107
XII əsrdə Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın sarayında Azərbaycan şeir məktəbi yarandı. Onun
başında məlik üş-şüəra (şairlər şahı) Nizaməddin Əbülüla Gəncəvi dururdu. Saray şairi olaıı Əbülüla Gəncəvi,
eyni zamanda, nədimlərin - Şirvanşahın şəxsi müsahiblərinin başçısı idi. Əbülüla gəncəli olub, XI əsrin son
rübündə orada doğulub, təhsil almışdı. O, Şirvanın görkəmli şairləri Fələkinin və Xaqaninin müəllimi idi.
Əbülülanın divanı dövrümüzədək gəlib çatmasa da, ayrı-ayrı qəsidələrinə əsasən onun zərifliyi. vəzn dəqiqliyi
və rəvan üslubu ilə seçilən poeziyası haqqında fikir söyləmək mümkündür. O, poetika, fəlsəfə və astronomiya
sahələrində dərin biliyə malik idi. Lakin Şirvanşah sarayında imtiyaz sahibi olmasına baxmayaraq, o,
düşmənləri tərəfindən üstünə böhtan atılaraq 55 yaşında vəzifəsindən məhrum edilmişdir.
11
Şirvanın digər bir istedadlı şairi İzzəddin Şirvani haqqında məlumat çox azdız. Yalnız onun Əbülüla və
Xaqaninin müasiri olub, onlarla görüşdüyü məlumdur. Şeirlərindən bizə gəlib çatan bir yarımçıq qəsidəsi və bir
rübaisi onun poeziyasının gözəllik və zərifliyindən danışmağa imkan verir.
12
Şirvan məktəbinin məşhur şairlərindən biri də Əbülülanın tələbəsi Əbu Nizam Məhəmməd Fələki
Şirvanidir (1108-1145). Fələki Şamaxıda doğulmuşdur. 0, dostu Xaqaninin köməyi Şirvanşahlar sarayına
düşmüş, burada III Mənuçöhrü Şirvanda abadlıq və mədəniyyətin tərəqqisi üçün çox iş görmüş ağıllı hökmdar
kimi vəsf edən qəsidələr yazmağa başlamışdır. Fələki götürməsi dərindən maraqlandığı, hətta haqqında əsər
nücumla məşğul olması ilə bağlıdır. Fələkinin dəbdəbəli qəsidələrindən ibarət divanı məzmunca dolğun olmasa
da, şeirləri forma gözəlliyi ilə diqqətə layiqdir. Şirvanşahın daşğın nəticəsində dağılmış Baqilan bəndini
tikdirməsi münasibətilə yazdığı qəsidə buna misal ola bilər. Fələki öləndə qırx yaşı da yox idi. Şair gözdən
salınaraq həbsxanaya atılmış və ən yaxşı, təsirli şeirləri olan "Həbsiyə"lərini də burada yazmışdır.
13
XII əsrin məşhur şairlərindən biri də Mücirəddin Beylaqanidir. Onun haqqında məlumat olduqca azdır.
Görünür, əsil-nəsəbli ailədən olmayıb, qara kəniz oğlu idi. O, Xaqaninin şagirdi olmuş, Şirvanda şeir sənətini
ondan öyrənmişdir. Mücirəddin Şirvanşahlar sarayında yaşamamışdır. Belə ki, Eldəgəzlər tərəfindən himayə
olunmuş, onlara parlaq və şadlıqla dolu obrazları ilə insanı heyran qoyan qəsidələr həsr etmişdir. Ədəbi irsindən
bir divanı dövrümüzədək gəlib çatmışdır. Divanda İraq səlcuq hökmdarlarına və Dərbənd hakiminə həsr
olunmuş qəsidələr də vardır. Görünür, Eldəgəzlər sarayındakı həyatından narazı olan şair yazdığı bədbin ruhlu
şeirlərində böhtana düşməsindən şikayət etmişdir. Həmin şeirlərdə saray xidmətinə nifrət də əksini tapmışdır.
Şairin bu şeirləri yüksək bədiiliyi ilə seçilir. Y. E. Bertelsin fikrincə, Mücirəddin Beyləqani h.589 (1193)-cü ildə
ölmüşdür. Bəzi təzkirələrin
[197 - 198]
məlumatlarına görə, o, şairin satiralarından narazı olanlar tərəfindən
hamamda öldürülmüşdür.
14
XII əsrdə Şirvanşahların saray şairlərinin ən görkəmlisi Əfzələddin İbrahim ibn Əli Xaqani [h.515-595
(1121/2-1199)-ci illər] idi. 0, Şamaxı yaxınlığındakı Məlhəm kəndində dülgər Əlinin ailəsində anadan
olmuşdur. Babası Osman toxucu olmuşdur. Anası müsəlmanlara əsir düşdükdən sonra islamı qəbul etmiş nəsturi
məzhəbinə mənsub xristian idi. Xaqani son dərəcə cilalanmış kamil Şeir texnikasına, valehedici sənətkarlığa
malik şair kimi məşhurdur.O, öz sənətkarlığı ilə müəllimi məlik üş-şüəra Əbülüla Gəncəvini ötüb keçmişdi.
Xaqani dövrünün ən təhsilli adamlarından biri olub, ərəb dilini, fəlsəfəni, ilahiyyatı, təbabəti, ədəbiyyatı
öyrənmişdi.Ona əmisi - həkim və alim Kafiəddin Ömər təlim-tərbiyə vermişdi. Xaqaninin parlaq poetik istedadı
erkən aşkar olmuş və tam şəkildə onu böyük mesenat olan Şirvanşah III Mənuçöhrün saray şairləri sırasına
daxil edən müəllimi Əbülüla Gəncəvinin təsiri altında formalaşmışdır. Xaqani hamisi Mənuçöhrün titullarından
biri ilə bağlanılan və "xaqana məxsus" mənasını bildirən təxəllüsünü də bu vaxt götürmüşdür. Şirvanşah
sarayında geniş intişar tapmışdı neçə tərifləyici qəsidələr və Xaqani şairlər içərisində ilk dəfə olaraq III
Mənüçöhrə və onun oğlu I Axsitana bir neçə tərifləyici qəsidələr yazmışdı. Lakin Xaqani sönməz şöhrəti üçün
daha çox mədhiyyəçi qəsidlərinə deyil, səmimi, təsirli lirik şeirlərinə borcludur. Xaqani bir sıra gözəl aşiqanə
qəzəllər yaratmışdır. Şair şeirlərində yaxın adamlarının həyat və ölümündən, həyatın və taleyin dönüklüyündən
yazırdı. H.551 (1156/7)-ci ildə ilk dəfə Həccə gedən Xaqani Bağdadda olarkən xəlifə tərəfindən qəbul edilir.
H.552 (1157/8)-ci ildə ziyarətdə qayıdan Xaqani yeganə poeması olan "Töhfətül-İraqeyn" əsərini tamamlayır.
O, səfəri zamanı bir sıra şəhər və ölkələrdə olmuşdu "Töhfətül-İraqeyn" poemasında şair Bağdad, Məkkə,
Mədinə və Həmədanın təbiətini, gözəllik və zənginliyini ətraflı təsvir edir Həmin şeirlərdə Xaqani, həmçinin,
dünyada ədalətin qalmamasından, təbiətin gözəllik və səxavətinin insanlara xoşbəxtlik gətirməməsindən doğan
qəzəb və kədər hisslərini də ifadə etmişdir. Onlarda şairin fəlsəfı-etik görüşləri əksini tapmışdır.
16
Xaqaninin ən
gözəl əsərlərindən biri də "Mədain xərabələri" qəsidəsidir. İndiki Bağdad yaxınlığında Parfiya və Sasani
hökmdarlarının iqamətgahı olmuş qədim Mədainin əzəmətli sarayının xarabalarını seyr edən şair xalqların və
dövlətlərin taleyi haqqında fəlsəfi düşüncələrə dalır:
Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış,
Eyvani-Medaini görcək yer ilə yeksan.
Göz yaşları dil açsın, eyvana xitab etsin,
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan.
Başlar öyüdə hər an diş-diş divarı qəsrin,
Dostları ilə paylaş: |