Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   89   90   91   92   93   94   95   96   ...   147

106 
 
almış Yaxın və Orta Şərq ölkələrində olmuş, onların elm və mədəniyyət xadimləri ilə məktublaşmışdılar. X əsr 
ərəb müəllifləri ibn Havqəl,  əl-İstəxri və başqaları  Şirvanda və Aranda - dil" olan fars dilinin, tacir və mülk 
sahibləri feodalların danışdıqları ərəb dilinin geniş yayıldığını qeyd edirdilər. həmçinin əhalinin bəzi qruplarının 
başqa dillərdən istifadə etdiklərini göstərirdilər: "...Bərdə əhalisi Arran dilində danışır".
3
  
XI-XIII əsrin ilk rübündə poeziya yüksək səviyyəyə çatdı. Bu dövrdə bütün Yaxın Şərqdə olduğu kimi, 
fars dili (farsi) ədəbiyyatda, o cümlədən şeirdə üstün yer tutaraq, ərəb dilini, demək olar ki, sıxışdırmışdı. XI 
əsrdə Azərbaycan-türk dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz 
qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü 
təsiri altında tam şəkildə formalaşmışdır. Lakin  Azərbaycanın dil baxımından türkləşməsi uzun proses olub, XI 
əsrdən çox-çox əvvəl başlamışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə 
yanaşı bu dildə  də  əsərlər yazırdılar. XIII əsrin sonlarında  şair Həsənoğlu Azərbaycan və fars dilində lirik 
şeirləri ilə  şöhrət qazandı.
4
  Həsənoğlunun müasiri, Bakı  şairi Nəsirin (XIV əsri  əvvəlləri) bakılılar bir sıra 
vergilərdən  azad edən və  şəhərin abadlaşdırılmasına dair fərmanlar verən Məhəmməd Xudabənda Ölcaytuya 
ithaf olunmuş azərbaycanca müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.
5
 
Azərbaycan və onunla qonşu türk xalqlarının ən qədim müştərək ədəbi abidəsi oğuz qəhrəmanlıq eposu 
"Kitabi-Dədə Qorqud"dur. Şifahi xalq poetik ənənəsini uzun əsrlər boyu - IX əsrdən XV əsrədək yaratdığı epik 
dastanları əks etdirən bu yazılı abidə Azərbaycan ədəbiyyatı hüdudlarından çox-çox kənara çıxmışdır. "Kitabi-
Dədə Qorqud" girişdən və on iki boydan - dastandan ibarət epik şəkildən ibarətdir. Bu boyların hər biri bu və ya 
digər bahadırın igidliyindən bəhs edən müstəqil xarakterli əsərlərdir. Onlarda xanlar xanı Bayandar xan və 
Qazan xan xatırlanır. Həmin boylar müxtəlif vaxtlarda, müxtəlif ozanlar (aşıqlar) tərəfindən qoşulmuşdur. 
"Kitabi-Dədə Qorqud"da IX-XII əsrlərdə Qafqazda və Azərbaycanda yaşamış oğuzların feodal-patriarxal köçəri 
həyatı  əksini tapmışdır. Epos məhz burada baş vermiş hadisələrlə  zəngindir. Bıırada Azərbaycan və  Şirvanın 
şəhər və qalalarının, çay və göllərinin 
[195 - 196]
 adı  çəkilir. Abidə lirik şeir parçaları olan vəznli nəsrlə 
yazılmışdır.  İdeya-mövzu cəhətdən islamaqədərki eposun əlamətləri qorunub saxlanılmış  əsərdə köçəri 
patriarxal qəbilə  məişətinin dağılması  və feodal münasibətlərinin inkişafı  əksini tapmışdır. Vətənpərvərlık 
ideyası, yadelli düşmənlərə qarşı bahadır rəşadəti, qəhrəmanlıq və  fədakarlıq eposdan ana xətti kimi keçərək, 
onu”İqor polku dastanı” kimi poemalarla doğmalaşdıran özünəməxsus epik qəhrəman tipi yaradır. Eposda 
qədim yunan ədəbiyyatı Homerin "Odisseya"sındakı adamyeyən təpəgöz - siklop, Evripidin "Alkesta"sı - ilə 
paralellər nəzərə çarpır. "Dədə Qorqud Azərbaycan aşıqları nəsildən-nəslə ötürmüşlər.
6
 
XI-XIII  əsrlərdə  fəlsəfə, elm və  ədəbiyyat xüsusilə inkişaf etmişdi.  Ədəbi-bədii həyat Azərbaycanın 
Şamaxı, Gəncə, Təbriz mədəniyyət mərkəzlərindəki iri feodal saraylarında cərəyan edirdi.  Saraylarda görkəmli 
şair və filosoflar toplaşırdı. Dövrün estetik zövqü və fəlsəfi görüşləri burada formalaşırdı. 
Orta əsrlər Azərbaycan poeziyasının əsas janrları, bütün Yaxın və Orta Şərqdə olduğu kimi, ərəb-fars 
janrları - qəsidə, qəzəl və rübai idi. Şahları  və feodalları  mədh edən dəbdəbəli qəsidə  Şirvanın saray şairləri 
arasında dəbdə idi. Mənbələr xəbər verir ki XI əsrin sonlarında  Şirvanşah I Fəribürzün sarayında  Şirvanşaha 
ərəb dilində  mədhiyyələr yazan şairlər toplaşmışdı.
7
 Ərəb şairi  əl-Qəzzinin Azərbaycanda və Arranda yazdığı 
şeirlər burada ərəbdilli poeziyanın ənənəvi janrlarının geniş yaydığı ədəbi mühitin mövcud olduğunu göstərir. 
Əl-Qəzzinin Şirvanşah I Fəribürzün xəsisliyinin və digər qüsurlarının məxsərəyə qoyulduğu zərif ədəbi formada 
yazılmış  həcvi qalmışdır. Ehtimal ki, əl-Qəzzi  Şirvanşaha həcv olan qəsidəsini Fəribürz gəlmə  şairin 
mədhiyyələrini dinləmək istəmədikdə Şirvanı tərk edib getdikdən sonra yazmışdır.
8
 
XII əsr klassik Azərbaycan poeziyasında lirik janrlarla yanaşı, dahi şair Nizami Gəncəvinin qələmindən 
çıxan gözəl epik əsərlər də yaranmışdı. XI əsrin əvvəllərindən, Arran və Şirvan da daxil olmaqla, Azərbaycanda 
fars dilində (farsi) yazan tam bir nəsil görkəmli saray şairi meydana gəlmişdi.  İlk belə  şairlərdən biri təbrizli 
Qətran İbn Mənsur Təbrizi (1010-1090) idi. Qətranın istedadlı poeziyası böyük şöhrət qazanmış, özündən sonra 
gələn Azərbaycan  Şairlərinin yaradıcılığına təsir göstərmişdir.
9
 Araşdırılan dövrdə zamanın dini, mistik sufi 
görüşlərinin təsiri altında olan ədəbiyyat və fəlsəfə xüsusilə inkişaf etdi. X əsrin ikinci yarısı XI əsrin birinci 
yarısında ilk Azərbaycan sufi şair və filosoflarından biri dövrümüzədək gəlib çatmış  ən qədim sufi divanının 
müəllifı ibn Bakuyə və ya Baba Kuhi təxəllüsləri ilə tanınmış Əbu Abdullah Əli ibn Məhəmməd Şirazi idi. O, 
ilk gəncliyində əşərilik təriqəti başçısının ardıcıl məşhur şeyx Əbu Abdullah ibn Xəfifin (ö.h.371 (98 l/2)-ci il) , 
yanında təhsil almışdır. Ortodoksal kəlamı bütün incəliklərinə  qədər öyrənən Baba Kuhi müsəlman ölkələrini 
gəzməyə  çıxaraq, hədisləri, islamın görkəmli xadimləri haqqında məlumatları toplamışdır. O, X-XI əsrlərdə 
sufilik təliminin mərkəzi olan Nişapura gələrək, burada sufıliyin görkəmli nümayəndələri - Əbu Səid ibn Əbü-I-
Xeyr  əs-Süləmi və başqaları ilə görüşmüşdür. O, h. 412 (1021/2)-ci ildə Nişapur xanəgahının piri oldu. 
Ölümündən bir neçə
 
il əvvəl Şiraza gəlib dağ mağarasında guşənişin həyat keçir h.442 (1050/l)-ci ildə 
[196 - 
197]
 orada da ölmüşdür. Onun divanı ilk dövr sufiliyini tədqiq etmək baxımından müstəsna  əhəmiyyətə 
malikdir. O, şiə olsa da, dünyagörüşündə od kultunun, zərdüşt günəşinə sitayişin təsiri gözə çarpır. Həmdullah 
Qəzvininin məlumatına görə, o, 
 
türbəsi və xanəgahı  Şamaxı yaxınlığında, Pirsaatçay sahilində yerləşən 
Pirhüseyn Şirvaninin qardaşı idi.
10
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə