Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   69   70   71   72   73   74   75   76   ...   147

84 
 
h.765 (1363/4)-ci ildə sultan Üveysin öz üzərində ali hakimiyyətini tanımır və ona xərac vermirdi” fikri 
yuxarıda göstərilən numizmatik materiallarla təsdiq olunmur.
238
 .H. 765 (1363/4)-ci , Sirvanı tutmaq məqsədilə 
Qarabağa səfərə hazırlaşan Üveys Bağdadda baş vermiş qiyamın yatırılması ilə  əlaqədar qoşununu oraya 
göndərdiyindən bu niyyətini təxirə salmağa məcbur oldu. Bu hadisələrdən istifadə edən Şirvanşah Kavus sultan 
Üveysdən asılılığını tanımaqdan boyun qaçıraraq, iki dəfə Qarabağa hücum etdi və  həmin vilayətin  əhalisini 
Şirvana köçürdü.
239
 
Şirvanşah Kavusun sultan Üveyslə mübarizəsinin nəticələrini numizmatik məlumatlar əsasında izləmək 
mümkündür. Kavus sultan Üveysin əleyhinə h.766 (1364/5)-cı ildə  çıxmışdır. Həmin vaxtdan Şirvan 
şəhərlərində zərb edilən sikkələrdə Güştəsbidə və Şəbəranda h.767 (1365/6)-ci ildən, Bakuyada, Şamaxıda və 
Şəbəranda h.769 (1367/8)-cu ildən və Bakuyada h.770 (1368/9)-ci ilin əvvəlindən bu sultanın adı çəkilmir.
240
 
Lakin Şirvanşah öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi. Sultan Üveys h.768 (1366/7)-ci ildə 
Bağdaddakı qiyamı yatırdıb Təbrizə qayıtdıqdan sonra Bayram bəy və digər  əmirlərin başçılığı ilə  Şirvana 
qoşun yürütdü. Sultanın üstün qüvvələrinə uzun müddət müqavimət göstərmək iqtidarında olmayan Şirvanşah 
Şirvanın son dərəcə möhkəmləndirilmiş qalalarından birində gizlənməyə məcbur oldu. Ehtimal ki, bu hadisələr 
h.770 (1368/9)-ci ildən qabaq olmamışdır. Cəlairi qoşunları üç ay ərzində Şirvanın şəhər və kəndlərini viran və 
qarət etdilər. Şirvanşah öz varislik hüququnu itirməmək üçün və sığınacağını möhkəmliyinə etibar etmədiyindən 
təslim olmaq məcburiyyətində qaldı. O, şeyxlərin və  fıqh alimlərinin vasitəçiliyilə sultana təslim olmaq üçün 
sığınacaqdan çıxdı. Lakin Bayram bəy onu qandallayıb sultan Üveysin hüzuruna gətirdi. Sultan Kavusu üç ay 
həbsxanada saxlayandan sonra onu bağışladı, vassallıq və vermək  şərtilə  Şirvan dövlətinin hökmdarı kimi 
hüquqlarını    bərpa etdi. Kavus bu hadisələrdən sonra ömrünün sonuna qədər Üveysin sadiq vassalı olaraq 
qaldı,
241
 Göstərilən hadisələr Bakıya 
 
da  şamil idi. Belə ki, mənbələrin məlumatına görə, bir sıra yerlərin, o 
cümlədən Bakı vilayətinin feodal məlikləri - Hacı Fərimərz və Hacı Fəridun sultan Üveysin hüzuruna gedib, öz 
itaətlərini bildirməyə  məcbur olmuşdular. Onlar, həmçinin hər il mal və  xərac verməyi öz öhdəliklərinə 
götürmüşdülər.
242
 h.770 (1368/9)- ci ildən  Şirvanda Cəlairilər adından sikkə  kəsilməsi bərpa olunmuşdu. Bu 
fasiləsiz olaraq XIV əsrin 80-ci illərinədək davam etmişdir.  Şirvanşahın  əcdadları I Axsitanın və III 
Mənuçöhrün  ənənələrinə uyğun olaraq, Kavusun sarayında  Şirvanşaha tərif dolu qəsidələr
 
yazan mədhiyyəçi 
şairlər toplanmışdı. Belə ki, Şirvanşahın Ərdəbildən gətirdiyi və oğlu Huşəngin təlim və tərbiyəsini tapşırdığı 
şair Arif Ərdəbili onun sarayında yaşayırdı. Arif Ərdəbili sultan Üveysə
 
ithaf etdiyi "Fərhadnamə" poemasında 
Huşəngə süls, nəsx və  təlim xətlərini,  ədəbiyyatı  və digər elmləri öyrətdiyini xəbər verir. Arif Ərdəbili 
Şirvanşahı  mədh edərək deyir ki, "Şirvan dövləti Kavusun adı ilə  şöhrətlənmişdir. Onun ədalətli hökmranlığı 
sayəsində  Şirvan cənnətə dönmüşdür". Arif Ərdəbili poemasının birinci hissəsini  Ərdəbildə olarkən h.771 
(1369/70)-ci ildə bitirmişdi.
244
 Göründüyü kimi, Şirvanşah Kavus əsirlikdən qayıtdıqdan və sultan Üveysdən 
vassal asılılığını  qəbul etdikdən 
[156 - 157]
 sonra Şirvan  şəhərlərinin abadlaşdırılması  və  bərpa edilməsi ilə 
məşğul olmuşdur. Mirxond, Münəccimbaşı və Hacı Xəlifəyə görə Kavus uzun sürən hökmranlıqdan sonra h.774 
(1372/3)-cü ildə ölmüşdür. Ondan sonra hakimiyyətə oğlu Huşəng keçmişdir.
245
 
 
HUŞƏNG İBN KAVUS 
Huşəng  Şirvanda h.774 (1372/3)-cü ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin 
yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə  Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq 
münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün 
Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq 
dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən 
sonra oğlanları və digər iri feodallar - Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində 
Müzəffərəddin  Şah  Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı  oğlu  Şah 
Mansuru
 
qoşunla  Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata  Şirvanşah onunla vuruşmaqdan 
vaz keçmiş  və itaətkarlıq  göstərmədən  Şirvanı  tərk etmişdi. Cəlairi dövlətini taxt-taca sahib olmaq uğrunda 
mübarizədə qardaşı  şeyx Həsəni öldürmüş Hüseyn idarə edirdi. H.784 (1382/3)-cü ildə Üveysin digər oğlu 
Əhməd sultan Hüseynə qarşı yürüş edərək, Təbrizdə onu öldürüb hakimiyyəti  ələ keçirdi. Əslində, ölkədə öz 
süzerenlərinə, sultan oğlanlarına itaət etməkdən boyun qaçıran iri köçəri feodallar - əmirlər ağalıq edirdilər. 
Cəlairilər dövlətinin tənəzzülü dövründə Şirvanşah Huşəng öz hakimiyyətini və dövlətini möhkəmləndirdi. Bu 
vaxt Muğan vüayəti Şirvanın tərkibinə daxil idi. Qardaşı Bəyazidi Cəlairi dövlətinin qanuni varisi və sultan elan 
edən Sultaniyyə hakimi Sarı Adilə etibarının itirən sultan Əhməd Naxçıvandan keçib, Təbrizdən Arrana və 
Muğana qaçdı. Huşəng Şirvanşaha müraciət edən sultanın yanına gəldi və ona sığınacaq verdi. Bu vaxt Əhmədi 
təqib edən  əmir Adil öz qoşunları ilə Arrana və Muğana girdi. Adil Bərzəndə çatanda Şirvanşah Huşəng də 
buraya gələrək  əmir Adil, Əhməd və  Bəyazid arasındakı danışıqlarda vasitəçilik etdi. Şirvanşah qardaşları 
barışdıra bildi və sülh sazişi  bağlanmasına nail oldu, Həmin sazişə görə Əhməd Azərbaycana, Bəyazid İraqi-
Əcəmə, Adil və  Əhməd isə birlikdə  İraqi-Ərəbə sahib oldular.
246
  Cəlairilərlə dostluq əlaqələri saxlayan 
Şirvanşah Huşəng ibn Kavusun zamanında  Şirvanın Bakuyə, Güştəsbi,  Şəbəran və  Şamaxı  şəhərlərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə