Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   91   92   93   94   95   96   97   98   ...   147

108 
 
Sanki dil açıb söylər tarixini hər dənden.
[198 - 199]
 
 
Bayquşların ahından ağrır başımız daim, 
Göz yaşı gülabıyla et dərdimizə dərman... 
 
Kəsra ilə narıncı, Pərviz ilə tərxunu 
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan. 
 
Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz, 
Süfrə bəzənib oldu zər-səbzəli bir bostan. 
 
Pərviz yox olmuşdur, ondan daha söz açma, 
Get, "kəm tərəku" söylə, zərdən tərə yox əlan. 
 
Sordun: hara getmişlər, indi o böyük şahlar? 
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan. 
 
Çox gec doğacaq torpaq, qayda belədir, əslən, 
Tez nüftə tutan kəslər doğmaz o qədər asan. 
 
Meynə yetirən meydir Şirinin ürək qanı,
 
Pərviz cəsədindəndir ol küp ki, qoyar dehqan... 
 
...Kim gəlsə səfərdən bil, bir töhfə verər dosta, 
Qoy ərmağanın olsun hər dostuna bu dastan
 17
 
(Tərcüməsi Məmməd Rahimindir) 
 
Xaqani səfərdən qayıtdıqdan sonra Şirvanda hökm sürən ağır  şəraitdən - ona qarşı böhtanlardan, 
xəbərçilikdən, paxıllıqdan və hökmdarın ağılsız hərəkətlərindən əzab çəkirdi. Saray həyatımdan məyus olmıış 
Xaqani əsərlərində azadlığı tərənnüm edir, hakimlərin zülm və ədalətsizliyi əleyhinə etiraz səsini qaldırdı. Onun 
Şirvanşah Mənuçöhrlə münasibətləri yaxşı deyildi. Xaqani doğma yurdundan qaçmaq cəhdində 
təqsirləndirilirdi.  Şairin öz sözlərinə görə, onun günahı  Şirvanı "zülm ocağı" adlandırması olmuşdur. Xaqani 
h.552 (1157/8)-ci ildə, Məkkəyə ilk ziyarətindən qayıtdıqdan azacıq sonra həbs edilərək bir neçə ay zindanda 
saxlandı. Həbsdən çıxdıqdan sonra, o, Şamaxıda çox qalmadı. Sərgardan gəzərək Dərbənddə, Gəncədə yaşadı. 
H.554 (1159)-cü ildə Baqilan bəndi tikilərkən Mənuçöhr Xaqanini bağışladı  və o, Gəncədən  Şirvana qayıtdı. 
Mənurçöhrün ölümündən sonra və I Axsitanın hakimiyyətinin  əvvəllərində [h.555 (1160)-ci il] Xaqani 
saraydakı nüfuzunu itirdi. O, təzə  şaha bir neçə  qəsidə  həsr etsə  də, ona məhəl qoymamış,  şair gözdən 
düşmüşdü. Xaqani yenidən həbs olunaraq üç ay məhbəsə salındı. Məhbəsdə yazdığı "Həbsiyyə" adlı gözəl 
mərsiyələrində Xaqani müstəbidlərə  dərin nifrətini bildirmiş, zindanda 
[199 - 200]
  məruz qaldığı  işgəncələri 
görünməmiş açıqlıqla təsvir etmişdir. Onun şikayət və nifrəti son dərəcə güclü və  təsirli ifadə olunmuşdur. 
Xaqaninin Bizans şahzadəsi, Andronik Komnenə himayədarlıq haqqında  yalvarışla müraciət etdiyi 
 
ilk qəsidəsi 
məlumdur. H.571 (1175/6)-ci ildə  həbsdən azad olundu sonra Xaqani Şirvanı  tərk edərək ikinci dəfə  Həcc 
ziyarətinə getmişdir. Bu vaxt o özünün ən yaxşı  əsərlərindən birini - isfahanlının  şəninə  həsr etdiyi qəsidəni 
yazmışdır. Xaqani Məkkədən qayıdarkən 
 
Təbrizdə qalmış  və ömrünün son 24 ilini Axsitandan böyük təqaüd 
alaraq burada keçirmişdir. İki oğlunu və bir neçə arvad itirən Xaqani qocalıqda tamamilə tək-tənha qalmışdır. 
Axsitanın təkidilə  Şirvana qayıtmağı  tələb etməsinə baxmayaraq Xaqani rədd cavabı vermişdir. Göründüyü 
kimi, o, ömrünün son illərində suf şeyxi kimi həyat sürmüşdür. Onun həyatdan tam küskünlük ifadəsi; olan 
didaktik-mistik qəsidələri də bu dövrün məhsuludur. Xaqani h.595-ci ilin şəvval Təbrizdə ölmüş və "Məqbərət 
üş-şüəra" adlandırılan Surxab qəbiristanlığında dəfn olunmuşdur. Xaqaninin dövrümüzədək gəlib çatmış əsərləri 
böyük divandan və "Töhfətül-İraqeyn"  poemasından  ibarətdir. Divanda aşağıdakı bölmələr vardır: 1) 
Qəsidələr, tərcibəndlər və qitələr; 2) qəzəllər; 3) rübailər; 4) ərəbcə  qəsidələr. Xaqani Şirvanşahlara, 
Xarəzmşahlara, Səlcuqilərə, Elxanilərə  və digər hökmdarlara mədhiyyələr təqdim etmişdir. O, qəsidələrində, 
başlıca olaraq, formaya diqqət yetirirdi. Şair qəsidələrində    çətin rədiflər işlədir, məcazlardan, poetik 
fiqurlardan, habelə, vəsf bədii üsulundan (məsələn, "səhər içki məclisi"nin - səbuh - təsviri) geniş istifadə edirdi. 
Onun  ən yaxşı  əsərlərindən ara-sira Azərbaycan sözləri işlədirdi. Xaqaninin yaradıcılığı  təkcə
 
Azərbaycan 
şeirinə deyil, Yaxın Şərqin bütün farsdilli poeziyasına güclü təsir göstərmişdir.
18
 
Əsas poetik janr olan qəsidə ilə yanaşı, humanist dünyəvi poeziya da inkişaf edirdi. Onun parlaq 
nümayətıdəsi XII əsrin dahi şairi, dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvi idi. Şeyx İlyas ibn 


109 
 
Yusif ibn Zəki Müəyyəd Nizami (1141-1209) Gəncədə

yaxşı təmin olunmuş şəhərli ailəsində anadan olmuşdur. 
Nizami
 
otuz yaşından sonra Dərbənd hakiminin ona hədiyyə göndərdiyi gözəl qıpçaq kənizi Afaqla evlənmişdir. 
Onun Afaqdan yeganə  oğlu Məhəmməd doğulmuşdur. Afaqla ailə  həyatı çox xoşbəxt, lakin qısa    olmuşdur. 
Belə ki, şairin gənc arvadı 1180-ci illərdə  həyatdan  köçmüşdür. Sonralar Nizami iki dəfə  də evlənmişdir. O 
demək olar ki, ömrü boyu müxtəlif elmləri öyrəndiyi Gəncədə yaşamış və buradan kənara cixmamışdır. Nizami 
müdrikliyi, biliyi və sadə həyat tərzi ilə şöhrət qazanmışdı. Mənbələrə görə, şair sufi dairələri və əxi təşkilatı ilə 
əlaqə saxlamışdır. O, erkən yaşlarından poeziya ilə məşğul olmuşdur. Onun bilik dairəsi geniş idi: İlahiyyat və 
fəlsəfə, astronomiya və nücum, coğrafiya, riyaziyyat və kimya, təbabət, tarix və ədəbiyyat. Nizami müsəlman 
aləminə nüfuz etmiş yunan fılosoflarının  əsərlərindən geniş  şəkildə  bəhrələnmişdir. O, ərəb, xüsusilə fars 
dillərini mükəmməl bilirdi. Nizaminin Azərbaycan dilində lirik seirlərindən ibarət dövrümüzədək gəlib 
çatmamış  əlyazmasına dair nıəlumat vardır. Mənbələrə görə, Nizaminin "Xəmsə"dən başqa 200.000 beytdən 
ibarət şeir divanı olmuşdur. Nizamidə Axsitan "divan sahibi" kimi xatırlanır; ehtimal ki, şair özünün lirik şeirlər 
məcmuəsini ona təqdim etmişdir. Nizami saray şairləri sırasına daxil olmasa da, maddi 
[200 - 201]
 ehtiyac 
üzündən  əsərlərini  şahlara, o cümlədən  Şirvanşah Axsitana göndərmişdir. Nizaminin Şirvanla, o cümlədən 
dostluq münasibətlərində olduğu Xaqani ilə  əlaqə saxladığını Xaqaninin Nizamiyə yazdığı  və Tehranda dərc 
olunmuş məktubu da təsdiqləyir.
19
 
Nizaminin poetik irsi otuz min beytlik beş böyük poemadan - "Xəmsə"dən ("Sirlər xəzinəsi", "Xosrov 
və  Şirin", "Leyli və  Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") və  qəzəllərdən ibarətdir. Nizami öz 
poemalarında din, sufılik və humanizm, azad insan şəxsiyyəti, dövrün mənəvi idealları  məsələlərinin yeni 
şəkildə qoyur və  həll edirdi. Nizami və Xaqaninin yaradıcılığı Azərbaycanda erkən Kenessans ideyalarının 
meydana gəlməsinə imkan yaradan sosial-tarixi şəraitlə bağlı idi. Nizami ağlı dünyanı idrakın əsası kimi dövrün 
dini və sufi mistik görüşlərinə qarşı qoyurdu. O, insanı dünyanın əşrəfı elan edir, insan səadəti və azadlığını isə 
həyatın başlıca məqsədi. sayırdı. Şair dövrün zülm və istibdadı əleyhinə çıxırdı. 
Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması “Leyli və Məcnun”u fars və ərəb dilləri ilə 
bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı, 
Azərbaycan-türk dilində  də  şeirlər yazdığını ehtimal etməyə imkan verir. Axsitanın Nizamiyə  məktubunda 
aşağıdakı misralar vardır: 
 
Kamal cövhərinin xəzinəsindən, 
Gör, kimin sapına inci düzürsən. 
Türk dili yaramaz şah nəslimizə, 
Əskiklik gətirər türk dili bizə. 
Yüksək olmalıdır bizim dilimiz, 
Yüksək yaranmışdır bizim nəslimiz. 
 
Nizami poemanı 4 aya yazaraq, onu 1188-ci il sentyabrın 24 başa çatdırdı. "Leyli və Məcnun"da insan 
həyatını iki qüvvə  və aparıcı ideya müəyyən edir - məhəbbət və  ağıl. Poemanın süjet xəttinin  əsasında 
Azərbaycanda yayılmış  qədim  ərəb  əfsanəsi durur Nizami Məcnun və Leyli əhvalatmı  şərh edən yazılı  ərəb 
mənbələrindən bəhrələnmiş və yeni ideya və keyfiyyətlərlə zənginləşdirilmiş, süjet cəhətdən kamil və orijinal 
bədii  əsər yaratmışdır.  Əsərdə  ağıllı, nəcib gənc Qeysin Leyliyə  bəslədiyi ideal məhəbbət təsvir olunur. 
Poemanın qəhrəmanları müəyyən səbəblər üzündən bir-biri ilə qovuşub xoşbəxt ola bilmirlər. Leylinin ata-anası 
Məcnun - divanə adlandırılan Qeysin sönməz məhəbbətini ağılsızlıq, dəlilik sayırlar. Sevmədiyi adama ərə 
verilən Leyli öz hisslərini söndürə bilməyən və ömrünün son illərini səhrada vəhşi heyvanların əhatəsində tənha 
və  sərgərdan keçirərək, ona məhəbbətindən bəhs edən gözəl  şeirlər qoşan Məcnuna olan məhəbbətinə sadiq 
qalır. Nizami qeyd etməyi vacib sayır ki, bu "eşq divanəliyi" Məcnunun ağlını sadəcə əlindən almamış, onun 
poetik istedadının tam şəkildə açılmasına təkan vermişdir. Məcnunun simasında Nizami ideal müztərib aşiq, 
cəmiyyətlə əlaqəni kəsən, həyat və səadətdən imtina edən, məhəbbət hissini hər şeydən yüksək tutan böyük şair 
obrazı yaratmışdır. Onun məhəbbəti "heç yerdə kama 
[201 - 202]
 çatmayan ideal arzudur". Leli aşiqinin 
həsrətindən ölür. Leylinin ölüm xəbərini eşidən Məcnun onun qəbri üstündə dünyadan köçür. Nizaminin 
poeması bütün Şərqdə böyük uğur qazanaraq məhşurlaşmışdı. "Leyli və  Məcnun poeması XII əsr romantik 
Azərbaycan şerinin zirvəsi və məhəbbət haqqında ən möhtəşəm əsərlərdəndir. 
Nizaminin dünya poeziyası xəzinəsinə daxil olan "Xəmsə"sində
 
onun humanist, qabaqcıl fəlsəfi, estetik 
və etik görüşləri əksini tapmışdır. Dövrünün oğlu olan Nizami feodal hakimlərini və  feodal cəmiyyətini tənqid 
edərkən belə sayırdı ki, gerçəkliyin dəyişdirilməsi insandan, onun zəkasından və yüksək mənəvi 
keyfiyyətlərindən aslıdır. Onun əsərlərində insanın şəxsi ləyaqəti, həyatsevərliyi, ən yüksək səadət idealına can 
atması müsəlman tərki-dünyalığına qoyulur. Nizaminin poeziyası üçün demokratiklik və humanizm 
səciyyəvidir.  Nizaminin yaradıcılığı bir sıra  Şərq ölkələrinin - Hindistan Orta Asiya, İraq, Türkiyə  və digər 
ölkələrin  ədəbiyyatına təsir göstərmişdir.  Şərqin görkəmli  şairləri - farsdilli hind şairi  ƏmirXosrov Dehləvi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə