Sara aşurbəYLİ


II FƏRRUXZAD İBN II AXSİTAN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   65   66   67   68   69   70   71   72   ...   147

79 
 
 
II FƏRRUXZAD İBN II AXSİTAN 
Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin  Şirvan üzərində hakimiyyəti gücləndi. 
Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit 
torpaqları, oturaq feodalların otlaqlarını  zəbt edirdilər.  Şirvanın  əhalisi vergilərin ağırlığından və köçəri 
feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter 
daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl 
Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun 
oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları  dəfələrlə  Dərbənd keçidindən 
Şirvana soxulmuşdular. Abaqa xan Cucilərin hücumundan qorunmaq üçün Kür çayı boyunca bir sıra sədlər və 
istehkamlar tikdirmişdi.
189
 
Şair Nizari h.679-cu ildə (1281-ci ilin əvvəlində) Kuhistandan Qafqaza xidməti səfəri zamanı karvan 
yollarında çoxlu monqol qoşununun toplandığını müşahidə etmişdi. Saray şəhərindən Bakıya gələrkən yol, on 
gün  ərzində Arran hakimi, Abaqa xanın qardaşı Menqu-Timurun üstünə gedən monqol qoşunları  tərəfindən 
kəsilmişdi. Abaqa xan dəfələrlə Dərbənd keçidi vasitəsilə şimaldan Şirvana soxulan Qızıl Orda xanlarına qarşı 
yürüş etmişdi. 
Şanlı şah (Abaqa – S. A. ) Dərbəndə yollandı. 
Arranın vadiləri türk ordusu ilə dolu idi. 
Qoşunlar az qala bir aya Kürü keçdilər. 
O taydan isə Dərbəndə birhəftəlik yoldur. 
Ordu Terek çayının ətrafına toplandı, 
Menqu-Timurla vuruşmaq üçün. 
Lakin ilin son fəsli (qış) və yol uzaq idi. 
Hər yanda nizə yarası, 
Qar və şaxta. Onlar gözləməyə məcbur oldular.
190
 
Nizarinin 1281-ci ilin əvvəlindəki  şahidliyi Qızıl Orda xanlarının  Şirvan  ərazisində Elxanilərə qarşı 
hərbi əməliyyatlarının davam etdiyini göstərir. Nizari Bakıya - son 
[147 - 148]
 səfərinin son məntəqəsinə cətinliklə 
gəlib çatır.  Şəhər ona kiçik, səliqəsiz və xoşagəlməz görünür. Hərbi  əməliyyatlar  Şirvanın  şəhərlərinin və 
əhalisinin güzəranına ağır təsir göstərirdi. Lakin Şirvanşahın vəziyyətinin ağırlığına və monqollardan vassal 
asılılığının güclənməsinə baxmayaraq, Şirvanşahlar dövləti yaşayırdı. Nizari Bakıya gələrkən Şirvanın hakimi 
adı bir neçə kitabədə çəkilən II Fərruxzad idi. XIII əsrin ikinci yarısından Şirvanşahların sikkəsi ya kəsilməmiş, 
yaxud hələ aşkar edilməmişdir. II Axsitandan sonra gələn Şirvanşahlar haqqında yalnız epiqrafık mənbələrdən 
məlumat ala bilirik. II Axsitanın varisi xanəgahdakı kitabələrdən birində adı  çəkilən oğlu II Fərruxzad 
olmuşdur. Məscidin mehrabındakı kitabədə deyilir: "Əs-sultan əl-azim Əbu-1-Fəth Fərruxzad ibn Axsitan ibn 
Fəribürz ibn Gərşəsf Nasir əmir  əl-möminin, xəms [və] sittin [və sittəmiə], tarix h.665 (1266/7)-ci il.
191
 Bu 
kitabə  Şirvanşahın  şəcərəsini dəqiq müəyyənləşdirir və onun hakimiyyət illərindən birini göstərir. 
Y. A. Paxomovun  haqlı olaraq qeyd etdiyi kimi "Bağdad Xilafətinin süqutundan" və 1258-ci ildə sonuncu 
Abbasi xəlifəsi Müstəsimin olunmasından sonra "möminlər  əmirinin köməkçisi" titulunun işlədilməsi 
anlaşılmır".
192
 Lakin ola bilər ki, sünni olan Şirvanşahlar Abbasi xəlifələrini tanınmış, yaxud əvvəllər 
mənimsənilmiş bu titul, ənənəvi olaraq, real həqiqətə uyğun gəlmədən işlədilmişdir. Bakıdan 5-6 km aralı köhnə 
Bibiheybət məscidinin divarındakı digər kitabə XIII əsrin ikinci yarısına aiddir. Həmin kitabədən 
A. Bakıxanov,
193
 İ. P. Berezin,
194
 B. Dorn,
195
 N. O. Xanıkov
196
 bəhs etmişlər. Xanıkov məsciddəki II Fərruxzad 
ibn II Axsitan ibn  III Fəribürzün adı  çəkilən kitabədən danışarkən onun tarixini h.680 (1281-1282)-ci il 
müəyyən edir. Kitabənin Xanıkov
197
, Dorn, Berezin və Paxomov
198
  tərəfindən dərc olunmuş dörd variantı 
əsasında onun mətnini aşağıdakı  şəkildə  təqdim edirik: “Əmir,
 
bina hazəl məscid  əl-məlik  əl-müəzzəm,  əs-
Sultan, əl-əzim, Nəsr
 
əd-dövlə və-d-Din Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz Nasir əmir əl-möminin 
xələz-Allahi məlikə  və-d-dövlətə fi-t-tarix sanətə...səmanin..." (Bu məscidi tikməyi  əzəmətli məlik, böyük 
sultan, dövlətin və dinin qoruyucusu, möminlər
 
əmirinin köməkçisi  Əbü-1-Fəth Fərruxzad ibn Axsitan, ibn 
Fəribürz, Allah onun hakimiyyətini ucaltsın... səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi). Bu kitabənin mətni 
xanəgah məscidinin mehrabındakı kitabənin yuxarıda gətirilən mətninin, demək olar ki eynidir və ondan 
təqribən on beş il sonraya aid edilir. Bakıxanovun fikrincə, Fərruxzadın adı  məsciddə, Şirvanşahın onu bərpa 
etdirməsi münasibətilə  təsbit olunmuşdur.
199
 Yuxarıda gətirilən kitabələrə  əsasən belə hesab etmək olar ki, 
Şirvanşah II Fərruxzad ibn II Axsitan Elxanilər Hülakü xan və Abaqa xan zamanında h.658 (18.XII.1259-
5.XIL1260)-cı ildən h.681 (1282/3)-ci ilədək hakimiyyət sürmüşdür. Ola bilsin ki, Fərruxzad yaxşı müdafiə 
olunan Bakı qalasında yaşamışdır. 
 
III AXSİTAN İBN II FƏRRUXZAD 


80 
 
XIV  əsrə aid "Səffət  əs-səfa" adlı  mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, görünür, 
Dərbənd  ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi  əməliyyat meydanına çevrilməsi və 
Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı 
[148 - 149] 
Güştəsbiyə köçürən  Şirvanşah 
Axsitan barəsində  bəzı  məlumatlar verilir. Təvəkkül ibn Bəzzaz Axsitanı  Şirvanşah və Güştəsbinin hökmdarı 
adlandırır ki, bu da Şirvanşahın tabeliyində olan ərazinin kiçildiyini göstərir. Şirvanşahın monqol işğalçılarından 
asılılığı  həmin mənbədə söylənilən aşağıdakı epizoddan da görünür. Axsitanın Siamərk adlı  oğlu var idi. Bir 
dəfə Siamərk xanın iqamətgahına getdi. Atası Axsitan tərəfındən xan qarşısında üstünə şər atılan Siamərk saraya 
çatarkən Arqunun əmri ilə onu həbs qara ölüm demək olan qara mahuda bükdülər və  təpiklə öldürdülər.
200
 
Monqollar xoşları  gəlməyən vassallarına, hakimiyyətdə olan hökmdar ailəsi üzvləri olmasına baxmayaraq, 
divan tuturdular.Məlumdur ki, Abaqanın oğlu və Hülakü  xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək 
hökmranlıq etmşisdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür 
201
 Beləliklə, II Axsitan 
Arqunun vaxtında  Şirvanda hökmranlıq edə bilməzdi. Ehtimal ki, sohbət II Fərruxzadın oğlu III Axsitandan 
gedir. Bunu, Tovəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər 
sülaləsinin banisi şeyx Səyfı  əd-Dinlə [d.h.650 (1252/3)-h.735 (1334/5)] qohum olmaq istəyən  Şirvanşah 
Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14.000 dinar və gəliri bir neçə min taqar düyü 
olan suvarma kanalı verməyi vəd etmişdir. Səfı əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm? 
Şirvanşah hökmdardır, mən isə adicə dərvişəm". Əgər Şirvanşah II Axsitan 1260-cı ildə öldürülmüşdüsə, onda 
bu vaxt şeyxin 7-8-dən çox yaşı olmazdı və Səfı əd-Din bu yaşda şeyx ola bilməz və Şirvanşahın qızına evlənə 
bilməzdi. Beləliklə ehtimal etmək olar ki, II Fərruxzaddan sonra təqribən 1283-cü ildən 1294-cü ilədək onun 
oğlu III Axsitan hakimiyyət sürmüşdür. Bu, Təvəkkül ibn Bəzzazın Güştəsbi əhalisinin və Şirvanşahın özünün 
tezliklə müqəddəs  şeyxlərin və  zəvvarların yığıncaq yerinə çevrilən ibadətxana tikdirdikləri  şeyx Zahidə 
Axsitanın böyük ehtiram bəsləməsi fıkri ilə ziddiyyətə girmir. Onun "möcüzələri" haqda şayiələr hər tərəfə 
yayılır və bir çox hakimlər,  əyanlar, habelə  kəndlilər və  sənətkarlar açıq  şəkildə onun müridləri və  şagirdləri 
olurlar.  Şirvanşah Axsitan rəiyyətinin  əksəriyyətinin  şeyx Zahidin [d.h.615 (1218/9 - ö.h.700 (1300/l)-cü il] 
ardıcılı olub ibadətə uyduqların;, təsərrüfatı, tarlaların becərilməsini başlı-başına buraxdıqlarını - bu isə dövlətin 
rifahına mənfi 
 
təsir göstərirdi - gördükdə müridləri suya atıb boğdurmaq, ibadətgahı isə dağıtmaqla hədələyir. 
III Axsitan 1283-1294-cü illər arasında hakimiyyət sürmüşdür. Bu vaxt şeyx Zahidin 65-76 yaşı var idi ki, bu da 
həqiqətə uyğundur. Həmin mənbədə Şirvanşah Axsitanın  Güştəsbidə ruhi xəstəlikdən öldüyü də xəbər verilir.
202
 
Axsitanın isə 1260-cı ildə Hülakü xan tərəfındən öldürüldüyü məlumdur. Beləliklə, güman etmək olar ki, 
Şirvanda Fərruxzaddan sonra 1283-cü ildən 1294-cü ilə  qədər onun oğlu hakimiyyət illəri 
 
Abaqa xanın oğlu 
Arqunun səltənət dövrünə (1284-1291-ci illər) müvafıq gələn III Axsitan hökmranlıq edə bilərdi. 
III Axsitanın h.700 (1300/1 )-cü ilə qədər yaşayan  şeyx Zahidin sağlığında öldüyü məlumdur. Dornun 
xanəgahda oxuduğu və 693-cü il rəcəb ayına/iyun, 1294-cü ilə aid kitabədə "məlik Keykavus ibn Axsitanın" adı 
çəkilir.
203
 Deməli, III Axsitan h.682 (1283)-ci 
[149 - 150]
 ildən h.693 (1294) - cü ilədək hakimiyyət sürmüşdür. 
1294-cü ildə isə hakimiyyətə oğlu məlik I Keykavus ibn III Axsitan gəlmişdir. 
 
I KEYKAVUS İBN III AXSİTAN 
III Axsitanın ölümündən sonra Şirvanda ehtimal ki, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq 
etmişdir. Dorn özünün yol qeydlərində xanəgahdakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adlarını 
çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb (?) ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin 
məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".
204
 Minarənin  şərq tərəfindəki bu 
ikisətirlik kitabəni oxuyan Ə. Ə. Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı 
çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər 
əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, quds 
ül-Allahi rühə".  
"Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının 
şeyxi Pirhüseyn xanəgahında (Allah onun rulıunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini... "İkinci sətir bir 
neçə söz istisna olmaqla tam oxunmamışdır".
205 
Beləliklə, bu kitabə Dornun hakimiyyət illərindən birini, ehtimal 
ki, başlanğıcını - 1294-cü il müəyyənləşdirdiyi Şirvanşahın adının, onun fərz etdiyi kimi, Güştəsb ibn Axsitan 
deyil, Keykavus ibn Axsitan olduğunu dəqiq sübuta yetirir. V. M. Sısoyev xanəgahda olarkən bu kitabəyə 
diqqət yetirmiş, lakin onun məzmununu verməmişdir: "Minarənin səkkizüzlü hissəsinin cənub-qərb üzündə də 
Şeyx Pirhüseynin adı çəkilən 2 sətirdən ibarət kiçik (lx
1
/
2
 arşın) kitabə vardır".
206
 Bu Şirvanşah haqqında hələlik 
başqa məlumatımız yoxdur. Beləliklə,  Şirvanşah Keykavus h.693-cü ilin rəcəb (iyul, 1294) hakimiyyətdə 
olmuşdur. Lakin onun hökmranlığının nə vaxt başlanıb, nə vaxt qurtardığı hələlik məlum deyil. Onun sonunu 
yeni məlumatlar  əldə edilənədək, təxmini olaraq h 717 (1317/8)-ci il hesab edirik. Y. Zambaur və 
V. V. Bartoldun tərtib etdikləri şəcərəyə görə, həmin vaxtdan Şirvanşah Keyqubad ibn Fərruxzadın hakimiyyəti 
başlanır.
207
 Keykavusun hakimiyyət dövrü 1294-cü il Arqunun oğlu Keyxatu xanın hakimiyyətinin sonuna 
(1291-1295-ci  illər) təsadüf edir. Bu dövrdə Elxanilər dövləti iqtisadi tənəzzül keçirirdi. Xəzinə boşalmış, qızıl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə