Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   79   80   81   82   83   84   85   86   ...   147

94 
 
gəmi dayanacağı  olan  şəhər və yerlər də qeyd olunmuşdur: Mahmudabad (Mamutağa),  Güştəsbi (Gostazz), 
Pirallahı (Cap de Preala).
29
 Həmdullah Qəzvin bununla əlaqədar 1340-cı ildə xəbər verir: "Bakının qənşərindəki 
Allah  Əkbər adası hal-hazırda məskundur və bu dənizin limanıdır"
30
  Xəritədə onun yaxınlığında Beşbarmaq 
(Barmachu),  Şamaxı (Xamay) sonra isə  Dərbənd və  Həştərxan göstərilir. XIV əsrin sonlarınadək ipək, ipək 
parçalar, xalçalar, ədviyyat və digər mallar Şirvandan Zaqafqaziya və Ön Asiya ölkələrindən Bakı və Dərbənd 
vasitəsilə Həştərxana, Qızıl Orda, Rusiya və Avropaya aparılırdı. Artıq XIII əsrdən İtaliya və Fransaya böyük 
miqdarda Gilan və Şirvan ipəyi ixrac olunurdu.
31
 
Rəşidəddinin məlumatına görə  Şirvan  şəhərləri ilə Rus ölkəsi arasında ticarət  əlaqələri XIV əsrin 
əvvəllərindən müşahidə olunur. Bu dövrdə  Şirvan  şəhərlərində, xüsusilə  Şamaxıda Rus ölkəsindən gətirilən 
müxtəlif qiymətli xəzlərdən çoxlu məmulatlar - samur yaxalıq, kürk üçün vaşaq, sincab, dələ və tülkü xəzindən 
astarlıq hazırlanırdı.
32
 Qazan xan vaxtında  Şirvan vilayətindən və  Şamaxı  şəhərindən alınan natural vergi 
divanın illik natural verginin həcminə dair tərtib etdiyi siyahı üzrə Rus ölkəsindən gətirilən qiymətli xəzlərlə 
ödənilirdi.  Şirvanın hakimi - Şirvanşah qiymətli xəzlərə  və bostan məhsullarına qoyulan vergiləri Elxanilərin 
divanına vermək üçün yığırdı.  Şirvan və Azərbaycanın beynəlxalq ticarət  əlaqələrini istər  Şamaxı, Bakı, 
Beyləqan, istərsə mübadilədə iştirak edən digər şəhərlərin ərazisindən tapılan müxtəlif pul dəfinələri və sikkələr 
də  təsdiqləyir.  Şərq ölkələri ilə  Qərb arasında  Şirvandan ötüb gedən böyük qədim beynəlxalq tranzit ticarət 
yolları Abşeron yarımadasının yaxınlığından keçirdi. XI-XIV əsrlərdə  və sonralar Şirvan Hindistan və Çinlə 
bağlayan dünya ticarəti cənub quru yolu ilə - Orta Asıya, İran və Azərbaycanın cənub vilayətləri vasitəsilə və 
şimal yolu ilə
 
- Xəzər sahili boyunca Dərbənd keçidinin yanından ötüb xəzərlər
 
ölkəsinə  və. i.a. həyata 
keçirilirdi. Digər bir magistral yol Araz boyunca keçib Ermənistandan Suriyaya və Mesopotamiyaya gedirdi. 
Çindən və Hindistandan Orta Asiya vasitəsilə  Xəzər dənizinə  qədər karvan yolu da var idi. Mallar buradan 
dəniz, Kür və Rioni çayları vasitəsilə Qara dəniz  sahillərinə  çatdırılır, oradan isə Bizansa göndərildi.
33
 Abşeron 
və Bakı, habelə  Şamaxı baş ticarət yollarına həmin  şəhərlərdən dəniz sahili boyunca və sonra birbaşa qərbə 
doğru gedərək, Qobustandan keçib Şamaxıya çıxırdı (Şirvan yolu deyilən yol). Nəhayət, üçüncü yol ikincidən 
şimal-qərbə, yarımadasının şimal hissəsi istiqamətində ayrılır və sonra Dərbəndə gedən baş ticarət magistralı ilə 
birləşirdi.
34
 Göstərilən bu qədim yollar sonrakı əsrlərdə də öz 
[174 - 175]
 əhəmiyyətini itirmədi. Ticarət yolları 
üstündəki  şəhərlər monqol hücumlarının törətdiyi dağıntıdan sonra tədriclə  bərpa olunmağa başladılar, 
Zəkəriyyə əl-Qəzvininin 1275/6-cı ildə verdiyi məlumata görə Beyləqan həmin vaxtda bərpa edilmişdi. Lakin 
bundan azacıq sonra o yenidən tənəzzülə  uğradı. Zəkəriyyə  əl-Qəzvini Muğandan Azərbaycanda kəndləri və 
otlaqları olan, Ərdəbildən Təbrizə gedən yoldan şimalda yerləşən və isti iqlimə malik geniş vilayət kimi bəhs 
edir. "Muğanda geniş otlaqlar və bol ot olduğundan burada türkmənlər yaşayırdılar. Hal-hazırda tatarlar 
(monqollar S. A. ) Muğanı öz qışlaqlarına çevirdiyindən türkmənlər oradan köçmüşlər". Zəkəriyyə əl-Qəzvini 
Şirvan vilayətində mohkəmləndirilmiş Buğurt qalasından danışır: "Bu qalada daş  təsvirlər və heykəllər var. 
Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumət evi [dar əl-imarə] var. Onıın qapısında 
yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. 
On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır". Göründüyü kimi, Şirvanşahlar 
bu vaxtlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında saxlayırdılar. Bu 
parçada Buğurt qalasını  bəzəyən barelyef və daş heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər 
heykəltəraşlıq təsvirləri  Şamaxıdakı Gülüstan qalasmda, Bayıl buxtasındakı qalada da var idi. Ehtimal ki, bu 
heykəltəraşlıq təsvirləri, qədim  ənənəyə görə, dövlət idarəsinin dar əl-imarə"nin, yaxud Şirvanşahın 
iqamətgahının yerləşdiyi qalaları  bəzəyirdi.  Şirvan haqqında Bab əl-Əbvab yaxınlığında, hakimi Axsitan 
(ehtimal ki, II Axsitan – S. A. )  adlanan müstəqil vilayət kimi bəhs edilir. Əl-Qəzvini bəzi ilahiyyatçıların 
sözlərinə istinadən  Şirvanda bir at mənzili uzunluğunda olan yeri təsvir edir. Həmin yerdən gündüz tüstü,  
gecələr isə od çıxır. Bu torpaq çubuq sancsan, dərhal yanar. Adamlar bu torpaqda çala qazır, vurulmuş  ət 
qazanlarını oraya qoyur və xörək öz-özünə bişir yaxınlığındakı odların təsviri "Cahannamə"nin (təqribən 1210-
cı il) Abşerondakı Suraxanı kəndinə və yanar qazlara aid məlumat xatırladır. Əl-Qəzviniyə görə, XIII əsrin son 
rübündə Bakı rayonunda xeyli neft hasil edilirdi. Lakin onun Bakı yaxınlığında çoxlu neft hasilatına dair 
məlumatı Əbu Düləfin (X əsr) "İkinci risalə" əsərindən götürülmüşdür.
35
 
Həmdullah Qəzvini 1340-cı ildə Şirvan şəhərlərinin XIV əsrin birinci yarısının sonlarındakı vəziyyətinə 
dair qısa məlumat verir O, Bakı haqqında yazır ki, şəhərin iqlimi istidir və orada əsasən dənli bitkilər becərilir. 
Sonra Bakının yaxınlığındakı sahələrdə qazılmış çoxlu quyudan kustar yolla neft çıxarılmasının təsviri gəlir. 
Quyu neft mənbəyinin səviyyəsinə çatanadək qazılırdı. Neft quyuya sızıb dolan suyun səthinə  yığılırdı. 
Ənuşirəvanın tikdirdiyi Şamaxı Şirvanın baş şəhəridir. Onun iqlimi isti olub, vilayətin başqa yerlərindəkindən 
daha sağlamdır. Dərbəndin yaxınlığındakı  Qəbələ  şəhəri Sasani şahı Qubad tərəfindən salınmışdır. Orada əla 
ipək istehsal olunur, habelə buğda və digər dənli bitkilər becərilir, Firuzabad, yaxud Firuz-Qubad, Yaqutun 
dediyinə görə, Dərbənd yaxınlığında qəsəbədir. O, yumşaq iqlimi ilə məşhurdur. Onun ətrafında çoxlu ürəkaçan 
yerlər var. Şəbəranı Ənuşirəvan saldırmışdır. Oranın iqlimi isti, suyu isə pisdir. Burada buğda və digər bitkilər 
becərilir.
36 
[175 - 176]
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə