Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   85   86   87   88   89   90   91   92   ...   147

101 
 
Şirvan və Arranın feodal şəhər idarəçiliyinin bütün bu mürəkkəb bürokratik aparat sistemi feodallardan 
asılı olan kəndliləri və  şəhər sənətkarlarını soyub, onlardan baş feodal-hökmdar və müxtəlif  əsaslarla torpaq 
mülkiyyətinə, eləcə də evlərə, karvansaralara, ticarət dükanlarına, karxanalara, digər daşınar və daşınmaz əmlak 
növlərinə sahib olan feodal əyanları üçün töycü və vergi toplamağa xidmət edirdi. 
Maddi mədəniyyət abidələri və arxeoloji qazıntı materialları, habelə, XI-XII əsrlərə aid narrativ 
mənbələr Şirvan və Arranda sənət istehsalının inkişaf səviyyəsi, müxtəlif istehsal sahələrinə məxsus sənətkarlar 
haqqında fıkir söyləməyə imkan verir. Bir sıra dolayı dəlillər sənətkarların rəislərin başçılıq etdikləri müxtəlif 
peşələr üzrə sexlərdə birləşdiyini ehtimal etməyə imkan verir.
52 
XI-XII əsrlərdə sexlər, onların nizamnamələri və 
iş qaydalarına dair əlimizdə məlumat yoxdur. Lakin bu sexlərin başçıları hər bir istehsal növü üzrə məsul şəxs 
idilər və göründüyü kimi, rəis sifəti ilə şəhərin idarə olunmasında iştirak edir və rəis ər-rüəsa qarşınca hesabat 
verirdilər.  Şəhərlərin vergi verən  əhalisini təşkil edən rəiyyət -  şəhər sənətkarları feodallardan asılı olan 
kəndlilərdən az istismara məruz qalmırdılar. 
XI əsrin sonlarında vergi verən əhalinin istismarının güclə
 
nəticəsində Beyləqanda şahidi olmuş Məsud 
ibn Namdar tərəfindən təsvir edilən hadisələr baş 
[186 - 187] 
vermişdir.
53
 Beyləqan əhalisinin üsyanının səbəbi 
amid və onun köməkçilərinin  şəhərdən qısa müddətdə pul yığmaq cəhdi olsa da, ehtimal ki, burada şəhər 
əhalisinin hakimiyyət nümayəndələrindən xilas olmaq, onların yerinin şəhərin tacir zümrəsinin, rəislərin, habelə 
sənətkarların nümayəndələri təhvil vermək təşəbbüsü ilə qarşılaşırıq. Üsyan etmiş  şəhərlilər Beyləqanın 
müstəqilliyini qoruyub saxlamağa çalışırdılar. Təsvir edilən hadisələrdən aydın olur ki, üsyançılar şəhərin aşağı 
təbəqələrinin və  sənətkarlarının nümayəndələri idilər. XI-XII əsrlərdə  Şirvan və Arran şəhərlərindəki sinfi 
çıxışlar bu və ya digər şəkildə şəhərlərin feodal hakimlərinin və feodal idarəçiliyinin əleyhinə yönəlmiş müxtəlif 
hərəkatlar kimi təzahür edirdi. Ehtimal etmək olar ki, Beyləqanda baş verən hadisələr XI əsrdə ictimai təsisat 
kimi şəhər özünü idarəsinin yaranması ilə bağlı idi. 
Bu proses təkcə  Şirvan və Arran şəhərlərində deyil, Gürcüstanda, Ermənistanda və  Cənubi Qafqazın 
digər ölkələrində də nəzərə çarpır. XI əsrin ortalarında Tiflisin şəhər özünüidarəsi, şəhər hələlik müstəqillik əldə 
edə bilməsə  də, artıq müəyyənləşmiş ictimai təsisat kimi formalaşmışdı.  Şəhər öz hakiminin, indiki halda, 
əmirin hakimiyyəti altında qalsa da, şəhər özünüidarəsi mövcud idi.
54
 Həmin vaxtlar eyni vəziyyət Dərbənddə 
də müşahidə olunurdu. Şirvan və Arranda şəhər özünüidarəsi  əlamətlərinin meydana gəlməsi və  şəhərlərin 
müstəqillik və muxtariyyət uğrunda mübarizəsi orta əsrlər şəhərinin sənətkarlıq və ticarət mərkəzi kimİ inkişafı 
və  şəhərlilərin feodal zülmüvə  səlcuq işğalçıları  əleyhinə mübarizəsi ilə bağlı idi. Şirvan və Arranda şəhər 
özünüidarəsinin sonrakı inkişafı XIII əsrin 30-cu illərində monqol hücumları ilə əlaqədar dayandırıldı. Şirvanın 
şəhər  əhalisinin
 
mühüm bir təbəqəsi  şəhərin karxana və emalatxana sahibləri olan feodal ağaları  tərəfindən 
istismar edilən sənətkarlar idi. Məsud ibn  Namdarın verdiyi məlumatlar, habelə arxeoloji qazıntı materialları 
Şirvanın Beyləqan, Bakı,  Şamaxı  və başqa  şəhərlərində  və digər yerlərində  şəhərlərin bir çox sənətkarlıq 
peşələri haqqında fikir söyləməyə imkan verir. 
XI-XIV  əsrlərə aid maddi mədəniyyət narrativ mənbələr, qəbir daşlarındakı  və binalardakı kitabələr, 
sənətkarlıq istehsalı  və daş üzərində oymaçı, həkkak, xəttat, rəssam, zərgər, memar, bənna, dulusçu, misgər, 
gəmiqayıran, toxucu, şirniyyatçı, boyaqçı, dabbaq və digər sənət sahələrində çalışan sənətkarlar haqqında 
danışmağa imkan verir. Bakı, Şamaxı, Qəbələ şəhərlərində və digər yerlərdə aparılan arxeoloji qazıntılar zamanı 
tapılmış müxtəlif qızıl və gümüş bəzək əşyaları Şirvan və Arran şəhərlərindəki zərgərlik işləri barədə təsəvvür 
yaradır.
55
 
Memarlıqla bağlı ayrı-ayrı sənət sahələrində bənna, memar, mühəndis və sərkarlar çalışırdı.
56
 Bu adlar 
digər ustalara başçılıq edən, sosial baxımdan bu kateqoriyadan olan qalan sənətkarlara nisbətən daha yaxşı 
şəraitə malik memarlara verilirdi. Memar adı almış  sənətkar binanın tikilməsində  iştirak edən sənətkarlar 
arasında məsul  şəxs sayılır və buna görə  də kitabədə yalnız onun adı göstərilirdi. Ehtimal ki, o, inşaatçılar 
sexinin başçısı sayılırdı. Kitabələrdə rast gəlinən ustad adı "yüksək ixtisaslı usta" mənasını bildirir və müxtəlif 
peşə sahibi olan sənətkarlara verilirdi. 
[187 - 188]
 
Boyakarlıq və naxış ustaları nəqqaş adlanırdı. Bakı buxtasındakı qala divarındakı kitabələrdən birində 
həkkak və heykəltəraş Zeynəddin ibn Əbu Rəşid  Ən-Nəqqaşın, yəni göründüyü kimi, daş üzərində insan və 
heyvan rəsmləri nəqş edən rəssam Zeynəddinin adı  çəkilir. Başqa bir kitabədə  Əbu Rəşid ibn Zeynəddinin - 
görünür ki, onun oğlunun adı həkk olunmuşdur.
57
 Sənətkarların peşəsi çox vaxt atadan oğula keçirdi. Həkkaklar 
daş üzərində oyma ustaları idilər. Bakı qalasındakı Molla Nəsrulla məscidindəki (XIV əsr) kitabədə  həkkak-
xəttat Məhəmməd əl-Arifın adı çəkilir.
58
 XI-XIV əsrlərdə Bakı, Şamaxı, Güştəsbi, Dərbənd və digər şəhərlərin 
zərbxanalarında bədii naxışla işlənmiş və üstü kitabəli gümüş və mis sikkələr zərb edən adları məlum olmayan 
usta sənətkarlar işləyirdilər. Nəccar adlanan ağac, gəc və s. üzərində  bədii oyma ustaları xüsusi qrup təşkil 
edirdilər. Bakı qalasında ustad nəcçar Aşur ibn İbrahim Bakuyinin adı çəkilən kitabə
*
 qalmışdır. Ustanın nisbəsi 
 
                                                 
*
 Kıtabənin Ə. Ə. Ələsğərzadə oxumuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə