Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   118   119   120   121   122   123   124   125   ...   147

139 
 
ölkələrə göndərilən boyaqotu bitirdi. Çoxlu kəndləri və  çəmənlikləri olan Muğan köçərilərin mal-qarasının 
otarıldığı geniş və bol otlaqları ilə məşhur idi.
15
 
Cenkinsonun "gözəl kral şəhəri" adlandırdığı,  Şirvanın başlıca  şəhərlərindən olan, paytaxt XV əsrdə 
Bakıya köçürüldükdən sonra belə  əhəmiyyətini itirməyən  Şamaxı xam ipək istehsalı ilə  şöhrət qazanmışdı. 
Şamaxının  ətraf kəndləri tut ağacları ilə  məşhur idi. Kastilya səfiri Rui Qonzales de Klavixo "Teymurun 
Səmərqənd sarayına səyahət" adlı gündəliyində (1404-cü il) Şamaxıda ipək istehsalına dair məlumat verir. 
"Burada çoxlu ipək toxunur, oraya ipək almaq üçün hətta Genuya və Venesiya tacirləri də  gəlirlər".
16 
Qərbi 
Avropa və Şərq 
[251 - 252] 
ölkələrinə xam ipək başlıca olaraq Şamaxıdan aparılırdı. Səyyah Şiltberger (1394-
1427)  şahidlik edir ki, "ipəyin ən yaxşı növü" Şirvandan (Şamaxıdan) aparılır və ondan Dəməşqdə, Kaşanda, 
Bursada yaxşı parçalar toxunurdu. İpək, qismən Venesiyaya və Lukkaya da ixrac olunur və bu yerlərdə ondan 
"əla məxmər"
17
 toxuyurdular. Kontarininin sözlərincə, Şamaxıda İtaliyada talarnan (yəni Deyləman – S. A. ) adı 
ilə tanınan ipək hazırlanır və müxtəlif parçalar toxunurdu.
18
  Şirvanın digər ticarət mərkəzi  Ərəş
*
 idi. Onun 
ətrafında da çoxlu xam ipək istehsal olunurdu. Buraya ipək ticarəti üçün türklər, suriyalılar və digər əcnəbilər 
gəlirdi.
19
  
Şəhərin iqtisadi mərkəzlər kimi böyüməsi,  Şamaxıda,  Şəkidə,  Ərəşdə  əmtəə  təsərrüfatının, xüsusilə 
ipəkçiliyin inkişafı ilə bağlı idi. Onlarda orta əsrlər Yaxın Şərq şəhərləri üçün səciyyəvi olan bütün sənətkarlıq 
sahələri inkişaf etrnişdi. Bakının  İçərişəhər hissəsində,  Şamaxıda, Dərbənddə, Qəbələdə,  Şəkidə  və digər 
şəhərlərdə dövrümüzədək qalmış XV-XVI əsrlərə aid memarlıq abidələri o dövrdə inşaat sənətinin və 
texnikasının inkişafına dəlalət edir və mahir memarlardan,  bənnalardan,  daşyonanlardan,  dülgərlərdən xəbər 
verir. Daşyonanlar daşdan memarlıq detalları, sütunlar, stalaktitlər düzəldirdilər. Daş üzərində böyük məharətlə 
nəbati və həndəsi naxışlar, habelə minarələrdə, mehrablarda, məscid divarlarında və qəbir daşlarında kitabələr 
həkk edən ustalar da var idi. Bakının İçərişəhər hissəsində, Şamaxıda, Dərbənddə, Qəbələdə aparılan arxeoloji 
qazıntılar zamanı mis posasının, mis və  dəmir məmulat tullantılarının izləri,  şüşə  və sümükdən düzəldilmiş 
əşyalar aşkar edilmişdir.
20
 Bu şəhərlərin sənətkarlıq məhəllələrində silah, nal, qab-qacaq, əmək alətləri düzəldən 
dəmirçilər və misgərlər yaşayırdı. Köhnə Bakıda və Şamaxıda tapılmış bir sıra zərgərlik məmulatı bu sənətin 
inkişaf etdiyini göstərir. Bakıdakı  qədim müsəlman qəbiristanlığı  ərazisində torpaq işləri aparılarkən nəfis 
işlənmiş qızıl sancaq, gümüş qolbağ, 3 gümüş üzük, gümüş sırğa, hər birində iki xırda mirvari olan iki halqavarı 
qızıl sırğa, asılma muncuqlu iki cüt gümüş sırğa və s. əşyalar tapılmışdır. Bu əşyalar, eləcə də oradan tapılmış 
sikkələr (Teymuri və  Şirvanşah) XV əsrin  əvvəllərinə aiddir.
21
    Şirvanşahların zərb etdiyi gümüş sikkələr 
dəfnəsi (ən qədimi h. 833 (1429/30), sonuncusu h. 844 (1440/41)-cü illər) ilə birlikdə keçmiş Aleksandr Nevski 
kilsəsinin yaxınlığında tapılmış iri qızıl qolbağ da həmin dövrə aid edilir.
22
  Şirvanşah sarayında  Şirvanşahlar 
türbəsində açılmış sərdabələrdən birində altıbucaqlı ulduz şəklində qızıl sancaq tapılmışdır. Onun üz tərəfındəki 
7 yuvadan 5-ində  qırmızı daş, ehtimal ki, yaqut, orta yuvada firuzə var. Yuvaların biri isə boşdur. Həmin 
sancaq, XV əsrin ortalarına aid edilir.
23
  Mənbələrdə  Şirvan  əyanlarının bəzək  əşyaları kimi istifadə etdikləri 
mina
 
və  qızıldan düzəldilmiş gözəl zərgərlik məmulatlarından danişılır. 1562-ci ildə  Şamaxıda bəylərbəyi 
Abdulla xan Ustaclı tərəfındən
 
qəbul edilən Antoni Cenkinson onun zəngin geyimini və bəzək şeylərini təsvir 
edir: "Çalmasının sol tərəfində mina və qiymətli daş-qaşla işlənmiş lüləyə taxılmış eqret ucalırdı. Onun 
sırğalarından iki yaqut 
[252 - 253]
 düzülmüş əl boyda artırma sallanırdı".
24
 Rəngli minadan və qızıldan hazırlanan 
bu cür bəzək  əşyalarına Bakıda,  Şamaxıda və  Şirvanın digər  şəhərlərində indi də rast gəlinir. Bütün bunlar 
maddi mədəniyyətin varisliyindən və öz sənətini nəsildən-nəsilə ötürən xalq sənətkarlarının möhkəm 
ənənələrindən xəbər verir. 
Şirvan  şəhərlərinin  ərazisindən tapılmış XV-XVI əsrlərə aid nisbətən keyfiyyətsiz  şirli və  şirsiz saxsı 
qablar bu sənət növünün XI-XIII əsrlərlə müqayisədə monqol istilasından sonra tənəzzülə uğradığını göstərir. 
Bu dövrə  məxsus  şirli məmulatlar açıq sarı anqobla, yaxud qırmızı saxsı üzərində açıq-sarı naxışla istehsal 
olunurdu.
25
  Şirvanın  şəhərlərində toxuculuq da inkişaf etmişdi. Ölkədə bol olan qoyunlardan xalça 
toxunmasında istifadə edilən yüksək keyfiyyətli yun qırxılırdı. Bakıda və Abşeron kəndlərində karxanalarda 
XVII  əsr səyyahlarının xatırladıqları gözəl xalçalar toxunurdu, Şamaxıda, Qubada və  Şirvanın başqa 
şəhərlərində də xalça toxunurdu. Bizim XIV-XVI əsrlərə aid xalçalar haqqında təsəvvürümüz İntibah dövrünün 
İtalyan, flamand və holland boyakarlıq məktəbinə mənsub şəkillərdəki rəsmlərə əsaslanır. Həmin əsərlərdə şəkil 
və bəzəklərinə görə Şirvan xalçalarına mənsub xalçalar görünür. Hans Memlinqin (XV əsr) "Mariya körpəsi ilə" 
(Vyana muzeyi) şəklində "Şirvan" tipli Azərbaycan xalçası təsvir edilmişdir. Şirvan xalçasının təsvirinə XVI əsr 
rəssamı Hans Qolbeynin "Səfirlər"  şəklində  və  İntibah dövrünün digər rəssamlarının  əsərlərində  təsadüf 
olunur.
26
 Xalşaların qədim tablolarda təsvir edilməsi həmin rəsm əsərlərinin çəkildiyi dövrdə bu tipli xalçaların 
artıq mövcud olduğunu və Qərbı Avropa ölkələrinə aparıldığını göstərir. Antoni Cenkinson 1652-cı ildə Abdulla 
xanın  Şamaxı yaxınlığındakı uca dağın zirvəsində qurulmuş alaçığını belə  təsvir edir: "Alaçığa başdan-başa 
gözəl xalçalar döşənmişdi. Onun özünün oturduğu gümüş  və  qızılla işlənmiş xalçanın üstündə ona layiq iki 
                                                 
*
 
Ərəş Xaldandan 3 km şərqdə yerləşirdi. İndiki Neymətabad kəndidir (Yevlax rayonu).
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə