104
Xatırlanan yer Şirvanın mis sənayesinin mərkəzi olan Lahıc ərazisində idi. İ. P. Petruşevskinin fikrincə
17
burada
söhbət Şirvanşahın yardarlıq kimi kiçik torpaq sahələri verilmiş azadlığa buraxılan kəndlilərdən gedir
*
.
Ehtimal etmək olar ki, "Hüdud əl-Aləm"də verilən bu məlumatda söhbət Şirvanşahın azad edilmiş
rəiyyətlərinin, yaxud qullarının işlədiyi iri şəxsi təsərrüfatından gedir. Belə ki, ətəklərində
azad kəndlilərin,
yaxud qulların yaşadıqları və işlədikləri dörd kəndin yerləşdiyi dağ Şirvanşaha məxsus olub, ehtimal ki, mülki
torpaqları kateqoriyasına daxil idi.
[191 - 192]
Ravəndi kəndli mənasında "rustai" terminini işlədir ki, bu da təsərrüfatında süni suvarmadan istifadə
edən əkinçilərin yaşadığı yer mənasında başa düşülməlidir. Şirvan ərazisində yerləşən Quba rayonunda əhalisi
əkinçiliklə məşğul olan Rustov kəndi vardır. Görünür, onun adı Rustaidən götürülmüşdür.
Azad kəndlilərə keşavərz də deyirdilər.
20
Ravəndinin sözlərinə görə, əgər səlcuqlar dövründə kəndlərdə kəndlilərin şəhərlərdə isə rəiyyətin
vəziyyəti ağır idisə, monqolların zamanında onlar tamam var-yoxdan çıxaraq dilənçi halına düşdülər. Borcdan,
icarədarların, maliyyə məmurlarının özbaşınalığından yaxa qurtara bilməyən kəndlilər şəhərlərə qaçaraq,
mənbələrdə "runud və övbaş" - "səfil və pozğun", yaxud "avamm" -qara camaat adlandırılan sinfı simasını
itirmiş yoxsulların sıralarını artırırdılar.
21
Mənbələrdə XI-XII əsrlərdə zəhmətkeş kəndlilərdən, sənətkarlardan, habelə Azərbaycanın digər vergi
verən əhali qruplarından alınan 20-dək müxtəlif vergi və töycü qeyd olunur.
22
İ. P. Petruşevski səlcuqlar və
Çingizilər dövründə İran və Azərbaycanda mövcud olmuş 50-dən çox vergi və mükəlləfiyyətin adını çəkir.
23
Ə. Ə. Əlizadə XIII-XIV əsrlərdə 37 vergi və mükəlləfiyyətin adını göstərir.
24
XI-XIV əsrlərdə Şirvanda mövcud
olmuş vergi və töycülərin sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Lakin mənbələrdə bu barədə olan
müəyyən məlumatlar həmin vergilərin burada Azərbaycanın, xüsusilə İranın bir sıra vilayətlərinə nisbətən sayca
az olduğunu ehtimal etməyə imkan verir. İstər səlcuqlar, istərsə də monqollar dövründə vergi sistemi rəiyyət
üçün oldııqca ağır idi. Ağır vergi və töycülər kəndlinin məhsulunun çox hissəsini onun əlindən alırdı. Vergilər
vəhşicəsinə üsullarla, rəiyyəti döymək və işgəncə verməklə yığılırdı. Vergi yığımının icarə sistemi, təkrar vergi
yığımı, fövqəladə vergilər və məmurların özbaşınalığı Şirvanın şəhərlərində və kənd tesərrüfatında məhsuldar
qüvvələrin inkişafına mane olan amillər idi.
Xl-XII əsrlərdə səlcuqlar, sonralar isə XIII-XIV əsrlərdə monqollar dövründə ən ağır və soyğunçu
vergilərdən biri həm pul, həm də natura şəklində alınan torpaq vergisi - xərac idi. "Tarix-i əl- Bab"da Şirvanşah
I Fəribürzün ona tabe olan Şərqi və Qərbi ləkz torpaqlarının əhalisindən h.467 (1074/5) -ci il boyu onlarla
toqquşmalardan sonra zorla xərac topladığı xəbər verilir.
25
Göründüyü kimi, həmin vergi rəiyyət üçün çox ağır
olduğundan onu zor gücünə yığmaq lazım gəlirdi. Kənd yerlərində vergi məbləğin toplanması daha ağır idi.
Belə ki, Məsud Şirvanın vəzirinə Şirvandakı Tusi deyilən yerdəki (Qubadan cənubda) nazirin (nəzarətçi xırda
nəzarət məmuru) hərəkətlərindən şikayət edir. Nazir "onun əlində xaraba qoyulmuş təpələr, viran edilmiş yerlər
qalmadığını" deyir və kənd camaatının qarşısında vergi məbləğini müşrüfə verməkdən imtina edir.
26
Məsud
kənd camaatının inadkarlığından və xüsusilə But
**
adlanan yerdəki "diyə" malikanəsindən vergi toplamağın
çətinliyindən gileylənir. Məmurun aylıq məvacibi - müşahəra malikanə əhlisinin vergi ödənclərindən verilirdi.
Məsud ibn Namdarın Şirvanın şəhər və kəndlərinin əməkçi əhalisinin üzərinə
[192 - 193]
qoyulan vergi və
mükəlləfıyyətlər haqqında verdiyi məlumat kənd əhalisinin ağır vəziyyətdə olduğunu "avam" - qara camaat
adlandırılan sənətkar tacir təbəqəsinin istismar edilmə formalarını göstərir. XI-XIV əsrlərdə Şirvanın
şəhərlərində əhalinin pulla ödədiyi əsas vergi - xəracla yanaşı, onun, əlavəsi - əl-fər və üşr - də var idi.
27
Üşr
ərəbcə texniki mənada onda bir - məhsulun onda birinə bərabər olan torpaq vergisi deməkdir. O, əvvəlcə
müsəlmanlara məxsus mülk torpaqlarından tutuluırdu. Sonralar üşr iri feodallardan alınırdı və bu vergi xərac
qədər ağır deyildi.
28
Başqa dinə mənsub olanlardan, yəhudilərdən, xristianlardan cizyə adlanan vergi toplanırdı.
Şəhərlərdə pulla yığılan vergilərdən əlavə əhali özlərinin sənətkarlıq məmulatlarından da vergi verirdiər. Məsud
"şərabçı şərabı"nı, "dulusçu bardağı"nı, "şirniyyatçı şəkəri"ni xatırlayır. Şəhər əhalisinin ən yoxsul təbəqələri -
dul qadınlar, yetimlər, dilənçilər - vergilərdən azad olunmurdular.
29
Ravəndinin
məlumatına görə, ölkə səlcuqlar
tərəfmdən işğal edildikdən sonra əhalidən əsas vergilərlə yanaşı, əlavə "qeyri-qanuni" vergilər - gələn elçilər
üçün şərab alınmasına xərclərin şərabbaha, silah, nal üçun yığılan nalbaha - toplanırdı. Torpağın sahibi tələb
olunan məbləği verib, öz mülkünü talan olunmaqdan qoruyurdu. Həmin vergi rəiyyətdən toplanırdı. Torpağın
sahibi tələb olunan məbləği verib, öz mülkünü talan olunmaqdan qoruyurdu. Həmin vergi rəiyyətdən
toplanırdı.
30
Şəhər əhalisi monqol işğalçılarının Şirvanda ağalığı dövründə yığılan ağır vergilərdən də çox zülm
çəkirdilər. Bakı qalasındakı Cümə məscidinin minarəsinin bünövrəsindəki kitabədən səhərin və Şirvan vilayəti
əhalisinin üzərinə müxtəlif vergilər qoyulduğu görünür. Hələ tam şəkildə oxunmamış farsca kitabə Sultan
Məhəmməd Ölcaytunun (1304-1316-cı illər) yarlığının mətni olub, aşağıdakı dörd sətirdən ibarətdir.
*
Ə. Ə. Əlizadənin fıkrincə, burada söhbət başqa yerə getməyə ixtiyarı olmayan, yəni, təhkimli kəndliyə çevrilən qullardan gedir.
18
İ. P. Petruşevski bu mülahizəni tənqid etmişdir.
19
**
But - Dağıstan Muxtar Respublikasının indiki Qasımkənd rayonunda yer adıdır.
Dostları ilə paylaş: |