140
mütəkkə qoyulmuşdu".
27
Boyaqçılar yunu boyamaq üçün əncir yarpağından, soğan qabığından, zəfərandan, nar
qabığından və digər bitkilərdən boyaq hazırlayırdılar. Xalçaların rəngləri şux və davamlı idi.
28
Bakıda,
Şamaxıda, Dərbənddə pambıq parçalar toxunurdu. Şirvanın şəhərlərində
sənətkarlar, kankanlar, dəyirmançılar,
qayıqçılar yaşayırdılar; burada, xüsusilə Şəkidə dəri istehsalı da inkişaf etmişdi. Qoyun və keçi dərisindən
papaq, üst paltarın və ayaqqabı tikilirdi. Sənətkarlıq istehsalı nümayəndələrinə sikkə zərbetmə ustaları da daxil
idi. XV-XVI əsrin birinci yarısına aid arxeoloji və numizmatik materiallar Bakıda, Şamaxıda, Dərbənddə və
digər şəhərlərdə tapılmış çoxlu sikkə dəfınələri,
29
dövrümüzədək gəlib çıxmış tam bir sıra memarlıq abidələri,
keramika qalıqları - ticarət əlaqələrinin inkişafından xəbər verir. Lakin XVI əsrin 70-ci illərindən Türkiyə-
Səfəvi müharibələri ilə əlaqədar Şirvanda şəhər həyatının tənəzzülə uğradığı müşahidə edilir.
30
XV əsrin ikinci
yarısı Venesiya səyyahları Barbaro və Anzieolellonun qeyd etdikləri kimi Dərbənd bu dövrdə liman kimi
əhəmiyyətini itirmişdir. Sonuncunun yazdığına görə, "...əvvəllər Dərbənd limanına 800-dək çəllək yüklənən
böyük gəmilər gəlirdi, indi gələn gəmilər isə 200 çəlləkdən çox götürmür".
31
XV-XVI əsrlərdə əlverişli
liman kimi Bakının əhəmiyyəti artır. Xezərsahili ölkələrlə ticarət mübadiləsi aparılırdı. Ticarət malları
içərisində neft, duz, boyaqotu, ipək var idi. Bu mallar uzaq ölkələrə, istər Bakıdan (cənubda) və Bilgəhdən
(şimalda) dəniz yolu, istərsə də, quru yolu ilə daşınırdı.
[253 - 254]
Keçmiş əsrlərdə olduğu kimi Çindən böyük
təlabat olan bahalı qablar, seladon gətirilirdi. Həmin qablardan Şirvan feodal əyanları istifadə edirdilər.
Şirvanşahlar sarayı ərazisindəki quyulardan birindən tapılmış çini boşqab maraq doğurur. Onun üzərində
qıvrılmış iri quyruğu boşqabın bütün içini tutan əjdaha təsvir olunmuşdur. Şəkil kobaltla çəkilmişdir. Bu
boşqab, oradan tapılmış sikkə kimi XV əsrə aiddir.
Şirvanşahlar sarayı ərazisində Dərbənd hakimlərinin sarayında və Şamaxıda tapılmış çini qablar
arasında Çindən gətirilmə farforla yanaşı, onlara oxşadılan yerli qablar da vardır.
32
Orta əsr Şirvan
Şəhərlərindən farfor və seladondan qayrılmış çini qabların tapılması Çin mallarının XV-XVI əsrlərdə də
Azərbaycana idxal olunduğunu və Azərbaycanla Çin arasında ticarət və mədəni əlaqələrin mövcudluğunu
göstərir. Şirvanın Hindistanla iqtisadi və mədəni əlaqələri nəinki orta əsrlərə, hətta daha qədim zamanlara gedib
çıxır. Abşeronun Suraxanı kəndindəki hind məbədi - "Atəşgah" və Bakının İçəri şəhər hissəsindəki XV-XVI
əsrlərə aid Multanı karvansarayı dövrümüzədək qalmışdır. Şamaxıya və Bakıya gələn hind tacirləri ədviyyatla
yanaşı, qızıl qiymətinə satılan bahalı Kəşmir parçaları -"tirmə" də gətirirdilər. Bu parçanın qalıqları Bakıdakı
Şirvanşahlar sarayının XV əsrə aid türbəsindəki sərdabədən tapılmışdır.
33
Orada İrandan gətirilmə ipək və
zərxara parçasının da qalıqları aşkar edilmişdir. Şirvan şəhərləri Orta Asiya və Dağıstanda da ticarət əlaqələri
saxlayırdılar.
34
Konstantinopol 1453-cü ildə II Mehmet Fateh tərəfindən alındıqdan sonra keçmiş Bizans imperiyasının
yerində İtaliya ilə Şərq arasında ticarətə əngəl törətməyə başlayan Osmanlı dövləti bərqərar oldu. Beynəlxalq
ticarət bazarında Moskva dövlətinin rolu güclənməyə başladı, Avropa tacirləri Şərqlə Osmanlı imperiyasından
yan keçən yeni ticarət yolları axtarırdılar. Bununla əlaqədar olaraq, Avropa ilə Azərbaycan və İran arasındakı
baş yol şimaldan - Rusiyadan keçməyə başlayır. Həmin vaxtdan Avropa səyyahları Şirvana Volqa-Xəzər yolu
ilə gəlirdilər. Şirvanın əsas ticarət tranziti məntəqələri çox rahat limanlar olan Dərbənd və Bakı idi. XV əsrdən
etibarən müxtəlif orta əsr müəlliflərində Xəzər dənizi əvəzinə Bakı dənizi adının çəkilməsi də Bakının liman
kimi mühüm əhəmiyyət daşıdığını göstərir.
35
Bakı və Dərbənddən İrana, Orta Asiyaya və Həştərxandan keçərək
Rusiyaya və Avropaya, əsasən neft, ipək, duz ixrac olunurdu. XV əsrin sonu Venesiya səyyahı Donato da Leze
yol qeydlərində xəbər verirdi ki, "... ədviyyat Hindistandan böyük şəhər Şamaxıya, oradan isə dörd günlük yol
olan Xəzər dənizi sahilindəki Bakıya gətirilir. O, böyük ticarət şəhəridir. Dəniz də onun adı ilə Bakı dənizi
adlanır. Burada ədviyyatı gəmilərə yükləyib, Volqa çayı üzərindəki tatar şəhəri Həştərxana aparırlar".
36
XI əsrdə
italyan gəmiləri ticarət məqsədilə Xəzər dənizində üzürdülər. Onlar Avropa ilə ticarətdə vasitəçi olub, Şirvanın
şəhərlərinə, Bakıya, Dərbəndə, Şamaxıya yaxından bələd idilər.
37
İtalyan tacir-səyyahları ilə yanaşı buraya rus
tacirləri də gəlib çıxırdı. XV əsrin ikinci yarısında Moskva dövlətinin iqtisadi və siyasi yüksəlişi və tacir silkinin
yeni mal tədavülü bazarlarına marağı ilə bağlı olaraq, Moskva ilə Şərq ölkələri, xüsusilə xam ipək, ipək parça və
xalça ilə zəngin olan Şirvan arasında ticarət əlaqələri və diplomatik əlaqələr yaradılır.
38
Bu vaxt Şirvandan
beynəlxalq
[254 - 255]
bazarlara əvvəllərdə olduğu kimi xam ipək, ipək, yun
və pambıq parçalar, neft, duz,
zəfəran, düyü, mis qablar və digər mallar ixrac edilirdi.
1465-ci ildə Şirvanşah Fərrux Yasar Moskva dövləti ilə Şirvan arasında dostluq və ticarət əlaqələri
yaratmaq məqsədilə Moskvaya III İvanın yanına Həsən bəyin başçılığı ilə qiymətli hədiyyələrlə birlikdə elçilər
göndərmişdi.
39
Buna cavab olaraq Vasili Papin III İvanın adından qiymətli hədiyyələrlə Şamaxıya gəldi, Papinin
ardınca 1466-cı ildə Tver taciri Afanasi Nikitin öz tverli tacir yoldaşları ilə iki gəmi qayıraraq, onları malla
yükləyib Volqa ilə Şamaxıya yola düşdü.
40
Həştərxandan Dərbəndə gələrkən onlar yolda dəniz quldurlarının
hücumuna məruz qalaraq qarət edildilər və Dağıstan (Qaytaq) hakimi tərəfindən əsir alındılar, lakin tezliklə rus
səfıri Papinin xahişlə Şirvanşah Fərrux Yasarın işə qarışması sayəsində azad olundular. Əsir ruslar digər
Moskva tacirləri ilə birlikdə Dərbənddəkı Göytula -Şirvanşahın qərargahına göndərildi. Şirvanşah onları iltifatla
Dostları ilə paylaş: |