Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   93   94   95   96   97   98   99   100   ...   147

111 
 
Başqa müsəlman dövlətlərində olduğu kimi, IX-XIII əsrlərdə Şirvanda əsasında şəriət duran müsəlman 
hüququ mövcud idi. Şeriətə görə hüququn üç mənbəyi var: I. Quran; 2. Rəvayətlər (sünnə, hədislər); 3. İcma. 
Ərəblər Xilafətin istila etdiyi ön və Orta Asiya ölkələrində və Zaqafqaziyada inkişaf etmiş iqtisadiyyat, 
sosial münasibətlərlə, erkən feodal cəmiyyətinin mədəniyyəti ilə rastlaşdılar. Həmin ölkələrdəki torpaq 
münasibətləri və şəhər həyatı, əmlak qanunları və sosıal məişət  Ərəbistandakından kəskin surətdə  fərqlənirdi. 
Ona görə də, ərəblərin qarşısına yeni ictimai münasibətlərlə bağlı Qurana cavab vermədiyi tam bir sıra suallar 
çıxırdı. Belə olduqda "ədislərə - Məhəmmədin kəlamları  və  hərəkətləri haqqında rəvayətlər- müsəlman 
sünnəsinə müraciət etməyə başladılar. Müsəlman sünnəsi çoxlu hədislərə  əsaslanır ki, onun məğzini hüquq 
məsələləri təşkil edir. Müsəlman sünnəsinin meydana şıxması  təkcə Quran mətnləri ilə yaradıla bilməyən 
dövlət, cinayət, ailə hüquqi normalarının bərqərar edilməsi zəruriyyətini. 
Mənbələrdə (Yaqut və b.) XI-XII əsrlərdə  Şirvanda və Azərbaycanda ilahiyyatçı alimlər tərəfindən 
hədislərin cidd-cəhdlə toplandığı, yazıya alındığı və sistemə salındığı qeyd olunur. Lakin 
 
feodal cəmiyyətinin 
sonrakı inkişafı göstərdi ki, Quran və  hədislər
 
şəriət və hüququn bir sıra məsələlərinə cavab vermir. Onda 
fəqihlər arasında  əshab  ərrəy (yəni məntiqi nəticə, yaxud əqli mühakim metodunun tərəfdarları) cərəyanı 
meydana gəldi. Onlar şəxsi mülahizəyə, rasionalizm əlamətlərinə yol verirdilər. IX əsrədək fəqihlərin 
mübahisəsi nəticəsində "mömin" (sünni) islamın özəyində  məzhəb adlanan bir sıra məktəb, yaxud təriqətlər 
yarandı. Onlar bir-birindən  əqli metodun tətbiqində, başlıca olaraq, hüquq və ibadət üsulları  məsələlərində 
fərqlənirdilər. Sünni məzhəblərdən dövrümüzədək gəlib çıxmış dördü əsas sayılır: hənəfilik, malikilik, şafiilik, 
hənbəlilik. Dinlə hüquq arasında sıx  əlaqə  və mühakimə prosesinin və  məhkəmənin ilahiyyat hüquqçularının 
ixtiyarına verilməsi müsəlman ölkələrində  məhkəmə üsulunun xüsusiyyətini təşkil edir. Şirvanın  şəhərlərində 
məhkəmə işlərini xəlifənin canişini, yaxud vilayət hakimlərinin təyin etdiyi qazılar aparırdı. Şəriət məhkəməsini 
həyata keçirən qazının bir sıra digər funksiyaları, o cümlədən notarius vəzifəsi də var idi. O, vəsiyyət, saziş, 
kəbinkəsmə, qəbalə kağızı,  əmlakın bölüşdürülməsi məsələləri ilə  də  məşğul olur, sənədləri öz möhürü ilə 
təsdiqləyirdi. Yetimlərə  və onların  əmlakına nəzarət etmək, onlara qəyyum təyin etmək işləri də ona 
tapşırılmışdı. Qazı vilayətin, yaxud şəhərin  əmirindən sonra olduqca nüfuzlu şəxs sayılırdı. Qazılar, adətən, 
xüsusi ruhani təhsili alırdılar və ayrı-ayrı hüquq məsələlərində  fəqihlərin fikirləri ilə hesablaşırdılar. Mərkəzi 
şəhərin, yaxud vilayətin qazisı "qazı  əl-quzzat" (qazılar qazısı) adlanırdı.
32
 Qazı  əl-quzzatdan başqa,  Şirvanın 
bütün  şəhər, nahiyə  və  kəndlərində yerli qazılar var idi. Mənbələrdə monqol hücumundan bir qədər  əvvəl və 
ondan sonra bu vəzifəni tutmuş Şirvan qazılarının adları qalmışdır. 
[204 - 205]
 
Şirvanın qazısı "hüquq elmlərinin və inzibati hüququn biliciləri olan qazılar nəslindən çıxmış" 
Qiyasəddin Əbu Məhəmməd ibn Abdullah ibn Abbas əş-Şirvani olmuşdur. 
Beyləqanın qazısı "Beyləqanın adlı-sanlı qazı  və  əyan nəslindən olan, biliyi və  fəaliyyəti ilə Arranda 
şöhrət qazanmış" Əmin əd-Din 
 
Əbü-I-Fərəc Məsud ibn Əhməd ibn Mahmud əl-Beyləqani idi.
33
 
Təbrizə köçmüş  Məcd  əd-Din  Əbü-1-Məcd ibn Səncər ibn Məhəmməd  əş-Şirvani  Şirvanın qazısı 
olmuşdur. Onu h.673-cü ildə (7.VII. 1275) Təbrizdə görmüşlər. Fiqhin bilicisi by alim şeyx Şirvanın qazısı və 
müdərrisi olmuşdur.
34
 
Bu məlumatlardan göründüyü kimi, əyan ailələrinin nümayəndələri arasında qazı vəzifəsi irsi idi. 
Azərbaycanın xristian əhalisi yaşayan  şəhər və  kəndlərində müsəlman dövlətinə  və müsəlmanlara aid 
olmayan işlərə yerli adət hüququnun qüvvədə olduğu xristian kilsə məhkəməsində baxılırdı. XII əsrin sonlarında 
xristian məhkəmə icraatı Mxitar Qoşun tərtib etdiyi hüquq məcəlləsi - "Qanunnamə"  əsasında aparılırdı. Qoş 
həmin "Qanunnamə"ni alban katalikosu III Stepanosun təkidli xahişilə yazmışdı. "Qanunnamə"yə heç bir sistem 
gözlənilmədən Bizans imperiyasının qanunları ilə yanaşı, alban və erməni xalq adətləri və kilsə qanunları - 
"Musanın qanunları" da daxil edilmişdi. "Qanun-namə"nin tədqiqi göstərdi ki, Qoşun ideologiyası - feodal 
ideologiyasıdır. Zira, o, feodal ierarxiyasını, o cümlədən feodalın öz təbəələri üzərində hüququnu, eləcə  də, 
insanın insan tərəfindən feodal istismar üsulunu təsdiq edir. Mxitar Qoşun "Qanunnamə"si xristian əhali bir sıra 
ölkələrdə geniş yayılmış və istifadə olunmuşdur.
35
 
XI-XIII  əsrin əvvəllərində Şirvanda şəhərlərin və  şəhər mədəniyyətinin inkişafı ilə bağlı memarlıq və 
şəhərsalma da inkişaf edirdi. Həmin dövrdə Azərbaycanın yüksək memarlıq sənəti, nıemarlıq formalarının 
özünəməxsusluğu, bəzək işlərinin zənginliyi - bütün bunlar yerli memarlığın çoxəsrlik inkişaf və təkmilləşmə 
dövrünün yekunu idi. IX-Xl əsrlərə aid cüzi memarlıq abidələri qalmışdır. Bu dövrdə ibadətxanalar,  əsasən, 
hakim islam dini ilə bağlı olan məscidlər tikilirdi. XI-XIII əsrlər Azərbaycan memarlıq abidələri onun yüksək 
inkişaf səviyyəsini göstərir və qonşu ölkələrin, Yaxın  Şərqin həmhüdud ölkələrinin memarlığından fərqlənən 
özünəməxsus yerli xüsusiyyətləri ilə  səciyyələnir. Onlarda bədii və tikinti ənənələrinin sabitliyi müşahidə 
olunur. Bu dövrdə Azərbaycan memarlığında iki istiqamət yarandı. Azərbaycan memarlığının gələcək 
inkişafında mühüm rol oynamış yerli Naxçıvan və  Şirvan "Abşeron memarlıq məktəblərinin təşəkkül prosesi 
başa çatdı. Memarlıq binalarının daş hörməsinin xarakter və quruluşu ilə müəyyənləşən bədii obrazının 
bütövlüyü, hörgünün hamar fonunda relyeflə  işıq-kölgə effekti yaradan plastik cəhətdən zəngin ünsürlərinin 
yerləşdirilməsi Şirvan - Abşeron memarlıq məktəbinin xüsusiyyətlərindəndir.
36 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə