Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   123   124   125   126   127   128   129   130   ...   147

144 
 
cüftbaşı - bir cüt öküz qoşqusundan alınan vergi 
dəstgahbaşı - Abşeronda xalça karxanalarından toplanan vergi
9  
yurtanə tüstü vergisi (hər yurddan, evdən çıxan tüstü vergisi) 
Məlumdur ki, XVII əsrdə  və ondan əvvəl Abşeronda Xilə  və Suraxanı  kəndlərində XVI əsrə aid 
nümunələri dövrümüzədək gəlib çatmış gözəl xalçalar toxunurdu. Xilə kəndində hələ o vaxtlar xalça karxanası 
var idi. 
Fərman tiyuldarların soyurqalın gəlirindən pay almalarını qətı qadağan edirdi. Lakin göriindüyü kimi, 
məmıırlar, belə cəhdlərə yol verirdilər. Şah I Təhmasibin 1547-ci il tarixli digər bir fərmanında göstəriş verilirdi 
ki, "...ölkənin hakimləri, tiyuldarları  və darğalarınin heç biri, heç bir adla qeyd olunan kəndin  ətrafina 
dolanmayaraq, hər hansı həvalə və ya tələb etməsinlər".
10
 
Bibiheybət vəqfinin sənədlərinə  əsasən, soyurqal təsisatı haqqında aşağıdakı  nəticəyə  gəlmək 
mümkündür:  əgər XIII-XIV əsrlərdə monqol istilahı soyurqal hokmdarın ona xidmət göstərmiş adama, sözün 
geniş  mənasında, bəxşişi, hədiyyəsi demək idisə, XIV əsrin ikinci yarısından soyurqal xüsusi mülk növünə, 
hətta bağışlanmış əraziyə deyilirdi. 
XV əsrdə soyurqal bəxşişi hökmdara hərbi xidmətlə bağlı olub, irsi xarakter daşıyırdı. Bütöv vilayətlər 
soyurqal olaraq bağışlanılırdı. Artıq XVI əsrdə şah I Təhmasib və onun varisləri dövründə soyurqal daha çox 
din xadimlərinə  və bürokratiya nümayəndələrinə verilirdi. XVII əsrdə soyurqal sahibi olan din 
nümayəndələrindən hərbi xidmət tələb olunmurdu; ehtimal ki, onlar feodal qeyri-nizami döyüşçü dəstəsinə 
(çərik) müəyyən edilmiş sayda (müafı) soyurqal ərazisinin rəiyyətinə yox, soyurqal sahibinə  məxsus olması 
səciyyəvi idi. 
[260 - 261]
 
Soyurqal sahibinə vergi verən  əhalidən,  şəxsi rentasından  əlavə, rəiyyətin başqa vergilərlə birlikdə 
mərkəzi hökumətin xəzinəsinə (divana) ödəməli olduğu malü-cəhat payını da öz xeyrinə toplamaq ixtiyarı 
verilirdi. Soyurqalın səciyyəvi cəhətlərindən biri də irsilik prinsipi idi. Səfəvilər dövründə soyurqalar kiçik 
torpaq sahibləri idi (məsələn, Abşerondakı Zığ kəndi). 
Bibiheybət məqbərəsinə  məxsus Zığ  kəndinin vəqf  əmlakı da soyurqal adlanırdı, belə ki, mütəvəlli 
vəzifəsinin irsiliyi və onun vergi və inzibati imtiyazları (müafı) bununla bağlı idi. Bibiheybət fərmanlarında 
soyurqal irsi sahiblikdir. Bu məqbərədə rəiyyətdən toplanan vergidən əlavə ziyarətə gələnlərin nəzirlərindən də 
xeyli vəsait yığılırdı. Mütəvəllilərin əlində onlara müəyyən edilmiş maaşdan əlavə istər natural, istərsə də pul 
şəklində böyük vəsait toplanırdı. Mütəvəllilər tədricən vəqf torpaqlarının və əmlakın tam səlahiyyətli sahibinə 
çevrilirdilər. 
Vəqf institutunun öyrənilməsində Əbu Səid məqbərəsinə aid sənədlər çox mühüm əhəmiyyətə malikdir. 
1591-ci ildən 1699-cu ilədək verilmiş yeddi fərmanda  Şeyx  Əbu Səid  Əbülxeyr məqbərəsinə mütəvəllilərin 
birbaşa qohumluq üzrə varislik hüququna ciddi riayət edilməklə təyin olunmasından danışılır, məqbərənin vəqf 
əmlakına dair məlumat verilir. Lakin 1491-ci ilə aid vəqfnamə  mətni istisna edilməklə, daha erkən sənədlər 
qalmamışdır. Bu sənədlər sırasına daxil olan 1591-ci il fərmanından aydın olur ki Şirvanın Osmanlı qoşunları 
tərəfindən işğal olunduğu dövrdə (1578-1607) Şibanidəki (Bakı yaxınlığında) vəqfə məxsus əkin yerindən gələn 
gəliri Osmanlılar mənimsəyirdilər. Türbənin ehtirnal ki, hərbi  əməliyyatlar vaxtı dağılmasına baxmayaraq
Şibani torpağından gəlir gəlməkdə davam etmişdir. Sultanın fərmanı ilə  vəzir Həsən paşa məqbərənin 
zaviyədarı və əkin yerinin sahibi təyin edilir və vergi halında gələn gəlir paşanın sərəncamına verilirdi. Vəqfin 
gəlirinə 30 il Osmanlılar yiyələnmişdilər. Osmanlı paşalarının Şirvanda hökmranlığı dövründə əkin yerləri üçün 
vergilər  əkinçilərdən məhsuldar pay kimi deyil, nağd pulla alınırdı. Bu qayda sədarət divanının 1607-ci il 
fərmanına  əsasən I Şah Abbas dövründə  də qalmışdır. Həmin fərmanda  Əbu Səid məqbərəsinin onun I Şah 
Abbasın qoşunları Bakını aldıqdan sonra sədarət divanına xahişə  gələn övladlarından  Şeyx Sədinin mütəvilli 
təyin olunmasından danışılır, onun əvvəllər də bu məqbərənin mütəvillisi təyin olunduğu və  Şibani  əkin 
yerlərinin həmin məqbərəyə  vəqf edildiyi təsdiqlənir. Fərmanda  Şeyx Sədinin həmin məqbərənin mütəvillisi 
təyin olunması  təsdiqlənir və  əkinçilərə göstəriş verilir ki, onlar ilbəil məhsul  əvəzinə verdikləri pulu Şeyx 
Sədiyə ödəsinlər ki, o, həmin pulları şəraitə müvafıq qaydada xərcləsin. Fərmanda maliklərə və kəndxudalara 
əmr olunur ki, məqbərəyə vəqf edilən əkin yerini Şeyx Sədinin sərəncamına versinlər və bu yerin məhsulundan 
heç bir vergi tələb etməsinlər.
11
 Bu sənədlərdən mütəvəlli vəzifəsinin irsi səciyyə daşıdığı görünür. 
Sədarət divanının vəqf  əmlakı  və mütəvəlli vəzifəsi haqqında 1699-cu il fərmanı xüsusilə maraqlıdır. 
Həmin fərmanda I Xəlilüllahın oğlu  Şirvanşah Fərrux Yasarın 1490/91-ci il vəqfhaməsinin mətninin  əsli 
qalmışdır. Bu, Şirvanşahların XV əsrdə müəyyən  şərtlərlə türbəyə bağışladığı  vəqf  əmlakının sadalandığı 
dövrümüzədək gəlib çatmış yeganə 
[261 - 262]
 vəqfnamə nümunəsidir. Vəqfnamənin mühüm əhəmiyyətə malik 
olduğunu nəzərə alaraq, onun mətnini bütünlüklə veririk: "Bu xoşsaatlı vaxtlarda xeyir-dua əldə etmək məqsədi 
ilə öz xalis malını hesabına Şibani əkinəcəyini, oradakı qatı neft quyusu ilə birlikdə, Şüvəlandakı beş üzüm bağı 
sahəsini və meşə yerini, habelə Bilgəhdəki üzüm bağı sahəsini satın alıb abad edərək Badkuyə yaxınlığında dəfn 
olunan seçilmiş  pəhrizkar rəhmətlik  Şeyx  Əbu Səidin müqəddəs məzarına  şəriətə müvafiq qayda üzrə  vəqf 
edilib, açıqcasına dini mühafızəyə verdim. Onun müttəvilliyini isə  həmin pirin kişi övladlarına tapşırdım. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə