Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   68   69   70   71   72   73   74   75   ...   147

83 
 
illər) başqa  əmirlərlərlə
 
cümlədən  Şirvanşahlarla  şiddətli mübarizə aparırdılar.
229
  Həmin mübarizənin 
nəticələrini numizmatik məlumatlar əsasında izləmək mümkündür. 
H.736 (1335/6)-cı ildən  Şirvan  şəhərlərinin sikkəxanalarında yenidən sikkə  kəsilməyə başladı.
230
 
Elxanilər sülaləsinin son nümayəndələrinin hakimiyyətini formal sürətdə qəbul edən və onların adından sikkə 
kəsdirən Keyqubad və onun oğlu Kavus müstəqil hakimiyyət sürürdülər və Çobani Əşrəfin Şirvanı zəbt etmək 
cəhdlərinə baxmayaraq öz müstəqilliklərini 1348-ci ilədək qoruya bildilər. Mənbələrdə Keyqubadın hakimiyyəti 
haqqında verilən məlıımat çox cüzidir. Hacı Xəlifəyə görə Keyqubad ədaləti ilə şöhrət qazanmışdı.
231
 Ehtimal 
ki, Keyqubada ədalətli təşbihi verilməsi  Şirvan
 
əhalisinin feodallar tərəfindən istismarının zəiflədilməsi və 
ölkənin təsərrüfat həyatının dirçəlişi ilə bağlı idi. Şirvanşahın hakimiyyətinin möhkəmlənməsi Elxanilər 
dövlətinin zəifləməsi, sonra isə süqutu və Şirvanın yüz ildən çox davam edən monqol zülmündə
 
azad olmasının 
nəticəsi idi. Monqol işğalçılarının zülmündən narazı
 
olan  Şirvan  əhalisi  Şirvanşahlar Keyqubad və Kavusun 
Şirvan
 
dövlətinin müstəqilliyi uğrunda mübarizəsində onlara yardım
 
göstərirdilər. 
[154 - 155] 
 
KAVUS İBN I KEYQUBAD 
Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu 
Kavusa vermişdi.  Ə. Ə. Əlizadənin fıkrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işrində  fəal iştirak edə 
bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu".
232
 Şirvanşah Keyqubad öz hakimiyyətinə 
Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə  
"Şirvan və Samaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Sirvandan Qarabağa Məlik  Əşrəfin 
iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr - daş-qaşla islənmiş paltar 
və başqa şeylər verir.
233
 Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir 
Vəfadan gözlənilmədən tutub öldürür.
234
  Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə  həmin gecə 
Qarabağdan qaçaraq Şirvana qayıdır.  Şirvanşahla dostluğu pozmaq istəməyən məlik  Əşrəf elçiləri Xacə 
Əbdülheyin və  Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr - daş-qaşla bəzənmiş 
[154 - 155] 
kəmər, papaq və başqa şeylərlə Şirvana yollayır. O, eyni  zamanda, Keyqubadın qızına elçi göndərir. 
Şirvanşah Kavus elçiləri böyük hörmətlə qarşılayır və öz növbəsində  Əşrəfə  hədiyyələr göndərir, bacısını isə 
ona  ərə verməkdən imtina edərək  Əşrəfın onları belə bir Şərəfə layiq görməsindən təəccübləndiyini bildirir. 
Rədd cavabı alan Əşrəf Şirvana yürüş etmək qərarına gəldi, onun Şirvanşahla münasibətləri kəskinləşdi. Lakin 
iş  hərbi münaqişə  dərəcəsinə  gəlib çatmadı. Belə ki, başı  Təbrizdəki hadisələrə qarışan  Əşrəf öz gücünə bel 
bağlaya bilmədi. Bir müddətdən sonra Əşrəf yenidən zəbt etməyə  cəhd göstərdi. Lakin Şirvanşah Kavusun 
müqavimətinə rast gələrək onunla sülh bağlamağa məcbur oldu. H.748 (1347/8)-ci ilin qışında Şirvan dövlətinin 
güclənməsindən narahat, olan Əşrəf  Şirvanı  zəbt etmək məqsədilə  vəziri  Əbdülheyin və başqa  əmirlərin 
başçılığı ilə Şirvanşaha qarşı boyük qoşun göndərdi, özü ısə Qarabağa yollandı. Müqavimət göstərməyə imkanı 
olmayan Keyqubad və Kavus möhkəmləndirilmiş qalalardan birinə çəkildilər. Əşrəfin qoşunları ölkəni dağıdıb, 
əhalini qarət edərək geri
 
qayıtdı.Lakin  Əşrəf Keyqubadı  və Kavusu tabe edə bilrnədi. Bu hadisələrdən sonra 
mənbələrdə Keyqubadın adı  çəkilmir ki, o, h.748 (1347/8) və 758 (1356/7)-ci illər arasında ölmüşdür. 
Keyqubad, ehtimal ki, Bakıda yaşayırdı.  Şirvanşahlar sarayında sonralar yanında Seyid Yəhyanın türbəsi 
tikilmiş Keyqubad məscidi (1918-ci ildə yanmışdır) onıın adı ilə bağlıdır. Məscidin xarabaları son vaxtlara 
qədər qalırdı. 
H.758 (1356/7)-ci ildə Kavus başqa Azərbaycan feodalları ilə  birlikdə  qəddar müstəbid  Əşrəflə 
mübarizə  məqsədilə  Qızıl Orda xanı Canı  bəyin yanına elçilər göndərərək onu köməyə çağırdı. Canı  bəy 
şeyxlərin təkidilə böyük qüvvə ilə  Dərbənd və  Şirvandan keçərək Azərbaycana, Çobani Əşrəfın üstünə yürüş 
etdi. Şirvanşah Kavus və yerli feodallar da öz qoşunları ilə ona qoşuldular. Cam bəy Əşrəfin qoşunlarını məğlub 
edərək Təbrizə daxil oldıı  və Azərbaycanı tutdu. Əşrəf  əsir alındı  və Kavusun təkidilə h.758 (1356/7)-ci ildə 
edam olundu.
236
 Şirvanşah Kavus oğlu Nödərlə birlikdə əmir Əxicuğun başçılıq etdiyi Əşrəfı feodalları ilə də 
vuruşmuşdur. Bu mübarizədə Kavus Arran və Qarabağın yerli hakimləri ilə  əlbir idi. Müttəfıqlərlə  Əşrəfin 
qoşunları arasında vuruşma Muğandakı Yeniçay yaxınlığında baş verdi. Kavus qələbə çalaraq Qarabağa gəldi. 
Əxicuq bütün Əşrəfilərlə Arrana yollandı. Onlar Araz çayının kənarında rastlaşdılar. Burada baş verən 
vuruşmadan sonra Araz üzərindəki körpüdə sülh müqaviləsi bağlandı. Kavus Şirvana qayıtdı.  Əxicuq isə 
Qarabağa daxil oldu. Bu hadisələrdən sonra Şirvan-şahın müstəqilliyinin və hakimiyyətinin möhkəmlənməsi, 
habelə ölkədə  hərbi  əməliyyatların dayandırılması  Şirvanda təsərrüfat həyatının dirçəlməsinə  əlverişli zəmin 
yaratdı. Bu arada Şirvanşahın qüdrəti xeyli artdı. Həmin dövrdə köçəri əmirləri arasında Cənubı Azərbaycanda 
hakimiyyət uğrunda mübarizə ərəb İraqının hökmdarı Həsən Bazarqun oğlu Cəlairi sultan Üveysin (1356-1374) 
Azərbaycanı zəbt etməsi ilə nəticələndi. Cənubi Azərbaycanda möhkəmlənən sultan Üveys Arranı, Naxçıvanı və 
digər vilayətlə
 
öz hakimiyyətinə tabe etdirdi. O, Şirvanı da tutmağa cəhd göstərirdi.
237
 Yəqin ki, bu vaxt Kavus 
formal surətdə özünün Üveysin
 
vassalı olmasını  qəbul etmişdi. Bunu Şirvanşahın Üveysin adı ilə  Şirvan 
şəhərlərində - h.762 (1360/l)-ci ildə Bakuya, Şəbəran və Güştəsbidə, h.764 (1362/3)-cü ildə isə Bakuya və 
Şəbəranda kəsdirdiyi 
[155 - 156]
 anonim gümüş sikkələr də  təsdiqləyir.  Ə. Ə. Əlizadənin “Şirvanşah Kavus 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə