120
ardınca Şəki hakimi əmir Sidi Əhməd, sonra isə gürcü hökmdarı Aleksandrın (1413-1442-ci illər) elçiləri
Şahruxun qərargahına gəldi. Xəlilüllahla Şahruxıın görüşü onları bır-birinə daha da yaxınlaşdırdı. Şirvanşah
Qarabağa sultanın yanına gələndə sonuncu onunla qohum olmaq istədi və Xəlilüllah Qara
Yusifin dul arvadı -
Miranşahın oğlu və Teymurun nəvəsi Bəkrin qızı ilə nişanlandı. Babası Miranşahın həlak olduğu döyüşdə Qara
Yusif onu ələ
[218 - 219]
keçirmiş və tezliklə evlənmişdi. Şirvanşahın anası qiymətli hədiyyələr gətirdi və
h.324-cü il rəblüləvvəl ayının 29-da (3 aprel 1421-ci il) çərşənbə günü Qaraköpəkdə
*38
toy oldu. Bu nikahla
Şahrux Şirvanşahla Qara Yusifə Qarşı mübarizədə ona kömək edən ittifaqı möhkəmləndirdi. Şahruxun
simasında yüksək və qüdrətli qohumuna arxalanan Xəlilüllah öz mövqeyini gücləndirdi. Şahruxun və onun
oğlanlarının köməyi sayəsində onun çiyinləri bərkidi, şöhrəti artdı.
39
Ehtimal ki, Xəlilüllah Qarabağa gəlməzdən bir qədər əvvəl öz elçisi Məhəmməd Bakuyini məktubla
türk sultanı Məhəmməd Qazinin (I Mehmet, 1413-1431-ci illər) yanına göndərmişdi. Məktubda Şirvanşahlarla
sultan arasındakı qədim dostluqdan danışılır və sultan Şahruxun Təbrizin yaxınlığında olduğu bildirilirdi. O,
daha sonra Qarabağdan Şahruxdan məktub aldığını, burada Şirvanşah Xəlilüllaha onunla birlikdə Təbrizə, Qara
Yusifə hücum etmək üçün hazırlaşmaq təklif olunduğunu yazırdı. Sultan Məhəmməd Qazi verdiyi yayğın
cavabda Xacə Məhəmməd Bakuyinin Kafədən keçərək Şirvanşahın məktubunu ona çatdırdığını, aralarındakı
dostluğun qəbirə qədər qırılmayacağını qeyd edirdi. Şahruxun Azərbaycana yürüşünə dair Xəlilüllahın
xəbərdarlığının cavabında sultan bildirdi ki, Şahrux Qara Yusifə hücum etmək niyyəti barədə özü ona
yazmışdır. "Lakin hər bir hakim öz işini və qonşularla münasibətini yaxşı bilir. Məsələn, Şəki, Qumuq, Qaytaq
və Ləvənd hakimləri öz vəziyyətlərinə başqalarından yaxşı bələddirlər. Və əgər Qara Yusif Türkiyəyə hücum
etsə, sultan onun cavabını verəcəkdir".
40
Bu məktubdan görünür ki, Xəlilüllah ehtimal ki, Şahruxun tapşırığı ilə
türk sultanının şəxsində yeni müttəfıq tapmağa cəhd göstərmiş, göründüyü kimi, sultan onlara qoşulmaq
istəməmişdir.
1421-ci ildə Alaşkert vadisində Qara Yusifın oğlu İsgəndərlə Şahruxun qoşunları arasında İsgəndərin
məğlubiyyəti ilə nəticələnən vuruşmada Şirvanşah da Şirvan hərbi dəstələri ilə iştirak etmişdir. Azərbaycan
feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə
birlikdə Azərbaycanı tərk etdi.
41
İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qoşun toplaya bildi. Lakin
İsgəndər bir neçə dəfə Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin
h.828 (1425)-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun
əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu.
Bundan sonra onun mövqeyi möhkəmləndi.
42
Bakıda və Şirvanda olmayanda ölkəni onun əvəzinə qardaşı
Qəzənfər idarə edirdi. O, Bakının İçərişəhər hissəsində bir sıra istehkamlar və digər binalar tikdirmişdir.
43
Yazdığımız kimi, Şamaxı 1192-ci ildə zəlzələdən dağıldıqdan
sonra I Axsitan Bakı şəhərini öz
iqamətgahına çevirmiş və o həmin vaxtdan Şirvanın ikinci paytaxtı olmuşdu. Ehtimal ki, Şirvanşahlar
XII əsrin
sonlarından Bakıda yaşamış və onun müdafiəsinin qayğısına qalmışlar. Bunu XII-XV əsrlərdə istər şəhərdə,
istərsə də Abşeronda inşa edilmiş
[219 - 220]
bir sıra müdafiə tikililəri - qalalar, qəsrlər, qala divarları və
yaşayış binaları da sübut edir. Şirvanın paytaxtinın Şamaxıdan Bakıya 1192-ci ildə köçürüldüyünü ehtimal
etmək olar Ölkəsinin və paytaxtı Bakının abadlığı ilə məşğul olan Xelilüllah zamanında Şirvanşahlar sarayı
ansamblının, karvansara və körpülərin tikintisinə başlanmışdır. Ölkə tərəqqi edirdi.
Xəlilüllahın Şahruxla dostluğu İsgəndərin qəzəbinə və onun bir neçə dəfə Şirvana basqın etməsinə
səbəb olmuşdur. 1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-
cu ilin mayında isə Şahrux tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla İsgəndərin üzərinə
yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Səlmasın həndəvərində darmadağın etdi. O, Əlincə qalasını
aldıqdan sonra Qarabağa qışlamağa getdi və Qaraqoyunlu dövlətinin idarə olunmasını İsgəndərin vassallığı
qəbul edən qardaşlarından birinə - Əbu Səidə həvalə etdi. Şahrux 1430-cu ildə Azərbaycanı tərk edərək
Xorasandakı paytaxtı Herata qayıtdıqdan sonra İsgəndər onun olmamasından istifadə edib, Azərbaycanda
yenidən ara müharibələrinə başladı və 835 (1431)-ci ildə Əbu Səidi öldürərək yenidən Qaraqoyunlu dövlətinin
hakimi oldu.
44
İsgəndər yenidən Şahruxla müharibəyə başladı və h.831 (1427/8)-ci ildə Şirvana hücum edərək
Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi. Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi.
Həmin vaxt Dərbənddə olan Şirvanşahların saray şairi Bədr Şirvani İsgəndərin Şamaxıdan getdikdən buraya
gələrək, şəhərin dağıdılmasının və talan olunmasının şahidi olur. Şair bütün bunları öz şeirlərində təsvir etmiş,
sonra tərk edərək Bakıya gəlmiş və ömrünün sonunadək Şirvanşahın sarayında olmuşdur.
45
Şirvana sonuncu
basqın daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin "atasının nalayiq işlərindən təhqir olunaraq" atasından
küsmüş və h.836 (1432)-cı ildə 2 min süvari döyüşçü ilə qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli
səbəb oltnuşdur. Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı
limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına gondərmişdir. Şahrux Yar Əlini yaxşı
qarşılamış və onu şahzadələr sırasına qəbul etmişdir. "Lakin o, daim qara camaat arasında dolaşır, türk və tacik
*
Qaraköpək - inmdikiFüzuli rayonundadır.
Dostları ilə paylaş: |