Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   114   115   116   117   118   119   120   121   ...   147

133 
 
nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli 
 
sakinlərindən zorla iri məbləğdə 
pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və 
Şirvan əmirləri hədiyyələrlə Təhmasibin huzuruna gələrək saraylarının və xəzinələrinin açarlarını itaətlə şahın 
vəkillərinə  təqdit etdilər.
143
  Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə  Təhmasib 
sahib oldu.
144
 Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurmaq əmr edildi. 
H.945-ci il cəmadiyül  əvvəl ayının üçündə cümə günü (27 sentyabr 1538-ci il) Gülüstan qalasının kütvalı 
Nemətulla bəy  şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam 
olundu. Şərəf xan Bidlisinin yazdığına görə "Qızılbaşların amansız qılıncları ilə qalada mühasirədə olanlardan 
altı yüzə yaxın adam öldürüldü. Hətta,  şah Təhmasib babası sultan Heydərin qan intiqamı olaraq, bir neçə 
Şirvan  əyanını  şəxsən Öz əli ilə  qətlə yetirdi". Şah Təhmasib  Şirvanı iqta kimi qardaşı  Əlqas Mirzəyə verdi, 
Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və h.946 (1539)-cı ildə onu 
gizlincə edam etdirdi, "onun həyatı şahın əmri ilə söndü".
145
 
Təhmasib  Şirvanı tutduqdan sonra Şirvanşahlar xanədanın devrildiyini elan etdi və  Şirvanı  Səfəvilər 
dövlətinə birləşdirdi. Ölkə  şahın qardaşı  bəylərbəyi  Əlqas Mirzənin idarə etdiyi vilayətə Çevrildi. Şirvanın, 
demək olar ki, bütün zadəganları məhv edildi, torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı. H 
941 (1535)-ci ildə  Təbrizi tutmuş türk sultanı Süleymanın tərəfinə keçən  Əmir Qazi xan Təkəli sonuncuya 
xəyanət edərək, 6 minlik köçəri təkəli tayfası ilə Sürlük yaylağında şahın yanına gəldii. Şirvan vilayətinin bir 
hissəsi - Salyan, Mahmudabad və Bakı mahalları tiyul kimi ona bağışlandı. Lakin müstəqillik ənənələrinə sadiq 
qalan Şirvan əhalisi uzun müddət Şirvanşahlar dövlətinin məhv olması fıkri ilə razılaşmayaraq bir sıra yerlərdə 
qızılbasla müqavimət göstərirdi. Qazi xan Təkəli inadlı və şiddətli mübarizədən sonra h.947 (İ540/l)-ci ildə Bakı 
qalasını tutaraq, xeyli adam qırdı. Lakin h.950 (1543/4)-ci ildə  Təhmasibin qəsddə  iştirak etməsindən 
şübhələndiyi Qazi xan Təkəli  əmrinə  əsasən  Əlqas Mirzə  tərəfindən qardaşları ilə birlikd Şirvanda edam 
olundu.
146
 
Şirvandakı sonrakı hadisələr türk müdaxilələri və  Şirvanşahlar nəslindən olan Bürhanəli Sultan, 
Əbubəkr Mirzə Qasım Mirzə və b. şəxslərin başçıları ilə Şirvanşahların Səfəvilərə qarşı üsyanları ilə bağlıdır. 
 


134 
 
§2. Şirvanda Səfəvilər əleyhinə üsyanlar və Şirvanşahlar dövlətini bərpa etmək 
uğrunda mübarizə (1548-1578-ci illər) 
 
BÜRHANƏLİ SULTAN İBN SULTAN XƏLİL 
Səfəvilər 1538-ci ildə Şirvanşahlar dövlətini tabe etdikdən sonra Şirvanda 1578-ci ilə qədər davam edən 
bir sıra üsyanları yatırmalı oldular. Şirvanın müstəqilliyinin ləğvindən narazı olan yerli zadəganlar öz 
dövlətlərinin müstəqilliyinin bərpa edilməsinə çalışırdılar.  Əhalinin  şah və onun canişinləri  əleyhinə 
qaldırdıqları bir sıra üsyanlara yerli zadəganların nümayəndələri başçılıq edirdilər. 
Şahruxun əmisi oğlu Bürhanəddin, yaxud Bürhanəli Sultan ibn Sultan Xəlil ibn Şeyxşah uzun müddət 
Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq h.951 (1544)-ci ildə Əlqas 
Mirzə ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etdi. Əlqas Mirzə ilə bir neçə vuruşmadan sonra 
məğlub olan Burhanəli II Sultan Süleymandan kömək almaq sədilə Türkiyəyə getdi. Bürhanəlinin köməyilə öz 
düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid sultan onu böyük ehtiramla qarşıladı. Sultan 
Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli  Şirvana yaxınlaşarkən başlarını böyük orduya malik 
olmaları  xəbərini aldı. Buna görə  də, o, sultanın qoşunlarını Türkiyəyə qaytardı, özü isə Dağıstana gedərək 
Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. H  955 (1548)-ci ildə sultan Süleyman böyük 
ordu ilə Azərbaycana,  Şah Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə  çəkildi. Bürhanəli 
Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi. Sultan onu Şirvanı tutmaq üçün qoşun dəstəsi ilə 
irəli göndərdi.
1
 
Şirvanın bəylərbəyi  Əlqas Mirzə h.954 (1547)-cü ildə  şah Təhmasibdən ayrılaraq onun əleyhinə 
vuruşmağa başladı. Krım xanının köməyinə baxmayaraq, məğlııb olan Əlqas Mirzə Krıma qaçdı  və oradan 
İstanbula, sultan Süleymanın yanına getdi. Əlqas Mirzə qaçdıqdan və  Şirvan tabe edildikdən sonra Təhmasib 
h.954-cü ilin şaban ayında (1547-ci ilin oktyabrında) oğlu  İsmayıl Mirzəni  Şirvan bəylərbəyliyi təyin etdi.
2
 
Bürhanəli Qaytağı tərk edib Şirvana yollandı. İsmayıl Mirzə onun qarşısına çıxdı. Dərbənd yaxınlığındakı Filan 
kəndində  qızılbaş qoşunu onunla döyüşə girdi, lakin Bürhanəli duruş  gətirə bilməyib qaçdı. Qızılbaşlar onu 
təqib edərək xeyli döyüşçüsünü məhv etdi, Bu vaxt sultan Süleyman və Əlqas Mirzənin Cənubi Azərbaycana 
yürüş etmələri və Təbrizə tərəf getmələri xəbəri alındı. İsmayıl Mirzə Bürhanəlinin qoşunlarını təqib etməkdən 
əl çəkərək, atasına köməyə yollandı. 
Bürhanəli dağlardan enib, h.955-ci ilin cəmadiyüləvvəl ayında (1548-ci ilin iyununda) Şamaxını tutub 
böyük qənimət əldə etdi. 0, türk qoşunlarının və dağlarda, meşələrdə gizlənmiş Şirvan döyüşçülərinin köməyilə 
Şirvan vilayətinin böyük bir hissəsini ələ keçirdi və Təhmasibin naiblərini oradan qovdu. Bürhanəli vali kimi iki 
il  Şirvanda qaldı.
3
 Sultan Süleyman h.956 (1 549)-cı ildə müvəqqəti olaraq Təbrizi tutdu və tezliklə  Cənubi 
Azərbaycanı  tərk etdi. Əlqas Mirzənin bu səfərdəki uğursuzluğu və bunun ardınca türk sultanı 
[243 - 244]
 
Süleymanla aralarının dəyməsi, onun yaxalanıb Qahqah qalasına salınması  və  şahın  əmri ilə edam olunması 
Təhmasibə  Şirvanı  zəbt etmək üçün yenidən mübarizəyə başlamağa imkan verdi, Şah h. 956 (1549)-cı ildə 
Şirvanın idarə olunmasını Abdulla xan Ustaclıya tapşıraraq, onu Bürhanın üzərinə göndərdi.  Şərəf xan 
Bidlislinin sözlərinə görə. "(Abdulla xan) Kür sularını: keçəndə Bürhan qəribə təsadüf nəticəsində anadangəlmə 
xəstəlikdən öldü".
4
  Həsən bəy və  Şərəf xan Bidlislinin məlumatlarına görə Bürhanəli h.956(1549)-cı ildə 
ölmüşdür.
5
 Münəccimbaşıya görə isə Bürhanəli təqribən h. 958 (1551)-ci  ildə  vəfat etmişdir.  Zeynaloğluna 
görə
 
Bürhanəli 1550-ci ildə dünyadan köçmüşdür. Ehtimal ki, h. 956 (1549)-cı il tarixi daha dəqiqdir. 
Həsən bəy Rumlıı  xəbər verir ki, Bürhanəli öldükdən sonra Şirvan zadəganları onun meyidini 
gizlətmişlər. Lakin Şirvan bəylərbəyliyi Abdulla xan Ustaclı onu tapmış, qəbirdən çıxararaq basını kəsmişdir.
7
 
Bürhanəlinin özündən sonra Şirvanda hakimiyyət sürə biləcək böyük uşaqları olmamışdır. Ailəsi, azyaşlı 
uşaqları və qohumları isə Səfəvilərdən qorxaraq Dağıstana qaçdılar. 
 
MEHRAB MİRZƏ 
Bürhanəlinin ölümündən sonra Şirvan  əyanları  Dərbəndi  Şirvanşahlar nəslindən Mehrab adlı birisini 
Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan 
sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət 
göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.

 
QURBANƏLİ 
Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu 
Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından
*
 birindəki Derov kəndinə qaçdılar. Abdulla 
                                                 
*
 
Zeynaloğluna görə üsyançılar Bakının cənub sahili qarşısindakı Zirə (Böyük Zirə, Kiçik  Zirə  və Qum Zirə) adalarında məskən 
salmışdılar
.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə