Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   104   105   106   107   108   109   110   111   ...   147

123 
 
Xəlilüllah Bakını abadlaşdırmış,  Şirvanşahlar sarayı kompleksinin bir sıra gözəl memarlıq abidlərini 
tikdirmişdir. Ticarətin qayğısına qalan Xəlilüllah bir sıra karvansaralar tikdirmiş və körpülər saldırmışdır. Onun 
hakimiyyət illəri Şirvanşahlar dövlətinin və Şirvanşahın şəhər həyatının tərəqqisi dövrüdür. 
 
ŞİRVANŞAH FƏRRUX YASAR İBN XƏLİLÜLLAH 
Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büs-bütün darmadağın edildikdən sonra onun 
yerində  Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı  və Qarabağı tutdu. Təbriz 
Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum 
etmək təhlükəsi atası  Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış  Fərrux Yasarı Uzun 
Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə  məcbur etdi. Fərrux 
Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər 
göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını 
dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451-1483) ittifaq bağlamağa çalışırdı. 
Ehtimal ki, 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçısı "Xələf  əl-üməra və-I-əkabir" (əmir və 
əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə  İstanbula göndərmişdi
 
Şirvanşahın  şəxsi 
taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd  Şirvanidən 2 qızıl külçəsi almışdı.  Şirvanşah 
özünə zireh sifariş etmək üçün yuxarıda adı  çəkilən tacirdən 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş 
göndərmişdi.
61
 Ola bilər ki, Şirvanşahın türk sultanı ilə diplomatik münasibətlərə Uzun Həsənin Şirvanı tutmaq 
qorxusu ilə bağlı idi. 
Mənbələrin məlumatına görə 1465-ci ildə  Şirvanşah Fərrux Yaşarın elçisi Həsən bəy Moskvaya 
gəlmişdir.  1466-cı çar III Ivan buna cavab Vasili Papinin başçılığı altında  Şirvanşaha qiymətli hədiyyələrlə 
birlikdə  Şirvana səfarət göndərmişdi. Səfarətin məqsədi ticarətlə yanaşı, Moskva dövləti ilə  Şirvan arasında 
Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi
62

Hakimiyyətin lap əvvəllərində  Fərrux Yaşar Teymur Sultanı  Əbu Səidlə toqquşmalı oldu. Əbu Səid 
h.873 (1468)-cü ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb 
[224 - 225]
 Qarabağa gəldi. 
Sonra o, Şirvanşahdan yardım almaq ümidilə Muğan, Mahmudabad və  Qızılağaca, Xəzər dənizi sahillərinə 
keçib getdi. Fərrux Yasar əvvəlcə  Əbu Səidə kömək göstərərək, onun düşərgəsinə  dəniz yolu ilə  ərzaq 
göndərirdi. Lakin Uzun Həsənin hədələrindən qorxuya düşən  Şirvanşah qəflətən  Əbu Səidə yardım 
göstərməkdən və onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, 
Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. 
Ağqoyunlu dövləti tərəfindən  Şirvanşahlar dövlətinin müstəqilliyinə  təminat verildi. Uzun Həsən  Əbu Səidin 
düşərgəsinə gedən bütün böyük yolları və keçidləri kəsdi. Düşərgədə aclıq başladı. Teymuri qoşunlarındakı atlar 
yemsiz qalaraq, Muğan düzündəki zəhərli otları yeyib kütləvi surətdə  qırılmağa başladılar. Uzun Həsən 
Ərdəbilin seyidi Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən 
ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni sultanla sülh bağlamaq fıkrindən daşındırdı. Onda Uzun 
Həsən  Əbu Səidin sülh bağlamaq üçün gəlmiş adamlarını geri qaytardı. Onlar sultanın ordugahına qayıdıb, 
məlumat verməyə macal tapmamış Uzun Həsənin və onun müttəfiqlərinin saysız-hesabsız qoşunu göründü. Əbu 
Səidin əmirlərinin bir qismi öz istehkamlarını tərk edib düşmənin tərəfinə keçdi. H.873-cü il rəcəb ayının 16-da 
(31 yanvar 1468-ci il) günorta Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı. Uzun Həsənin iki oğlu 
onu təqib edərək yaxaladı  və atalarının qərargahına gətirdi. Müttəfıqlərin müşavirələrində  Şirvan  əmirləri və 
qazıları bundan əvvəl onlarla söhbətdə  Şırvanşahı  xəyanətdə  və Teymuri qoşunlarının məhv olmasında 
 
təqsirləndirdiyi üçün Əbu Səidin edam olunmasını təkidlə tələb edirdilər. Azərbaycanın bütövlüyünü qoruyub 
saxlamaq və Əbu Səidin yenidən hücum edə bilməməsi üçün onun edam olunması alındı. Rəcəb ayının 20-də 
sultan Əbu Səid “əzablı ölüm şərbətini içdi”
63

Uzun Həsən  Şirvanşahla və  Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam 
etdirdi. Uzun Həsən Heydərlə qohum idi, belə ki, Trapezund imperatoru Kalo İohan Komnenin qızı Katerinadan 
(Dəspinə xatun) doğulmuş  qızını  Şeyx Heydərə  ərə vermişdi. Uzun Həsənin bu qızının adı  Həlimə eləcə  də 
Marta idi. Ona Aləmşah bəyim və Baki ağa da deyirdilər.
64
  Həsən h.883  (1478)-cü  ilin ramazan ayında 
öldükdən sonra Şirvanşahın müttəfiqləri ilə münasibətləri dəyişdi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy 
(h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə  Şirvanşahın dayağı idi. O, Fərrux Yasanın 
Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur 
Mirzə  və Murad Mirzə yaxud Sultan Murad adlı iki oğlu olmuşdu.
65
 Sonralar onların hər ikisi babaları 
Şirvanşah Fərrux Yasardan sığınacaq istəmişdilər. Güclənmiş Şeyx Heydər 1483-cü ildə Şirvan yürüş edərkən 
Yaqub bəy qaynatası  Fərrux Yasara hərbi yardım göstərmişdi.  Şirvanda müharibə zamanı  həlak olmuş 
Cüneydin oğlu  Şeyx Heydər dayısı Uzun Həsənin köməyi sayəsində müridlər və sufilər üzərində nüfuzunu 
gücləndirmiş  və mövqeyini möhkəmləndirmişdi.  Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, 
Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər  əleyhinə mübarizə  bəhanəsi ilə 
10.000 süvari qoşun topladı  və sultan 
[225 - 226] 
Yaqubdan Fərrux Yasara məktub gətirməklə ondan Şirvan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə