Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   115   116   117   118   119   120   121   122   ...   147

135 
 
xan çoxlu qızılbaş döyüşçüsü ilə atla üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların 
əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
9
 Abdulla xan Şirvanlıların bir sıra 
üsyanlarını yatıraraq Şirvanda öz hakimiyyətini möhkəmləndirdi. 
324 
 
QASIM MİRZƏ 
Sultan Süleyman 1554-cü ildə Azərbaycana dördüncü dəfə yürüş etdi. Həmin il eyni vaxtda Şirvanda 
Səfəvilərə qarşı sultanın yardım göstərdiyi yeni üsyan baş verdi. Şirvanşahlar nəslindən olub İstanbulda 
gizlənən Qasım Mirzə içərisində odlu silahla silahlanmış yeniçərlər olan Osmanlı döyüşçü dəstəsi ilə  Qəffə 
vasitəsilə Şimali Qafqaza, oradan da Dağıstandan keçərək Dərbəndə gəlib Şirvana soxuldu. Şirvan zadəganları 
[244 - 245]
  və  əhalisi vilayətin bəylərbəyliyi Abdullaxan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular. 
Abdulla xanın qızılbaşları Təngə kəndinin yaxınlığında Qasım Mirzənin başçılıq etdiyi Şirvan üsyançılarına və 
Osmanlı döyüşçülərinə hücum etdi. Üsyançılar dərədəki möhkəmləndirilmiş istehkama sığınmışdılar
*
. Bu 
Osmanlı qoşunlarına qızılbaşlara davamlı müqavimət göstərməyə imkan verdi. Qızıbaşlar müvəffəqiyyət qazana 
bilməyib, Şamaxıya qayıtdılar. Sonra Qasım Mirzə Buğurt qalasına gələrək 40 gün orada qaldı. Onun bayrağı 
altına bir neçə
 
min
**
 Şirvanlı toplandı. Onlar türk döyüşçüləri ilə birlikdə qızılbaşlara qarşı mübarizəni davam 
etdirdilər. Buradan o, Abdulla xanın iki min nəfərlik süvari döyüşçüləri ilə olduğu Gülüstan qalasına doğru 
hərəkət etdi. Qasım Mirzə Şamaxı yaxınlığındakı Gülüstan qalasının ətrafında Abdulla xanın iki min nəfərlik 
süvari ordusu ilə döyüşə girdi. Hər iki tərəf inadla vuruşurdu. Səhərdən axşama qədə davam edən döyüşdə 
Qasım Mirzənin min beş yüz döyüşçüsü öldürüldü. Bu vaxt Abdulla xanın düşərgəsindən kömək gəldi. 
Döyüşdən sağ  çıxmış  Şirvanlılar onları  qızılbaş döyüşçüləri hesab edib, təlaş içərisində  Təbərsərana qaçdılar. 
Onların çoxu öldürüldü, məğlub edilənlərin başlarından qalalar qalandı. Mənbələrdə Qasımın sağ qalıb-
qalmamasına dair məlumat verilmir. Zeynaloğlu Qasım Mirzənin və döyüşçülərinin  əksəriyyətinin həlak 
olduğunu yazır. Qızılbaşlar  Şirvan üsyançılarına qalib gəldikdən sonra Gülüstan qalası dağıdıldı.  Şahın  əmisi 
oğlu Abdulla xan
l0
  Səfəvilərin hökmranlığından narazı olan və  Şirvanşahlar sülaləsini bərpa etməyə çalışan 
Şirvan qiyamçılarının qaldırdığı bir neçə üsyanı yatırdıqdan sonra Şirvanda öz hakimiyyətini tamamilə 
möhkəmləndirdi.  İngilis taciri Antoni Cenkinson 1562-ci ildə  Şamaxıya gəldiyi zaman Abdulla xan Şirvanın 
tam səlahiyyətli hökmdarı idi.  Təkcə tabeliyində olan ölkənin deyil, Cənubi Dağıstanın da əhalisi ondan 
qorxurdu. 
 
QAVUS MİRZƏ 
Səfəvilərlə Osmanlılar arasında hərbi  əməliyyatlar yalnız 1555- ci ildə, Səfəvilər dövləti ilə Türkiyə 
arasında sülh bağlandıqdan sonra kəsildi. Bu dövrdə Səfəvilər Abdulla xan Ustaclı h. 956 (1549)-cı ildə
 
Şirvana 
bəylərbəyliyi təyin olunduqdan sonra orada öz hakimiyyətlərini tam bərqərar etdilər. 
H. 974 (1566)-cü ildə Abdulla xanın və h. 984 (1576)-cü ildə  şah Təhmasibin ölümündən sonra 
Şirvanda vəziyyət dəyişdi,  Şirvan zadəganları arasında müstəqillik və  Cənubi Dağıstanda sığınacaq tapmış 
Şirvanşah nəslindən Şirvanşahlar sülaləsini bərpa etmək meylləri canlandı. 
Həsən bəy Rumlu Şirvan zadəganlarının ("Şirvan  əhlinin") Bürhanəlinin bacısı  oğlu Qavus Mirzənin 
başçılığı ilə h.985 (1577/8)-ci ildə Səfəvi hökmranlığına qarşı üsyanı barədə 
[245 - 246] 
məlumat verir. Qavus 
Mirzə qiyamçıların başında  Şəbərana yollandı. Abdulla xan Ustaclının ölümündən sonra onun yerinə  təyin 
olunmuş Şirvan bəylərbəyisi Arasxan Rumlu üsyançıların üstünə altı yüz qızılbaş göndərdi. Onlar üsyançıları 
Şəbəranın iki fərsəxliyində (təqribən 12 km) haqladılar Qavus Mirzə  və onun döyüşçüləri qızılbaşlara həmlə 
etdilər, ancaq məğlubiyyətə  uğradılar. Qavus Mirzə qaçdı. Lakin o və onun dörd yüz üsyançısı öldürüldü. 
Onların başları Qezvinə, şaha göndərildi. 
 
ƏBUBƏKR MİRZƏ 
Məhəmməd Xudabəndə (1577-1587) zamanında feodalların mərkəzdən ayrılmaq cəhdləri və ara 
çəkişmələri nəticəsində Səfəvilər 
 
dövlətinin zəifləməsi müşahidə olunur. Bununla yanaşı, Osmanlı Türkiyəsi - 
xüsusilə  Səfəvilərə qarşı bir sıra yürüşlər etmiş II
 
Süleyman (1520-1556), II Sultan Səlim (1566-1574), III 
Sultan 
 
Murad (1574-1595) dövründə güclənirdi.  
1578-ci ildə III Sultan Muradın hakimiyyəti dövründə odlu top və texnika ilə yaxşı silahlanmış 150 
minlik türk (süvari) ordusu Lala Mustafa paşanın başçılığı altında yenidən  Şirvana girərək  Ərəşi, Qəbələni, 
Şamaxını, Bakını,  Şəbəranı, Mahmudabadı, galyanı  və digər  şəhərləri tutdu.
13
  Şirvana səfərdə Lala Mustafa 
paşanı  Şirvanşahlar nəslindən Bürhanəli Sultanın oğlu  Əbubəkr Mirzə müşayiət edirdi. Cənnabi və 
Münəccimbaşının verdikləri məlumata görə Bürhanəli ölərkən iki oğul qoyub getmişdi. Birinin adı Xələf Mirzə 
                                                 
*
 Təngəaltı kəndi Quba rayonundadır. 
**
 İsgəndər Münşinin məlumatına görə 12 min döyüşçü. 


136 
 
idi. O, uşaq ikən ölmüşdü. İkincisi Əbubəkr Mirzə qızılbaşlar Şirvanı zəbt etdikdən sonra Dağıstana qaçmışdı. 
Atası öləndə o, hələ uşaq idi. Lələsi və atasının tərəfdarları Əbubəkri Dağıstana apardılar. O, burada iyirmi ilə 
yaxın yaşadı. Əbubəkr oradan çərkəzlər ölkəsinə, sonra h. 978 (1570)-ci ildə Krıma, Bağçasaraya getdi. Krımın 
hakimi, türk sultanının vassalı Dövlət Girey xan onu iltifatla qarşılayaraq, qızını ona ərə verdi və "Osmanlı 
imperiyasının yüksək dərgahına" təqdim etdi. Əbubəkrə himayədarlıq edən sultan ona böyük mülk verdi və o, h. 
986 (1578)-cı ilin payızınadək - Lala Mustafa paşa Şirvana yürüş edənə qədər - Krımda qaldı.
14
 Həmin vaxta 
qədər bəzi sünni Şirvan  əyanları  Şirvanı  şiə  qızılbaşların zülmündən xilas etmək və  Əbubəkr Mirzəni 
Şirvanşahlar taxtına çıxarmaq məqsədilə sultandan kömək istəmək üçün İstanbula getmişdilər.
15
 Bu dövrdə 
Şirvanda türk qoşunlarının müdaxilə etməsi üçün çox əlverişli  şərait var idi. Vergi zülmündən  əziyyət çəkən 
rəiyyətin və kəndlilərin yoxsul vəziyyəti, əhalinin Sofəvi inzibati hakimiyyətindən narazılığı, qızılbaş əmirləri  
arasındakı  Çəkişmələr, Azərbaycan  ərazisindəki ara müharibələri - bütün bunlar kəndlilərin və  rəiyyətin 
Səfəvilər əleyhinə kömək edərək, Krım və Osmanlı qoşunları ilə birlikdə ölkəyə daxil oldu. 
Bu səfərdə Lala Mustafa paşanın müşayiət edən Əbu Bəkr Mirzə Şirvanın alınmasında iştirak etdi. Türk 
sultanının qoşunları arasında  Şirvanşahlar nəslinin nümayəndəsinin olması türk ordusunun Şirvanşahların 
keçmiş müstəqillik ənənələrinin güclü olduğu Şirvana mudaxiləsi üçün əlverişli şərait yaradırdı. 
[246 - 247]
 
Əbubəkr məğlub edilmiş  Şirvan ordusunun qalıqlarından  ətrafına ləzgi və qarabörk tayfalarından 2-3 
min döyüşçü toplayaraq Sultan III Murada müraciətlə  Şirvanı tutmaqda yardım göstərməsini 
 
xahiş etdi. O, 
Krım xanının qoşunlarının tərkibində  Şirvana doğru hərəkət edən Lala Mustafa paşanın ordusuna qoşuldu. 
Əbubəkrin Dağıstandan Şirvana girməsi Osmanlı qoşunlarının Şirvanı zəbt etməsini asanlaşdırdı. Onlar 1578-ci 
ilin sentyabrında Alazan boyunca Gürcüstandan gələrək, çayın sol sahilinə keçib Ərəşə çatdılar. Türk qoşunları 
Lala Mustafa paşanın başçılığı ilə  Ərəşi və  Şirvanın digər  şəhərlərini - Şamaxı, Qəbələ, Bakı,  Şəbəran, 
Mahmudabad və Salyanı tutdular.
16
 Lala Mustafa paşa  Şirvanı  zəbt etdikdən sonra Əbubəkri  əyalətin valisi 
vəzifəsinə  təyin etdi.
17
  Pəçəvinin sözləri ilə deyilsə, ona Şirvanda seçmə sancaq bağıslanmışdı.
18
 Türk 
mənbələrində  həmin vaxta qədər Oltuda
*
 olmuş alav komandiri Əbubəkr bəyin adı  çəkilir. Bakı sancağı
19
  
ehtimal ki Abşeronla birlikdə - ona bağışlanmışdı. O, burada bir neçə il hakimiyyət sürdü. Lakin Osmanlılar 
Cənubi Qafqaz ölkələrini, o cümlədən  Şirvanı  zəbt etdikdən sonra sultan Şirvanşahlar sülaləsini bərpa etmək 
barəsində  vədini yerinə yetirmədi. Ehtimal ki, bu Əbubəkrin qızılbaşlar tərəfinə keçməsinə  səbəb olmuşdur. 
Türk mənbələri xəbər verirlər ki, Əbubəkr Mirzə Sultana xəyanət edərək, Gəncə hakiminə Osmanlılara qarşı 
birgə mübarizə aparmaq təklifı ilə müraciət etmişdir. O, 1583-cü ildə Osman paşa və Səfəvi qoşunları arasında 
Samur çayının sahilində baş vermiş döyüşdə  İmamqulu xanın başçılıq etdiyi qızılbaş qoşununun tərəfində 
vuruşmuşdur. Lakin bu vuruşmanın dördüncü günü Osmanlılar qalib gəlmişlər.  Əbubəkrin sonrakı taleyi 
haqqında mənbələrdə  məlumat verilmir. Azərbaycanda Osmanlı inzibati bölgü vahidi olan sancaq 
hakimlərindən biri, özündən sonra vərəsə qoymamış  Əbubəkr 1602-ci ildə öldükdən
20
 sonra Şirvanşahların 
hakimiyyətini bərpa etməyə bir daha cəhd göstərilmədi. "Və bu sülalədən quru addan başqa bir iz qalmadı". 
Mənbələrin  Şirvanşah xanədanı  nəslinin  Şirvanın tam mənasında hakimi sayıla bilməyən son nümayəndələri 
haqqında məlumatı bununla bitir. Sonuncu Şirvanşahın  Şahrux ibn Yasar olması barədə B. Dornun fıkri ilə 
razılaşmaq mümkündür. Şah Təhmasib 1538-ci ildə Şirvanı işğal etdikdən sonra Şirvanşahlar dövləti süqut etdi 
və  Şirvanşahlar sülaləsinin Bürhanəli Sultan və digər nümayəndələrinin sonralar Şirvanda itirilmiş 
hakimiyyətlərini bərpa etmək cəhdləri nəticə vermədi. 
 
§3. Şirvan türk işğalı dövründə 
 
Qeyd edilməlidir ki, Şah İsmayıl Şirvanı işğal etsə də, Şirvanşahların hakimiyyətini qəbul etmiş, onları 
hakimlikdə saxlamışdı. Sah Təhmasib belə  Şirvanın müstəqilliyini ləğv etdikdən sonra da Şirvanşahlar 
nəslindən olan ayrı-ayrı  şəxslərin bayrağı altına keçən  Şirvan  əhalisinin müqavimətini tam qıra bilməmişdi. 
Sonuncular Cənubi Dağıstana sığınaraq, 
[247 - 248] 
onlardan Azərbaycanda öz işğalçılıq siyasətində istifadə 
edən Osmanlı Türkiyəsinin tərəfində çıxış etmək üçün əlverişli məqam gözləyirdilər. Müstəqillik meylləri sünni 
Şirvan zadəganlarının  əksəriyyəti arasında güclü idi. Şirvanşahların sünni mənsubiyyəti və sünnilik meylləri 
şiəlik tərəfdarı olan və işğalçılıq cəhdləri Şirvanşahlar əleyhinə yönəldilən qızılbaşlara və Səfəvi hökmdarlarına 
qarşı bir növ müxalifət təşkil edirdi. Türk mənbələrinin verdiyi məlumata görə, Osmanlılar Azərbaycanı işğal 
etdikdən sonra Şirvan  əhalisi orada qalmış  qızılbaşları  qırmışdır. Ehtimal ki, qızılbaş feodallarının ağır 
vergilərindən və zülmündən cana gəlmiş Şirvan əhalisi Osmanlıların gəlişi ilə oturaq əhali üçün daha əlverişli 
şərait mövcud olan Şirvanşahlar dövlətinin keçmiş müstəqilliyinin bərpa edilməsinə ümid bəsləyirdi. Belə ki, 
Dərbənd sakinləri Osmanlı ordusunun şəhərə hücumu ərəfəsində qiyam qaldıraraq 300 qızılbaşı öldürmüş, 
şəhərin hakimi Çıraq Xəlifəni həbs etmişdilər.
1
 
                                                 
*
 
Türkiyədə Karsın 150 kilometrliyində vilayət və şəhər.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə