Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   111   112   113   114   115   116   117   118   ...   147

130 
 
gecə  Şeyxşaha göndərdi. Sevincək  Şeyxşah təbil vurub bayraqları açmağı  əmr edərək, səhərin açılmasını 
gözləmədən qoşunları ilə qaladan çixdı. Qəfıl yaxalanmış qızılbaşlar qaçmağa üz qoydular. Lakin onların çoxu 
əsir düşdü və öldürüldü. Y. A. Paxomovun fıkrincə, Sultan Mahmudun səfəvi qoşunları ilə Şirvana yürüş edərək 
Şamaxını və Şəbəranı tutması numizmatik məlumatlara görə h.911 (1505/6)-ci ildə baş vermişdi. Belə ki, həmin 
vaxt bu şəhərlərdə  kəsilən sikkələr  Şeyxşahın deyil, Şah  İsmayıl səfəvinin adından zərb edilmisdir. 
Y. A. Paxomov bundan belə bir nəticə çıxarmışdır ki, "Əvvəla Sultan Mahmuda yardım göstərən Səfəvilər təkcə 
Şamaxını deyil, Şəbəranı da zəbt etmişdilər, ikincisi bu yardımın əvəzində Sultan Mahmud özünü Şah İsmayılın 
təbəəsi kimi tanımağı  və onun adından sikkə  kəsdirməyi öhdəsinə götürmüşdü".
118
 Bizcə, Sultan Mahmud 
öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali 
[236 – 237]
 hakimiyyətini qəbul etmək və 
onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. O, yalnız bundan sonra asudə hakimiyyət sürməyə başladı. 
Beləliklə, Sultan Mahmudun səfərinin h.911 (1505/6)-ci ildə baş verməsinə dair Y. A. Paxomovun fıkrilə 
razılaşmaq olar. Lakin mənbələr Sultan Mahmudun Şeyxşahın olduğu qalanı üç ay ərzində mühasirədə 
saxladığını  xəbər verirlər.  Şeyxşahın adından, demək olar ki, iki il (h.911-912 (1505-1506/7)-ci illər) sikkə 
kəsilməməsi isə ehtimal etməyə imkan verir ki, Şeyxşah qızılbaşların Gülüstan qalası yaxınlığında 
məğlubiyyətindən sonra yalnız Şah İsmayılın ali hakimiyyətini tanıdıqdan və ona tabe olduqdan sonra Şirvanda 
hakimiyyətini davam etdirmişdir. 
Lakin Şeyxşah Şirvanı müstəqil idarə etmək fıkrindən əl çəkməmişdir. Şah İsmayılın h.913 (1507/8)-cü 
ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Mərəş vilayətinə  işğalçılıq yürüşündən istifadə edən 
Şeyxşah  İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı  və onun elçilərinə ehtiram göstərmədi. 
Həmin vaxtdan, yəni h.913 (1507/8)-cü ildən  Şeyxşah yenidən öz adından sikkə  zərb etdirməyə başladı.  Şah 
İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə  əlaqədar h.915 (1509)-ci ilin sonralarında ikinci dəfə  Şirvana 
yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Bu xəbər bütün Şirvana yayıldı. Şahın gəlməsini 
eşidən  Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi.  İsmayıl  əmirlərini  Şamaxını tutmağa 
göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının komendantı (kütüval) hədiyyələrlə 
şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıl Bakıdan Şəbərana getdi. 
Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirdilər və 
buna görə mükafata və fəxri paltara layiq görüldülər, Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şamluya 
həvalə etdi. Bundan sonra İsmayıl Dərbəndə yaxınlaşdı. Dərbənd istehkamlarının möhkəmliyinə güvənən 
əmirlər Yar Əhməd ağa və  Məhəmməd bəy  şahın qarşısına çıxmadılar və ona hədiyyə göndərmədilər.  Şah 
İsmayıl Dərbəndi mühasirəyə almağa başladı. Qızılbaşlar qalanın bürcləri altından 12 lağım atdılar. Mühasirədə 
olan dərbəndlilər qızılbaşların üstünə daş  və ox yağdırdılar. Müqavimət göstərməyin mənasızlığını görən Yar 
Əhməd ağa və  Məhəmməd bəy boyunlarında qılınc, çiyinlərində  kəfən  İsmayılın gərargahına gələrək, təslim 
olmağa razılaşdılar.  Şah Mənsur bəyi Dərbənd hakimi təyin etdi. İsmayıl  Şeyx Heydərin 22 il Təbərsəranda 
qalmış  cənazəsinin qalıqlarını  Ərdəbilə köçürüb orada ailəvi türbədə  dəfn etməyi  əmr etdi. Şirvanı yenidən 
özünə tabe edən Şah İsmayıl Kürü keçib qışı Qarabağda keçirdi, baharda isə Təbrizə qayıdaraq, Xorasan üzərinə 
yeni yürüşə hazırlaşmağa başladı.  Şirvana səfərindən sonra şahın uğurlarını  və  qələbələrini görən  Şeyxşah 
onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu. Şah İsmayıl h.916 (1510/ll)-cı ildə Xorasanda 
Şeybək xana qalib gəldikdə  Şeyxşah, digər hakimlər kimi, İsmayılın sarayına səfirlik göndərərək, onu təbrik 
etdi. Həmin vaxtdan şahla dostluq münasibətləri kəsilmirdi.  İsmayılın  Şeyxşaba iltifatlı münasibəti  şah h.920 
(1514)-ci ildə türk sultanı  Səlimlə Çaldıran vuıruşmasında məğlubiyyətə  uğradıqdan az sonra özünü göstərdi. 
H.924 (1518)-ci ildə  Təbriz sarayında  şahzadə Sam Mirzənin anadan olması  təntənə ilə qeyd edilərkən  şah 
Şeyxşahla danışıqlar aparmaq üçün əmirləri Mirzə şah 
[237 - 238]
 Hüseyni və Cəmaləddin Məhəmmədi Şirvana 
göndərdi. Onlar Şirvanşahı İsmayılın ona yaxşı münasibət bəslədiyinə əmin etdilər və Təbrizə gəlmək dəvətini 
yetirdilər. Şeyxşah cavabında onlarla birlikdə İsmayıla cins atlar, Bərdə qatırları, türk və Avropa parçaları, çoxlu 
pul, daş-qaş yolladı və oğlunu səfəvi sarayına göndərməyi, əgər şah əmr edərsə, şəxsən özünün gəlməsini vəd 
etdi. Həsən bəy Rumlunun məlumatına görə  Şeyxşah h.924 (1518)-cü ildə başqa hakimlərlə birlikdə,  şahın 
Təbrizdəki sarayına gəlmişdir,
119
 Belə ki, Münəccimbaşı yazır: "O (Şeyxşah), Şah İsmayılla sülhə can atır, ona 
qılıq göstərirdi və h.927 (1521)-ci ildə onun hüzuruna gəlmişdi".  Şah  İsmayıl ona böyük iltifat və ehtiram 
göstərdi, Şirvanı idarə etmək haqqında yeni fərmanlar verərək öz ölkəsinə yola saldı. Şirvanşah söz verdiyi kimi 
oğlu, Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, İsmayılın sarayına göndərdi və dostluq münasibətlərini daha 
da möhkəmləndirmək məqsədilə sahın qızını oğluna istədi. Təklif qəbul edildi və İsmayıl qızı Pərixan xanımı 
Şirvanşahın oğlu sultan Xəlilə
*
 nişanladı. H.919 (1523)-cu ildə  Şah  İsmayıl  Şirvanşah  Şeyxşahın qızı ilə 
evlənmək istədiyini bildirdi. O, həmin məqsədlə  əmir Cəlaləddin Məhəmmədi və  Dəmir bəyi qiymətli 
hədiyyələrlə  Şamaxıya göndərdi. Bu təklifdən son dərəcə  məmnun qalan Şeyxşah  şahın elçilərini böyük 
ehtiramla qəbul edib qızını onlarla və məiyyətin müşayiətilə şaha göndərdi. H.929-cu il zilhiccə ayının 25-də (5 
noyabr 1523-cü il) Təbriz yaxınlığında Şah İsmayılla Şirvanşahın qızınnı dəbdəbəli toyu oldu.
120
 
                                                 
*
 
Dorn Şeyxşahın oğlunu səhvən Müzəffər Sultan adlandırır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə