Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

59 
 
yoxdur.  Şirvanşah Fəribürz iğtişaşları yatırtmaq üçün gürcü
*
 qoşunlarının köməyinə  əl atmağa məcbur 
olmuşdur. Onlar bu hərəkatı yatırdılar və Şirvanşah üsyançılara divan tutdu. Bu haqda mənbədə deyilir: "Həmin 
ilin cəmadiyüləvvəl ayında (aprel, 1066) Fəribürzün öz paytaxtı  Yəzidiyyənin  əhalisinə  qəzəbi tutdu, kafir 
gürcüləri onun üstünə qaldırdı. Onlar əhalini qarət edib oradakı müsəlman üləmasını, rəis və  əyanları  əsir 
tutdıılar.  Şirvanşah onların bəzilərinin  əlləri bağlı (səbran) halda olunmasını, bəzilərinin çarmıxa çəkilməsini, 
qalanlarının isə illərin xəracını ödəməklə zindana atılmasını əmr etdi".
3  
[111 - 112]
 
XI  əsrin ikinci yarısının  əvvəlində xarici siyasət sahəsində dövlətinin sosial-iqtisadi inkişafına mənfi 
təsir göstərən hadısələr baş verdi. Ölkədəki feodal pərakəndəliyi, rəislərin şəhə rnüstəqil idarə etmək uğrunda 
mübarizəsi  Şirvan dövlətinin zəifləməsinə  səbəb olurdu. Artıq XI əsrin birinci yarısında mənbələrdə  səlcuq 
dəstələrinin Orta Asiyadan Azərbaycana bir sıra yürüşlər etdiyi qeyd olunur.  
XI əsrin 30-cu illərində mənbələrdə ilk dəfə olaraq türk-quzların Şirvana girmək təhlükəsi qeyd edilir. 
Şirvanşahlar öz qonşuları ilə yanaşı, Orta Asiyadan çıxmış köçəri oğuz tayfalarının bir qolu olan səlcuqlara 
qarşı da mübarizə aparırdılar. XI əsrin əvvələrində səlcuqlar güclü imperiya (1038-1157) yaradaraq, Ön Asiya 
ölkələrini, Azərbaycanı  və qonşu ölkələri təhdid edirdilər. XI əsrin ortalarında səlcuqlar daxili siyasət 
nəticəsində zəifləmiş İranı
 
Azərbaycanı və bir sıra digər şərq ölkələrini güclü müqavimətə rast gəlmədən zəbt 
etdilər.
4
 H.458 (1066)-ci ildə türk-quzlar Şirvana basqın etdilər, kürd düşərgələrini (hilal) talan edərək çoxlu 
qənimət - insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar türkləri Şirvandan getməyə məcbur 
etmək üçün böyük təzminat verməli oldu. H.459~cu il məhərrəm ayının birində (22 noyabr 1066) türklərin 
başçısı Qaratəkin  Şirvana ikinci dəfə  Fəribürzün onunla ittifaq bağlamış  əmisi Məmlan ibn Yəzidlə birlikdə 
hücum etdi. Qaratəkin Yəzidiyyə  (Şamaxı)  şəhərini mühasirəyə alaraq, onun ətrafındakı yerləri viran etdi. 
"Sonra o, ölkənin dağ və dərələrinə hücum çəkərək soyub dağıtdı, xeyli adam qırdı, sürüləri apardı, qadın və 
uşaqları  əsir aldı.  Şirvanı "boş  səhraya" (Quran, XX, 106) döndərdi. Oradan Bakıya enən Qaratəkin burada 
əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah 
4000-dən çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şəbəranadək 
qabaqlarına çıxan hər şeyi qarət edib dağıdırdılar. Türklər dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma 
keçdilər; Onlar Fəribürzün ilxısını sürüb apararaq Şəbərana qayıtdılar. Sonra Qaratəkin yenidən Yəzidiyyəni 
mühasirəyə aldı. Şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Belə ki, Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət 
kömək gəlib çatmışdı. Türklərin Fəribürzü aldadaraq qaladan çıxmağa məcbur etmək cəhdləri baş 
tutmadı.Fəribürz daxili düşmənini, doğmaca  əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar 
verərək onu öz tərəfinə

çəkdi.
5
 "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin
11 
təfərrüatı nəql olunur. 
“[Hacib] buna razılıq verib Qalabad qalasında oturan Məmlan ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar 
Məmlan sərxoş olana qədər yeyib-içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt 
Şirvanşah özünün saray adamlarından üç nəfəri - dayısı  oğlu Ləşkəristanı, xidmətçisi  Şadtəkini və hacibi 
Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə 
atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümlədən şənbəyə keçən gecə (24 fevral 1067) onu qəddarcasına qətlə 
yetirdilər. Məmlanın meyidi Yəzidiyyəyə  gətirilərək orada dəfn edildi". Bu hadisələrdən sonra türklər 
Yəzidiyyədən Kür çayı sahillərinə endilər. Onlar çayı keçib, topladıqları qənimətlə çıxıb getdilər. H.459-ci ilin 
rəbiülaxir ayında (fevral, 1067) Qəzvin hakimi Türk əl-Bəsan (?) Şirvanı türklərin  basqınlarından qorumağı vəd 
etməsi müqabilində Qaratəkinə  hər il verməyi 
[112 – 113]
 öhdəsinə götürdüyü 30.000 dinarı almaq üçün öz 
məmurlarını Şirvanşah Fəribürzün yanına göndərdi.
6  
"Tarix-i  əl-Bab"ın verdiyi məlumata görə h.459-cu ilin cəmadiyülaxir ayında (aprel 1067) Fəribürzlə 
gürcülər arasında toqquşmalar olmuşdur. Gürcülər  Şəkidəki Dəskərət  əl-Hüseyn qalasını tutaraq, Kaxetiya 
hakimi Axsartan ibn Qagikə (1058-1084-cü illər) verdi. Sonuncu, həm də əvvəllər Fəribürzə məxsus olan Şəki 
vilayətinin hakimi idi. Fəribürzün qalanı geri almaq cəhdləri uğursuz oldu və o, paytaxta qayıtdı. H.464 ilin 
ramazan ayında (iyun, 1072) Fəribürz Arran hökmdarı  Fəzl ibn Şavurla ittifaq bağlayaraq  Şəkiyə soxuldu. 
Məluğ qalasını tutub dağıtdı  və bütün "kafırləri", ehtimal ki, xristian və bütpərəstləri qırdı, Lakin Fəribürz 
vilayəti bütünlüklə geri qaytara bilmədi. Alp Arslanın yürüşü və gürcülərlə müharibəsi zamanı Axsartan öz 
torpaqlarını saxlamaq üçün islamı qəbul etdi.
7
 
Qaratəkinin yürüşündən sonra türklərin Azərbaycana gəlməsi daha intensiv şəkil aldı, H.459 (1067)-cu 
ildə hərbi rəislər Qaymas və Qaratəkin türk süvari dəstəsi ilə Şirvanşahın yanına gəldilər və O, əmisi Qubadın 
qızını Qaratəkinə ərə verdi. Həmin ilin şəvval (avqust) ayında türk Qaymas qəflətən Şirvanda öldü (zəhərləndi?) 
və Yəzidiyyədə dəfn edildi. 
H-459 (1067)-cu ilin sonunda səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Böyük diplomatik bacarığa 
malik olan Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə onun yanına gedərək öz xidmətini (əl-hədiyyə vəl-xidmə) 
təklif etdi və h.460 (1068)-cı ildə onunla birlikdə  səfərə  çıxdı.  Şəddadi Fəzl ibn Şavur Fəribürzü itaətlə 
qarşılayıb, xəzinəsinin açarını ona verdi. Şirvanşah sultanın nüfuzundan öz şəxsi düşmənlərini cəzalandırmaq 
                                                 
*
 Bir nüsxədə "əl-xəzəriyyə - xəzərlər" göstərilir (Minorski. Şirvanın tarixi,ərəbcə mətni §19, səh.4). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə