Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   100   101   102   103   104   105   106   107   ...   147

119 
 
və müstəqil dövlət idi. Qonşu ölkələrin feodalları kömək üçün tez-tez Şirvanşaha müraciət edir və ona 
sığınırdılar. 
Şeyx  İbrahim qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayıs məntəqələrini öz nüfuzuna tabe etdiyi 
Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I Şeyx  İbrahim zamanında Dərbənd və mahalı, 
Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi. Şeyx İbrahimin fərmanı 
ilə XIV əsrin sonu-XV əsrin əvvəllərində Axtı, Miskinçi, Doqquz-para, Mükrək Kürə kəndlərinin, Xakül-Məkə, 
Xınalıq,  əl-Fiy,  əl-Məzə qalalar idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə  həvalə 
edilmişdi. Şirvanın vassalı Məhəmməd bəyin nəsilləri sonralar da həmin ərazini, habelə Kurax və Təbərsəranı 
idarə etmişlər. Şirvanla Dağıstan arasında əlaqələr daha əvvəllərdə də mövcud olmuşdur. Şirvan hakimləri hərbi 
əməliyyatlar və təhlükə zamanı Cənubi Dağıstanda, xüsusilə Təbərsəranda gizləndikləri kimi, Dağıstanın feodal 
hakimləri də Şirvanşahın yanında sığınacaq tapırdılar. Şeyx İbrahim qaytaq usmisinin Şirvana qaçmış oğlunun 
məsləhəti ilə Teymura könüllü surətdə itaət göstərməklə özünün bütün torpaqlarının qoruyub saxlaya bilmişdi.
30
 
Qızıl Orda xanı Şadi bəy onu məhv etmək istəyən Cuci əmiri Yedigeydən yaxasını qurtarmaaq üçün Dərbəndə 
qaçmışdı. O, Şirvanşah  İbrahimin yanında pənah taparaq Şirvanda ölmüşdür. Yedigeyin Şadi bəyin  ələ 
verilməsini tələb etməsinə baxrnayaraq, İbrahim buna məhəl qoymamışdır. Görkəmli dövlət xadimi, cəsur 
sərkərdə və mahir diplomat olan İbrahim Şirvanı güclü və müstəqil dövlətə çevirə bildi. Qara Yusifdən vassal 
asılılığı kağız üzərində qalmış, Şirvan üçün praktik əhəmiyyətə malik olmamışdır. 
Dərbənd  əvvəlki kimi Şirvanşaha məxsus idi. Bunu Dərbənddəki aşağıdakı kitabə  də  təsdiqləyir: 
"Xalqlarının ixtiyar sahibi olan əzəmətli sultan Şeyx  İbrahimin - Allah onun hökmranlığını  əbəbi etsin - 
hakimiyyəti zamanında..."
32
 
Sultan İbrahimin adı daha iki kitabədə də çəkilir: onlardan biri Abşeronun Maştağa kəndindəki  "Birə 
Arğutay məscidinin portalındakı kitabə h.817 (1414/5)-ci ilə, ikincisi - Bakının  İçəri-şəhər hissəsindəki Xacə 
Əmir şah məscidinin qapısı üzərindəki kitabə h.818 (1415/6)-ci ilə aiddir: "Sultan Şeyx İbrahimin oğlu sultanın 
dövründə".
33
 
Şeyx  İbrahimin hakimiyyəti dövründə  Şirvanın  şəhər və  kəndlərində qala binaları, məscidlər, 
karvansaralar, ovdanlar tikilmişdi. Ehtimal ki, Bakıdakı  Şirvanşahlar sarayının tikintisinə  də  Şeyx  İbrahimin 
vaxtından başlanılmışdır. Tanınmış  şairlər və alimlər  Şirvanşahın sarayında yaşayırdılar. Hökmdar onlara 
səxavətlə  hədiyyələr verir, hamilik edirdi. Dövlətşahın verdiyi məlumata görə  məşhur fars şairlərindən biri 
Katibi Turşizi Şirvanşahların saray şairi Bədr Şirvani ilə gorüşmək üçün Şirvana gəlmişdi. Şeyx İbrahim bir şerə 
görə Katibi Turşiziyə 10.000 qızıl dinar bağışlamışdır. Sonralar Katib Turşizi özünün 
[217 - 218]
 savadlı  və 
səxavətli hamisi Şirvanşah  Şeyx  İbrahimi tərk edərək, heç bir diqqət və qayğı görmədiyi Qara Yusifin saray 
şairi olmasına acı-acı təəssüflənmişdir.
34
 Şeyx İbrahimin hakimiyyəti dövründə şəhər mədəniyyətinin, incəsənət 
və poeziyanın dirçəlişi müşahidə edilir. XV əsrin  əvvəllərindən  Şirvanşahlar dövlətinin 100 ilə yaxın davam 
edən müstəqillik və inkişaf dövrü başlayır. 
 
I XƏLİLÜLLAH İBN ŞEYX İBRAHİM 
H.820 (1417)-ci ildə  Şeyx  İbrahimin ölümündən sonra onun yerinə böyük oğlu və varisi Şirvanşah I 
Xelilüllah keçdi. Xelilüllah da atası kimi, xarici siyasətində Qaraqoyunlu hökmdarları ilə  Şiddətli mübarizə 
aparan Teymurilərə meyl göstərmək mövqeyində dururdu. Gənc Xəlilüllah  Şirvanşah taxtına çıxan kimi 
Qaraqoyunlu padşahlarından asılılığını tanımaqdan imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında 
Teymurun oğlu Şahruxla (1405-1447-ci illər) müharibə zamanı qəfil ölümü Azərbaycanın siyasi əhalini dəyişdi 
və köçəri ərnirlərin arasına çaşqınlıq saldı. Onların Qara Yusifin düşərgəsini tərk edərək dağılışdı. Qara Yusifin 
oğlu  İsgəndər (1420-1429 və 1431-1435-ci illər) bu vaxt ağqoyunlu tayfasının başçısı Qara Yoluq Osmanla 
vuruşurdu. Qara Yusifin digər oğlu Cahanşah atasının ölümündən sonra baş verən hadisələrdən xəbər tutaraq 
Şahruxa tabe oldu və Sultaniyyə şəhərini təslim etdi. Təbriz Şahruxun əmiri Əliyə Kükəltaş tərəfindən tutuldu. 
Burada məscidlərdə xütbə onun adından oxunmağa basladı Təbriz tutulandan bir az sonra h.823 (1420)-cü ildə 
Şahrux özü Arazı keçərək Qarabağa qışlamağa gəldi.
35
 Orta Asiyaya və demək olar ki, bütün İrana sahib olan 
Şahrux Qarabağda qışlayarkən bir sıra iri feodallar öz sədaqətini bildirmək və iltifata nail olmaq məqsədilə
 
onun 
görüşünə  gəldilər. Bu feodallar və hakimlər arasında h.823 ci-il zilhiccə ayının 10-da (17 dekabr 1420-ci il) 
Şirvandan bol hədiyyələrlə gəlmiş gənc Şirvanşah Xəlilüllah və onun qardaşı Mənuçöhr də var idi. Xəlilüllah 
çox böyük iltifatla qəbul olunaraq, qiymətli kəmərə  və sultanın digər hədiyyələrinə layiq görüldü. Şahrux 
Xəlilüllahın igidlik və  mərdliyi ilə tanınmış qardaşı  əmir Mənuçöhrü yanında xidmətə götürdü.
36
  Şahruxla 
Şirvanşahlar - Şeyx İbrahim və onun oğlu Xəlilüllah çoxdan müttəfıq idilər. Mənbələr xəbər verirlər ki, Şeyx 
İbrahim hələ 807 (1405)-ci ildə qiymətli hədiyyələrlə Aladağa,  sonra isə Qarabağa Miranşahın oğlu Ömər 
Mirzənin görüşünə gələrək öz sədaqətini bildirmişdi. H.8İ4 (141 l/2)-cü ildə o, qiymətli hədiyyələrlə Şahruxun 
yanına elçilər göndərmişdi."  Şirvanın müstəqilliyinin qorunub-saxlanılması öz mülklərini  İranda və  Cənubi 
Azərbaycanda  Şahruxa məxsus torpaqlar hesabına genişləndirməyə can atan Qara Yusiflə, sonralar isə onun 
oğlu  İsgəndərlə mübarizədə etibarlı müttəfıq tapmağa çalışan  Şahruxun mənafeyinə uyğun idi. Şirvanşahın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə