Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   49   50   51   52   53   54   55   56   ...   147

63 
 
Sikkədə sultan Məhəmmədin adının çəkilməsi  Şirvanşahın  İraq səlcuqlarına tabe olduğunu göstərir. 
Lakin  əl-məlik titulu və  Mənuçöhrün atasının - Fəribürzün adının çəkilməsi  Şirvanşahın hakimiyyətinin 
möhkəmləndiyinə  dəlalət edir. Məlik  şahın oğlu, Arranı öz torpaqlarına birləşdirmiş  Gəncə hakimi sultan 
Məhəmmədin hakimiyyət dövrü o zaman dövlətin başında duran qardaşı Börküyarıq əleyhinə üsyan qaldıraraq, 
onunla hakimiyyət uğrunda ara müharibə aparması ilə  səciyyələnir. Qardaşının ölümündən sonra sultan 
Məhəmməd h.498-ci ildən 511-ci ilədək (1105-ci ildən 1116-cı tekbaşına baş sultan olmuşdur.
35
 II Mənuçöhrün 
adı ilə kiçik pullar da var. Onların bir tərəfində titulsuz Mənuçöhr, digər tərəfində isə  Məlik  şah 
(Y. A. Paxomovun fıkrincə, II Malik şah) [təqribən h.498 (1104/5-ci il] adları çəkilir. Lakin Kuyumcan onları 
III Mənuçöhrə aid edir.
36
 I Fəribürzün oğlu II Mənuçöhr haqqında və kitabədən başqa, hələlik, heç bir məlumat 
yoxdur. 
[118 - 119]
 
 
I ƏFRİDUN İBN I FƏRİBÜRZ 
I  Əfridunun (yaxud Fəridun) adına hələlik sikkə tapılmamışdır.  Əfridunun adı yalnız III Fəribürzün 
əcdadı kimi Pirsaat çayı üstündəki xanəgahın giriş baş tağındakı kitabədə xatırlanır. Kitabənin tarixi h.641 
(1243/4)-ci il göstərilir. Orada deyilir: "Bu binanın tikilməsi müdrik, adil, müəyyəd, müzəffər, dünya və dinin 
ucası, islamın və müsəlmanların məliki, məlik və sultanların tacı  Əbü-1-Müzəffər Fəribürz bin Gərşasi, bin 
Fərruxzad, bin Mənuçöhr... və i.a. varisi Cəm  Əfridunun zamanında  əmr edilmişdir"
37
. Bu kitabəyə görə, 
Əfridun III Fəribürzün ulu babasının atasıdır.
38
 Onun adı, habelə III Mənuçöhrün sikkələrində yalnız 
sonuncunun atasının adı kimi çəkilir. O, Xaqaninin I Axsitanın arvadı  şahzadə  İsmət  əd-Din Səffət  əl-İslama 
ithaf olunmuş mədhiyyəsində da xatırlanır: "Mən şəhid Əfridunun göhər mədənində Daranın tacını bəzəyən daş-
qaş görmüşəm".
39
 Bu misralarda Əfridun din uğrunda həlak olmuş şəhid adlandırılır. Əfriduna şamil edilən bu 
təşbihin izahını IV David Qurucunun hökmranlığının müfəssəl tarixçəsi verilən gürcü salnaməsi "Kartlis 
texovreba" da tapırıq. Burada xəbər verilir ki, gürcü koronikonuna görə 340 (h.514 (1120)-ci ilin noyabrında 
Şirvan və  Dərbənd hakimləri ilə müharibədə  Əfridun öldürülmüş  və  Şirvanşah məğlubiyyətə  uğramışdır.
40
 
"Tarix-i  əl-Bab"dan bilirik ki, salnamədə  Şirvanşahın oğlu adlandırılan  Əfridun dəfələrlə  Dərbəndin hakimi 
olmuş və Dərbənd əmirləri bir neçə dəfə onu qovmuşlar. O, şəhəri faktik olaraq idarə edən rəislərlə mübarizə 
aparmşıdr.
41
 Y. A. Paxomov yazır: "Əfridunun adının, sadəcə olaraq, salnaməçinin vaxtında hamının tanıdığı bır 
şəxs kimi çəkilməsi və başqa bir Şirvan hakiminin adının çəkilməməsi, görünür, müəllifın açıq deməsə  də, 
burada hakimin məhz Əfridun olduğunu nəzərdə tutduğunu göstərir". 
O vaxtlar Dərbənd, əlbəttə, - Şirvan hakimlərinə qarşı mübarizədə Dərbənd əmirlərinin müttəfiqi olan 
qıpçaq və digər qeyri - müsəlman köçəri dəstələrinin keçib gəldiyi qapı idi və belə
 
"kafirlərlə" döyüşdə 
öldürülmüş  Əfridun, sözsüz şəhid sayıla
 
bilərdi".
42
 Bizə elə  gəlir ki, Əfridunun dərbəndlilərlə apardığı 
 
müharibədə onların "kafır" müttəfiqləri Fəribürzün müsəlmanlaşdırmağa cəhd göstərdiyi qumuqlar, yaxud 
şəndanlılar, sərirlər və alanlar
43 
da ola bilərdi. Bu dövrün hadisələri "Kartlis tsxovreba"da əksini tapmışdır. 
1116-(h.510, k.336)-cı ildə IV David Qurucu “qızı Katanı imperatorun oğluna
*
  ərə verəcək. Yunanıstana 
(Bizansa-S. A. ) göndərmişdir. Bundan əvvəl o, böyük qızı Tamarı Şirvana hakim göndərmişdir". Şahzadə qızın 
ərinin adı çəkilmir. Mənbələrdən aydın olur ki, Davidin birinci arvadından olan qızı Tamar Əfridunun oğlu III 
Mənuçöhrün arvadı idi və onların toyu təqribən h.505 (111l)-ci ildə olmuşdu 
45
 
XII  əsrdə Gürcüstanda qədim hökmdarlıq nəslindən olan Baqrationlar hakimiyyət sürürdü. Qurucu 
David qızlarından birini Bizansa, digərini isə Şirvana ərə verməklə Zaqafqaziyaya yaxınlaşmaqda olan səlcuqlar 
işğalı təhlükəsi qarşısında Gürcüstanın siyasi vəziyyətini möhkəmləndirmişdi. "...Səlcuq hökmranlığından azad 
olmaq uğrunda mübarizədə  mənafe birliyi Gürcüstanla Şirvanın yaxınlaşmasını şərtləndirdi və nəticədə sülalə 
nikahı baş 
[119 - 120] 
verdi...  Şirvan və Yunanıstan (Bizans – S. A. )  tərəfındən ölkənin təhlükəsizliyi təmin 
olundu və Qurucu David bütün qüvvələrini selcuqların qovulmasına yönəldə bildi".
46
 Akademik 
N. A. Berdzenişvilinin fıkrincə, gürcü hökmdarı bu addımı atmaqla Şirvanşahla sazişə getməyə  və  səlcııq 
türklərinə qarşı mübarizədə onun köməyini qabaqcadan təmin etməyə çalışırdı.
47
 "Bu nikah 1105-1106-cı illərdə 
olmalı idi. Lakin bu addım kifayət etmədi.  Əfridun  əvvəlki kimi, türklərə meyl göstərirdi və onlarla ittifaqda 
olmağı üstün tuturdu".
48
 Bunun ardınca gürcü hökmdarı aralarındakı qohumluq əlaqələrinə  və ittifaqa 
baxmayaraq,  Şirvanşaha qarşı  fəal  əməliyyata başladı. H.511 (1117)-ci ildə IV David oğlu Demetreni güclü 
ordu ilə Şirvanşahın üstünə göndərdi. Demetre Kaladzor qalasını tutdu, böyük qənimət və çoxlu əsir götürərək
İranın birləşmiş qüvvələrinin başçısı Sukmanın adamlarını qaçmağa məcbur etdi.
49 
Demetre Şirvanlılar üzərində 
qələbədən sonra təntənə ilə Gürcüstana qayıtdı. Sonrakı iki il dinc keçdi, lakin sonra

h.514 (1120)-cü ildə IV 
David özü başda olmaqla Şirvana yürüş etdi.Həmin ilin fevralında o, Qəbələ şəhərini tutaraq, çoxlu qızıl, gümüş 
və  dıgər qiymətli  şeylər qənimət götürdü. May ayında o, "Ərəbiyə-Licasdan  Şiştlansa və Kürdüvana qədər" 
Şirvanı viran edərək, çoxlu qənimətlə Kartliyə qayıtdı. Görünür, burada söhbət Lahıc Şamaxı bölgəsindən gedir. 
Gürcülərin basqını  Şirvanşahı saldı. Bunun ardınca Dərbəndlə müharibə başladı. H.514 (1120)-cü ilin 
                                                 
*
 Kata Bizans imperatoru Aleksey Komninanın və İrinanın kiçik oğlu İsaaka ərə verilmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə