Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   84   85   86   87   88   89   90   91   ...   147

100 
 
Pirsaat xanəgahının portalındakı h.641 (1243/4)-ci ilə aid kitabədə binanın  Şirvanşah Fəribürz ibn 
Gərşəsbin vaxtında "böyük, möhtərəm, hörmətli sədr, Xorasanın  şərəfi, dövlətin və dinin cəlalı    Xəzər Visak 
ləqəbli Həsən ibn Məhəmməd ibn Hüseyn əl-Bavəndinin 42 vəsaiti ilə tikildiyi göstərilir. Dərvişlərin 
iqamətgahı olan xanəgah, göründüyü kimi, sədrin vəqf gəlirindən buraxdığı vəsait hesabına tikilmişdir. Həmin 
feodalların və  mənsəb sahiblərinin mənbələrin verdiyi məlumata  əsasən ehtimal etmək olar ki, onlar şafıllik 
məzhəbinə mənsub sünnilər olmuşlar.
43
 Cümə məscidlərinin imamları, müdərrislər, seyidlər, 
[184 - 185]
 dərviş 
iqamətgahlarının, xanəgah və zaviyələrin və s şeyxləri, habelə  vəqflərin mütəvəlliləri də ruhanilər zümrəsinə 
daxil idi. 
Ruhanilər arasında öz fəlsəfı əsərləri ilə şərqdə məşhur olan sufi alim şeyxləri var idi. XI əsrin birinci 
yarısında Şirvanşah sarayında Məhəmməd Əli Bakuvi böyük şöhrət qazanmışdı. O, qoca yaşlarında Bakını tərk 
edərək Şiraza köçmüşdür.
44
 
Bir sıra hallarda Şirvanşahlar bu və ya digər şeyxin nüfuzunun artmasından qorxuya düşərək, çox vaxt 
isə iqtisadi xarakterli səbəblərlə onları təqib edirdilər.
45
 
Şirvanşahlar dövlətində rastabazarlara, karvansaralara, sənətkarlıq emalatxanalarına sahib olan, tez-tez 
hökumət və  şəhər idarələrində mühüm vəzifələr tutan iri tacirlər də  şəhər zadəganları  sırasına daxil idilər. 
Şəhərlərdə sənətkarlığın və əmtəə istehsalının inkişafı Şirvan dövlətinin iqtisadiyyatında ticarətin və əmtəə-pul 
münasibətlərinin vüsət alınmasına təkan verirdi. Şəhərlərin və  şəhər həyatının inkişafı  nəticəsində onun idarə 
olunmasında burada yüksək vəzifələr tutan nüfuzlu tacirlər fəal rol oynamağa başladılar.
46
 1363-cü ildə tərtib 
olunmuş  mənbədə müqatiə  əsasında Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuyə  şəhərləri, yaxud "neft 
mənbələri" ilə birlikdə) vilayətinə və Şirvana sahib olan Xacə Fəsihi Şirvaninin adı çəkilir. Xacə rütbəsi ayrı-
ayrı dövrlərdə, müxtəlif mənalar daşımışdır. XIV əsrdə rütbəsi varlı tacirə, yaxud Şirvanşah sarayındakı yüksək 
mənsəb sahibinə verilirdi. Şəhərlərdə  və bütünlüklə vilayətlərdə vergi və töycü yığımının icarəyə verilməsi 
sistemi XI əsrin sonlarında Səlcuqilər dövründə  və sonrakı  əsrlərdə  tətbiq olunmuşdur. Məsud ibn Namdarın 
mətnində  vəzirdən vergi yığmaq hüququ (daman) almış amidin Beyləqanda pul toplaması xatırlanır. Vergi 
yığmaq hüququ verilən  şəxsə damin deyilirdi. Vergi yığanın (daminin) 
 
hüququ  şəhərin mülki  hakiminin 
vəzifələrinə uyğun gəlirdisə icarədar hakim amid adlanır və bu vəzifə şərəfli sayılırdı.
47
 
1226/7-ci ildə sultan Cəlal  əd-Din Məngburninin vəziri  Şərəf  əl-Mülk öz qoşunları  və sultan 
qoşunlarının bir hissəsinin başında gəmilərlə Araz çayından keçərək Güştəsbi vilayətini zəbt etdi və Şirvanşahın 
amillərini oradan qovdu. O, elə həmin il vilayəti iki  yüz min bərbəri
48
 dinarına icarəyə (damənaha) verdi. 
Şirvan və Arranın sosial həyatında və şəhər idarəçiliyində rəislər mühüm yer tuturdu. Şəhər əyanlarının 
nümayəndəsi, tacir zümrəsinin başında duran şəhər ağsaqqalı, yaxud sənətkar sexlərinin başçısı rəis adlanırdı. 
Mənbələrdə  Gəncədə, Beyləqanda, Dərbənddə  və Bakıda güclü və nüftızlu  şəhər rəislərinin, varlı tacirlərin 
fəaliyyəti haqqında
 
məlumatlar verilir. Rəis  şəhər hakimiyyəti ilə  əhali arasında vasitəçi rolu oynayır, birinci 
tərəfini fərmanlarını yayır, sonuncuların adından çıxış edirdi.
49
 Rəislər, bir növ, şəhər zadəganları idi. Bakının 
İçəri-şəhər hissəsindəki Sınıqqala məscidinin divarındakı kitabədə memarının adı  çəkilir: Ustad ər-rəis 
Məhəmməd ibn Əbubəkr (h.417 (1078/9)-ci il).
50
  Məscidin rəis Məhəmməd ibn Əbubəkr tərəfindən tikilməsi 
şəhərin bu zümrəsinin varlı olduğunu göstərir. "Ustad ər-rəis" adı onun sərtətkar sexləri rəislərinin başçısı 
olduğunu göstərir. 
Rəislər tez-tez Şirvanşahla müxalifətdə olaraq, şəhər hakimi əleyhinə qiyamlara başçılıq edirdilər. 
"Tarix-i  əl-Bab"da Dərbənd rəislərinin Dərbənddə öz hakimiyyətini bərqərar 
[185 - 186]
 etməyə  və onu öz 
torpaqlarına qaytarmağa cəhd göstərən  Şirvanşahla çoxlu toqquşmalar və ona qarşı qiyamları  təsvir olunur. 
Xəlifə Mütəvəkkil h.237 (851)-ci ildə  əl-Babı  və ondan asılı olan torpaqları  Məzyədilər sülaləsinin ilk 
nümayəndələrindən biri olan Məhəmməd ibn Xalıdə bəxş etdiyindən Şirvanşahlar özlərini Dərbəndin ən qədim 
müddəısı sayırdılar. “Tarix-i əl-Bab”da h.416 (1025)-cı ildə    sərracilərlə - sərracların tərəfdarları ilə 
Şirvanşahlar arasında baş vermiş şiddətli mübarizə qeyd olunur. Rəislər Şirvanda Şirvanşahın h.457 (1065)-ci il 
cəza tədbirlərinin qurbanları kimi xatırlanırlar. “Tarix-i əl-Bab”da rəislərin başçısı, “rəislik vəzifəsini dədə-
babalarından irsən əldə etmiş, şahlar kimi şücaətli, sultanlar kimi əzəmətli, şah və əmirlərin qorxduğu” Əli ibn 
Həsən ibn Ənaqın adı xatırlanır. Həmin mənbədə  şəhərin  bütün rəislərinin hesabat verdikləri Dərbənd 
rəislərinin başçısı rəis ər-rüəsa Müfərricin də adı çəkilir. Əmir azyaşlı olduqda adından, adətən, rəis hakimlik 
edirdi. Rəis ər-rüəsa başda olmaqla səhərin ağsaqqallarından və rəislərindən - tacir gildiyasının  müxtəlif birlik 
və  sənətkarlıq sexlərinin nümayəndələrindən  şəhər  şurası  Dərbənddə "hökumət evi"ndə yerləşirdi.
51 
rəislərin 
səlahiyyətlərinə müxtəlif vəzifələr düşürdü. Müxtəlif sex birliklərin başçıları məhəllə darğaları, bazar başçıları 
rəislərə tabe idilər və onların qarşısında hesabat verirdilər. Rəislər  şəhərin sosial siyasi həyatında fəal iştirak 
edirdilər. 
XI əsrdə feodal hakimləri - əl-Bab əmirləri ilə şəhəri faktik olaraq idarə edən rəislər arasında aramsız 
mübarizə gedirdi. Əmirlərin nə Şirvanşahlar kimi nüfuzları, nə də güclü qoşunları var idi. Onlar, bir növ orta 
əsrlər  şəhər-dövlətinin Haşimilər nəslindən olan irsi hakimləri idilər, Rəislər istədikləri  əmiri təyin edir və 
devirirdilər. XI əsrin sonlarında və türklərin hücumu ərəfəsində əmirlərin nüfiızu yüksək idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə