151
cəhdləri də uğur qazanmadı: yeni iqtisadi siyasət dövrü uzun sürmədi, "dəmir pərdə" isə mühacirətə getməyə hər
hansı imkanın qarşısını kəsdi.
1935-ci ildə Bala bəy Aşurbəyov yenidən həbs edilir. "Üçlüyün" çıxardığı qərar "əsaslı" idi: bu adam
keçmişdə neft sənayeçisi və fabrikant olmuşdu...
Bala bəy Aşurbəyovu Orta Asiyaya sürgün edirlər. Həmin gündən onun barəsində nadir hallarda xəbər
gəlirdi. Yalnız keçmiş həbsxana həkiminin söhbətlərindən bəlli olur ki, kamerada onun yanına bir xəbərçi
salınıbmış və bu adam hamının yanında Stalini ucadan söyürmüş. Əvvəlcə hamı ehtiyatlanıb susurmuş, amma
Bala bəy sonda dözməyib: "Nə söz ola bilər ki? Axı o - diktatordur!". Bu kifayət etmişdir və 1937-ci ilin
dekabrında Aşurbəyov güllələnmişdir.
Qardaşından sonra Əli bəy də çox yaşamadı. Bala bəyin həyatdan getməsi haqqında xəbər onun qəddini
birdəfəlik əydi və o, 1940-cı ildə ürəktutmasından vəfat etdi.
Tibb İnstitutunun məzunu olan Rəşad bəyin taleyi də faciəli oldu: cəbhəyə yollandı və 1944-cü ildə
Budapeştin alınması zamanı həlak oldu. Qohumların və doğmaların xatirələrinə görə, o da öz dərin biliyi,
ziyalılığı və vüqarlı davranışı ilə seçilirmiş. Bacılar qardaşlarının həlak olması barədə xəbəri anaları İsmət
xanımdan gizlədə bilirlər. İsmət xanım 1954-cü ildə öz toylarının 50 illiyi günündə dünyadan köçmüşdür. Son
gününə qədər oğlunun qayıdacağını gözləyirmiş...
Aşurbəyovların çoxsaylı pleyadasında - mülkədarlar, tacirlər, sahibkarlar, sənayeçilər, mesenatlar
arasında bir ad - İsa bəy Aşurbəyov ayrıca qeyd edilməlidir. Faciəli bir tale yaşasa da, son dərəcə maraqlı bir
adam olan İsa bəy bu nəslin özünü siyasi sahədə sınamış çox az sayda təmsilçisindən biridir.
İsa bəy Aşurbəyov 1878-ci ildə doğulmuşdur. Onun atası Hacı Mehdiqulu bəy Aşurbəyov bu soyun
yaşlı nəslinin tipik təmsilçilərindən biri idi. H. Z. Tağıyevlə birlikdə H. M. Aşurbəyov Bakı Quberniyası uşaq
evlərinin hamilik təşkilatının fəxri üzvü olmuşdur. Sara xanım Aşurbəylinin şahidliyinə görə, Bakı
əsilzadələrinin təmsilçisi qismində Hacı Mehdiqulu bəy Aşurbəyov II Nikolayın tacqoyma mərasimində iştirak
etmiş və monarxa qızıl işləməli xəncər hədiyyə etmişdir.
İsa bəy Aşurbəyov Hacı Mehdiqulu bəyin yeganə oğlu idi. "Neft fırtınası" dalğasında varlanmış olan ata
tək oğlunun təhsili üçün pul əsirgəməsə də, hər halda İsa bəyi kənar təsirlərdən imkan daxilində qorumağa
çalışmışdır. Bəlkə də məhz buna görə coşqun ictimai fəaliyyət göstərmək arzusu illər keçdikcə İsa bəyi daha
dərindən çulğalamışdır. Gənclik illərində o, ehtiraslı bir şəkildə sosial-demokrat ideyalarına bağlanmışdı.
İnqilabi
[271 - 272]
əhval-ruhiyyəli fəhlələrlə, peşəkar inqilabçılarla tanışlıq İsa bəyi 1905-1906-cı illər
hadisələrinin burulğanına salmışdı. Bu illərdə o, öz mənşəyinə baxmayaraq, M. .Muxtarovun emalatxanalarında,
ardınca isə öz atasının mədənlərində açıq təbliğat aparır, bu əsnada jandarm idarəsi tərəfindən üç dəfə həbsə
məruz qalır.
İsa bəy üçün inqilabi romantika dövrü çox sürməmişdir. Bolşeviklərlə prinsipial fikir ayrılığı onun
sonrakı illərdə həmin düşərgədən uzaqlaşmasına gətirib çıxarmışdı ki, buna görə sovet tarixşünaslığı İsa bəyi
birmənalı şəkildə "təsadüfi cığırdaşlar" deyilən düşərgəyə aid edirdi.
1912-ci ildə İsa bəy Aşurbəyov H. Z. Tağıyevin yanında - onun məşhur Bakı qəzeti "Kaspi"nin
mətbəəsində qulluğa girir. Əsilzadə, neft sənayeçisinin oğlu İsa bəy Aşurboyovun qulluğa daxil olması atasında
narazılıq doğurmuş və bu hərəkət qohumlarla növbəti incikliyin səbəbi olmuşdur. Buna baxmayaraq, Bala bəy
Aşurbəyovun maliyyə yardımı ilə İsa bəy mətbəəni iki il yarım ərzində icarəsində saxlayır və onu Staro-Poçtovı
və Persidski küçələrinin (indiki S. Tağızadə və M. Muxtarov küçələri) tinindəki evinin zirzəmisində yerləşdirir,
müəllimlər üçün dərsliklər, metodiki ədəbiyyat nəşrini təşkil edir. Birincilərdən biri olaraq İ. Aşurbəyov
M. Ə. Sabirin əsərini nəşr edir, "Şəlalə" və "Vodopad" həftəlik müəllim jurnallarını (rus və Azərbaycan
dillərində), "Baraban" satirik əlavəsini çap edir.
Lakin müəllimlərin əsərlərinin çap edilməsi və onların böyük qisminin pulsuz şəkildə yayılması İsa bəy
Aşurbəyovu tam maliyyə böhranına gətirib çıxarır. Odur ki, tezliklə mətbəəni böyük bir borcla birlikdə
H. Z. Tağıyevə qaytarmalı olur. Bu borclar yalnız sovet hakimiyyətinin gəlişi ilə ləğv edilir.
İsa bəyin ictimai fəaliyyəti öz davamını 1910-cu ildə seçilmiş olduğu Bakı Şəhər Dumasında, eləcə də
Bakıda "Nicat" müsəlman cəmiyyəti-xeyriyyəsində, "Kapli moloka" adı altında uşaq ölümü ilə mübarizə
cəmiyyətində tapır.
Birinci Dünya müharibəsinin başlanması ilə İsa bəy Aşurbəyov Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin
tərkibindən Bakı qradonaçalniki tərəfindən təşkil edilən "Türk hərbi əsirlərinə yardım komitəsi"nin üzvü seçilir.
Sonrakı illərdə baş verən siyasi hadisələrin burulğanı və imperiyanı saran qarışıqlıq İsa bəyi yenidən öz qoynuna
alır. Həbs edilməsindən sonrakı istintaq protokolları onun ən müxtəlif hərəkatlar və partiyalarla: "Hümmət",
"İttihad", "Difai" ilə əlaqələrindən söz açır...
Bu siyasi kaleydoskopda baş çıxarmaq İsa bəy üçün son dərəcə çətin olmuşdur. Lakin 1918-ci ilin
martında daşnakların törətdikləri müdhiş qırğınlardan sarsılan İ.
Aşurbəyov 1918-ci ilin sentyabrında türk
qoşunlarının Bakıya daxil olması üçün özünün bütün nüfuzundan və əlaqələrindən istifadə edir. Onların şəhərdə
152
yerləşmələri dövrü qısa olsa da, məhz bu hadisə İsa bəy Aşurbəyovun 31 dekabr 1937-ci ildə həbs edilməsinin
səbəbi olmuşdur.
Həmin vaxtlar Stalinin repressiya maşını bütün gücü ilə işləyirdi. Həbs edilən adam barəsində hər hansı
məlumat almaq sadəcə mümkünsüz idi. Üstündən dörd il keçəndən sonra böhtan və iftira əsasında İsa bəyin
kiçik oğlu Davud da həbs edilir. Onlar 30-cu illərin
[272 - 273]
amansız repressiyalarının qurbanı olan
Aşurbəyovların kədərli siyahısını tamamlamışlar. Yalnız 1992-ci ildə İsa bəyin varisləri istintaq materialları ilə
tanış ola bilmiş və aydın olmuşdur ki, İsa bəy Aşurbəyov 1938-ci ilin oktyabrında həmin vaxtlar üçün
basmaqəlib və tipik olan "xarici dövlətlərin xeyrinə casusluq"dan tutmuş, "millətçi təşkilatlarda iştirak"a qədər
ən müxtəlif ittihamlar əsasında ölüm cəzasına məhkum edilmişdir.
İsa bəy Aşurbəyovun son dərəcə qeyri-adi, parlaq, lakin heç də hamı tərəfindən başa düşülməyən
şəxsiyyəti, zənnimizcə, gələcəkdə tarixçilər tərəfindən daha dərindən və təfsilatı ilə öyrəniləcəkdir. Təbiəti
etibari ilə romantik olan İsa bəy həmişə hansısa qeyri-real idealların ardınca qaçan və, əlbəttə, onu əhatə edən
aləmdə onu tapa bilməyən adam təsiri bağışlayırdı.
***
Bakı məscidləri... 1912-ci il üzrə "Bakinski sputnik" məlumat kitabında təkcə kiçik məhəllə
məscidlərinin sayı 15-ə qədər göstərilir. Bunlar Məmmədyar və Hacı Zərbəli, Hacı Qurban və Hacı Cəbrayıl,
Hacı Hüseyn və Hacı Tusverdi, Hacı Cavad, Tiley məscidi və başqaları idi. Təəssüf ki, onlardan yalnız bəziləri
bizim günlərədək qorunub saxlanmışdır, qalanlarının adı yalnız yaddaşlarda yaşayır.
Köhnə Bakının ən möhtəşəm məscidləri sırasına böyük, ibadət zalının diametri demək olar 20 metrə
çatan, incə işləməli portalı, eləcə də zəngin daxili bəzəkləri ilə Təzə Pir cümə məscidi aid edilir. Bütün
bunlarTəzə Piri Bakının digər məscidlərindən fərqləndirir. Bununla birlikdə Təzə Pir təkcə ən bəzəkli məscid
olmaqla qalmayıb, həm də onların arasında ən gənc məsciddir. Bu məscidin inşası 1914-cü ildə başa
çatdırılmışdır.
Sara xanım Aşurbəylinin söylədiklərinə görə, hələ XIV əsrdə indiki Təzə Pirin yerində öz alimliyi və
qonaqpərvərliyi ilə məşhur olan dərviş Əbu Səid əl-Bakuvinin zaviyəsi varmış. Ona məxsus olan kiçik neft
quyusundan gələn gəlirlə bu dərviş təkcə öz yaşayışını təmin etmir, həm də çoxsaylı sərgərdan dərvişlərə kömək
göstərir, onları himayə edirdi. Onun evini qapısı bu dərvişlərin üzünə həmişə açıq idi. Ola bilsin, bu səbəbdən
Əbu Səid əl-Bakuvinin ölümündən sonra onun zaviyəsi pirə - ziyarət yerinə çevrilmişdir.
XX əsrin əvvəllərində pir xaraba vəziyyətə düşmüşdü. Varlı bakılı dul qadın Nabat xanım Rzayeva-
Aşurbəyova onun keçmiş şöhrətini özünə qaytarmaq istəyir. Mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi
əsasında əvvəlki pirin yerində o, Təzə Pir adını almış yeni bir monumental məscid ucaltdırır.
Lakin əvvəlcə Nabat xanımın özü haqqında söz deyək. Bu qadın əsilzadə Aşurbəyovlar nəslindən idi və
tanınmış Rzayevlər tacir familiyasının təmsilçisinə ərə getmişdir. Dul qalan və əlində iri varidat cəmləşən Nabat
xanım onun xeyli hissəsini yoxsulların ehtiyacları üçün sərf etmişdir ki, bu da ona səxavətli xeyriyyəçi qadın
şöhrəti qazandırmışdır. Rzayevlərin Balaxanski küçəsindəki (indiki Füzuli küç.33) çox böyük binasının qapısı
həmişə yoxsulların üzünə açıq olmuşdur. Deyilənə görə, ev sahibəsi olmadıqda belə, onlar burada özlərinin çay,
bir girvənkə qənd, bir dəst parça və üç manat puldan ibarət (o zaman üçün az məbləğ deyildi) ala bilirlərmiş.
[273 - 274]
Nabat xanım Sabunçuda məktəbin inşasında, Bakı - Şollar su kəmərinin çəkilişi kimi iri xeyriyyə
aksiyalarında iştirak etmiş, onun vəsaiti hesabına Tatarski küçəsində (sonrakı Krupskaya küç.) hamam
tikilmişdir. Lakin Bakıda möhtəşəm bir cümə məscidi inşa etdirmək Nabat xanımın ən böyük arzusu olmuşdur.
Yeri gəlmişkən, onun tikintisi o dərəcədə böyük vəsait tələb etmişdir ki, H. Z. Tağıyev gələcək məscidin
inşasında ona öz vəsaiti ilə yardımını təklif etmişdir. "Əgər sən bu dərəcədə varlısansa, onda özün bir məscid
tikdir", - deyə Nabat xanım Tağıyevin bu təşəbbüsünün qarşısında ağıllı bir cavab vermişdir. Lakin buna
baxmayaraq, gələcək məscidin təməl daşını qoymaq şərəfi məhz Hacı Zeynalabdin Tağıyevə həvalə edilmişdir.
Bu hadisə 23 iyul 1905-ci ildə olmuşdur.
Təzə Pirin tikintisinə o çağın ən yaxşı ustaları: bənna-daşyonan usta Hacı Abbas, üzlük ustalarından
Hacı Xeyrulla və Məmmədhənifə, Salman Atayev və usta Salman, 1965-bi ildə vəfat etmiş usta Kərbəlayı Mirzə
cəlb edilmişdilər. Məscidin interyerinə, onun naxışlı ornamentlərinə ustalardan Kərbəlayi Məcid və Kərbəlayı
Sadıq tərtibat vermişdilər.
Memarların bu məharəti, eləcə də cümə məscidi üçün əlverişli məkan seçimi sayəsində Təzə Pir
minarələrinin ikinci, daha yüksək yarusunun inşa edilmədiyinə baxmayaraq, bu cümə məscidi son dərəcə
möhtəşəm görünüşə malikdir. Yeri gəlmişkən, məscidin qübbəsində son daşı da 1914-cü ildə yenə
H. Z. Tağıyev qoymuş və bu münasibətlə bütün ustaları səxavətlə mükafatlandırmışdı. Təəssüf ki, Nabat xanıma
öz arzusunun təcəssümünü bütün gözəlliyi ilə görüb seyr etmək nəsib olmayıb. Bu nəcib insan 1912-ci ildə 117
yaşında ikən dünyadan köçmüşdür. Yekun mərhələsindəki işlərə Nabat xanımın oğlu, anasının xeyriyyəçilik
ənənələrini çox baxımdan davam etdirən Hacı Abbasqulu Rzayev rəhbərlik etmişdir. Nabat xanım kimi Hacı
Abbasqulu da vəfat etdikdən sonra məscidin girişində dəfn edilmişdir. Allah onların ruhlarını şad etsin!
Dostları ilə paylaş: |