Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   71   72   73   74   75   76   77   78   ...   147

86 
 
Şirvanda iri iqtisadi və  mədəni mərkəzlə

olan çoxlu əhaliyə malik bir sıra böyük şəhərlər var idi. Şirvanın 
paytaxtı Şamaxıda yüz minə, Beyləqanda qırx minə yaxın əhali yaşayırdı.
1
 XII-XIII əsrin birinci yarısı ölkənin 
iqtisadi, siyasi və  mədəni həyatında  əhəmiyyəti artan Şirvan feodal şəhərlərinin çiçəklənmə dövrü idi. Bu 
dövrdə feodal münasibətlərinin,  əmək bölgüsünün inkişafı, sənətkarlıq və ticarətin yüksəlişilə  əlaqəli  Şirvan 
şəhərlərində əmtəə istehsalı artdı. Şamaxı, Bakı, Beyləqan, Dərbənd Şərqdə məşhur olan mühüm sənətkarlıq və 
ticarət mərkəzlərinə çevrildilər.
2
  Şirvan  şəhərləri, xüsusilə  Şamaxı özünün ipək məmulatı  və  ətraf kəndlərdə 
yetişdirilən xam ipəyi ilə şöhrət qazanmışdı. Xamna və ipək məmulatı Qafqazın başqa şəhərlərinə, habelə bir 
sıra Yaxın Şərq ölkələrinə aparılırdı. Artıq XIII əsrdən Şirvan ipəyi böyük miqdarda İtaliyaya və Fransaya ixrac 
olunurdu.

Şirvanda ipəkçiliyin inkişafı onun iqtisadiyyatının yüksəlişinə yardım göstərirdi. O, Şirvan əhalisinin 
başlıca məşğuliyyət sahələrindən biri idi. Şirvanın müxtəlif yerlərindəki qoyun sürülərindən xalça və xalça 
məmulatı toxumaq üçün yüksək keyfiyyətli yun alınırdı. Mənbələrdə Şirvanın şəhər və kəndlərində xalçaçılığın 
inkişaf etdiyi xəbər verilir. Quba - Şirvatı qrupuna məxsus XIII- XIV əsrlərə aid ən qədim xalça dövrümüzədək 
gəlib çıxmışdır. Kəndlərdə pambıq və  kətan becərilirdi. Onlardan şəhərlərdə pambıq və  kətan parça və paltar 
hazırlanırdı. Bu sahədə  Dərbənd xüsusilə  şöhrət qazanmışdı.
5
  Ərəb və fars mənbələrində  Şirvanın mühüm 
şəhərləri, bir sıra yerlərdə  çıxarılan faydalı qazıntıları, kənd təsərrüfatı  məhsulları, sənətkarlıq  əsərləri, 
şəhərlərdəki ticarət haqqında məlumatlar verilir. Həmin mənbələrdəki iqtisadi xarakterlı  məlumatlar xüsusilə 
qiymətlidir. Müəlliflərin iqtisadiyyata dair məlumatları, əsasən, 
[159 - 160]
 Şirvanın şəhərlərində istehsal etdiyi 
malların çeşidlərinə aiddir. Bu məlumatlar XII-XIII əsrin əvvəllərində sənətkarların istehsal olunan malların və 
məhsulların xarakteri, habelə şəhərlərdə ticarətin səviyyəsi və Şirvanın müxtəlif yerlərində kənd təsərrüfatının 
inkişafına dair müəyyən dərəcədə  fıkir yürütməyə imkan verir. Mənbələrin  əksəriyyətində Bakıdan bəhs 
edilərkən  şəhərin  ətrafında və  həndəvərindəki kəndlərdə Yaxın ölkələrinə ixrac olunan xeyli neft və duz 
istehsalından söhbət gedir.
6
  Əl-Biruni XI əsrin birinci rübündə müxtəsər  şəkildə deyir: "Bakı  ağ neft 
mədənidir".
7
 H.520 (1126)-ci ildə yazılmış bir anonim əsərdə deyilir: "...Bakı adasmdan ağ və qara neft çıxarılır, 
onun torpağı daim titrəyir və yerdən od çıxır".
8
 Göründüyü kimi, burada söhbət vilayətdən, yəni Abşeron 
yarımadasından və onun inzibati mərkəzi Bakıdan gedir. 1131-ci ildə  Xəzər dənizinin cənub-qərb sahillərini 
gəzib dolaşmış ərəb səyyahı Əbu-Həmid əl-Əndəlusi əl-Qərnati öz əsərində Abşeronun neft verən yerlərini və 
kəndlərini təsvir edir ki, burada Suraxanıdan və onun əbədi odundan bəhs olunduğunu başa düşmək çətin deyil: 
"Bu qara torpaqdan mazut [qır, qara və ağ neft çıxır. Həmin yer Şirvan ölkəsindən olan Bakuh yaxınlığındadır... 
Qırı buradan başqa yerlərə aparırlar". O, Bakı yaxınlığındakı başqa bir adanı (ehtimal ki, Pirallahı adası) da 
təsvir edir: "Bu dənizdə qır kimi bir ada vardır. Həmin adada yerdən acı, duzlu və pis qoxulu su çıxır. Bu su ilə 
birlikdə yaxşı bürüncə oxşayan dördkünc daşlar da çıxır. Adamlar bunları  tərəzidə  çəkidaşı (misqal) yerinə 
işlədirlər".  Əl-Qərnati  əsərinin başqa bir yerində söyləyir ki, "bu daşlardan kəhrəbaya bənzər sarı muncuqlar 
düzəldirlər. Adamlar onları dünyanı müxtəlif yerlərinə aparırlar". O, həmçinin yazır ki, Xəzər dənizinin 
sahillərində  və adalarda qızılın  əyarını müəyyənləşdirmək üçün müxtəlif növlü məhək daşları çixarılır.
9
 
Zərgərlər həmin daşlardan qızıl məmulatları hazırlanmasında istifadə edirdilər. Bu daşların çıxarılması  zərgər 
dükanlarının olduğunu və  şəhər  əhalisinin qızıldan hazırlanmış  bəzək  əşyalarından geniş istifadə etdiklərini 
göstərir. 
XIII əsrin birinci rübündə Abşeronda xeyli neft çıxarılırdı; bunu irandilli coğrafiyaşünas Məhəmməd ibn 
Nəcib Bəkranın verdiyi məlumatlar da təsdiq edir. O, təqribən 1210-cu ildə yazdığı "Cahannamə" adlı əsərində 
neftin müxtəlif növlərindən danışarkən Bakı  və Muğandakı neft quyularından ağ neft, Dərbənd yaxınlığında 
yaşıl və Bəlxan sərhəddində qara neft hasil olduğunu qeyd edir. Sonra o, qara neftdən ağ neft alınmasından bəhs 
edir və onu destillə(təqtir) adlandırır.
10
 Bu maraqlı rnəlumatlar hələ o vaxtlar 
 
neftin emalının, onun kimyəvi 
üsulla təmizlənməsi və istifadə olunmasının geniş  tətbiq edildiyini göstərir. XIII əsrin 20-ci illərində farsca 
yazılmış "Əcaib əd-Dünya" adlı anonim coğrafiya əsərində Bakı haqqında deyilir: "...o, Şirvan vilayətində dəniz 
kənarında  şəhərdir. Onun torpağı bütün gecəni od kimi yanır, qazanı torpağın üstünə qoyurlar və içindəki su 
qaynayır. Onun malları qara, ağ və yaşıl neft və duzdur".
11
 
Şərq müəlliflərinin Bakı  və Abşeron haqqında verdikləri bu məlumatlar həmin yerlərdə çoxlu neft və 
duz hasil olduğunu göstərir Bu məlumatlarda,  əsasən, neft və qaz mənbələrindən bəhs edilir digər malların 
adları  çəkilmir. Neft təkcə müxtəlif şəkildə təsərrüfat həyatının bir çox sahələrində tətbiq olunmurdu. Ondan, 
eyni zamanda, müalicə vasitəsi kimi 
[160 - 161] 
də istifadə edilirdi. Neft qədim zamanlardan işıq vasitəsi kimi 
işlədilmişdir. Bunu arxeoloji qazıntılar zamanı Bala, Abşeron və Azərbaycanın bir sıra şəhərlərinin ərazisindən 
tapılmış çıraqlar təsdiq edir. Bakıdakı Şirvanşahlar sarayı və İçərişəhər, Beyləqan (Örənqala), Naxçıvan, Bərdə, 
qədim Gəncə, Qəbələ və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı üzərində neft izləri qalmış gil çıraqlar 
tapılmışdır.
12
  Rəşidəddin Mirxond və başqa müəlliflərin qeyd etdiyi kimi, neft hərbi texnikada da tətbiq 
olunurdu.
13 
Şəhərin təsərrüfat həyatını  İçərişəhərdə bir çox illər boyu aparılan arxeoloji qazıntı  işləri nəticəsində 
əldə edilmiş materiallar əsasında izləmək mümkündür. 1970-ci ildə  İçərişəhərin  şimal tərəfində (Kiçik qala 
küçəsi) uçurulmuş evin yerində 80 m
2
 sahədə aparılan arxeoloji qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə