Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   103   104   105   106   107   108   109   110   ...   147

122 
 
IX. 1464-23. VIII. 1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı var idi. Buna baxmayaraq, asanlıqla oxuyur 
və sapsağlam idi". Xəlilüllahın bu bölüm tarixini digər  ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da 
təsdiqləyir. O, Şirvanşah Xəlilin ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25. 
VII-23. VIII. 1465-ci il) vəfat etdiyini xəbər verir.
56
 Numizmatik məlumatlar bu tarixi təsdiq edir. Onun oğlu 
Fərrux Yəsarın kəsdirdiyi ilk sikkələr h.869 (1465)-cu ilə aiddir. 
Şirvanşah Xəlilüllah, ehtimal ki, öz dövrünün təhsil görmüş, poeziyanı sevən hökmdarlarından 
olmuşdur. Onun sarayında şair və alimlər yaşayırdı. Xəlilüllaha çoxlu qəsidə, mədhiyyə və mərsiyə etmiş Bədr 
Şirvani 30 il ərzində onun saray şairi olmuşdur. XV əsrdə Bakıda, Xəlilüllahın sarayında yaşamış görkəmli orta 
əlim və filosoflarından biri, Yaxın və Orta Şərqdə məşhur olan xəlvətiliyin nümayəndəsi Seyid Yəhya ibn əs-
Seyid Bəhəəddin  əş-Şirvani  əş-Şəmaxi  əl-Bakuvidir. Seyid Yəhya  Şamaxıda varlı ailədə doğulmuşdur. 
Gəncliyində sufiliyə  həvəs göstərmiş, məşhur xəlvətilik təriqətinin  Şirvan qolunun başçısı  məşhur  Şeyx 
Sədrəddin əl-Xəlvətinin təliminin ardıcılı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra onun şagirdi Pirizadə 
ilə xəlvətilik məzhəbinə kimin başçılıq etməsi üstündə arası dəyən Seyid Yəhya Şamaxını tərk  edərək Bakıya 
gəldi və burada Xəlilüllahın sarayına qəbul olundu. O, Xəlilüllahın sarayında filosof və alim kimi böyük hörmət 
qazandı. Onun yanına çoxlu adam axışıb gəlməyə başladı və tərəfdarlarının sayı on min nəfəri ötüb keçdi. Yaxın 
Şərq ölkələrində də onun çoxlu tərəfdarları var idi. Seyid Yəhya sufi-mistik səciyyəli bir sıra əsərlər yazmışdır. 
A. A. Bakıxanov onun haqqında aşağıdakıları bildirir: "Seyid Yəhya Bakuvi hicri VIII əsrdə bu diyarın baş 
ruhani müəllimi idi. Onun adı bir 
[222 - 223]
 çox əsrarəngiz elmlərdə məşhurdur...". Seyid Yəhya dini-mistik 
ideyalarla aşılanmış  "Şərhi-Gülşəni-raz" "Əsrar  ət-Talibin" fəlsəfi risalələrinin, habelə astronomiya və tarixə 
dair  əsərlərin müəllifidir. "Nəql edirlər ki, o, ömrünün sonlarında altı ay ərzində yemək yeməmiş  və Bakı 
şəhərində ölmüşdür". Onun ölümü bir versiyaya görə h.862 (1457)-ci il, digər versiyaya görə isə 868-ci il 
(15.IX.1463-2.IX.1464-cü il) sayılır.
57
 Seyid Yəhyanın türbəsi Şirvanşahlar sarayının ərazisindədir. Ehtimal ki, 
həmin ərazidə Şirvanşahların bir çox qohumlarının da qəbirləri olmuşdur. 
Şirvanşahlar sarayındakı xalça naxışları ilə  bəzədilrniş  qəbirüstü kitabə  də  Xəlilüllahın hakimiyyət 
dövrünə aiddir. Kitabədə deyilir: "Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx 
Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, 
ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 
863-cü il cümadiyül-axir ayı (5.IV.-4.V.1459-cu il)".
58
 Kitabədən göründüyü kimi, əmir Xəlilüllahın əmisi oğlu 
və atası seyx Bəblul kimı Şirvanşah qoşunlarının baş sərkərdəsi olmuşdur. O, ehtımal ki, Şirvanda Xəlilüllahla 
Şeyx Cüneyd arasındakı vuruşmada həlak olmuşdur. Bunu onun ölüm tarixi də göstərir. 
Şirvanşahlar sarayı ərazisində Şirvanşah Xəlilüllahın h.839 1435/6) cu ildə anası və oğlu üçün tikdirdiyi 
türbədə onun bir sıra üzvlərinin qəbirləri aşkar edilmişdir. Bədr  Şirvaninin divanındakı bir sıra mədhiyyə, 
mərsiyə  və xronoqramlardan Xəlilüllahın üzvlərinin adlarını aydınlaşdırmaq mümkündür. Şirvanşahın anası - 
Bikə xanım (ölüb h.839 (1435/6)-cu il); onun oğlanları Fərrux Yəmin (doğulub h.839 (1435/6)-cu il - ölüb h,846 
(1442/3)-cı ildə, yeddi yaşında);  Şeyx Saleh (doğulub h.847 (1443)-ci il - Ölüb h.849 (1445/6)-cu ildə, 2 
yaşında), şairin Mir Bəhram, Əmir Bəhram adlandırdığı h.850-ci il məhərrəm ayının 20-də (17 aprel 1446-cı il) 
Qaytaq düzündə gənc yaşında həlak (səhid) olmuş  Bəhram. Bədr Şirvani  qəsidələrindən birində Xəlilüllahın 
h.836-cı il məhərrəm ayının 20-də (16 sentyabr 1432-ci il) anadan olmuş oğlu şahzadə Məhəmməd İbrahimin 
adını çəkir. Onun ölüm ili məlum deyil. Şair qəsidələrinin birində Xəlilüllahın oğlu Fərrux Yasarın da anadan 
olduğu günü - h.845-ci il məhərrəm ayının 12-si (2 iyun 1441-ci il) göstərir.
59
 
Beləliklə, Xəlilüllahın saray şairi Bədr Şirvaninin verdiyi məlumata görə Şirvanşahın 5 oğlu olmuşdur. 
Onlardan dördü atalarının sağlığında ölmüş  və yalnız Fərrux Yasar Xəlilüllahın ölümündən sonra onun varisi 
olmuşdur. 
Xəlilüllah Qaraqoyunlu İsgəndərlə müharibə apararkən Bakıda onu Şirvanşahın qardaşlarından biri - 
Qəzənfər (h.800-847 (1398-1443-ci illər) əvəz edirdi. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda bir sıra 
binalar, o cümlədən h.832 (1428/9)-ci ildə bir bürc və çeşmə (İçərişəhərdəki kəhrizlərdən biri), h.835 (1431/2)-
ci ildə başqa bir bürc və h.842 (1438/9)-ci ildə hamam (ehtimal ki, saray hamamı) tikdirmişdi. Həmin 
bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür. Digər bürc 
isə dövrümüzədək qalmamışdır.
60 
 
[223 - 224]
 
Xəlilüllah İsgəndərlə müharibəni qurtarıb h.839 (1435/6)-cu ildə Şirvana qayıtdıqdan sonra Bakıda dinc 
quruculuq işlərinə başladı. Xəlilüllah sarayın baş binası (onun əsası, ehtimal ki, İbrahim tərəfindən qoyulmuş
tikintisini Xəlilüllah başa çatdırmışdır), türbə, minarəli məscid (h.845 (1441/2)-ci il), Seyid Yəhya Bakuvi 
türbəsi yanaşı, h.840 (1436/7)-cı ildə saray hamamına bitişən ovdan tikdirmişdir.  Şirvanşah Xəlilüllahın adı 
Bakı  şəhərinin  ətrafındakı karvansaralarda vaxtilə Bakını Salyanla birləşdirən gedis-gəlişli ticarət yolunun 
yaxınlığında yerləşən Səngəçal kəndindəki karvansarada (h.843 (1439/40)-cü il), h.867 (1462/3)-ci ildə tikilmiş 
başqa bir karvansarada da xatırlanır. Ehtimal ki, hindlilərə  məxsııs Multanih karvansarası da Xəlilüllahın 
hakimiyyət dövrünə aiddir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə