Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   126   127   128   129   130   131   132   133   ...   147

149 
 
1964, 336 стр.  Государство  Ширваншахов.  Б., 1983, 343 стр.;  Экономические  и  культурные  связи 
Азербайджана с Индией в средние века. Б., 1990, 152 стр. История города Баку. Период средневековья 
Б., 1992, 406 стр.; Социально-экономическая и  политическая  история  городов Ширвана XVI-XVIII 
BB

(10 п.л.). – Pyкопись находится в apxиве Института истории  НАН Азербайджана. 
 
Onun barəsində: 
Azərbaycan Sovet Ensiklopediyası, I cild, B., 1976, səh. 516; Sara xanım Aşurbəyli - 90 il. "Kim 
kimdir", 1996, № 3; Sabir Gəncəli. Qadın, gözəllik və ülviyyət. Ensiklopedik toplu. B., 2001, səh. 236; AR 
Dövlət Arxivi, fond 387, siyahı 2, d.ba, v. 2, iş 30, v .23; Materiallar S. Aşurbəylinin qohumu Ramiz Aşurlu 
tərəfindən təqdim olunmuşdur. 
(Tamilla Kərimovanın rusca nəşr edilmiş «Azərbaycan Milli Elmlər Akademiyasının tarixindən» 
kitabından. Bakı 2005. səh. 314) 
[267 - 268]
 
 
ƏSİLZADƏ AŞURBƏYOVLAR NƏSLİ: 
 
ARİSTOKRATLAR, SƏNAYEÇİLƏR, MESENATLAR, MAARİFÇİLƏR 
 
Hər böyük şəhərin həyatında elə adamlar, ailələr, soylar olur ki, onlarsız bu şəhərin tarixi imici və 
müasir siması sadəcə natamam olur. Köhnə Bakı haqqında söz açarkən, xüsusən də onun XIX-XX əsrlərin 
hüdudunda baş vermiş coşqun çiçəklənmə dövrünə toxunarkən, "neft fırtınasının" dalğalarında yüksəklərə 
qalxmış parlaq və özünəməxsus şəxsiyyətlər bolluğunda zadəgan Aşurbəyovlar nəsli ayrıca yer tutur. 
Bu qədim və  əsil-nəcabətli soyun təmsilçilərinə nüfuzlu neft sənayeçilərinin sırasında, iri təhsil 
müəssisələrinin himayədarları arasında, Bakı Şəhər Dumasının ən tanınmış üzvlərinin ("qlasnı"), maarifçilərin, 
mesenatların siyahısında, nəşriyyat işi sahəsində və ən səxavətli xeyriyyəçilərin cərgəsində rast gəlmək olar. Və 
hətta söhbət keçmişin  əhli-kef,  şuluqçu adamlarından düşəndə belə,  şəhərin yaşlı insanlarının yaddaşında bu 
böyük və qollu-budaqlı nəslin bəzi nadinc təmsilçilərinin adları canlanır. 
*** 
1872-ci ildə qopan neft fırtınasının qasırğası bu xeyli böyüyüb şaxələnmiş  bəy nəslinin adi, dinc və 
özünə xas mühafizəkar həyat tərzinə soxulur, az qala bir saatın içində nəsillikcə Abşeron torpaq sahiblərini neft 
sənayeçilərinə çevirir. Onlardan biri Teymur bəy Qara bəy oğlu Aşurbəyov olmuşdur, onun Sabunçudakı mülkü 
neft çıxaran sanballı firmanın və sonralar onun oğulları tərəfindən uğurla inkişaf etdirilən yeni ailə biznesinin 
təməlində dayanır. 
Teymur bəy Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. "Neft fırtınası" 
zamanında o, neft göndəricilərindən birinə çevrilir. Son dərəcə səxavətli və geniş qəlbli bu insan öz sürülərini 
kasıb kəndlilər arasında bölüşdürür, görünür, onları "qara qızılla" müqayisədə o qədər də ciddi varidat 
saymırmış. Mömin, Allah adamı olan Teymur bəy eyni zamanda mütərəqqi düşüncəli bir insan olmaqla, öz 
övladları Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi. 
Bir dəfə Tiflisdə özünün dostu, xalça və əntiq əşyalarla alver edən Sultanovun qonağı olarkən Teymur 
bəy onun 12 yaşlı qardaşı  qızının gözəlliyinə elə valeh olur ki, dərhal onu öz kiçik oğlu Bala bəyə almaq 
arzusunu bildirir. Lakin hər şey öz vaxtında və tədricən olur: Bala bəy oxumaq üçün Tiflisə yola düşür. Burada 
o, gimnaziyanı, iqtisad kursunu bitirir, ən başlıcası da - İsmət xanım Sultanova ilə tanış olur və ona vurulur. 
Onların toyları əvvəlcə Tiflisdə, bir neçə gündən sonra isə Bakıda necə lazımdır o cür təmtəraq və zənginliklə 
edilir. Yeri gəlmişkən, yeni evlənənləri burada sürpriz Praçeçnı küçəsində (indiki Qoqol küç. 28) filiqran 
bəzəkli, gümüşü qübbəli, dəbdəbəli apartamentləri olan əla bir ev gözləyirdi. Teymur bəy özü deyirmiş ki, 
"Tiflisdən gəlmiş  gənc xanıma Sabunçuda yaşamaq layiq deyil". Odur ki, mülki mühəndis  İosif Vikentyeviç 
Qoslavskinin layihəsi əsasında 1904-cü ildə bu möhtəşəm evi tikdirmişdi.
 [268 - 269]
 
Teymur bəy Aşurbəyov səxavətli bir adam, mesenat kimi tanınırdı. O, Sabunçuda xəstəxananın və 
məktəbin tikintisinə, məscidlərin təmirinə və bərpasına, yoxsullara yardım üçün iri məbləğdə ianələr vermişdi. 
Öz vəsiyyətində onu Kərbəlada dəfn etmələrini xahiş etmişdi. Odur ki, arvadı Tutu xanım Aşurbəyova onun 
vəsiyyətini yerinə yetirmişdi. 1909-cu ildə Zabratdan olan 40 zəvvarın müşayiəti ilə ərinin cənazəsini Kərbəlaya 
aparmış, o müqəddəs məkanda torpağa tapşırmış  və  məzarın üzərində möhtəşəm bir məqbərə ucaltdırmışdır. 
Mərhumun vəsiyyətinə uyğun olaraq, daim məzar üzərində Quran oxuyan bir molla tutmuşdu. Kim bilir, bəlkə 
də  həmin müqəddəs məkanda onun məzar-məqbərəsi indi də durur. Teymur bəy Aşurbəyovun - mehriban və 
ağıllı baxışları olan bu nurani qocanın yalnız bir fotoşəkli yadigar qalmışdır... 
Əli bəy və Bala bəy Aşurbəyovlar öz atalarının başladığı  işi genişləndirməklə, məşhur "Br.A-b i B-b 
Aşurbekovı" neftçıxarma  şirkətini təşkil edirlər. Bu şirkətin Sabunçuda və Zabratda mədənləri vardı. 1910-cu 
ilin məlumatlarına görə, firma 24 neft quyusuna malik idi, onlardan 18-i fəaliyyət göstərir və neft verirdi
bundan başqa firmanın öz gəmisi də vardı. Qardaşların neft mədənlərində 50-dən çox adam çalışırdı. Əli bəy və 


150 
 
Bala bəy "Q. Z. Taqiyev i K." səhmdar cəmiyyətinə də daxil idilər. Onları Tağıyevlə sıx işgüzar əməkdaşlıq və 
böyük  şəxsi dostluq bağlayırdı. Təsadüfi deyil ki, Ə. Aşurbəyov Hacı Zeynalabdinin "Tacir Bankı"nın ilk 
həmtəsişçilərindən biri idi. Bankın nizamnamə kapitalı 5 mln. rubl təşkil edirdi. 1914-cü il üzrə "Baku" illik 
nəşrinin məlumatına görə, əsası 1901-ci ildə qoyulmuş "Br.A-b i B-b Aşurbekovı" neft sənayesi firması ildə 1 
milyon 684 min pud neft çıxarır, onun mədənlərində artıq 205 fəhlə çalışırdı. Bütün bunlar firmanın sanballı və 
iri bir müəssisə olduğu barədə danışmağa imkan verir. 
Onu da söyləmək lazımdır ki, öz işgüzar keyfiyyətlərinə görə, Bala bəy Aşurbəyov (1882-1937) böyük 
qardaşından üstün idi. İşgüzar çevrələrdə o, sanballı  tərəfdaş, etibarlı kompanyon kimi etimada malik idi. Əli 
bəy Aşurbəyova (1878-1940) gəldikdə, onun bir sevimli əyləncəsi vardı - səyahət etməyi xoşlayırdı. Böyük 
moda həvəskarı  və kübar tərbiyəsi görmüş bu adam bir çox ölkələri gəzmişdi, bir neçə dildə  sərbəst danışa 
bilirdi. Gözəçarpan zahiri görkəmi, gözəl maneraları ilə fərqlənir, başladığı işlərdə həmişə uğur qazanırdı. 
Qardaşlar Qoqol küç.28-də yerləşən həmin evdə yaşayır, onların kontoru, eləcə də Aşurbəyovların işlər 
müdiri, eston milliyyətindən olan mədən mühəndisi Lanın apartamentləri də burada yerləşirdi. Qarışıq illərdə 
Bakıdan gedən bu mühəndis Estoniyanın dağ-mədən sənayesi naziri olmuşdu. Aşurbəyovların digər bir işlər 
müdiri istedadlı mühəndis-texnoloq, Peterburq Texnoloji İnstitutunun məzunu Fətulla bəy Rüstəmbəyov 
olmuşdur. 
Teymur bəy Aşurbəyov kimi onun oğulları da öz xeyriyyəçilikləri ilə tanınırdılar. Gələcək ictimai 
xadimlər - Mir Əsədulla Mirqasımov, Hənifə Pirverdiyev, Ruhulla Axundov kimi məşhur adamlar 
Aşurbəyovların təqaüdçüləri idilər. Heç bir iri xeyriyyə  tədbiri bu qardaşlar olmadan keçirilmirdi. Məsələn, 
Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid binası inşa ediləndə Bakı milyonçuları, o cümlədən, 
Aşurbəyovlar onun tikintisinə çox böyük vəsaitlər ayırmışdılar. 1910-cu ildə  məscid demək olar hazır olanda 
Bala bəy ödədiyi 
[269 - 270] 
vəsaitdən  əlavə, öz pulları hesabına məscidin ibadət zalı üçün dəbdəbəli büllur 
çilçıraq alıb bağışlamışdı. 
Sara xanım Aşurbəylinin səyi ilə əsilzadə Aşurbəyovların geniş nəsil şəcərəsini bərpa etmək mümkün 
olmuşdur. Bu nəslin kökü 1743-cü ilə gedib çıxır. O vaxt İran hökmdarı Nadir şah öz sərdarı (hərbi naziri) və 
əmisi oğlu Aşur xan Əfşara Bakı yaxınlığında Sabunçu, Zabrat və Keşlə  kəndlərində geniş torpaqlar 
bağışlamışdır. Aşur xanın torpaqları onun çoxsaylı varislərinin ailə mülkünə çevrilmişdir. Lakin Azərbaycan 
Rusiyanın tərkibinə daxil olduqdan sonra onların xan titulu ləğv edilir və Aşur xanın varisləri iri torpaq sahibləri 
olaraq bəy titulu alırlar. Öz xan əcdadlarının adını russayağı AŞURBƏYOV familiyası üçün əsas götürürlər. 
Yeri gəlmişkən, Bala bəy Aşurbəyovun arvadı İsmət xanım bir neçə qadın xeyriyyə cəmiyyətinin, o cümlədən 
Müqəddəs Nina xeyriyyə cəmiyyətinin üzvü olmuşdur. 
Qoqol küçəsindəki evlə yanaşı, B. Aşurbəyovun o vaxtkı Bondarnaya küçəsi 186 ünvanda (sonralar 
Dimitrov, indi Ş. Bədəlbəyli küç.) başqa bir evi də vardı. Mərdəkanda isə Aşurbəyovlar tərəfindən villa tikilmiş 
və zəngin bağ salınmışdı (hazırda "Günəşli" sanatoriyası). Burada Əli bəyin və Bala bəyin bağ evində 1919-cu 
ildə Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyski dincəlmişdi. 
1917-ci və sonrakı illərin inqilabi hadisələri Aşurbəyovlardan da yan keçmədi. 1918-ci ildə daşnakların 
törətdiyi qanlı mart hadisələri zamanı Bala bəyin ailəsi Sabunçuda gizlənməyə məcbur olmuşdur, evi isə qızların 
ev tərbiyəçisi madmuazel J. Qreylo xilas etmişdi. Bu qadın evin giriş qapısının üstündən fransız bayrağı asaraq, 
bununla evin böyük bir hissəsini talandan və dağıdılmaqdan qoruya bilmişdi. Xoşbəxtlikdən həmin vaxtlar 
Bakıda olmayan Əli bəyin apartamentlərini isə daşnaklar dağıda və talaya bilmişdilər. Yalnız aradan yarım il 
keçdikdən sonra Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması  və Bakının daşnak qüvvələrindən 
təmizlənməsindən sonra Aşurbəyovlar ailəlikcə öz evlərinə dönə bilmişdilər... 
O qədər də sabit keçməyən 1919-cu ilin ardınca 1920-ci ildə  Qızıl Ordu öz dəmir pəncəsini irəli 
uzadaraq, yenicə doğulmaqda olan demokratiyaya və dövlətçiliyə öz qeyd-şərtsiz hökmünü verdi. Aşurbəyovlar 
şəhərdəki bütün mülklərindən, bağ evlərindən, mədənlərindən mərhum edildilər. Bu bir yana, yeni hakimlər hər 
iki qardaşı həbsxanaya atdılar. Yalnız Nəriman Nərimanovun köməyi ilə Bala bəy ailəsi ilə birlikdə 1920-ci ilin 
iyununda Bakıdan İstanbula gedə bilmişdi. 
Əli bəyə  gəldikdə, o düz yarım il Moskvada Lubyanka həbsxanasında yatmış, onu qoçu zənn edərək 
güllələnməyə məhkum etmişdilər. Əlbəttə, ölümə məhkum edilmiş və hər gün hökmün icra ediləcəyini gözləyən 
adamın vəziyyətini təsəvvürə gətirmək olar. Yenə də Nərimanovun himayədarlığı onun köməyinə çatmışdı. 
Bala bəy Aşurbəyovun ailəsi İstanbulda beş il yaşadı. Taleyin bütün keşməkeşlərinə baxmayaraq, Bala bəy öz 
atası kimi hərəkət edərək övladlarına yaxşı  təhsil verməyə çalışırdı. Onun qızı Sara xanım (tanınmış tarixçi), 
Sitarə xanım və  Məryəm xanım  şəhərdəki Janna d'Ark 
[270 - 271] 
fransız kollecində, oğlu Rəşad bəy isə 
Türkiyənin ən mötəbər təhsil ocaqlarından olan Qalatasaray lisesində oxuyurdular. 
Nostalgiya, Bakı  həsrəti, eləcə  də yeni iqtisadi siyasət nəticəsində birqədər sabitləşmiş  vəziyyət Bala 
bəy Aşurbəyovu 1925-ci ildə ailəsi ilə birlikdə  Vətənə qayıtmağa məcbur etdi. Düzdür, onlar artıq köhnə 
evlərində deyil, Şah döngəsində yaxın qohumunun kiçik mənzilində yaşayırdılar. Bala bəyin işə düzəlmək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə