Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   73   74   75   76   77   78   79   80   ...   147

88 
 
yerlərdən meyvə  gətirilməsindən yazır.  Əl-İdrisi xəbər verir ki, Xəzər dənizindəki bu şəhər Sərir və 
Təbəristanın, Curcanın digər hissələri üçün ticarət limanıdır. "Orada böyük miqdarda istehsal edilən kətan 
parçadan Arran, Ərminiyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir". Əl-
İdrisi Bab əl-Əbvabdan Tiflisə  qədər bütün Arran ölkəsində külli miqdarda boyaqotu yığılmasına və  Xəzər 
dənizi vasitəsilə Curcana, oradan isə Hindistana aparılmasına dair İbn Havqəlin məlumatını  təkrar edir. O, 
həmin boyaqotunun onun bütün növlərindən keyfiyyətcə üstün olduğunu göstərirdi. 
Əl-İdrisi böyüklüyünə və evlərinin sayına görə bir-birinə bənzəyən Bərzənc, əş-Şəmaxiyyə, Şərvan, əl-
Abxaz şəhərlərinin, Samur körpüsü deyilən yerin adlarını çəkir. O, daha sonra burada tacirlərin gəldiyi bazarlar, 
sənətkar dükanları (karxanalar), çoxlu meyvə bağları olduğunu, ölkənin bərəkətli, əhalisinin isə xarici ticarətlə 
məşğul olduğunu göstərir.
20
 
XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya"  əsərində  Dərbənd malları arasında rus tacirlərinin şimaldan 
gətirdikləri qiymətli "qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin"
21
 adlarını çəkir. 1971-ci ildən 
etibarən Dərbənd  ərazisində aparılan arxeoloji bu qədim  şəhərin iqtisadi həyatma dair narrativ mənbələrin 
məlumatlarını tamamlayır. 
Qazıntılar nəticəsində iki hissədən - içqala (kuhəndiz) və şəhərin özündən (şəhəristan) ibarət olan orta 
əsrlər Dərbəndinin strukturu müəyyən edilmişdir.
22
  Dərbəndin müdafıə istehkamları kompleksində    Narınqala 
içqalası xüsusi yer tuturdu. İçqalaların mədəni təbəqələrinin ümıımi qalınlığı 10 metrə çatır. Şəhərin içqalasının 
şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m
2
 olan 4 bina aşkar edilmişdir. 
Çoxlu ocaq və təndirlər daş özüllər üzərində yaxşı qalmış buruqvarı oyma naxışlarla bəzədilmiş ağac sütunlar və 
bişmiş kərpicdən dekorativ oymalı kvadrat sütun üzə çıxarılmışdır. Beşinci komplekslə bağlı təbəqədən XI-XII 
əsrlərə aid çoxlu şirli və  şirsiz keramika, memarlıq detalları,  şüşə  və metal məmulat, o cümlədən  şüşə 
bilərziklər, gözəl naxışların, xırda sümük 
[163 - 164]
 məmulatlar, bəzək şeyləri və silahlar, içərisində bəzi hallarda 
Çin möhürlərinə oxşar möhürləri olan yüksək keyfiyyətli çini fıncan və piyalələr seçilən gətirilmə mallar 
tapılmışdır. Tapıntılar içərisində gözəl çini nimçənin alt hissəsi də vardır. Bu kompleksi XII-XIII əsrin birinci 
yarısına aid etməyə imkan verən seladondan hazırlanmış  gətirilmə kasanı, zərnaxışlı  işlənmiş  gətirilmə saxsı 
qab qırıqlarını qeyd etmək vacibdir. Göstərilən materiallar Çin və digər ölkələrlə ticarət əlaqələri saxlandığından 
xəbər verir.  
İçqalanın bu hissəsi Sasanilər dövründə  və XI əsrin sonu - XII əsrdən daha intensiv şəkildə 
məskunlaşmışdır. Kompleksin çox böyük olması, onun içqalanın  ən  əlverişli yerində yerləşməsi, binanın 
divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş  kərpicdən tikilməsi və 
çoxsaylı avadanlığı bu memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə 
eyniləşdirməyə əsas verir.
23
 
Təpənin yamacında, içqalanın altında daha iki şurfun özülü qoyulmuşdu. Birinci şurf göstərdi ki, 
yamacın yuxarı hissəsi yalnız XI əsrin sonundan məskunlaşmağa başlamışdır.
24
 İçqaladan başqa, şəhərin şimal 
və  cənub divarları arasında, Cümə  məscidindən 60-70 m qərbə doğru daha dörd stratiqrafık  şurfiın təməli 
qoyulmuşdu. Burada 1,9 m dərinlikdə (1-ci şurf) XI-XII əsrlərə aid su kəməri, çoxlu əsasən  şirli-keramika 
məmulatı  aşkar edilmişdir. Qazıntının mərkəz hissəsində, Cümə  məscidinin qənşərində (2-3-cü şurflar) külli 
miqdarda keramika materialı tapılmışdır. Cənub divarının yaxınlığında XII-XIII əsrlərə aid bişmiş  kərpicdən 
tikilmiş birotaqlı bina (eni 8,2 m, divarların qalınlığı 1,3 m, uzunluğu 19,5 m) üzə çıxarılmışdır. Binada xeyli 
keramika, bütöv şirli və  şirsiz kasalar, şüşə  məmulatı 
 
parçaları tapılmışdır. Mədəni təbəqənin qalınlığı 3,5 
metrdir.  Şurfların üçü dərinliyi bəzən 20 metrə çatan qədim quyulardır.Onların bəziləri bir-bir ilə 
birləşdirilmişdir və ehtimal ki, su anbarları olmuşlar. Cümə  məscidi rayonu artıq  ərəblərin vaxtında, yazılı 
mənbələrin xəbər verdiyi kimi, Dərbənd Qafqaz böyük şəhər və
 
Xəzər
 
 dənizində iri liman olarkən tikilmişdir.
25 
Arxeoloji qazıntı materialları göstərdi ki, XI-XIII əsrin  əvvəllərində  Dərbənddə  qızğın  şəhər həyatı olmuş, 
sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi. 
XIII  əsrin 20-ci illərində yazılmış anonim "Əcaib  əd-Dünya"  əsərində Arrandan Kür çayı boyunca 
Arazın ona qovuşduğu yerədək anıb gedən bir ölkə kimi danışılır. Arranın uzunu və eni 30-40 fərsəxə yaxındır. 
"Bol nemətli xoşbəxt yerdir: o, şahların qış iqamətgahı idi. Dünyanın əhali yaşayan heç bir yerində Arrandakı 
qədər imarət yoxdur: heç bir yerdə oradakı  qədər türk yoxdur: "deyirlər ki, orda yüz min türk süvarisi var". 
Ehtimal ki, bu rəqəm bir qədər böyüdülmüşdür. Çoxlu miqdarda türk yəqin ki, döyüşçülər, Səlcuq 
hökmdarlarının və Eldəgəzlərin iqta şəklində verdikləri münbit Arran torpaqlarının sahibləri idi. Sonra Arran 
mallarının adları sadalanır: "böyük miqdarda ipək, düyü, qoyun, öküz və at".
26
 
Həmin mənbədə Arranın mühüm şəhəri Beyləqan böyük şəhər kimi təsvir edilir: "İslamın hökmdarı və 
padşahı, dünya və din yolunda müzəffər mərhum sultan Əbu Bəkrin zamanında xeyli abadlaşdırıldı; orada çoxlu 
qəsrlər, köşklər
*
 tikildi. Qədimdə bu 
[164 - 165] 
şəhərdə su yox idi və bu səbəbdən adamlar, şəhərin əhalisi əzab-
əziyyət çəkirdi; Arazdan ora bir neçə kanal çəkilmişdir. Nəql edirlər ki, şəhər onların (Əbu Bəkr və Özbək) 
                                                 
*
 Köşk – bağ evi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə