan edib, əhalisini qırdılar”.
4
 
1227-ci ildə Beyləqana gələn Xarəzmşah Cəlal  əd-Din Məngburni  şəhəri elə dağıdılmış  vəziyyətdə 
görür ki, onun yenidən məskunlaşdırılmasına ümid yox idi. Xarəzmşahın vəziri Şərəf əl-Mülkün şəhəri və onun 
monqollar tərəfindən dağıdılmış suvarma sistemini bərpa etmək üçün gördüyü işlərin
5
 nəticəsi müvəqqəti oldu. 
Beyləqan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində mənbələrin məlumatları təsdiq edilərək, dağıntılar 
və kütləvi yanğın izləri üzə çıxarıldı. Tapılan dəfn olunmamış insan skeletləri, şübhəsiz bəhs olunan hadisələrin 
qurbanlarındandır.
6
 Beyləqan monqollar tərəfindən ikinci dəfə 1235-ci ildə zəbt edilmişdi. Bundan sonra şəhər 
boşalmışdı. Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan aşağıdakıları yazır: "Beyləqan beşinci iqlimdə yerləşir. 
Onun uzunluq dairəsi 83
0
32′, en dairəsi isə 39
0
55′-dir. O, Sasani hökmdarı  Firuzun oğlu Qubad tərəfindən 
salınmışdır. Hal-hazırda (yəni, 1340-cı ildə - S. A. )  xarabalığa çevrilmişdir. Evlərin çoxu bişmiş  kərpicdən 
tikilmişdi. İqlimi istidir. Burada dənli bitkilər - əla buğda, çəltik, pambıq becərilir".
7
 Q. Əhmədovun haqlı olaraq 
göstərdiyi kimi, bu məlumat bilavasitə şəhərin özünə deyil, onun aqrar rayonuna aiddir.
8
 Həmdullah Qəzvininin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə