Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   125   126   127   128   129   130   131   132   ...   147

147 
 
Şirvanşahlar saray ansamblın ucaltdı.  Şirvanda möhkəm dövlət idarəçiliyi qanunlarına  əsaslanan güclü dövlət 
aparatı, onun vergi sistemi mövcud idi. Mürəkkəb xarici siyasi vəziyyətə baxmayaraq, Şirvanşahlar dövləti 
nəinki özünü tarmar və tamamilə  məhv olmaqdan qoruya bilmiş, həm də Qafqazın və Yaxın  şərq ölkələrinin 
feodal dövlətlərinin taleyinə fəal təsir göstərmişdir. Şirvanşahlar dövləti on əsr ərzində öz müstəqilliyi uğrunda 
qəhrəmancasına mübarizə aparmasına baxmayaraq, 1538-ci ildən sonra faktiki olaraq aradan çıxdı. O, tarix 
səhnəsinə  çıxan güclü Azərbaycan Səfəvilər dövləti qoşunlarının zərbələri altında süqut etdi və bu sülalədən 
təkcə adından başqa bir iz qalmadı. 


148 
 
 
AŞURBƏYLİ SARA BALA BƏY QIZI 
 
(1906-2001) - tarixçi, Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açmışdır. 1913-cü ildə 
müvəffəqiyyətlə imtahan verib "Müqəddəs Nina" Bakı  qız tədris müəssisəsinin aşağı hazırlıq sinfinə  qəbul 
olunmuşdur. Gimnaziya təhsilini başa vurmasına 1917-1920-ci illərin inqilabi hadisələri mane olmuşdur. 1920-
ci ildə valideynləri ilə birlikdə  İstanbula (Türkiyə) getmiş, orada Janna d'Ark fransız kollecində (Institusion 
sainte Jeanne d'Arc) oxumuş, buranı 1925-ci ildə  uğurla başa vurmuşdur. Həmin il ailə Bakıya qayıtmış  və 
S. Aşurbəyli Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin tarix-filologiya şöbəsinə daxil olmuş  və buranı 
1930-cu ildə bitirmişdir. Təhsil alması ilə yanaşı BXMŞ məktəblərində müəllimlik etmişdir. 
Universiteti bitirdikdən sonra 1928-ci ildən 1931-ci ilə  qədər Azərbaycan Tarix Muzeyində, 
Azərbaycanı Öyrənən Cəmiyyətin tarix-etnoqrafiya şöbəsində elmi işlə məşğul olmuş, daha sonra Azərbaycan 
Dövlət Elmi-Tədqiqat  İnstitutunda elmi katib işləmişdir. 1933-cü ildən 1937-ci ilə  qədər - əvvəlcə SSRİ EA 
Zaqafqaziya Filialı Azərbaycan  şöbəsinin tarix bölməsində, daha sonra SSRİ EA Azərbaycan Filialının Tarix 
İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 
1937-ci ilin əvvəlində  qısa müddətliyə Leninqrad Şərqşünaslıq  İnstitutunda işləmişdir. 1937-ci ildə 
Azərbaycan SSR Xalq Maarif Komissarlığı  tərəfindən APİ-nin xarici dillər fakültəsinə fransız dili müəllimi 
göndərilmiş, eyni zamanda, bu sahədə öz ixtisasını artırmaq istəyərək, həmin fakültənin ingilis dili bölməsinə 
daxil olmuş, buranı 1941-ci ildə başa vurmuşdur. Həmin il Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq 
Məktəbini də bitirmiş, Azərbaycan Dram Teatrında rəssam-dekorator işləmişdir. 1941-1944-cü illərdə Pedaqoji 
İnstitutda ingilis dilini tədris etmişdir. 1944-cü ildə iş yeri APİ-yə dəyişdirilmiş, burada fakültə dekanı və xarici 
dillər kafedrasının müdiri olmuşdur. Fakültə 1949-cu ildə ləğv edilənə qədər burada işləmişdir. 1944-cü ildə baş 
elmi  əməkdaş  əvəzi qismində Azərbaycan SSR EA Tarix İnstitutuna işə  dəvət edilmiş  və orada əvəzçiliklə 
1947-ci ilin oktyabrınadək çalışmışdır. 
1949-1958-ci illərdə - Azərbaycan Dövlət Konservatoriyası xarici dillər kafedrasında baş müəllim 
işləyir. 1949-cu il mayın 27-də Leninqrad Şərqşünaslıq  İnstitutunda dissertasiya müdafiə etdikdən sonra ona 
tarix elmləri namizədi alimlik dərəcəsi verilir. 1955-1958-ci illərdə Azərbaycan SSR EA Tarix Muzeyində orta 
əsrlər  şöbəsinin müdiri olur. 1958-1961 -ci illərdə Azərbaycan SSR EA Şərqşünaslıq  İnstitutunda baş elmi 
əməkdaş  işləyir. 1965-ci il dekabrın 10-da Tbilisidə dissertasiya müdafiə etdikdən sonra ona tarix elmləri 
doktoru alimlik dərəcəsi verilir. 1972-1974-cü illərdə respublika EA Tarix İnstitutunun orta əsrlər  şöbəsinin 
müdiri olmuşdur. 1993-cü ildən ömrünün sonuna qədər Azərbaycan EA Arxeologiya və Etnoqrafiya 
İnstitutunun aparıcı elmi əməkdaşı işləmişdir. 
S. B. Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü idi, dəfələrlə müxtəlif sərgilərdə iştirak etmişdir. 
Rus, ingilis, fransız, alman, ərəb, fars və türk dillərini bilirdi. S. B. Aşurbəylinin 120-dən çox məqaləsi işıq üzü 
görmüşdür. Xarici ölkələrdə ingilis, fransız, türk və çin 
[266 - 267]
 dillərində 10-dək məqaləsi dərc edilmişdir. 
S. B. Aşurbəyli Şirvanın IX-X əsrlər xəritəsini hazırlamışdır. Onun tərəfindən bir neçə kitab fransız və ingilis 
dillərindən rus dilinə tərcümə edilmişdir. S. B. Aşurbəylinin rəsmləri dəfələrlə sərgilərdə nümayiş etdirilmişdir. 
Onlardan bəziləri xaricdə (Meksikada) saxlanılır. "Xalqlar dostluğu" ordeni (1986), Şöhrət ordeni (1996), 
"1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə" medalı (1946), "Əmək veteranı" medalı 
(1978) ilə təltif edilmişdir. Azərbaycanın əməkdar elm xadimidir (1982). Azərbaycan SSR Dövlət mükafatına 
(1986), Tağıyev mükafatına (1994), A. Bakıxanov adına mükafata (1994,1996), "İlin qadını"fəxri adına (1998) 
layiq görülmüşdür. 
 
Başlıca elmi əsərləri: 
 
Bombey professoru Modi Azərbaycan haqqında. "Maarif və mədəniyyət" məcmuəsi. 1925, N 2, səh. 37-
38; Ə. Cəlil, Türk sənəti. İstanbul, 1928, kitabına resenziya - "Azərbaycanı öyrənmə yolu", 1930, N 4-5, səh. 91; 
Qədim Bakının memarlıq binaları. - "Azərbaycanı öyrənmə yolu", 1930, N 4-5, səh. 49-52 (latın əlifbası ilə); Из 
истории Баку (Ma-лы декабрской (1944) ceccии). – Тзв. АзФАН CCCP, 1945, № 1, c. 76-77; Об истории 
сураханского xpaма огнепоклонников - B 
KH
.:
 
Памятники  архитектуры
 
Азербайджана. Cб. ма-ов. M.-Б. 
1946, c.43-54, c табл.;  Баку XVI-XVIII 
B
. no описанию  путешественников.-Изв.  АН  Азерб  ССР,  вып. 
1.1947,№ 1, с. 63-72. Подводная крепость в Бакинской бухте (XIII 
B
.) - Tp. Ин-та истор. и философ. AH 
Aзерб.ССР 
T
. XII, 1955, c. 5-17; Peмесла  и  торговля  раннесредневековых  городов  Азербайджана. - Tp. 
Myзeя истории
 
Aзербайджана, 
T
.
 
II, 1957, c. 149-165; Экономические и культурные связи Азербайджана 
с  Китаем  в  период  cредневоковья – В  сб. Maтериалы I Bcecoюзн.  Конференции  востоковедов  в  г. 
Ташкенте 4-11 июля
 
1957 r., Tашкент, 1958, c. 233-255; O названии  города  Баку. - Доклады AH 
Aзepб.CCP, 
T
.
 
IX, 1958, c. 735-740; O датировании  возникновения ropoда  Баку. – Доклады  АН 
Азерб.ССР, 
T
. XVII, 1961, № 3, c. 252-258; Очерк истории средневекового Баку (VIII – нач. XIX вв.), Б., 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə