Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   98   99   100   101   102   103   104   105   ...   147

117 
 
Teymurun nəvəsi Mirzə Ömər arasındakı dostluq düşmənçiliyə çevrildi. Teymurilərin ara çəkişmələrindən və 
Şirvanın xalq kütlələrin yadelli hökmranlığından azad olmaq uğrunda mübarizə  hərəkatından istifadə edən 
Şirvanşah Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə çalışırdı. Azərbaycanın bir sıra  şəhərlərində 
Teymurilər  əleyhinə üsyan qalxdı. Teymurun oğlu Miranşahın 1393/4-cü ildə ifrat şiə hurifılik təriqətinin 
müəssisi Fəzlüllah Astrabadini edam etdirməsi Şirvanın xalq kütlələrinin xüsusilə narazılığına səbəb olmuşdu.
22
 
Siyasi vəziyyətdən istifadə edən Şeyx İbrahim Kürü keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini tutdu. İri 
feodalların bir çoxu İbrahimlə birləşərək, öz qoşunları ilə onların qoşunlarına qoşuldular. Gürcüstanda üsyan baş 
verdi və gürcü hökmdarı  Şəki hakimi Sidi Əhməd kimi İbrahimlə ittifaq bağladı. Qarabağdakı qaramanlı 
tayfasının əmiri Yar Əhməd, cəyirli tayfasından əmir Bəstam Cəyir, Ərdəbil hakimi öz qoşunları ilə İbrahimlə 
birləşdilər.  İbrahim qoşunla hərəkət edərək Kürü keçdi və  Bərdədə dayandı. Bu vaxt Miranşahın oğlu Mirzə 
Ömər Şeyx İbrahimin yanına elçi göndərib, ondan öz yanında saxladığı Bəstam Cəyiri ələ verməyi tələb etdi. 
Şeyx İbrahim bundan boyun qaçırmağa çalışaraq qeyri-müəyyən cavab verdi: "İndi artıq yaydır. Əgər əlahəzrət 
qışı keçirməyə Qarabağa təşrif gətirsə, sizin bəndəniz özü əmir Bəstamı  əlahəzrətin hüzuruna gətirəcəkdir".
23
 
İbrahimin hərəkətindən qəzəblənən Mirzə Ömər Araz çayını keçərək Babi
*
 
[213-214]
 kəndində düşərgə saldı. 
Şeyx Ibrahim, əmir Bəstam Cəyir, Yar Əhməd Qaramanın oğulları və şəkili Sidi Əhməd Bərdəni tərk edərək 
Kür sahillərinə gəldilər. öz dəstələri ilə sahildə yerləşərək istehkamlar qurmağa və gözləməyə başladılar. Mirzə 
Ömər sürətlə yaxınlaşıb, sahildə düşərgə saldı. Düşmən qoşunları bir həftə ərzində durdular və  onların arasında 
hərbi  əməliyyat baş vermədi. Miranşahın və  Əbu Bəkrin Sultaniyyəni və  Cənubi Azərbaycanın bir sıra 
şəhərlərini tutmaq xəbərini alan Mirzə Ömər Şirvanşahla barışaraq Qarabağı tərk etdi. Azərbaycanın arasındakı 
nifaqdan istifadə edən şəhər əhalisi zülm və  ağır vergilər əleyhinə üsyan qaldırdı. 1406-cı ilin baharında Əbu 
Bəkr X Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa 
etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt 
Əbu Bəkr Təbrizi tərk etmişdi və bası qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğaçısı 
(şəhərin baş vergi yığanı)  Şeyx  Əxi Qəssab və  sənətkar karxanaların digər rəisləri dururdu. Bu zaman xəbər 
gəldi ki, əmir Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən 
Şeyx  İbrahim də öz qoşunları ilə  Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış  Şeyx  İbrahim 
ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atırdı. Bəstam 1406-cı 
ilin aprelində  Təbrizə girdi. Bu, Bəstamla  Şeyx  İbrahim arasında düşmənçiliyə  səbəb oldu. Bəstamın yaxın 
adamları İbrahimin gəlməsi xəbərini eşidib onun tərəfinə keçdilər. Şeyx Ibrahimin Təbriz üzərinə gəldiyini bilən 
Bəstam  şəhəri tərk edərək  Ərdəbilə  çəkildi.  Əbu Bəkr Məhəmməd Dəvani və  Məhəmməd Keçəçi  
müvəkkillərini  Şirvanşahların ordugahına göndərərək itaət etdiklərini bildirdilər. İbrahim bundan əvvəl şəhər 
əhalisindən yığılmış böyük məbləğin verilməsini tələb etdi. Şeyx İbrahim mayın axırlarında Təbrizə daxil oldu. 
0, burada özünü ədalətli və müdrik hökmdar kimi göstərdi.  İbralıim tezliklə Ucana tərəf yollandı. Bu vaxt 
Cəlairi sultan Əhmədin başına topladığı çoxlu tərəfdarları ilə Azərbaycana gəldiyini eşidən Şirvanşah əmirlərini 
yığıb dedi: "Biz bu alihəzrət xanədanla (Cəlarilərlə) uzun müddət dostluq etmişik. Ölkə (Azərbaycan) başçısız 
qaldığından və Azərbaycan sultan Əhmədin  əcdadlarının iqamətgahı olduğundan bız bura yalnız zalımlar 
təbəələri incitdiklərinə görə  gəlmiş  və onları  nıəmurların azğınlığından xilas etmişik.  İndi isə evin əsl sahibi 
gərdiyi üçün biz öz ölkəmizə qayıdırıq". O, Bəstanın qardaşı  Mənsuru və onun oğlunu azad edərək  Şirvana 
yollandı. Sultan Əhməd h.809-cu il məhərrəm ayının (iyun, 1406-cı il) ortalarında Təbrizə girdi. Lakın sultan 
Əhmədin öz təbəələrinə qarşı amansız rəftarı və zülmü Təbriz əhlini qoşunları ilə Təbrizə yaxınlaşan Teymuri 
Əbu Bəkrin tərəfinə keçməyə  və  şəhəri ona təhvil verməyə vadar etdi. Sultan Əhməd Təbrizdən Bağdada 
qaçdı.
24
 Elə  həmin 1406-cı ildə böyük qoşun toplamış Qaraqoyunlu Qara Yusif Əbu Bəkrin qüvvələrini 
darmadağın edərək onu qaçmağa məcbur etdi. 1408-ci ildə Qara Yusif Cənubi Azərbaycanda baş vermiş böyük 
vuruşmada Teymurun oğlu Miranşahın qoşunlarını, qardaşı  Şahruxun 20 min döyüşçüdən ibarət kömək 
göndərməsinə baxmayaraq, darmadağın etdi. Miranşahın özü vuruşmada öldürüldü. Təbrizin  əhalisi tezliklə 
şəhəri 
[214 - 215]
 Qara Yıısifə  təhvil verdi, Teymurilərin məğlub olunmuş qoşunlarının qalıqları isə 
Azərbaycanı  tərk etdi. Qara Yusifın köməyilə sultan Əhməd Təbrizə qayıtdı.
25
 Real hakimiyyət Cənubi 
Azərbaycanın bütün şəhərlərində hərbi dəstələri dayanan Qara Yusifin əlində idi. Tezliklə sultan Əhmədlə Qara 
Yusifin münasibətləri pozuldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin 
olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni  şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun 
üçün o, əvvəlcədən oğlu Kəyumərsin
**
 başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah İbrahimdən yardım 
istəmişdi.  Şeyx  İbrahim  Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin 
tərəfini saxlamağı üstün tutdu. Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər 
                                                 
*
 Babi kəndi Füzuli rayonundadır. Ə. Ə. Əlizadə onun adını səhvən "Bani" kimi ("Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi", s, 394). 
Bu kəndin adı Şərəfəddin Əli Yəzdidədə (h.l, s.522) çəkilir. 
**
 Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-"Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, N° 278, 
v. 18a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır (Bax: İ. P. Petruşevski, səh. 158, haşiyə 27). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə