Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

125 
 
bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək 
etmək üçün Şirvana yollandı. Darmadağın olunmaqdan qorxuya düşən  şeyx Gülüstanı talan edib qoşıınlarını 
Mahmudabada apardı, oranı da tutub dağıtdı, sonra Dərbəndə doğru hərəkət edərək, onu ınühasirəyə aldı. Əmir 
əl-üməra Süleyman bəy Bicək oğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Fərrux Yasar Sulut qalasını 
tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Sabahısı gün əmirlər Samur çayını keçərək ləngimədən 
Dərbəndə tərəf 
[227 - 228]
 irəlilədilər.
68
 Onlar şeyxin Təbərsəran və Zirehkarın
*
 istiqamətində hərəkət etdiyini 
eşitmişdilər. Süleyman bəy qoşunları ilə  təcili onun ardınca düşərək Qafqaz dağlarının
**
  ətəklərində, 
Təbərsəranda haqladı. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və 
Ağqoyunlu  əmirlərinin birləşmiş qoşunları  Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Süleyman bəyin və 
Şirvanşahın başçılıq etdikləri qoşunlar ağır dağlıq yer şəraitində -dərin dərənin qırağında vuruşurdular. Atlar və 
adamlar yıxılaraq uçuruma düşürdülər. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, 
döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. 
Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların 
qüvvələri tükənmişdi əmirin qoşunları onların cərgələrini pozdu. Qızlıbaşlar can verməkdə olan şeyxi düşmənin 
əlində qoyaraq qaçdılar. Qapıçı  Əli ağa  Şeyx Heydərin başını  kəsərək  əmirə  gətirdi.  Şeyxin həlak olduğunu 
görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular, əmirlərin və Şirvanşahların qoşunları onları 
məğlub və  məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə 
yanaşı, Şeyx Heydərin başını da apardı. O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı 
Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin basını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına 
(Uzun Həsənin bacısına) verməyi  əmr etdi. Ertəsi gün şah alayı paytaxta - Təbrizə daxil oldu. Sultan Yaqub 
əmirlərə düşməndən tutulub Şirvan  şəhərlərini, Dərbənd və Mahmudabadı Fərrux Yasara qaytarmaq haqqında 
əmr verdi.
69
 
Beləliklə, atası Cüneyd kimi, Şeyx Heydərin  Şirvanı  zəbt etmək cəhdi baş tutmadı  və onlar üçün 
fəlakətlə qurtardı. Sultan Yaqub Şirvanşaha hərbi yardım göstərdi, lakin bunun müqabilində ondan. Ağqoyunlu 
dövlətinin vassallığını tanımasını tələb etdi. 1489-cu ildə Şirvanşah öz möhürü ilə təsdiq etdiyi şərtnamədə öz 
üzərinə bir sıra vassal təəhhüdləri götürdü. Lakin bircə ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun 
yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altma düşdü və  Şirvan dövləti 
yenidən müstəqil oldu.
70
 Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım 
istədi
71
  və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy 
tərəfindən qovularaq Şirvana,  Şirvanşahın yanına qaçdı. Baysunqur Fərrux Yasarın və  Şirvan qoşunlarının 
köməyi ilə öz hüquqlarını  bərpa etməyə  cəhd göstərsə  də, h.898 (1492/3)-ci ildə  Bərdə ilə  Gəncə arasında 
Rüstəm bəylə vuruşmada
***
 həlak oldu.
72
 Bu vuruşmada Rüstəm bəylə birlikdə Şeyx Heydərin böyük oğlu 
[228 
- 229]
 Sultanəli də  iştirak edirdi. Baysunqurun tərəfində isə  Fərrux Yasarın oğlu  Şeyxşah, Şirvanın adlı-sanlı 
feodallarından olan Malik Səlim. habelə Şirvan qoşunları vuruşurdu. Sultan Yaqubun digər oğlu Sultan Muırad 
da qardaşı Baysunqurun ölümündən sonra babası Şirvanşah Fərrux Yasara sığınmış və h.903 (1497/8)-cü ilədək, 
Uzun Həsənin digər nəvəsı  Əhməd Mirzənin hakimiyyətindən narazı olan Ağqoyunlu feodar
 
onu Təbrizə 
çağırana qədər onun yanında yaşamışdır.
73
 Bu hadisələrdən sonra Şirvanşah Fərrux Yasar və Sultan Murad 
Səfəvilərin güclənmiş qüclənmiş qüdrətinin qurbanları oldular.  
Şeyx Heydər həlak olduqdan sonra Sultan Yaqub onun və Aləmşah bəyimin üç azyaşlı  oğullarını - 
Sultanəli, İbrahim və  İsrnayılı tutub, əvvəl erməni monastırı Axtamar qalasına, sonra isə  Şiraz yaxınlığındakı 
İstəxr qalasına göndərərək həbsə saldı. Onlar dörd il bu qalada qaldılar. Sultan Yaqubun ölümündən sonra h.897 
(1492)-ci ildə hakimiyyətə keçən Rüstəm bəy Ağqoyunlu bibisi Aləmşah bəyimin xahişilə onları həbsdən azad 
edərək Öz yanına - Təbrizə gətirdi,
74
 Anciolello bu hadisələri başqa cür təsvir edir. Onun təbirincə, Rüstəm bəy 
taxta çıxdıqdan sonra uşaqları  Ərdəbildə tutaraq öldürmək istəmiş, lakin bəzi  əmirlərin arzusu ilə onlar azad 
edilərək Axtamar qalasında saxlanılmışdır. Uşaqlar burada üç il qalmışlar. Rüstəm bəy onların qaça 
biləcəklərindən qorxaraq, Axtamar patriarxının yanına qasid göndərmiş və Şeyx Heydərin uşaqlarını öldürmək 
məqsədilə geri qaytarılmasını  əmr etmişdir. Lakin uşaqlara, xüsusən gözəlliyi və xoş xasiyyəti ilə seçilən 
İsmayıla rəğbət bəsləyən rahiblər üzürlü bəhanə  gətirərək, Rüstəm bəyin  əmrini yerinə yetirmədilər və onları 
təcili Qarabağa göndərdilər. Onlar orada beş il gizləndilər. O vaxt İsmayıl doqquz yaşında idi. Şamaxıya hücum 
edəndə isə onun heç on dörd yaşı da yox idi.
75
 
Yuxarıda göstərdiyimiz kimi, "Şərəfnamə"nin məlumatına görə Ağqoyunlu Rüstəm bəy Şeyx Heydərin 
oğlanlarını azad edib Təbrizə  gətirdikdən sonra Sultanəlini  Ərdəbilə göndərərək ona padşah titulu vermiş, 
Baysunqur və Şirvanşah Fərrux Yasarla mübarizəsində ondan istifadə etmişdir. Baysunqurla və Fərrux Yasarın 
                                                 
*
 Təbərsəran Rubas çayının üstündə, Dərbənddən cənub-qərbdədir. Zirehgəran (zirehqayıranlar), türkcə Köbəçi, Dərbənddən qərbdədir. 
**
 Mətndə Elbrus dağının adı çəkilir (Tarix-i Əmini, s. 79). 
***
 Petruşevskinin yazdığına görə, Baysunqur Gürcüstana qaçmış və sonra hakimiyyətə gəlmək üçün göstərdiyi uğursuz cəhddən sonra 
ələ keçirilmiş və artıq Rüstəmin varisi Əhməd tərəfindən edam olunmuşdur (1497-ci il).
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə