Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   70   71   72   73   74   75   76   77   ...   147

85 
 
üzərində  şeyx Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş  Cəlal  əd-Din 
Hüseynin, habelə onun qardaşı Qiyas əd-Din Əhmədin [h.784 (1382)-h.813 (1410)-cü illər] adları çəkilən kitabə 
olan  gümüş  pullar zərb edilirdi.
247
  Numizmatik materiallar Şirvanşahın Cəlairilərdən asılılığını  təsdiq edir. 
Mənbələrdə Huşəngdən öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair kimi danışılır.
248
 Lakin 
onun hakimiyyəti az - on il sürmüşdür. XIV əsrin sonlarında  Şirvanda xırda feodalların və  kəndlilərin 
 
zadəganlar  əleyhinə üsyanı baş verdi. Huşəng h.748 {1382)-ci ildə  qəddarlığından qəzəblənmiş  rəiyyəti 
tərəfındən öldürüldü.
249 
Bundan sonra Şirvan feodalları ehtimal ki, Huşəngin birbaşa vəliəhdi 
[157 - 158]
 
olmadığından onun ən yaxın qohumlarından birini Şirvanşahlar Dərbəndilər adlanan digər qolunun 
nümayəndəsi Şeyx I İbrahimi hökmdar seçdilər. 
Şirvanşahların XI əsrdən XIV əsrə qədərki hakimiyyət nəzərdən keçirdikdən sonra aşağıdakı nəticələrə 
gəlmək mümkündür. Ərəb mənşəli Məzyədi Şirvanşahlar sülaləsində XI birinci rübündən etibarən dəyişiklik baş 
verir. Əvvəlki ərəb adları Yəzid, Əhməd, Məhəmməd və s.əvəzinə fars adları - Ənuşirəvan Mənuçöhr, Axsitan, 
Gərşəsb, Fəribürz və i.a. meydana gəlir. Onlar öz şəcərələrini Sasani hökmdarları Xosrov Ənuşirəvana və 
Bəhram Gura bağlayırlar. Ərəb mənşəli Şirvanşahların Sasani şahlarına söykənən əsilzadə nəslindən olmalarına 
iddia etmələri faktını onların qadın nümayəndələrinin qədim ənənələri dirçəldən Sasani mənşəli yerli hökmdar 
ailələri ilə nikah əlaqələri ilə izah etmək mümkündür. XII əsrin əvvəlində və XIII əsrdə Şirvanşahlar sarayında 
Builərin tənəzzülü dovründə  Qərbi  İranda meydana gələn Deyləmi - İran sülaləsi Kakuyilərin nümayəndələri 
mühüm rol oynayırdılar. Yüz ildən çox bir müddət ərzində həmin sülalənin nümayəndələri (XI əsrin sonu-XII 
əsrin əvvəllərində Məhəmməd əl-Kakuya, 1204-ci ildə İshaq əl-Kakuya) Şirvanşahların vəziri olmuş, ehtimal ki, 
onlarla qohumlaşmışdır. 
Şirvanşahların XII-XIII əsrlərdə iranlaşması onların siyasi, sosial və  mənəvi həyatlarının bütün 
sahələrinə sirayət etmişdi. Yerli feodal nəsilləri ilə qohumlaşan Məzyədilər tədriclə öz ərəb mənşələrindən 
uzaqlaşır. Şirvan aristokratiyası tərəfindən assimilyasiyaya uğrayaraq yerli hakim sülaləyə çevrilir. Şirvanşahlar 
sünni idilər. Onlar elmlərə, incəsənət və ədəbiyyata hamilik edirdilər, Paytaxt Şamaxı idi, XII əsrdən isə Bakı 
şəhəri də onların iqamətgahı olmuşdu. XII əsrdə  Şirvanşahlar sarayında poeziya və  ədəbiyyat inkişaf etdi, 
Xaqani və bir çox gözəl şairlər yetişdirmiş Azərbaycan şeir məktəbi yarandı. Rəsmi ədəbi dil fars dili idi. Ərəb 
dilindən ilahiyyatda və dini ayinlərdə istifadə olunurdu. Canlı danışıq dili türk - Azərbaycan dili idi. Elmi 
əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı. Şirvanşahlar dövründə XI-XIV əsrlərdə Şirvan şəhərlərində 
müdafıə istehkamları — qalalar, qala divarları, bürclər tikilmişdi. Onlar məscid və xanəgahlar tikilməsminə 
böyük diqqət yetirir, onları gözəl kaşılarla, ornamentli dekorlarla
 
bəzədir, müqəddəs şeyxlərə sitayiş ənənəsini 
davam etdirirdilər. Şirvanşahlar öz dövrlərinə görə təhsil görmüş adamlar idi. I Axsitan
 
və Huşəng poeziyaya 
həvəs göstərir, özləri də şeir yazırdılar. Onlar sarayda yaşayan görkəmli şair və alimləri öz uşaqlarının təlim – 
tərbiyəsinə  cəlb edirdilər.  Şirvanşahlar nəsli səlcuq və monqol ağalığına davam gətirə bilən çevik siyasətçi 
idilər. Səlcuq, sonra isə İraq sultanları ilə vassal münasibətlərində olan, onların adından sikkə kəsən və onlara 
xərac verən  Şirvanşahlar,  əslində, müstəqil hakimiyyət sürürdülər. Onların asılılığı çox vaxt formal xarakter  
daşıyırdı.Şirvanşahların monqollardan - Çingizilərdən, Cucilərdən, Çobani və  Cəlalilərdən vassal asılılığı isə 
daha güclü idi. Elxanilər zamanında  Şirvanşahlar öz adlarından sikkə  kəsmək ixtiyarını itirərək yalnız 
süzerenləri adından sikkə zərb edirdilr. 
Şirvanşahlar sülaləsinin bir sıra nümayəndələri - I Fəribürz, III Mənuçöhr və onun oğlu I Axsitan - 
görkəmli diplomat və dövlət xadimləri idi. Onlardan bəziləri - III Fəribürz və Kavus -  yadelli işğalçılarla 
vuruşan,  Şirvan dövlətinin müstəqilliyi uğrunda mərdliklə mübarizə aparan 
[158 - 159] 
bacarıqlı  sərkərdə 
olmuşlar.  Şirvanşahlar yanına  əl-adil,  əl-müəzzəm,  əl-alim və s.epitetlər qoşulmuş  məlik, xaqan, monqolların 
vaxtında isə sultan kimi xanədan titulları daşımışlar. Sülalənin bütün nümayəndələri  Şirvanşah adlanmışdır. 
Şirvan dövlətinin və onun hökmdarlarının real vəziyyətini  əks etdirən bütün bu titullar və epitetlər istər 
sikkələrdə, istərsə də kitabələrdə təsbit olunmuşdur. 
Şirvan dövlətinin  şəhərləri Səlcuqilər dövlətinin zəiflədiyi XII-XIII əsrin  əvvəllərində yüksək iqtisadi 
inkişaf səviyyəsinə çatdılar. Bu dövr kənd təsərrüfatında böyük dirçəliş, feodal cəmiyyətinin məhsuldar 
qüvvələrinin inkişafı, sənətkarlıq və ticarətin çiçəklənməsi,  əmtəə-pul münasibətlərinin güclənməsi dövrü idi. 
Monqol istilası dövrü böyük insan tələfatı,  Şirvanın  şəhər və  kəndlərinin, memarlıq və maddi mədəniyyət 
abidələrinin dağılması ilə əlamətdar olmuşdur. Lakin zəhmətkeş Azərbaycan xalqının yaradıcı qüvvələr, feodal 
istismarına baxmayaraq, Şirvan dövlətinin feodal cəmiyyətinin irəliləyişinə yardım göstərən iqtisadiyyat və 
təsərrüfat həyatını tezliklə bərpa edirdi. 
 
 
§2. XI əsrin əvvəli - XIII əsrin birinci rübündə şəhərlərin inkişafı 
 
Feodal cəmiyyətinin məhsuldar qüvvələrinin inkişafı, sənətkarlıq, ticarət və əmtəə-pul  münasibətlərinin 
yüksəlişi  Şirvan
 
dövlətində şəhərlərin və şəhər həyatının inkişafına səbəb oldu. XI-XIII əsrin birinci rübündə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə