Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   120   121   122   123   124   125   126   127   ...   147

141 
 
qəbul etdi, lakin tacirlərin çox olmasını bəhanə edərək, onların evlərinə qayıtmalarına kömək göstərmək barədə 
xahişlərini rədd etdi. 
"Biz isə Köytula, Şirvanşahın yanına getdik və onun ayağına düşərək Rusiyaya qayıtmağımıza yardım 
etməsini dilədik. O isə çox olduğumuzu deyib bizə heç nə vermədi. Biz ağlaya-ağlaya hərəmiz bir tərəfə 
dağıldıq, bəzilərimiz Şamaxıda qaldı, bəzilərimiz isə Bakıya işləməyə getdi. Mən isə Dərbəndə, oradan da əbədi 
odlar yanan Bakıya getdim. Bakıdan isə  dəniz arxasındakı Çebokara yollandım..."
41
 Nikitin və onun 
yoldaşlarının Azərbaycana gəlməsi təsadüfı deyildi. Şirvanla ticarət  əlaqələri  əvvəlki  əsrlərdə  də mövcud 
olmuşdur.
42
 
1494-cü ildə Şirvanşah Fərrux Yasarın nəvəsi Mahmud öz əyanı Şəhabəddini Böyük Moskva knyazının 
yanına göndərmişdi.
43 
Beləliklə, biz XV əsrdə Moskva dövlətindən  Şirvana ticarət məqsədilə bir sıra elçi və 
tacirlərin gəldiyini görürük. Bu dovrdə  Həştərxan vasitəsilə  Şirvan və  Şərqi Avropa şəhərləri arasında 
müntəzəm ticarət əlaqələri yaranır. Kontarininin sözlərinə görə, Şirvandan gətirilən mallar, başlıca olaraq ipək, 
burada rus tacirləri ilə  xəz, qılınc, bal və muma dəyişdirilirdi.
44
 Tacirlər buradan dəniz yolu ilə  Dərbəndə, 
Bakıya, oradan isə karvan yolu ilə  Şamaxıya və  İrana gedirdilər. Bu dövrdə  Şirvan  şəhərlərində pul-əmtəə 
münasibətlərinin inkişafını Bakının  İçərişəhər hissəsində XV-XVI əsr  əvvəllərində Bakıda və  Şamaxıda 
kəsilmiş iri gümüş sikkə dəfinələrinin tapılması da təsdiqləyir.
45
 Bakı zərbxanalarında kəsilmiş, böyük miqdarda 
mis pullar da tapılmışdır.
46
 
Qədim zamanlardan Hindistandan Avropaya mallar quru karvan
 
yolları ilə daşınırdı ki, bu da baha başa 
gəlir və çox vaxt aparırdı. Lakin XVI əsrdə Şərqi Avropadan Ağ dənizə, Şimali Dvina, Volqa
  
çayları və Xəzər 
dənizindən Azərbaycana, oradan isə İran və Hindistana gedən yol (Volqa-Xəzər dənizi deyilən yol) işə düşdü 
Bu yolda Avropa ticarəti üçün Xəzərsahili vilayətlər, xüsusilə çoxlu ipək istehsal olunan Şirvan və Gilan böyük 
əhəmiyyət kəsb edirdi, Bununla əlaqədar ipək ticarətində mühüm liman olan Bakının özünün əhəmiyyəti artırdı. 
XVI  əsrdə bir neçə ingilis tacir səyyahı  həmin yolla təkcə ticarət məqsədilə deyil, həm də öz hökumətlərinin 
siyasi tapşırıqlarını yerinə yetirmək üçün Şirvana gəlmişdi. 
[255 - 256]
 
1562-ci ildə Moskva şirkətinin agenti, bir sıra ekspedisiyaların təşəbbüsçüsü və  fəal iştirakçısı olan 
ingilis səyyahı Cenkinson Şirvana gəldi. Cenkinson Azərbaycanda olarkən Dərbənd,  Şamaxı, Cavad və digər 
şəhərlərə getdi. O, öz məktublarında bu səyahətini təsvir edərək, Şirvanın şəhərləri, xüsusilə Şamaxı və Dərbənd 
haqqında məlumat verir. Bakının adını çox qədim bir şəhər kimi çəkir.  İqtisadi-coğrafi xarakterli məlumatlar 
verən Cenkinson Azərbaycanla ticarət məsələləri üzərində də dayanır. O, Şirvana gəldiyi vaxt (1562) onun şəhər 
və qalalarının tənəzzülə uğradığını qeyd edir, İran və Azərbaycan mallarının Rusiyada az satılmasının səbəbini 
Xəzər dənizində  gəmilərin azlığı, bazar və limanların çatışmaması, xalqın yoxsulluğu və s. ilə izah edir. 
Cenkinson Türkiyə ilə  Səfəvilər arasındakı mübarizəni ticarət yolları, xüsusilə  Şamaxı  və Gilan ipəyinin 
Avropaya apardığı yollar üstündə mübarizə kimi təsvir edir.
47
 
Osmanlı Türkiyəsinin  Şirvan və Azərbaycan barəsində  işğalçılıq niyyətləri rus və ingilis tacirlərinin 
Volqa-Xəzər yolundan istifadə etməyə başladıqları XVI əsrin 60-cı illərindən, xüsusilə gücləndi. XVI əsrdə 
Şirvan və Azərbaycandan Rusiyaya, Avropaya və Türkiyəyə, əsasən xamna ixrac olunurdu.
48 
İngilis tacirlərinin Azərbaycana və  İrana nüfuz etmək cəhdləri
 
XVI  əsrin 70-ci illərinin sonlarında da 
davam edirdi. Lakin hadisələr ticarət üçün əlverişli şərait yaratmırdı. 1578-ci ildə türklər Şirvana girdilər. Onlar 
Şirvanı işğal edəndə ingilis ticarət şirkətinin qulluqçusu Xristofor Berrou orada olmuşdur, O, buraya yuxarıda 
adı  cəkilən Moskva şirkətinin tapşırığı ilə  həmin ekspedisiyanın iştirakçısı Artur Eduardla birlikdə  gəlmişdi. 
1579-cu il oktyabrın 16-da Həştərxana gələn ekspedisiya burada qışlayıb yollarına dənizlə davam etdilər. 1580-
ci il martın 27-də ekspedisiya Şirvan sahillərinə yan aldı, Bakıda, Dərbənddə oldu və 1580-ci ilin noyabrında 
Həştərxana qayıtdı. Ekspedisiya İrana gedə bilmədi. Berrou İngiltərəyə yazdığı məktublarda öz səyahətini təsvir 
edərək,  Şirvanın  şəhərləri haqqında məlumat verir və Bakı yaxınlığındakı Bildi (Abşerondakı Bilgəh kəndi – 
S. A. ) gəmi dayanacağını xatırladır. Yerli əhali ingilislərə xəbər verirlər ki, türklər Şirvanı tutmuşlar, türk paşası 
(Osman paşa) türk qarnizonu ilə  Dərbənddə qalmışdır.  Şamaxı tamamilə yandırılmış  və orada əhali 
qalmamışdır. Berrounun sözlərinə görə, Şirvanın onların olduğu yerlərində xam ipəkdən başqa qiymətli heçnə 
almaq mümkün deyil. Onu da ingilis tacirləri bura gələndən bütün ölkədə ipəyə vergi qoyan paşanın  əli ilə 
almaq olar. Onların Dərbəndə gətirdiyi ingilis mallarının böyük hissəsini həqiqi dəyərindən çox aşağı qiymətə 
paşa özü götürürdü. İngilislərin satmaq üçün Dərbənddən Bakıya göndərdikləri mallar təqribən 1000 funt 
sterlinq məbləğində  aşağıdakılardan ibarət idi: 100 ton qarazehi, 7 top zərif mahud, 2 çəllək qırmızı boya, 2 
çəllək qalay, 4 çəllək iplik yumaq, paşa dəyişmək yolu ilə onlar üçün min batman xam ipək tədarük etmişdi. 
Ölkədə qarmaqarışıqlıq və quru yolla səyahət çox qorxulu olduğundan onlar həmin malı paşanın köməyi 
olmadan  əldə edə bilməzdilər.
49
 Göründüyü kimi türk hakimi ipək ticarətində bilavasitə  iştirak edir və 
əcnəbilərlə ticarət onun əlindən gəlib keçirdi. İngilis tacirləri xam ipək alıb Həştərxana yola düşdülər və uzun 
əzab-əziyyətdən sonra öz malları ilə sağ-salamat ora çatdılar. İngilislərin Xəzər dənizində ticarəti bununla başa 
çatdı. 
[256 - 257]
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə