Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   74   75   76   77   78   79   80   81   ...   147

89 
 
xeyirxah  əməllərindən parladı. Çoxlu evlər tikildi və  əyanlar [bozargan] oraya köçdülər. Orada [şəhərdə] bol 
nemətlər və çoxlu bazar yerləri vardır. Oranın mallar: gəzz-gəşide
**
 yaxşı nar, üzüm, portağal (narənc); kəklik, 
qırqovul, balıq çoxdur. Yerli mallar, Şirvan və  Dərbənd (malları) boldur. Oranın havası  cənnət havasını 
xatırladır: nə soyuqdur, nə də isti.. [Şəhər] şahların daimi yaşayış yeri idi".
27
 Arranın başlıca şəhərlərindən olan 
Beyləqanın bu təsviri  şəbərin Eldəgizlər zamanında, onu viran qoyan monqolların hücumu ərəfəsində yüksək 
inkişaf səviyyəsinə  çatdığını göstərir. 
Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində  şəhər təsərrüfatı iqtisadiyyatının və  sənətkarlıq 
istehsalının yüksək səviyyəsini təsdiq edən xeyli materiallar əldə olınmuşdur.  Şəhər sənətkarlığının bir çox 
sahələri - metalişləmə, ipəkçilik, xalçaçılıq, toxuculuq, dulusçuluq, zərgərlik,  şüşə istehsalı, daşişləmə, 
ağacişləmə, dabbaqlıq intensiv şəkildə inkişaf edirdi. XI-XIII əsrin  əvvəllərində ölkəni başqa  şəhər və 
vilayətlərinə  də aparılan  şirli saxsı qablar, kərpic və kaşı istehsalı xüsusilə vüsət almışdı.  Şirli qabların dekor 
texnikası son dərəcə yüksək səviyyəyə çatmışdı. Bu qabların valehedici koloriti istedadlı naxışçəkən rəssamların 
olduğunu göstərir. Zərgərlik sənəti də  səviyyəcə ondan geri qalmırdı. Beyləqan zərgərləri qızıl emalına da 
mürəkkəb texniki üsullar - məftilçəkmə, danə düzmə, cilalanmanın təkmilləşdirilməsi və s. - tətbiq edirdilər. 
Beyləqan ustaları  şüşə  məmulatı istehsalında da böyük uğurlar qazanmışdılar. XII-XIII əsrlərdə Beyləqanda 
feodallar və əyanlar üçün böyük evlər (köşklər) tikmiş təcrübəli bənna-memarlar var idi. Arxeoloji materiallar 
və mənbələrin məlumatları əsasında XI əsrin sonu-XIII əsrin əvvəllərində Beyləqanda inkişaf etmiş otuzdan çox 
sənət və peşənin siyahısı tərtib olunmuşdur. Bunlar dəmirçilər, silahqayıranlar, misgərlər, zərgərlər, qalayçılar, 
daşyonanlar, bənnalar, rəngsazlar, ağacişləmə ustaları,  əhəngçilər, kankanlar, dülgərlər, xarratlar, dulusçular, 
şüşə ustaları, toxucular, ipəkçilər, boyaqçılar, yunqırxanlar, daraqçılar, dərzilər, paltaryuyanlar, nəqqaşlar, 
dabbaqlar, çəkməçilər, pinəçilər, sərraclar,  əttarlar,  əczaçılar, çörəkçilər, baqqallar, qəssablar, dəlləklər, 
yağçalanlar, çaxırçılar, hamballar idi.
28
 Bu, XI-XIII əsrin əvvəlində təkcə Beyləqanda yox, habelə Şirvanın digər 
şəhərlərində də mövcud olan sənətkarlıq sahələri və peşələrin heç də tam siyahısı deyildir. 
Feodal şəhəri onu kənd təsərrüfatı məhsulları və sənaye xammalı ilə təchiz edən ətraf kəndlərlə, aqrar 
sahə ilə  sıx bağlı idi. Şəhər də, öz növbəsində, kəndistanı  sənətkarlıq məmulatı ilə  təmin edirdi.Beyləqan, 
Şamaxı  və  Dərbənd  əhalisi  şəhərətrafı yardımçı  təsərrüfatla məşğul olurdu. Şəhərin  ətrafında üzümlüklər və 
meyvə bağları salınmışdı. Sənətkarlığın inkişafı XI-XIII əsrlərdə ticarətin inkişafına təkan verirdi. Beyləqanda 
hazırlanmış  bədii  şirli qablar Şamaxıda, Bakıda və  Şirvanın digər  şəhərlərində geniş yayılırdı.Beyləqanda, 
Şamaxıda, Bakıda çoxlu miqdarda sikkələrin və pul dəfinələrinin 
[165 - 166]
 tapılması Azərbaycanın müxtəlif 
şəhərləri və Yaxın Şərqin digər ölkələri ilə ticarət əlaqələri saxlandığını göstərir. Beyləqanda satılan Şirvan və 
Dərbənd malları, əsasən, Şamaxıdan gətirilən qiymətli qunduz, samur, sincab xəzləri, qul və cariyələr, Şəbran və 
Şamaxı ipəyi, Bakı nefti, duz və sairdən ibarət idi. XII-XIII əsrlərdə Beyləqana və başqa şəhərlərə İranın Rey və 
Kaşan xeyli İran saxsı qabları, Suriyadan şüşə  məmulatı  gətirilirdi. Beyləqanda,  Şirvan və Arranın digər 
şəhərlərində tapılmış coxlu saxsı qablar İranla ticarət əlaqələrinin mövcud olduğunu göstərir. Müxtəlif ölkələrə 
məxsus XII-XIII əsrlərə aid külli miqdarda sikkə Beyləqan, Bakı,  Şamaxı  və  Dərbəndin qonşu  şəhərlər və 
həmsərhəd ölkələrlə ticarət əlaqələrinin artdığını təsdiq edir. Burada böyük miqdarda (1500-dən çox) Eldəgəz 
sikkələri ilə yanaşı, gürcü, Şirvanşahlar, Dərbənd məlikləri, Bizans, Kiçik Asiya səlcuqiləri, Əhər məliklərinin 
sikkələri aşkara çıxarılmışdır. Beyləqanda mis sikkə kəsilən zərbxana var idi. O vaxtlar Beyləqandan aşağıdakı 
karvan yolları keçirdi: Beyləqan - Ərdəbil, Beyləqan - Gəncə, Beyləqan - əl-Bab (Bərdə  və  Şamaxıdan 
keçməklə).
29
 Göstərilən materiallar XII-XIIl əsrin  əvvəllərində Beyləqanın və  Şirvanın digər  şəhərlərinin 
iqtisadi və təsərrüfat həyatının çiçəkləndiyini göstərir. 
Şirvanın bir sıra digər  şəhərlərinin də  həmin dövrdə  tərəqqi etməsi "Əcaib  əd-Dünya"da  əksini 
tapmışdır. Naməlum müəllif dəniz sahilində dar bir sahədə yerləşən  Şirvan  əyaləti haqqında danışaraq yazır: 
“Adil Nuşirəvan (onu) abadlaşdırdı. Onun (Şirvanın)  əhalisi acgöz və etibarsızdır, onlar qara papaq qoyur. 
Oranın malları: cariyə qızlar, türk qulları, qoyun, balıq və çoxlu qara neftdir”. XIII əsrin əvvəllərində Şirvanda 
və Arranda böyük miqdarda türklərin mövcudluğu Səlcuq istilası  və ölkədə Eldəgəzlərin qoşununun, habelə 
həmin vaxtlarda qıpçaqların, buraya basqınlar edən çoxlu qıpçağın olması ilə bağlı idi. Əsir türkləri, kişi və 
qadınları Dərbənd, Şamaxı və digər şəhərlərin qul bazarlarında satırdılar, Şirvanın, paytaxtı Şamaxıdan Arranda 
çox möhkəmləndirilmiş şəhər kimi bəhs olunur: Əhali son dərəcə təəssübkeş möminlərdir",
30
  
Orta  əsrlər  Şamaxısında aparılan arxeoloji qazıntılar nəticəsində bürc və ona bitişik qala divarlar ilə 
birlikdə şəhər iç qalasının qalıqları  aşkar edilmişdir. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş divarlarının 
qalınlığı 2,5 metrə çatır.
31
  Şamaxı  şəhəristanının mədəniyyət qalıqları ilə  ən zəngin təbəqəsi XII-XIII əsrlərə 
aiddir. Onun qalınlığı 2 metrdir. Burada yaşayış evlərinin qalıqları, otaq və döşəmələrinin hissələri aşkar 
edilmiş, çoxlu miqdarda şirli və saxsı və şüşə qab qırıqları tapılmışdır. Şirli keramikanın əksəriyyəti bir və çox 
rəngli, qrafık və  həndəsi naxışlardır.
32
Qabların bəzilərində orta əsrlər  Şirvan və Arran şəhərlərinin keramika 
məmulatlarında rast gəlinən dulusçuluq emalatxanasının möhürü onların bir qismi isə  Şamaxı keramika 
                                                 
**
 Gəzz-gəside−tikmə naxışlı ipək parça. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə