Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   116   117   118   119   120   121   122   123   ...   147

137 
 
Türkiyə-İran müharibələrinin ideoloji əsasını dini motivlər təşkil etməsinə baxmayaraq, əslində Osmanlı 
Türkiyəsi cənubi Qafqazın zəngin ölkələrini və Azərbaycandan keçən tranzit ticarət-karvan yollarını  ələ 
keçirməkdə maraqlı idi. Bundan başqa, Türkiyə Bakı limanını tutmaqla Xəzər dənizinə çıxmağa cəhd göstərirdi. 
Türk sultanlarının Azərbaycanı işğal etməyə sövq edən amillərdən biri də Şirvanın sərvətləri - nefti, dıızu, ipəyi, 
pambığı və s. idi.
2  
Şirvanın işğalına, zahirən, Şirvanşahlar xanədanının bəzi nümayəndələrinin öz keçmiş hakimiyyətlərini 
bərpa etmək məqsədilə sünnilərinin Səfəvilər əleyhinə üsyana başçılıq etmək barədə İstanbula, türk sultanlarına 
müraciətləri bəhanə olmuşdu.  
Şirvanın  şəhərləri və digər məntəqələri Osmanlıların hakimiyyəti altına düşdüyü hallarda belə 
Şirvanşahların nəsillərinin ölkənin formal idarəsini bərpa etmələri qısamüddətli və  səbatsız olurdu. Türklər 
tutduqları Azərbaycan şəhərlərində öz qarnizonlarını yerləşdirdilər və ölkəni  paşalıqlara və sancaqlara böldülər. 
Şirvan iki bəylərbəyliyə - Şamaxı və Dərbənd bəylərbəyliklərinə bölündü. Osman paşa Şirvan bəylərbəyi təyin 
olundu.  Şamaxı vilayəti
16
 sancaqdan ibarət idi: Lahıc (Hövz-i Lahıc), Ağdaş, Salyan, Zərdab,  Şəki, Bakı 
(Badku) (Abşeronla birlikdə - S. A. ) Səde-ru, Qara Ulus, Axtı, İxir, Diku, Siryan (Sirhan), Osmani Xudaverd 
(Xudaderd), Mahmudabad, Ərəş. 
Dərbənd vilayəti 8 sancaqdan ibarət idi: Dəmirqapı (Sancaq başı), Şabran (Şaburan), Axtı (bu sancağın 
adı Şamaxının 10-cu 
 
sancağı kimi çəkilir), Quba, Müskir (yaxud Məskür), Kürə, Çiraq Restav.
3
 
Osmanlı  məmurları  şəhər və yerlərdə  əhalini siyahıya alaraq Osmanlı vergi sistemi tətbiq edirdilər. 
Sikkələr sultanın adından kəsilməyə, məscidlərdə xütbə III Muradın adından oxunmağa başladı. Mustafa paşa 
Osmanlı qarnizonlarını  Şirvan və Azərbaycan  şəhərlərində yerləşdirdikdən,  Şamaxı  və Bakı,  Ərəş  və digər 
şəhərlərdə qalaları möhkəmləndirdikdən sonra ordunu buraxdı  və onu geriyə, Gürcüstan yolu ilə  Ərzuruma 
qışlamağa göndərdi. O, Özdəmir oğlu Osman paşanı Şirvanda işğal qoşunlarının komandanı təyin etdi. 1580-ci 
ildə  Səfəvilər türk ordusunun getməsindən istifadə edərək Osmanlılara qarşı yenidən hərbi  əməliyyata 
başladılar. Türk qoşunları Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə  tərəfindən məğlub edildi. Bu zaman 
Şamaxıda olan və h.974 (1566)-cü ildə ölmüş Abdulla xan Ustaclını əvəz 
[248 - 249]
 edən Şirvan bəylərbəyliyi 
Aras xan Rumlu tərəfindən mühasirəyə alınan Osman paşa Şirvanı tərk edərək Dərbəndə qaçmağa məcbur oldu. 
Səfəvilər Osmanlılar üzərində bir neçə dəfə qələbə qazandılar. Lakin tezliklə Səfəvilər dövlətində gedən daxili 
mübarizə  və  iğtişaşlar nəticəsində onların uğurları dayandırıldı. 1582-ci ilin sonunda III Mıırad Məhəmməd 
şahla sülh bağlamış Sinan paşanı kənar edərək müharibəni Azərbaycan ərazisində davam etdirməyi qərara aldı. 
1584-cü ilin yayında 100 minlik (başqa mənbələrə görə 80 minlik) Krım qoşunu Osmanlıların vassalı 
Məhəmməd Gireyin başçılığı ilə  Şimali Qafqazdan Azərbaycana soxuldu və Osman paşanın qoşunları ilə 
birləşərək Qarabağ vilayətini və Şirvanı qarət etdi. Həmin il Şamaxı və yenidən Osmanlı qoşunları tərəfindən 
tutuldu. Məhəmməd Girey xan və Osman paşa Şamaxıya daxil olaraq üç gün orada qaldılar, qızılbaşları məhv 
etmək üçün Şirvanın hər tərəfinə dəstələr göndərdilər. Bakını tutmağa göndərilmiş qoşunlar şəhəri ələ keçirib, 
onun  müdafiəçilərindən 600 nəfəri qırdılar. Xanəli və Maqsudsultanı iyirmi qızılbaşla  əsir aldılar. Osmanlı 
tarixçisi Asəfı qeyd edir ki, Azərbaycana səpələnmiş Krım qoşunları  Şirvanın və ölkənin digər vilayətinin 
rəiyyətini amansızcasına qarət edir, onlara zülm göstərirdilər. Onlar çoxlu əsir götürüb, Gəncəni, Qarabağı və 
Qızılağaca qədər Muğanı qarət edib, qışın yaxınlaşması ilə Krıma qayıtdılar.
4
 
Krım qoşunlarının Azərbaycandan getməsindən istifadə edən  şah Məhəmməd Xudabəndə türklərlə 
mübarizə aparmaq üçün qızılbaş  əmirlərinin başçılığı ilə  Şirvana qoşun göndərdi. Səfəvi qoşunları Bakını 
mühasirəyə aldı. Lakin qalanın Osmanlıların qoyduğu  Əhməd bəyin rəhbərliyi ilə inadla müdafiə olunması, 
Dərbənddən dəniz yolu ilə kömək - barıt və silah alınması  -  mühasirədəkilərin Bakını qoruyub saxlamasına 
kömək etdi. Osmanlı mənbələrinin verdiyi məlumata görə qalanın mühasirəsi qırx gün çəkdi. İsgəndər Münşiyə 
görə mühasirə 18 gün davam etmişdir. Qızılbaş  əmirləri Bakıya yaxınlaşaraq qalanı mühasirəyə almağa 
başlayanda Müseyib xan Təkəli, Şahrux xan Zülqədər və Pirməhəmməd Ustaclı arasında ixtilaf meydana çıxdı; 
onların hər biri ayrıca hərəkət etmək istəyir, başqalarına tabe olmaqdan boyun qaçırırdı. Səfəvi qoşunlarının 
düşərgəsində aclıq başladı  və onlar məqsədlərinə çatmadan mühasirəni götürməyə  və geri çəkilməyə  məcbur 
oldular. Tezliklə  qızılbaşlar Osman paşa tərəfindən məğlubiyyətə  uğradıldılar və üstünlük yenidən türklərə 
keçdi.  1585-1588-ci illər arasındakı dövrdə türklər Azərbaycanın müharibə, qıtlıq və əmirlərlə şah arasındakı 
daxili mübarizə nəticəsində dağılmış şimal və cənub vilayətlərini tutdular.

Şirvan yenidən türklərin hakimiyyəti altına düşdü. Bakının qala divarlarını uçurmuş  qızılbaş 
qoşunlarının getməsindən istifadə edən Osman paşa Bakı qalasını bərpa etdirdi və möhkəmləndirdi. Şəhəri tərk 
etmiş əhali onun göstərişilə yenidən Bakıya qayıtdı. Asəfinin məlumatına görə, "Badkuye" qalası 4-5 ay ərzində 
əhalinin amansız istismarı və şəhərə qayıdarkən öz evlərini də təmir və bərpa edən rəiyyətdən toplanan vergilər 
hesabına dirçəldi.

1587-ci ildə, ölkənin hissəsi osmanlılar tərəfindən tutulduğu bir vaxtda, şamlı və tayfalarının 
əmirləri Qəzvində Məhəmməd Xudabəndənin kiçik oğlu, on altı yaşlı I Abbası (1587-1629) şah elan etdilər. Bu 
 
vaxt İranı şərqdən özbəklər, ölkənin daxilində isə 
[249 - 250]
 qiyamçı qızılbas tayfaları təhdid edirdi. Bu, şah 
Abbası Osmanlılarla mübarizədən imtina etmək məcburiyyətində qoydu. 1590-cı il mayın 21-də  şah Abbas 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə