Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   109   110   111   112   113   114   115   116   ...   147

128 
 
keçmişdi. Onların yalnız bəziləri təslim
 
olmaq istəmirdi.  İsmayıl uzun çəkməyən mühasirədən sonra h.906 
(1501)-cı ilin baharında Bakını aldı.  
 
 
QAZİ BƏY İBN FƏRRUX YASAR 
Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə  Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn 
Fərrux Yasar çıxdı. O, şah  İsmayıl Səfəvinin Bakı  şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində 
hakimiyyət sürdü.
97
 XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə 
xəbər verirlər.
98
  İsmayılın  əmri ilə  sərkərdələrdən Məhəmməd bəy Ustaclı  və  İlyas bəy Ayqutoğlu Xunuslu 
qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. 
O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə 
geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı 
İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib 
idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. 
Qızılbaş qoşunu Bakı qalasını mühasirəyə aldı və vuruşma başladı. Qədimdən Şirvanşahlar xanədanına sədaqətli 
olan bakılılar istehkamlarının alınmazlığına, böyük silah, müdafıə  ləvazimatı  və  ərzaq ehtiyatına güvənərək 
igidliklə vuruşurdular." 
Bu vaxt Fərrux Yasarın oğlu Qazi bəyin torpaqları Bakı, Mahmudabad və Salyandan ibarət idi.
100
 O, 
Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə  şəhərin 
müdafiəsinə onun adı mənbələrdə çəkilməyən mərd arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi və 
tövsiyəsi ilə yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. Onu İsmayılın qəzəbi ilə qorxudaraq təhdidlə 
şəhəri qızılbaşlara təhvil verilməsini tələb edən Bakı darğası Əbdülfəttah bəyin də başına eyni aqibət gəldi. 
Bakılıların inadlı  ınüqaviməti  İsmayıl Səfəvini sərkərdə Hülafə  bəyin başçılığı altında yeni qüvvələr 
göndərməyə məcbuır etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin müqavimətini 
görən İsmayıl lağım atıb qala bürclərindən böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı 
yarığı çadır keçəsi ilə tutaraq üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ 
keçirib  əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər mötəbər  şəxsi müqavimət 
[233 - 234]
 göstərməyin 
mənasız olduğunu görərək, əllərində Quran, boyunlarında qılınc, kürəklərində kəfən İsmayılın hüzuruna gələrək 
öz itaətlərini bildirdilər.
101 
 
Həsən Rumlunun hekayəti Xondəmirin mətnindən bir qədər fərqlənir. O, nəql edir ki, İsmayıl özü 
Bakıya yaxın gələrək xəndəyi daşla doldurmağı  əmr etmişdir. Xəndəklər daşla doldurulub qala divarları ilə 
bərabərləşəndə  şəhər  əhalisi  İsmayıldan aman dilədi Onlar bağışlanmaq vədi alaraq, qapıları açdılar və 
çiyinlərində  kəfən,  əllərində  qılınc itaət göstərdiklərini və tabe olduqlarını bildirmək üçün onun hüzuruna 
gəldilər.
102
 Həsən Rumluya görə İsmayıl onları bağışladı və bakılılar "qan bahası" olaraq ona o dövr üçün böyük 
məbləğ sayılan 1000 tümən verdilər,
103
 İsmayıl sərkərdəsi Hülafə bəyə Şirvanşahların xəzinəsini ələ keçirib öz 
düşərgəsinə göndərmək üçün qalanı  təcili tutmağı  əmr etdi. Hülafə  bəy Bakının adlı-sanlı sakinlərini özü ilə 
götürdü və sarayda çoxlu qızıl  ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə 
birlikdə  İsmayıla göndərdi. Həsən Rumlunun məlumatına görə  qızılbaşlar  Şirvanşah Mirzə  Xəlilüllahın 
cənazəsınin qalıqlarını tapıb yandırdılar, habelə onun türbəsinin günbəzi altında çoxlu qızıl tapdılar. Həsən 
Rumlu və Xondəmirin məlumatına görə,  İsmayıl  şeyx Cüneydin öldürülməsində  iştirak edənlərin qəbirlərini 
qazıb, sümüklərini odda yandırmağı əmr etmişdir.
104
 Ehtimal ki, bu məlumat Xəlilüllahın özünə aiddir, belə ki, 
onun qəbri məlum deyildir. 
Bakının  İçərişəhər hissəsindəki sarayın  ərazisindəki  Şirvanşahlar türbəsində aparılan qazıntılar 
nəticəsində  Xəlilüllahın ailə üzvlərinin türbələrinə toxunulmadığı  aşkar edilmişdir. Ehtimal ki, üzərində 
kitabələr olan qəbir daşları sındırılmışdır. Belə ki, onlar qalmamışdır. 
Divanxana pavilyonunun qapı açırımlarından birində pozulmuş, ola bilsin ki, sındırılmış və indiyədək 
oxıınmamış  ərəbcə bir sətirlık kitabə qalmışdır. Lakin V. M. Sısoyev həmin kitabədə I Xəlilüllahın adını  və 
h.832 (1428/9)-ci il tarixini oxuduğunu iddia edirdi ki,
105
 bunu yoxlamaq mümkün deyil. Divanxananın xatirə 
abidəsi olması haqqında mülahizələr vardır.
106
 Güman ki, bu bina türbə olmuş və mənbələrin məlumatına görə 
cənazənin qalıqları qızılbaşlar tərəfindən qəbirdən çıxarılıb yandırılan Xəlilüllah orada dəfn edilmişdi. İsmayıl 
Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Çünki eşitmişdi ki, Şirvan qoşunlarının salamat qalmış 
hissələri oraya çəkilmişdir. Qalanın müdafiəçiləri Buğurt və Surxab qalalarının Qazi bəyin oğlanlarının əlində 
olduğunu güman edərək, bildirdilər ki, Qazı bəy öz qalasını təslim edərsə, onlar da təslim olarlar. Lakin İsmayıl 
tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir. 
1501-ci ildə Səfəvi qoşunları Şirvanı tərk edərək Azərbaycana - Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandılar.
107
 
Qızılbaşlar Şirvanı tərk edərkən burada Səfəvilərin nümayəndələrini qoyub getdilər. İsmayıl öz dayəsi Hüseyn 
bəy Lələ Şamlunu Şirvana canişin təyin etdi, o isə öz yerində cilovdarı Şahgəldi ağanı qoydu.
108
 Bakı qalasının 
Şirvanşahlar sarayı yaxınlığındakı  məhəllələrindən biri son vaxtlaradək ehtimal ki, o burada yaşadığından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə