131
Münəccimbaşının məlumatına görə Şeyxşah 22 il "ədalətlə və tərəfgirsizliklə hökmranlıq sürmüş və h.930
(1524)-cu ildə öz əcəli ilə ölmüşdür".
Mənbələrdə o, müdrik, ədalətli, mömin və üləmalara hamilik edən bir
hökmdar kimi xatırlanır.
121
O, yeddi oğul qoyub getmişdir. Oğlanlarından biri - Məhəmməd Mirzə sonralar I
Təhmasibin sarayına gəlmiş və h.935 (1528/9)-ci ildə Zurabad yaxınlığmda özbəklərlə döyüşdə həlak olmuşdur.
Şeyxşahın başqa bir oğlu -Müzəffər Mirzə qohumu Şamxalın ölkəsinə getmiş və orada qalaraq onun
himayəsində yaşamışdır.
122
Mənbələrdə Şeyxşahın bir oğlunun Dağıstana, qohumu Şamxalın yanına
qaçaraq
onun himayəsində yaşamış azyaşlı Şahruxun atası Fərrux Yasar, yaxud Fərrux Mirzə və ya Sultan Fərruxun da
adı çəkilir.
123
Hürşah Şeyxşahın oğlu Müzəffər Mirzənin adını xatırladır. Ehtimal ki, o bu adla Fərrux Yasarı
nəzərdə tutmuş, yaxud da o, Şeyxşahın dördüncü oğlu olmuşdur. Mənbələrdə Şeyxşahın qalan oğlanlarının adı
çəkilmir. Şirvanşah II Şeyx İbrahimin adından Şamaxıda h.908-910 (1502-1504/5)-cu illərdə, sonralar isə h.913
(l507/8)-cü ildən
başlayaraq, 930 (1523/4)-cu ilədək - onun ölümünədək hər il gümüş sikkələr kəsilmişdir.
Sikkələrdə aşağıdakı kitabələr həkk olunmuşdur. Üz tərəfində (Sultan) əlahəzrət (Şeyx İbrahim). Əks tərəfdə:
(Zərbxana) Şamaxı (il) və ənənəvi din rəmzi. H.920 (1514/5)-ci ildə kəsilmiş pulların əks tərəfində sünnü
əvəzinə şiə rəmzi və epitetləri göstərilmədən on ikı imamın adı çəkilir
124
ki, bu da səfəvilərin, ehtimal ki, Şah
İsmayılın xatirinə şiəliyi qəbul etmiş Şirvanşah üzərində nüfuzunu göstərir.
[238 - 239]
II XƏLİLÜLLAH İBN ŞEYX İBRAHİM (ŞEYXŞAH)
II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şırvanı onun böyük oğlu, II Xəlilüllah
da adlandırılan
Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun
himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, “qardaşlarından heç biri onun əleyhinə çixa bilmədi”
125
.
O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi
səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması da qeyd edilir.
126
Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi. Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra
Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri
olmasına
baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvan-
şahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı. Şərəf xan Bidlisinin məlumatına
görə Şah Təhmasib h.939 (1532-33)-cu ildə Şirvanın idarə olunmasını qardaşı Əlqas Mirzəyə tapşırdı.
Bədr xan Ustaclını isə ona qəyyum təyin etdi. Şahın Şirvanşaha inamsızlığı sonuncunun şaha xəyanət
edən və Təbrizi tutan türk sultanı Süleyman Qaziyə qoşulmuş Biye
Piş Gilan hakimi, Əmire-Dibac adlandırılan
Sultan Müzəffərə sığınacaq verməsindən sonra daha da dərinləşdi. Sultan Azərbaycanı tərk edəndən sonra
Əmire-Dibac qızılbaşlarla vuruşmada məğlub edilərək Gilandan qovuldu və dəniz yolu ilə Şirvana qaçaraq,
Şirvanşahın himayəsinə sığındı. Şirvanşah onun bağışlanmasını şahdan iltimas edəcəyini vəd etdi. Lakin
Xəlilüllah tezliklə öldü və öz vədinə əməl edə bilmədi. Təhmasib öz adamlarını Şirvana göndərərək, Əmire-
Dibacı gətirmələrini əmr etdi. Şirvan əmirləri buna mane ola bilmədilər. Şahın adamları onu yaxalayıb
Təbrizə
gətirdilər. Şərəfxan Bidlisinin məlumatına görə, "Onu (şahın) əmri ilə taxta qəfəsə saldılar, (qəfəsi) cümə
məscidinin minarəsindən asaraq, neft töküb yandırdılar".
127
Şirvanşah Şirvanda 12 ilə yaxın hökmranlıq sürərək
h.942-ci il cəmadiyül əvvəl ayının 9-da, cümə günü (6 noyabr 1535-ci il) vərəsə qoyub getmədən öldü.
128
II
Xəlilüllahın bütün hakimiyyəti illərində -h.930-942 (1524-1535)-ci illər - Şamaxıda onun adından gümüş
sükkələr kəsilmişdir.
129
II FƏRRUX YASAR İBN ŞEYXŞAH
1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlillülahın adından Şamaxıda kəsilmiş 906
gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü il
Y. A. Paxomovun fikrincə, "başqa mənbələrdən məlum olmayan"
130
Fərrux Yasarın adından
kəsilmiş bir sikkə
də var idi. Lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda -
"Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah"
131
Cənnabidə - "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -
"Şahrux ibn Fərrux Yasar"
132
- çəkilir. Beləliklə, yazılı mənbələrə görə, Fərrux Yasar,
yaxud Sultan Fərrux
Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır.
[239 - 240]
Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış,
II Xəlilüllah və Şahrux adından Şamaxıda kəsilən xırda gümüş Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə)
aşkara çıxarılrmşdır.
133
Numizmatik məlumatlar göstərir ki, II Fərrax Yasar h.934 (1527/8)-cü ildə Şirvanda
hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir.
Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II
Xəlilullahdan qəsb etmişdir.
Münəccimbaşının əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah İsmayılın qızına
evlənən Sultan
Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu. Qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi".
134
Göründüyü kimi, II Fərrux Yasar h.934 (I527/8)-cü ildə bir neçə aylığa hakimiyyəti qardaşı II Xəlilüllahdan
tutub almış və bu müddət ərzində öz adından sikkə zərb etdirə bilmişdir.