112
XI-XIII əsrlərdə şəhərsalmanın inkişafı ilə əlaqədar olar Azərbaycan memarları ifadəliliyi və gözəlliyi
ilə seçilən saraylar qəsrlər, karvansaralar, məscidlər, körpülər və s. tikirdilər. Bakı Abşeronun memarlıq
abidələri tikinti materialına, gözəl yonulmuş sarıya
[205 - 206]
çalan, ağ xırda dənəvər yerli badamdar
əhəngdaşına, ciddi və lakonik formalı bədii-memarlıq üslubuna görə Şirvan - Abşeron qrupunda birləşir. XI
əsrin ibadətxana tikililərinə Bakının İçəri-şəhər hissəsindəki Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbu-bəkr
məscidi aiddir. Məscid çatma tağlı, mehrabı olan düzbucaqlı otaqdan ibarətdir; məscidin şimal divarındakı
ərəbcə kitabədə məscidin "əl-ustad əl-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən “(h.471 (1078/9)-ci ildə tikildiyi
xəbər verilir”.
37
Bu məlumat Şirvan və Arranın şəhərlərində feodal münasibətlərinin inkişafı və onların
böyüməsi nəticəsində şəhər yuxarı təbəqələrinin - tacir silki və sənətkar sexləri rəislərinin şəhərlərin müstəqilliyi
uğrunda feodal hakimləri ilə mübarizə apardığı XI əsrin ikinci yarısında ölkədə baş verən sosial-iqtisadi və
siyasi hadisələri əks etdirir. Kitabədə Şirvanşahın adının çəkilməməsi I Fəribürzün səlcuq işğalçılarına tabe
olduğunu və rəislərin hakimiyyətinin gücləndiyini göstərir.
Yadelli basqınlar və siyasi şəraitin mürəkkəbliyi müdafiə istehkamlarının inşasını şərtləndirirdi.
Abşerondakı bir sıra qalalar və feodal qəsrləri XII-XIII əsrlərə aiddir. Ə. Ə. Ələsğərzadənin fikrincə Şirvanşah I
Axsitanın hökmranlığı dövründə h.583 (1187)-cü ildə Mərdəkan kəndində yuxarı hissəsi maşikullar və merlon
dişciklər ilə bəzənmiş divarla dövrələnən və tinlərində yarımbürcləri olan düzbucaqlı həyətin ortasındakı iyirmi
iki metrlik prizmaşəkilli möhtəşəm dördkünc qülləli qala
*
tikilmişdir. Onun yaxınlığında h.600 (1204)-cü ildə
memar Əbdülməcid ibn Məsud tərəfindən tikilən və yerli memarlıq tipinin sabitliyini göstərən başqa bir qala
ucalır. Onun donjonu yuxarı hissəsi maşikul və merlonlarla bəzədilmiş azacıq nazikləşən daş silindir olub daha
zərif formaya malikdir.
38
Şirvan-Abşeron məktəbinin müdafiə tikililərinin memarlığında Bakının İçərişəhər
hissəsində, dənizə doğru dikinə uzanan sahil qayasının çıxıntısı üzərində inşa edilmiş Qız qalası qeyri-adi xüsusi
yer tutur. Onun islamaqədərki dövrdə ibadətgah kimi tikildiyi
39
XII əsrin son rübündə (ehtimal ki, 1175-ci ildə)
Şirvanşah I Axsitan Abşeronu və Bakını fortifikasiya istehkamları ilə möhkəmləndirərkən tikintisini başa
çatdırıldığına və dəyişdirilərək müdafiə qalasına çevrildiyinə dair mülahizə irəli sürülmüşdür. Lakin nə
məqsədlə tikildiyini qəti təyin etmək üçün istər qalanın daxilində, istərsə də xaricində arxeoloji tədqiqatlar
aparılmalıdır. Xaqaninin (XI əsr) Şirvanşah I Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində Xorasanın
yenilməz Bestam şəhəri ilə müqayisə edilən Bakının alınmaz qala kimi əhəmiyyəti qeyd olunur.
40
Şeirdə
Xaqani Şirvanşah I Axsitanın inşa etdirdiyi qala tikililərinə işarə edir. Məlumdur ki, XII əsrdə Bakı Axsitanın
atası III Mənuçöhrün tikdirdiyi, yaxud bərpa etdirdiyi qala divarları ilə əhatələnmişdi. Göstərilən qəsidədə isə,
ehtimal ki, söhbət Qız qalasından gedir.
XII-XIII əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb yaratdığı Şirvanda memarlıq
inkişaf edirdi. Mənbələrdə Şamaxının yaxınlığındakı XII əsrdən xeyli əvvəl tikilmiş və o vaxtlar inşası başa
çatdırılan Gülüstan qalası
41
, Buğurt qalası və bir sıra digər qala və bürclər qeyd olunur. Monqol istilasından
sonra (təqribən 1239-cu il) Şirvanda XIII əsrin
[206 - 207]
sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki,
bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıntıya məruz qaldığını göstərir. Lakin artıq XIV əsrin
əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır (Nardaran,
Ramana qalaları və s.) XI-XIII əsrin birinci yarısında ölkədə bədii mədəniyyətin ümumi yüksəlişi ilə bağlı
tətbiqi sənət xeyli inkişaf etdi. İncəsənət əsərləri səviyyəsində olan bir sıra bədii sənətkarlıq məmulatı - Şamaxı
və Şəkinin ipək parçaları, metal qab-qacağı və zərgərlik məmulatı, Beyləqanın gözəl şirli saxsı qabları, Şirvanın
bir sıra şəhərlərinin naxışlı xalçaları və s. incəsənət əşyaları Yaxın Şərq ölkələrinə ixrac edilirdi.
Ermitajın zəngin kolleksiyası içərisində tuncdan tökülmüş Şirvan lüləyinin heykəl qrupu diqqəti cəlb
edir. Bıı nəfis su qabı donqarlı inək və onu əmən buzov təsvirindən ibarətdir. İnəyin belinə sıçrayıb onu
parçalayan şir dəstək rolunu oynayir o gümüşlə inkrustasiya edilmiş, üzərində nəbati naxışlar, insan heyvan
fiqurları təsvir olunan haşiyələrlə bəzədilmişdir. İnəyin boynundakı kitabədə yazılır: "Bu inək, buzov və şirin
hər üçü bür şəkildə tökülmüşdür..." Kitabədə sifarişçinin, sahibinin, habelə nəqqaşın - Əli ibn Məhəmməd ibn
Əbdül Qasımın adları çəkilir v h.603 (1206)-cü il məhərrəm ayı tarixi göstərilir. Son dərəcə ifadəli, dinamik və
orijinal əsər olan bu heykəlcik onun yaradıcısının yüksək bədii sənətkarlığını göstərir.
42
Şirvanşahlar sarayında XII əsrə aid edilən təbəqədəki quyularının birində bədii cəhətdən orijinal şəkildə
işlənmiş tunc çıraq tapılmışdır. Çıraq bədii tökmə şəklində təsvir olunan süvari, ata hücum edən yırtıcı heyvan,
iki öküz başı, pişikkimilər fəsiləsindən on dörd iri vəhşi heyvan başı, iki relyefli insan üzü və digər detallarla
bəzədilmişdir. Çırağın uzunluğu 18 sm, hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mum texnikası əsasında
düzəldilmişdir.
43
Bədii sənətkarlıq növlərindən biri də şirli keramikadır. Tədqiqatçılar Beyləqan keramikasının
gözəlliyini, bariz ifadə olunmuş özüllülüyünü və orijinallığını, habelə, Beyləqan dulusçularının, xüsusilə XI-
XIII əsrin birinci rübündə tətbiqi sənət sahəsində yüksək səviyyəyə nail olduqlarını qeyd edirlər. XII əsrin
məharətlə işlənmiş relyefli nəbati dairələr fonunda yaşıl zolaqlı boşqab və kasaları, parlaq polixrom naxışları,
*
L. S. Bretanitski və L. Q. Mamikonov bu qalanı XIV əsrin ortalarına aid edirlər.
Dostları ilə paylaş: |