142
Türklərin 1578-ci ildə Xəzər dənizinin qərb sahillərini zəbt etməsi ingilislərin burada ticarəti
genişləndirmələrinə xeyli dərəcədə mane oldu. XVI əsrin birinci yarısında Şirvanda yaranmış əlverişsiz siyasi
vəziyyət üzündən karvan ticarəti yollarının tənəzzülə uğraması müşahidə edilir. Bununla əlaqədar Bakının
beynəlxalq tranzit ipək ticarətində başlıca dəniz limanı kimi əhəmiyyəti artır. Bu ticarətdə rus tacirləri də iştirak
edirdilər. XVI əsrin 60-cı illərində feodal çəkişmələrinin azalması, Səfəvi dövləti ilə Osmanlı Türkiyəsi
arasındakı müharibənin müvəqqəti olaraq dayanması ilə
əlaqədar bu ticarət genişləndi. Dəniz ticarəti ilə bağlı
sahil boyunca
karvansaralar tikilməsi (bu günədək qalmamışlar) də Bakının beynəlxalq ticarətdə mühüm rol
oynadığını təsdiq edir.
50
Şamaxıda rus ticarət faktoriyası təsis olundu, dəniz yolu ilə Bakıdan keçərək Şirvana
gələn rus, xüsusilə Moskva tacirlərinin sayı artdı. Rus tacirləri Bakıdan əsasən duz, neft, zəfəran və ipək
aparırdılar. XVI əsrdə rus tacirləri Bakı neftini Həştərxan yolu ilə təkcə başlıca olaraq hərbi işdə və boyakarlıq
texnikasında həlledici kimi istifadə olunan Rusiyaya deyil, həmçinin Qərbi Avropa ölkələrinə də aparırdılar.
Bakı nefti Şamaxıya da gətirilirdi; burada rus tacirləri onu Avropaya ixrac etmək üçün alırdı. Bakı nefti Gilan
tacirləri tərəfindən busalarda (iri qayıq) Manqışlağın gəmi körpülərinə daşınır, oradan isə karvan yolu ilə
Xivəyə, Buxaraya və digər Orta Asiya şəhərlərinə göndərilirdi.
51
Gilan tacirlərinin Bakı ilə ticarəti türklər 1578-
ci ildə Xəzər dənizinin Bakıdan Dərbəndədək qərb sahillərini tutandan
52
- rus tacirlərinin Həştərxandan İrana
dəniz ticarəti yolu Xəzər dənizinin şərq sahillərinə keçəndən sonra da kəsilmədi. Rusiyadan Şirvan və İran
şəhərlərinə əsasən Bakı vasitəsilə qiymətli xəzlər - samur, qara-qonur tülkü, sincab xəzləri, metal məmulatlar
gətirilirdi.
53
Beynəlxalq ipək ticarətində Şamaxıda və Bakı qalasında karvansaraları olan hind tacirləri yaxından
iştirak edirdi. XVI əsrin sonlarında Şirvandan Bakı vasitəsilə Rusiyaya, İrana, Türkiyəyə, İtaliyaya, Fransaya,
Hindistana və digər ölkələrə hər il yüz min puda yaxın xam ipək ixrac olunurdu.
54
Şirvan şəhərlərində xam
ipəyin pudunu 15-16 manata alan rus və Avropa tacirləri onu öz ölkələrində 50-60, hətta 70 manata da
satırdılar.
55
Şirvan sənətkarlarının ipək məmulatları, o cümlədən darai (zolaqlı ipək parça), kamka (üzərində
eyni rəngli naxış toxunmuş ipək parça), atlas, tafta və digər parçalar Bakı vasitəsilə Moskva dövlətinə
aparılırdı.
56
XVI əsrdə Qərbi Avropa ölkələrindən, Fransa və İngiltərədən Şirvan şəhərlərinə - Bakıya, Şamaxıya,
Dərbəndə Şirvanın feodal əyanlarının istifadə etdikləri məxmər, al parça, atlas, zərxara, müxtəlif rəngli bahalı
ingilis mahudları, qarazehi idxal olunurdu. Şirvanın şəhərlərinə İrandan və Cənubi Azərbaycandan da mallar
qətirilirdi. Yəzd, Kaşan, Təbriz, Ərdəbil kimi toxuculuq mərkəzlərindən Şirvan şəhərlərinə qızıl və gümüş
saplarla işlənmiş bahalı zərxara, ipək parçalar gəlirdi. Azərbaycan Tarix Muzeyinin ekspozisiyasında XVI əsrdə
Bakıda istifadə olunmuş zərxara ipək parçaların nümunələri nümayiş etdirilir.
58
Külli miqdarda "Bakuyə" möhürlü mis pullar və sonuncu Şirvanşahların XVI əsrin birinci yarısında
Şamaxıda kəsilmiş xırda gümüş sikkələri - Şirvan şəhərləri ilə Azərbaycanın digər şəhərləri arasında daxili
ticarət getdiyini göstərir. İstər Bakının İçərişəhər hissəsində və Abşeronda, istərsə də Azərbaycanın digər
şəhərlərində külli miqdarda belə sikkələr
[257 - 258]
tapılmışdır.
59
Bu tapıntılar ölkədə qızğın daxili ticarətin
mövcud olduğunu, şəhər həyatının inkişaf etdiyini təsdiqləyir. Eyni zamanda, Səfəvi şahlarının Bakı, Şamaxı və
Azərbaycanın digər şəhərlərinin zərbxanalarında kəsilmiş gümüş sikkələri də tədriclə tədavülə daxil olurdu.
XVI əsrin ikinci yarısından etibarən Qərbi Avropa tacir-səyyahlarının Şamaxı və Bakıya gəlmələri ilə əlaqədar
müxtəlif Avropa dövlətlərinə məxsus talerlər də tədavüldə istifadə edilməyə başladı.
60
Türklər 1578-ci ildə
Bakını, Şamaxını və Şirvanın digər şəhərlərini tutduqdan sonra Səfəvi şahlarının adından sikkə kəsilməsi
dayandırıldı, tədavülə Osmanlı sultanlarının adı olan sikkələr daxil oldu. XVI əsrin 70-ci illərindən, səyyahların
qeyd etdikləri kimi,
61
Səfəvilərlə Türkiyə arasında hərbi əməliyyatların və daxili feodal çəkişmələrinin bərpa
olunması ilə əlaqədar Bakı və Dərbənd yolu ilə beynəlxalq ipək ticarətinin tənəzzülə uğraması, bunun
nəticəsində isə şəhər həyatının zəifləməsi müşahidə edilir.
§5. XV-XVI əsrlərdə Şirvanda feodal bəxşişləri
Şirvanda feodal bəxşişlərinin araşdırılmasında mənbə Şirvanşahlar, türk sultanları, Səfəvi şahları və
divan-ül sədarə (Sədarət divanı) adından fars və türk dillərində tərtib olunmuş XV-XVI əsrlərə aid fərmanlardır.
Həmin sənədlərdən 7-si şeyx Əbu Səid Əbülxeyir, 11-i isə Bibiheybət məqbərəsinə aiddir. Göstərilən 18 fərman
T. M. Musəvi,
1
Bibiheybət məzarına aid olan 2 fərman isə, İ. P. Petruşevski
2
tərəfindən çap olunmuşdur.
Alimliyi ilə məşhur olan dərviş Əbu Səid Abdal Bakuyi XVI əsr-də Bakıda yaşamışdır. Məhəmməd ibn
Mahmud Amili "Kitab-i Nəfais el-fiinun fı Arais al-iyun"
3
adlı əsərində ondan bəhs etmişdi
r
Fərmanlara və
A. Bakıxanovun məlumatına görə Əbu Səidin Bakının qala divarlarından kənarda olan qəbri və hücrəsi torpaq
altında qalmış, məscid və onun gəlmə qonaqlar üçün evi isə hərbi əməliyyatlar nəticəsində uçulub-dağılmışdır.
Həmin binaların olduğu yer "Xəlifə damı" adı ilə tanınırdı və indiki "Təzəpir" məscidinin ərazisində yerləşirdi.
Dostları ilə paylaş: |