114
XIII əsrlərdə Azərbaycanda rəsmi dövlət dili olan ərəb dili ilə yanaşı, fars dili də işlədilmişdir. Tarix, coğrafiya,
fəlsəfə və digər elmlərə dair əsərlərin əksəriyyəti ərəbcə, az bir qismi isə farsca yazılırdı. XI-XII əsrlərdə bütün
Yaxın Şərqdəki kimi, Azərbaycanda şeir və ədəbiyyatda fars dilindən istifadə edilirdi. Ancaq folklor nümunələri
yerli dillərdə yaradılırdı. Ölkənin danışıq dili Azərbaycan-türk dili idi.
Azərbaycanda əlyazması kitabı, bütün müsəlman Şərqində olduğu kimi, tam bir sıra sənətkarın əməyi
ilə yaradılan əsl bədii sənət əsəri idi. Əlyazma kitabının kağızı xüsusi üsulla hazırlanır və cilalanırdı. Sonra
mahir xəttatlar hüsnxətlə əlyazmasının mətnini köçürürdülər. Ən qədim xətt kufı xətti idi. Sonralar nəsx, süls və
s. xətlər yarandı. Kitabın yaradılmasında gözəl xətlə yazan xəttatların rolu xüsusilə böyük idi. Xəttatın adı,
adətən, əlyazmasının kolofonunda göstərilirdi. Yazı texnikasının bədii keyfiyyətləri uzunmüddətli təcrübə
sayəsində əldə edilirdi. Mətn köçürüldükdən sonra əlyazması illüstrasiya üçün ayrılmış yerlər və ayrı-ayrı
səhifələr üzərində işləyən miniatürçü rəssama verilirdi. Kitabın bəzədilməsındə müzəhhiblər, naxış ustaları da
işləyirdilər. Əlyazma kitabı uzərində son işi cildçilər görürdülər. Onlar kitaba dəridən basma-naxışlı, yaxud lak
boyalı üz çəkirdilər.
53
Şirvan və Arranın gözdən keçirdiyimiz dekorativ tətbiqi sənət nümunələrini forma və materiaların
müxtəlifliyinə baxmayaraq dövrün bədii mədəniyyətini və onun yaradıcılarının təfəkkürünü səciyyələndirən
üslub və ideya ümumiliyi birləşdirir. İncəsənət, memarlıq, ədəbiyyat və poeziyanın vüsəti ölkənin sosial-iqtisadi
vəziyyətinin və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bağlı idi.
115
V FƏSİL
DƏRBƏNDİ ŞİRVANŞAHLAR DÖVLƏTİ
XIV-XVI ƏSRLƏRDƏ
§1. Dərbəndi Şirvanşahlar sülaləsi və onların müstəqillik uğrunda mübarizəsi
ŞİRVANŞAH I İBRAHİM İBN SULTAN MƏHƏMMƏD
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd
ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin bir qolu olan
Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus
və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər.
1
Əhməd Qaffarinin məlumatına görə,
Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar
taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı.
2
Onun taxta çıxması haqqında başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan
yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində
yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və
şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları
Şeyx İbrahimi Şirvanşah seçməyi qərar aldılar. "Onlar hökmdarlıq ləvazimatı olan dövlət atları və məiyyətlə
İbrahimin yanına yollandılar. Gördülər ki, o, işləyib yorulduqdan sonra şumlanmış cərgənin yanındakı ağacın
altında yatmışdır. Onlar İbrahimin üzərində çadır qurub şah məiyyəti kimi kənara çəkildilər və onun oyanmasını
gözləməyə başladılar. İbrahim oyananda onu təbrik etdilər və ona sədaqət andı içdilər. Onlar İbrahimi şəhərə
(Şamaxıya) aparıb taxta oturtdular və fəth etməyə başladı, öz təbəələri ilə ədalətlə rəftar etdi, onların ürəklərinə
dinclik gətirib, səxavət göstərdi. Mövqeyi möhtəşəmləndi və o, geniş tanınaraq məşhurlaşdı".
3
Şeyx İbrahim
dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq
müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.
Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan
Əhməd hökmranlıq edirdi.
4
Simaldan Şirvanı Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Şeyx İbrahim bu ağır
siyasi şəraitdə Şirvanın əhvalının ağırlığını böyük uzaqgörənliklə qiymətləndirdi. Teymur Azərbaycana hücum
edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarsısında duruş gətirməyin çətin olacağını
başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək
ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. Hətta, Teymur oğlu Miranşahı
Azərbaycan və Şirvanın, o cümlədən Dərbənd və Bakının hakimi təyin edəndə də İbrahim Şirvanşah adını
qoruyub saxlamağa müvəffəq oldu.
6
Mənbələrdə h.788 (1386)-ci ildə Qarabağa, Şirvanşahın ərazisinə daxil olan
Dərbənddən
[210 - 211]
keçərək Dəşt-i Qıpçağa gedən əmir Teymurun görüşünə gələn İbrahimin davranışı
barədə məlumat verilir. Ərəbşah və Cənnabinin məlumatına görə, İbrahim bundan əvvəl özünün ən inanılmış
adamı - böyük vəzir qazı Əbu Yəzidlə məşvərət etmiş və o, Şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət
görmüşdü. Lakin Şeyx İbrahim təhlükəyə qarşı getməyi qərara aldı. O, Teymurun adına xütbə oxunmasını və
sikkə kəsilməsini əmr etdi və itaətini bildirmək üçün bahalı hədiyyələrlə istilaçının qərargahına yollandı.
7
Monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul
bağışladı və bildirdi ki, doqquzuncu mən özüməm". Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb
ona fəxri paltar bağışladı, Şirvan və Şamaxı hakimi təyin edərək öz torpaqlarına qayıtmasına icazə verdi. Hədsiz
iltifat göstərən Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı və öz xələflərinə Şirvanşahın Övladlarının
əmin-
amanlığının təmin olunmasını vəsiyyət edən fərman verdi.
8
İbrahimin müdrik siyasəti Şirvanı viran
olmaqdan və fəlakətdən xilas etdi. Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz
qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi H.787 (1385/6)-cı ildə Toxtamışın doxsan minlik
ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getdi, oranı qarət
edib həmin yolla da geri qayıtdı
9
Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda
Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah
atasının Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və
Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən
Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl
Ordanın ərazisi Teymurun qoşunları tərəfindən dağıdıldı və qarət edildi.
10
H.798 (1395/6)-ci ildə Toxtamışın
qoşunlarını təqib edən Teymıır Dağıstan ərazisinə girdi və burada Haydak əhalisinin şiddətli müqaviməti ilə
qarşılaşdı. Onlar mərdliklə vuruşsalar da, üstün qüvvələrin təzyiqi altında geri çəkilməyə məcbur oldular.
Teymurun qoşunları vilayəti qəddarcasına talan etdi.
11
Lakin Dağıstanı və ləzgilər ölkəsini 1404-cü ildə təsvir
etmiş Sultaniyyə arxiyepiskopu III İohann de Halonifontibusun məlumatına görə Teymur bu səfərdə
Dostları ilə paylaş: |