Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   117   118   119   120   121   122   123   124   ...   147

138 
 
türklərlə  ağır sülh sazişi bağlamalı oldu. Həmin sazişə  əsasən Talış diyarı  və  Ərdəbil mahalı istisna olmaqla 
Azərbaycanın şimal və
 
cənub vilayətləri, Kürdüstanın bir hissəsi, Şərqi Gürcüstan və Şimali Ermənistan, habelə 
Bakı daxil olmaqla Şirvan  şəhərləri və Abşeron türklərə verildi. Bütün bu ərazilər XVII əsrin  əvvəllərinədək 
türklərin hakimiyyətində qaldı.
8
 
 
§4. Şirvanın şəhərləri XV-XVI əsrlərdə 
 
Şirvan  şəhərlərinin XV-XVI əsrlərdəki iqtisadi həyatı  ərəb-fars mənbələrində, Qərbi Avropa 
səyyahlarının yol qeydlərində əksini tapmışdır. Həmin mənbələrdə hasilat mədənləri, sənətkarlıq və ticarətə dair 
məlumatlar vardır. Azərbaycan coğrafiyaşünası  Əbdürrəşid Bakuvi 1403-cü ildə Bakı  ətrafında çoxlu neft və 
duz istehsal olunduğunu yazırdı. "Burada qətran yataqları və neft quyuları məlumdur. Quyulardan hər gün iki 
yüz dəvə yükündən çox neft hasil edilir. Onların yanında gecə-gündüz aramsız yasəmən yağı kimi ağ neft axan 
başqa bir quyu da vardır; onun icarə haqqı təqribən min dirhəmə çatır".
1
 Göstərilən rəqəm - min dirhəm - bir 
neft quyusundan alınan icarə  məbləği idi. Belə quyuların sayı isə çox idi. Neft quyusunu icarə edən də  gəlir 
götürürdü. 
Bakuvinin göstərdiyi kimi, gündəlik neft hasilatı iki yüz dəvə yükündən çox idi. Əgər bir dəvə yükünü 
təqribən 250 kq-a bərabər hesab etsək,
2
 onda bu hər gün 50.000 kq, yaxud 3125 pud edər ki, bu da dövlətin və 
neft quyuları olan feodalların böyük məbləğdə gəlir götürdüklərini göstərir. "Sarı rəngli, şam kimi yanan"
3
 daş 
kimi bərkimiş ağ neft şəhərə gətirilərək əhali tərəfindən mənzillərin işıqlandırılmasında, evlərin və hamamların 
qızdırılmasında istifadə olunmuşdu. Neft müxtəlif xəstəliklərdə, məsələn, sinqa, revmatizm, öddaşı  və digər 
daxili xəstəliklərdə müalicə vasitəsi kimi də işlədilirdi. Nefti dərman kimi içirdilər. Ondan dəri xəstəliklərində 
məlhəm kimi istifadə edilirdi.
4
 Bakı neftinin müalicəvi xassələrindən XV əsrin birinci yarısı (təqribən 1471-ci 
il) Venesiya səyyahı İosafato Barbaro da bəhs etmişdir. O, nefti çox pis iyli qara yağ adlandıraraq göstərir ki, 
ondan çıraqlarda, eləcə də ildə iki dəfə dəvələri sürtməkdə istifadə olunur. "Çünki onları ağ neftlə sürtmədikdə 
qoturluq xəstəliyinə tutulurdular".
5
 
1572-ci ildə Bakıya gələn ingilis ticarət  şirkətinin agentləri Bakı neftinə maraq göstərdilər.  Şirkətin 
agentlərindən biri - Ceffri Deket öz qeydlərində Bakı yaxınlığında evləri işıqlandırmaqda istifadə olunan çoxlu 
neft çıxarıldığını, onu əldə etmək üçün İranın  ən uzaq yerlərindən buraya adamlar gəldiyini qeyd edir. Neft 
ölkənin hər yerinə qatır və eşşəklərlə daşınırdı. 400-500 başdan ibarət belə neft karvanlarına tez-tez rast gəlmək 
olardı. O, daha sonra Bakıda "ağ rəngli çox qiymətli yağ növü..."
6
 olduğundan danışır. Karvanlarda göstərilən 
sayda yük heyvanının olması külli miqdarda neft daşındığına dəlalət edir. 
[250 - 251] 
Türk müəllifinin 1583-cü ildə verdiyi məlıımata görə, Osmanlı işğalı dövründə Bakı Şirvanın iqtisadi və 
mədəni həyatında nıühüm rol oynayırdı. Osmanlı  xəzinəsinin ağ neft quyularından illik gəliri on "yük" axça 
(yük-100.000 vahid), yəni 10.000.000 quruş – 2.105.000 qızıl frank təşkil edirdi ki, bu da yarım milyon qızıl 
manatdan (1913-cü ilin məzənnəsi ilə 512.165 manat) çox idi.  
Neft əvəzinə Gilandan gəmi ilə qumaş parça gətirilir, bunun üçün malın hər topunun 4 faizi qədər tamğa 
alınırdı. Abşeronda hasil edilən əla keyfıyyətli duz hər il üç min anbara doldurulurdu.
7
 Əmin Əhməd ər-Razinin 
1601-ci ildə yazdığına görə bu dövrdə qara və ağ neft çıxarılan 500 quyu var idi.
8
 Neft quyularının sayına dair 
mənbələrdə verilən bu ilk məlumatın, ehtimal ki, bir qədər şişirdilmiş olmasına baxmayaraq, o, neft hasilatının 
həcmi barədə fıkir yürütməyə imkan verir. 
Neftdən hərbi texnikada istifadə olunması, ehtimal ki, XVI əsrədək davam etmişdir. Belə ki, Səfəvilər 
dövlətində odlu silahın yayılması ancaq XVI əsrin əvvəllərinə aiddir.
9
 
Bakuvi Abşeronun kənd təsərrüfatı  məhsulları haqda müəyyən məlumatlar verir, taxıldan az məhsul 
götürüldüyünü qeyd edir. Bakıya ərzaq, başlıca olaraq, Şirvan və Muğanın məhsuldar rayonlarından gətirilirdi. 
Gətirilən mallar, əsasən taxıl və düyü idi. Şəhər  əhalisinin çoxu hər il yayda Abşeron bağlarına gedirdi. 
Bağlarda bol əncir, nar və üzüm yetişdirilirdi. Bu  bitkilər Abşeronda çox-çox qədimdən becərilirdi. Qoyun 
sürülərinin xatırlanması Abşeronda  ətindən  şəhər  əhalisinin istifadə etdiyi ev heyvanlarının yetişdirildiyini 
göstərir.  Şəhərdən bir fərsəx aralı  kənd  əhalisi daim yanan odda (Suraxanı)  əhəng hazırlayib inşaat materialı 
kimi  şəhərə  gətirirdi. Bakı yaxınlığındakı adalardan birində suiti ovlanırdı. Onların dərisindən neft daşımaq 
üçün tuluq düzəldilirdi.  Ərinmiş suiti piyindən çıraqlarda yağ kimi istifadə olunurdıı.
10
 Venesiya səyyahı  və 
səfıri Ambrocco Kontarini (1473-cü il) öz qeydlərində suitiləri təsvir edir. Onların "piyindən çıraqlarda işlədilən 
yağ və dəvələrə sürtmək üçün məlhəm hazırlandığını və çoxlu miqdarda qonşu ölkələrə aparıldığını"
11 
göstərir. 
Bakuvinin yazdığına görə Abşeronda çoxlu ceyran var idi.
12 
Yerli əhali onların ətindən yeməkdə istifadə edirdi. 
Şirvanın sahil-boyu rayonlarının əhalisi balıq ovu ilə məşğul olurdu. Kontarini Xəzər dənizində xeyli nərə balığı 
və  ağ balıq ovlandığını  xəbər verir.
13
  Şildə (indiki Salyan – S. A. )  balıq ovundan Osmanlı  xəzinəsinə ildə 
10.000 axça (5000 qızıl quruş) gəlirdi.
14
 Bakuvinin sözlərinə görə, Güştəsbi bölgəsində balıqlar üçün dəhnə var 
idi. Burada müxtəlif balıqlar tutulur, su quşları çoxaldılırdı. Orada çoxlu çəltik tarlaları var idi. Şəbəranda başqa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə