Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   97   98   99   100   101   102   103   104   ...   147

116 
 
məğlubiyyətə  uğramışdır: "Teymurləng yüz minlik qoşunla bu dağlara, onların ölkəsinə soxulmağa cəhd 
göstərdi. Lakin onlar ordunu qalın meşənin qabağında qarşılayıb, düşməni elə ağır tələfata uğratdılar ki, Teymur 
geri çəkilməyi əmr etdi. Bu hökmdar Dəmir Qapıdan keçmək qərarına gələndə başa düşdü ki, o, ilk növbədə, 
həmin ölkəni yalnız sülh yolu ilə tabe etdikdən sonra Böyük Tatarıstana soxula bilər".
12 
Teymur dəfələrlə 
Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və  şimala getmiş  və  həmin səfərlərdə  Şeyx  İbrahim  Şirvan 
qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.798 (1396)-cı ilin baharında Həştərxana 
səfərdən geri qayıdarkən Teymur Dərbəndə  gəlib çıxır. Teymurun salnaməçisi  Şərəf  əd-Din  Əli Yəzdi 
Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar 
köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt 
və  əzəmətlə qayıtması  xəbəri 
[211 - 212] 
aləmə yayıldı".  Şəbərana çatan Teymur sonra Şamaxıdan keçib Kür 
çayının sahilində dayandı.  Şeyx  İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb böyük ziyafət düzəltdi. 
Ziyafət zamanı Şeyx İbrahimə bahalı paltar, qiymətli kəmər və qılınc bağışlamışdı. Onun Şirvana və ona tabe 
olan torpaqlara sahiblik hüququnu - Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı 
tapşırdı. O vaxt Dərbənd şirvanşahın torpaqlarına daxil idi. Teymur buradan qoşunları ilə Kürü və kecib Ağdam 
adlı yerdə dayandı. Teymur torpaqları  Qızıl Orda ərazisi ilə  həmsərhəd olan Şeyx  İbrahimin  şəxsində 
müttəfiqini görməkdə maraqlı idi. Buna görə  də Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu 
tabeliyində olan digər feodallar arasında fərqləndirirdi. Zəhmli Teymurun etimad və dostluğunu qazanmış 
İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi. İri feodallar, 
məsələn, orlat tayfasından olan atası Sidi Əli gürcülərlə birlikdə Teymurun hökmranlığına qarşı çıxmış və bu 
mübarizədə  həlak olmuş  Şəki hakimi Sidi Əhməd, dəfələrlə Teymurun himayəsinə keçmək xahişilə  Şeyx 
İbrahimə müraciət edirdi. Bu zaman Şəki müstəqil feodal mülkü idi. Şeyx  İbrahim Sidi xahişilə Teymurdan 
onun bağışlanmasına, hətta varislik hüququnun bərpa edilməsinə nail olmuşdu.
13
 
Yeddiillik müharibə (1399-1405-ci illər) zamanı Teymur Kiçik Asiyaya (Ruma) Osmanlı sultanı 
Bəyazidə qarşı yürüş etdi. Bu müharibədə Teymurun tərəfində  Şirvanşah  İbrahim də  iştirak edirdi. Tarixçi 
Şəmsəddin Məhəmməd əs-Səxəvinin (1427-1497-ci illər) məlumatına görə Teymur h.803 (1400)-cü ildə əş-Şam 
(Suriya) torpaqlarına daxil olarkən onu müşayiət edən  Şeyx  İbrahim Hələbə  gəlmişdi. Sonra Şirvanşah öz 
ölkəsinə qayıdaraq hökmranlığını davam etdirdi.
14
  Həmin səfərdən bir az sonra Teymur Gürcüstana yollandı. 
Teymurun Gürcüstana 1399 və 1402-ci illərdəki yürüşlərində onu İbrahim və Sidi Əhməd öz qoşunları ilə 
müşayiət etmişdilər. Teymur gürcülərə amansız divan tutdu, yol boyu qalaların müqavimət göstərən  əbalisini 
qılıncdan keçirdi. Teymur qiymətli hədiyyələr göndərərək, bac və  xərac verməyi boynuna götürməklə 
 
bağışlanmasını diləyən gürcü hökmdarı Georginin elçilərini rədd etdi. Yalnız Şeyx İbrahim iltimas edərək gürcü 
hökmdarı Georgiyə zamin durduqdan sonra Teymur onu bağışladı  və üzərinə  ağır xərac qoydu. Gürcü 
hökmdarları xəzinəsindən qiymətli daş-qaş alan Teymur Gürcüstanı tərk etdi. Kürü keçən Teymur monqolların 
dağıtdığı Beyləqanın bərpa olunması haqda əmr verir və sonra Arazdan suvarma kanalı  çəkdirərək Qarabağa 
getdi.
16 
 
Teymurun vassalı olan İbrahim onun adından sikkə

kəsdirir. XIV əsrin sonlarında  Şirvanın bir sıra 
şəhərlərinin  –  Bakının,  Dərbəndin,  Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə  zərb 
olunurdu.  
Şeyx  İbrahim türkmənlərin, Cəlairilərin, Cucilərin və Teymurilərin Azərbaycan - Arran və  Şirvan 
uğrunda  şiddətli mübarizə apardıqları dövrdə hakimiyyət sürmüşdür. O, çevik siyasət yeridir müstəqilliyini 
nəzərə çarpdırmaqla bu hökmdarlar arasında manevr edir, gah faktiki, gah da nominal surətdə onlardan özü 
üçün  ən təhlükəlisinə tabe olurdu. Buna görə  də, onun vaxtında  -  h.79-792 (1388/9-1389/90)-ci illərdə  və 
sonralar, XIV əsrin sonlarında Bakı, 
[212 - 213]
 Şamaxı, Şəbəran, Dərbənd, Mahmudabad, Güştəsbi şəhərlərində 
kəsilən  Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın adından zərb olunurdu. Hətta, hücumlardan xilas 
olunduqdan sonra belə  İbrahim XV əsrin  əvvəllərində öz adını göstərmədən anonim sikkələr kəsdirməyə 
başlayır.
17
 Mənbələrdə Teymur Şirvan ərazisindən keçib gedərkən İbrahimin düzəltdiyi təntənəli ziyafətlərdən 
xəbər verirlər.  İbrahim Teymura qiymətli daş-qaş, gözəl kənizlər və  oğlan uşaqları, qızıl zireh və  kəmərlər, 
qiymətli zərxara parçalar, silah və minlərlə at hədiyyə etmişdi.
18
 Lakin mənbələrdə  İbrahimin başqa vassallar 
kimi Teymurun xəzinəsinə verdiyi xərac barədə  məlumat yoxdur. Ehtimal ki, o, xəracdan azad olunmuş, 
qiymətli hədiyyələr verməklə kifayətlənmişdir. İbrahim əslində, zəngin və inkişaf etmiş ölkənin müstəqil hakimi 
olmuş  və Teymura tabe olan feodallar arasında xüsusi mövqe tutmuşdur. Onun çevik siyasəti və qüdrətli 
Teymura meyl etməsi sayəsində Şirvan bu işğalçının qoşunları tərəfindən dağıntıya məruz qalmamış və əvvəlki 
kimi inkişaf etmişdir. Şirvan əhalisinin Şirvanşahın xəzinəsinə verdiyi vergi və töycülər qonşu ölkələrdəki qədər 
ağır deyildi.
19
  Şirvanın  şimal tərəfdən təhlükəsizliyi Toxtamışın darmadağın edilməsi və Teymurun h.797 
(1395)-ci ildə  Dərbənddən keçərək Qızıl Orda ərazisinə hücum etməsi ilə  əlaqədar uzun müddətə  təmin 
olunmuşdu. 1403-cü ilə  qədər Teymur bir neçə  dəfə Qarabağ  və  Şirvandan keçərək Gürcustana və  Dərbənd 
arxasına gedib-gəlmiş və çox vaxt Qarabağda və Muğan düzündəki Mahmudabadda qışlamışdı.
20
 Teymurun və 
bundan sonra Teymurilər arasında baş verən çəkismələr nəticəsində    İbrahim  asılılıqdan  qurtardı.  İbrahimlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə