Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   99   100   101   102   103   104   105   106   ...   147

118 
 
tutan Qara Yusif Təbrizin 2 fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu 
il avqustun 30-da Əhməd və Qara Yusifin qoşunları arasında baş verən  şiddətli vuruşma nəticəsində sultanın 
qoşunları  Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış  Əhməd qaçıb Təbriz 
sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi. Baba əd-Din onu tutub Qara Yusifə verdi, Sultan 
Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar 
Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı. 1413-cü ildə Qaraqoyunlu dövlətinin tərkibində 
şimalda Kür çayına qədər Azərbaycanın böyük bir hissəsi, Ermənistan, Kürdüstan və Ərəb İraqı daxil idi. Təbriz 
bu dövlətin paytaxtı oldu. Baharlılar sülaləsinin başçılıq etdiyi Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə 
qədər davam etdi. Yuxanda qeyd etdiyimiz kimi, sultan Əhməd Təbrizi tərk etməzdən
 
əvvəl  Şirvanşah 
İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. 
Sultan  Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvəri '' gəlib çatdı. Gecə o, Qara Yusifiın 
qoşunlarının qəfil hücumuna məruz 
 
qalaraq  əsir alındı. Qara Yusifin əmri ilə  Kəyumərs  Ərciş qalasında 
saxlanılırdı.  Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi.
26
 Lakin Qara Yusif 
Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərdi və onunla atası  Şeyx  İbrahimə tabe olmaq tələbi ilə 
məktub göndərdi.  Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassalı olmaq 
barədə onunla saziş bağlamasın dan şübhələnərək oğlunu edam etdirdi.
27
 
Kəyumərsin edam olunması  xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o, 
Şeyx  İbrahimin yanına elçi göndərərək tabe olmasını  təklif etdi. Müstəqilliyini itirmək istəməyən  İbrahim 
Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantinlə ittifaqda on iki 
minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim  əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri 
saxlayırdı  və onunla müttəfiq idi. Qələbə çalacağına  əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və 
hədiyyələr bağışladığı vassalları - Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi. Şeyx İbrahim 
[215 - 
216]
 Kür sahilində  düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412~ci il noyabrın 6-dan dekabrın 4-
dək) oldu. Qara Yusifin qüvvələri  Şirvanşahın, gürcü hökmdarının və  şəkili Sidi Əhınədin birləşmiş 
qoşunlarının qüvvəsindən xeyli üstün idi. Vuruşma zamanı müttəfıq qoşunlarının son dərəcə  mərdliklə 
döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları  məğlubiyyətə  uğrayib 
qaçdı. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfıqlərin birləşmiş qoşunu Qara 
Yusifin qoşunları  tərəfindən mühasirəyə alınaraq  əsir götürüldü. Bu an Şirvanşah  İbrahinı atla xəndəyin 
üstündən sıçrayıb keçməyə  cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş  gətirə 
bilməyərək yıxıldı  və qolu sındı. Türkmən döyüşçüsü onun paltarını, atını  əlindən alaraq öldürmək istəyirdi. 
İbrahim özünü nişan verməli oldu. Onda türkmən onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi. 
Gürcü hökmdarı Konstantin, Şeyx  İbrahimin oğlanları  Qəzənfər,  Əsədullah, Xəlilüllah, Mənuçöhr, 
Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı  Şeyx Bəhlul,  Şirvanın adlı-sanlı adamları - qazı  Bəyazid (Əbu 
Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlarda 
əsir alınmışdılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildilər. Qara Yusif sıravi  Şirvan 
döyüşçülərini pulsuz buraxdırdı, gürcü əsirlərin isə edam alınmasını  əmr etdi. Üç yüz aznaur, eləcə  də gürcü 
hökmdarının qardaşı  qılıncdan keçirildi. Özünü məğrur aparan hökmdar Konstantini isə Qara Yusif və  oğlu 
Pirbudaq öz əlləri ilə öldürdülər.  İbrahimi, onun oğullarını  məiyyəti ilə birlikdə  zəncirlənmiş halda Təbrizə 
göndərib zindana saldılar. Qara Yusif Şamaxını,  Şirvanın digər yerlərini və  kəndlərini tarmar edib Təbrizə 
yollandı. O, ölkədən bir milyon mal-qara qovub apardı. Onların böyük bir qismi yolda soyuqdan tələf oldu. 
Təbrizdə Qara Yusif əsir  Şirvanşah  İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq 
tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. 
Sonra Qara Yusif Şirvanşahdan sarayda (ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və 
qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda 
Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq 
verərsə,  Şirvanşahın can bahasını  dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Bu fakt təbrizlilərin 
Şirvanşahlara böyük hörmət və  rəğbət bəslədiklərini göstərir. Qara Yusif buna razı oldu və  təbrizlilər Qara 
Yusifin divanına 1200 tümən məbləğində mal verdilər,  əvəzində isə  Şeyx  İbrahim həmin məbləği  Şirvan 
divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi. Bundan sonra Qara Yusif 
İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu. Şirvanşah Qara Yusifin vassallığını  qəbul etdi və 
ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə 
etmək hüququnu  təsdiq edən fərman aldı.  Şirvanşah  İbrahim və digər  Şirvan  əsirləri h. 816 (1413)-ci ilin 
baharında vətənə qayıtdılar. Qara Yusif Ucana getdi və onun qoşunları  Şirvanı  tərk etdi.
28 
Şirvanşah  İbrahim 
əvvəlki kimi, otuz beş il ərzində hakimiyyət sürdüyü böyük bir dövlətin hökmdarı idi. Şeyx 
[216 - 217] 
İbrahim 
Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h.820(1417) ölmüşdür. Cənnabi, Qaramani və başqa 
müəlliflər  İbrahimin ölüm tarixini h.821-ci il göstərsələr də, Hacı  Xəlifənin "Cahannamə " əsərində onun 
varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir.
29
 Şeyx İbrahimin hakimiyyəti illərində Şirvan güclü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə