Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   77   78   79   80   81   82   83   84   ...   147

92 
 
məlumatına görə, Beyləqan 1340-cı ildə xarabalıq içində idi. Növbəti istilaçıların Beyləqanın keçmiş əzəmətini 
bərpa etmək üçün göstərdikləri bütün cəhdlər nəticəsiz qaldı  və artıq XV əsrədək  şəhər tamamilə boşalaraq 
süqut etdi və "ora yalnız həşəratların, bayquşların, ilan və əqrəblərin məskəninə çevrildi".
9
 
İbn əl-Əsir 1221-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı 
qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir.
10
 Şamaxı şəhristanında arxeoloji qazıntılar 
aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən 
aydın görünən yanğın izləri monqol qoşunlarının  Şamaxının dağılmasına dair mənbələrin verdiyi məlumatı 
təsdiqləyir.
11
 
Şirvanın  şəhərləri haqqında monqolların  Şirvan və Azərbaycana ilk hücumundan sonra, 1227-ci ildə 
yazmış Yaqut əl-Həməvi də müəyyən məlumatlar verir. O, özü Azərbaycanda olmasa da, məlumatlarını daha 
erkən mənbələrdən və  həmin diyarda olmuş tacirlərin dilindən  əxz etmişdir. Lakin onun məlumatlarında bu 
şəhərlərin simasını xeyli dərəcədə  dəyişdirən həmin fəlakət (monqol istilası)  ərəfəsindəki vəziyyətləri təsvir 
edilir. Yaqut Şamaxı haqqında yazır ki, o, "Şirvanın paytaxtı olan abad bir şəhərdir.  Şirvan Arranla 
həmsərhəddir 
[170 - 171]
 və Bab əl-Əbvabın vilayətlərindən biri sayılır". Şamaxını abad şəhər olmasına dair bu 
məlumat monqol hücumuna qədərki dovrə aiddir. Müəllif daha sonra yazır ki, "onun sahibi Şirvanşah Dərbənd 
hakiminin qardaşıdır..." Bu vaxt, yəni 1227-ci ildə  Şirvanda  Şirvanşah III Fəribürz ibn Gərşəsb hökmranlıq 
edirdi. Yaqut Kür üstündəki Tiflisin yaxınlığında yerləşən, gön və dərisi ilə tanınan vilayətinin də adını çəkir. 
Şəkinin  əhalisi dərinin aşılanması  və emala ilə  məşğul olurdu. Yaqut Dərbənd haqqında yazır: "Bu şəhər 
ƏrdəbiIdən iki kvadrat mil böyükdür. Onun əhalisinin çoxlu əkin sahələri var, lakin başqa yerlərdən gətirilənlər 
nəzərə alınmasa, meyvəsi azdır.  Şəhər dağdan başlayaraq uzanıb gələn yeni qalınlıqda daş divarla 
dövrələnmişdir. Bu dağdan müsəlman ölkələri yoxdur, belə ki, kafırlərin yaşadıqları ölkələrdən müsəlman 
vilayətlərinə gedən yollar xarab və keçilməz hala düşmüşdür. Divarın uzunluğuna baxmayaraq, onun bir hissəsi 
gəmilərin  şəhər divarlarına yaxınlaşa bilməməsi üçün uzun burun şəklində  dənizin içərisinədək çəkilmişdir. 
Möhkəm bünövrə üzərində tikilmiş Bah əl- Əbvab Ənuşirəvanın saldırdığı şəhərlərdəndir. O, böyük və mühüm 
sərhəd şəhərlərindəndir..." Sonra Yaqut Dərbəndin Xəzər dənizinin bir sıra ölkələrdən tacirlərin gəldiyi mühüm 
ticarət limanı kimi böyük əhəmiyyətindən bəhs edir. Burada kətandan parçalar toxunur zəfəran becərilirdi. Bu 
dövrdə  Dərbənd bazarında müxtəlif ölkələrdən gətirilən qullar satılırdı. Dərbənddən aşağıda Xosrov 
Ənuşirəvanın Xəzər dənizinin sahilində  Dərbəndlə bir vaxtda saldırdığı  Məsqət nahiyəsi (rustağı) və  şəhəri 
yerləşirdi.
12
 Mənbədə deyilənlərə görə, onun sakinləri "öz mərdliyi və hünəri ilə məşhur olan müsəlmanlardır". 
Xəzər dənizinin sahilində Məsqətdən aşağıda "çoxlu rustaqlarla əhatə edilən möhkəmləndirilmiş kiçik" Şəbəran 
şəhəri yerləşirdi.
13
 
Dərbənd yaxınlığındakı Firuz-Qubad şəhəri də  Məsqət vilayətinə daxil idi. Yaxşı möhkəmləndirilmiş 
Qəbələ  şəhəri  Şəkinin yaxınlığında yerləşirdi. Orta əsrlər  şəhəri Qəbələ (Qala) ərazisində aparılan arxeoloji 
qazıntılar zamanı XII-XIII əsrlərə aid təbəqələrdə divarlar, təsərrüfat və su quyuları, oturacaqlarına möhür 
vurulmuş çoxlu adi və şirli saxsı qab, dəmir bıçaq, balta qırıqların, sikkələrvə digər əşyalar tapılmışlmışdır ki, 
bu da sənətkarlığın inkişaf etdiyini göstərir.
14
 
Muğan haqqında çoxlu kəndi və otlaq çəmənləri olan vilayət kimi danışılır. 1227-ci ildə Muğanı burada 
öz sürülərini otaran türkmənlər tutmuşdular. Əhalinin əksəriyyətini onlar təşkil edırdi. Mənbələrdə vilayətdən, 
Kür çayının şaxələndiyi yerdə, mənsəbın" dən yuxarıda, indiki Salyanın yerində, yaxud yaxınlığındakı Güştəsbi 
şəhərindən bəhs olunur. 
16
 Ən-Nəsəvinin məlumatına görə "bu yerin
 
xüsusiyyəti ondan ibarətdir ki, o, Araz və 
Kür çayları arasında yerləşir və oraya yalnız gəmi ilə getmək olar. Burada çoxlu möhür var və əhali su quşları 
və balıq ovundan çoxlu gəlir götürür. yüz qazı bir dinara satırlar".
17
 Şirvanın adları çəkilən yerləri monqolların 
1220/1 -ci ildəki ilk basqınından özünə  qəlməyə macal, tapmamış tezliklə yenidən monqol işğalçılarının 
hücumuna  məruz qaldılar. Monqollar Azərbaycana ikinci dəfə 1231-ci ildə  gələrək, 8 il ərzində  Şirvan və 
Arranın şəhərlərini zəbt edib dağıtdılar
18
 Canını qurtarmış feodallar, zadəganlar və kənd əhalisi dağlara çəkıldi

[171 - 172]
 
Monqollar Azərbaycan, Ermənistan və Gürcüstanı  işğal edərək böyük monqol imperiyasının tərkibinə 
qatdılar.  İşğal etdikləri ölkələrin ciçəklənən  şəhər və  məntəqələrini dağıdıb talan edən,  əhalisini qıran 
monqolların hücumu ilə  əlaqədar  Şirvanın, Zaqafqaziyanın və bütün Yaxın  Şərqin düşdüyü ağır xarici siyasi 
vəziyyət  Şirvanın  əsas iqtisadi mərkəzlərinin tənəzzülünə  səbəb oldu. Ölkə monqollar tərəfindən işğal 
olunduqdan (1239) sonra ta XIII əsrin sonunadək Bakı  və Abşeronda,  Şamaxıda,  Şirvan və Arranın digər 
şəhərlərində  əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi  əməliyyatlar nəticəsində dağıldığını 
göstərir. Şirvanın Beyləqan, Şamaxı, Bakı və digər şəhərlərində aparılan arxeoloji qazıntılar zamanında dağıntı, 
kütləvi yanğın və  qırğın  əlamətləri aşkara çıxarılmışdır. XIII əsrin birinci yarısında,  Şirvan və Zaqafqaziya 
monqollar tərəfındən işğal edildikdən sonra ölkənin iflası, monqol hökmdarlarının qoyduğu ağır vergilər və 
icarə sistemi ilə  əlaqədar olaraq sənətkarlığın və ticarətin tənəzzülə  uğraması müşahidə olunur. Bakı üçün bu 
dövr neft hasilatının aşağı düşməsi, ticarətin zəifləməsi dövrü idi. Əgər XIII əsrin sonunda Qazan xanın (1295-
1304-cü illər) islahatları ilə bağlı ölkənin məhsuldar qüvvələrində müəyyən yüksəliş baş vermişdisə, onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə